Məhkəmə qərarları › İş №2-1(112)-574/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-574/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-574/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi və vəkili Vəkil1 oğlunun, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X11 olmaqla) “ilkin qeydiyyatın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X11 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X3 Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 2 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları mübahisələndirilən ünvan 2 ünvandan orta məktətə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı X11 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlibgetsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də, həmin evə gəlməmişdir. Yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Bu yaxınlarda isə onlara məlum olmuşdur ki, hazırkı iddia üzrə cavabdeh X11 1993-cü ildən ünvan 2 ünvanına qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı5 - azyaşlı uşaqları X15, X10, X6 ilə birlikdə, İddiaçı1, İddiaçı6 - azyaşlı qızı X7 ilə birlikdə, İddiaçı7 - azyaşlı uşaqları X8, X12 ilə birlikdə, İddiaçı8, İddiaçı4 mülkiyyətində olan ünvan 2 saylı evdən çıxarılmaları, onun həmin evə köçürülməsi, cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin işə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında baxılmaqdadır. Həmin iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X11 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Çəmənzəmənli 106 v ünvanında yaşayır. Həmçinin həmin iş üzrə ilkin iddiaçı olan X11 iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 30 noyabr 2018-ci il tarixli **********27 nömrəli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanının X3 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarda aydın qeyd edilmişdir ki, X9 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X9 göndərilmişdir. Belə olan halda mübahisəli ev necə X3 adına ilkin qeydiyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X3 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Qeyd olunanların nəzərə alınaraq həmin iş üzrə cavabdeh İddiaçı3 tərəfindən X9 qarşı “İstifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə onun tərəfindən “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, həmin iş üzrə qarşılıqlı İddiaçı3 tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia və qarşılıqlı ərizəsinə əlavənin məhkəmənin icraatına götürülməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin qeydiyyatın etibarsız hesab edilməsi tələbi yerli məhkəmə qarşısında deyil, inzibati məhkəmə qarşısında qaldırılmalıdır. Hazırda cavabdeh İddiaçı3 tərəfindən X9 qarşı “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət olunaraq “İlkin qeydiyyatın etibarsız hesab edilməsi” hissəsində tələb azaldılmışdır. Həmçinin bildirir ki, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən X2 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, X9 məxsus mülkiyyət sənədi barədə onlarda hər hansı məlumat olmadığından onun adına olan ilkin qeydiyyatın etibarsız hesab edilməsini məhkəmədən tələb etmək məcburiyyətindədirlər. Bununla yanaşı hesab edirlər ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 ilkin qeydiyyat sənədləri məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən sorğu əsasında tələb edilməli və sorğuya cavab verildikdən sonra həmin cavab əsasında iddiaçılar tərəfindən iddia ərizəsinə dəqiqləşmə verilməlidir. Beləliklə hesab edirlər ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş ilkin qeydiyyat etibarsız hesab edilməlidir. İddiaçı 30 aprel 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdiriliməsi barədə ərizə tədim edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X3 Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarından görünür ki, X9 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin X3 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 29 aprel 2020-ci il tarixli **********52 saylı məktub əsasında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarı və 35 №li MKİS tərəfindən verilmiş 17 iyul 1993-cü il tarixli Arayış ünvanlanmışdır. Məhkəmə araşdırması dövründə Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 №li qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından, həmçinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 04 noyabr 2020-ci il tarixli 853 saylı məktub əsasında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarının İ bəndindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. 30/738 №li 18.11.1992-ci il tarixli Texniki Pasportdan görünür ki, qeyd edilən fərdi yaşayış evinin texniki pasportu tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 18 mart 1993-cü il tarixli 30/3311 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli ev X3 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması dövründə Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 №li qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli **********53 saylı məktub əsasında göndərilən sorğuya cavabda Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b saylı fərdi yaşayış evi 18 avqust 1993-cü il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanıldığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 07 dekabr 2019-cu il tarixli 35/1083 saylı Arayışdan görünür ki, X11 Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b saylı mənzildə qeydiyyatdadır. Kup №22, 30/3311 saylı 18.08.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ev onun adına qeydiyyatdadır. 51 saylı Notariat ofisinin verdiyi akta əsasən sözügedən ünvanda İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 №li Uşaq Poliklinikası tərəfindən verilən 29 noyabr 2019-cu il tarixli 232 №li Tibbi arayışdan görünür ki, 24.10.2004-cü il təvəllüdlü X10, 09.02.2007-ci il təvəllüdlü X15, 26.11.2012-ci il təvəllüdlü X4, 31.08.2010-cu il təvəllüdlü X8, 30.01.2013-cü il təvəllüdlü X12, 11.07.2017ci il təvəllüdlü X7, 08.12.2018-ci il təvəllüdlü İddiaçı3 Pərviz qızı, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanından 14 №li uşaq poliklinikasına qeydiyyata götürülmüşlər. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 37 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Məhkəmə ilk öncə hazırkı iddia üzrə iddiaçıların subyektiv hüquqlarının olubolmamasını araşdırmış və müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsində hazırkı iddiaçıların mübahisəli mənzildən çıxarılmaları, Z.Səfərovanın həmin evə köçürülməsi, həmin iş üzrə cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə mülki iş üzrə icraat dayandırılmışdır. Belə olan halda, iddiaçıların ünvan 8 ünvanda yaşaması işin mübahisələndirilməyən halını təşkil edir. Bu hal 3-cü şəxs tərəfindən də məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Beləliklə, məhkəmə iddiaçıların qeyd olunan tələblə bağlı suyektiv hüquqlarının mövcud olduğunu müəyyən etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aparılan ilkin qeydiyyatın kökündə inzibati akt durduğundan hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının hazırki tələbini Daşınmaz Əmlakın Dövlət Reyestrində X3 Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən ki, X9 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 18 mart 1993-cü il tarixli 30/3311 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli ev X3 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən sözügedən qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi Qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, Qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə rəsmi qeydiyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Məhkəmə bu halın araşdırılması məqsədilə aidiyyatı orqanlarla yanaşı, həmçinin Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Beləliklə Məhkəmənin gəldiyi qənaətə əsasən Z.Səfərovanın ünvan 9 ünvana dair hüquqlarının ilkin qeydiyyatınn əsasını qanun pozutusuna yol verilməklə dəyişiklik edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qərarı təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, işin bu halını təkzib edən hər hansı sübut nə cavabdeh, nə üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilməmiş, nə də məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktların etibarsız sayılması əsasları göstərilmişdir. Həmin Qanunun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İstinad olunan normanın tələbini mövcud münasibətlərə tətbiq etməklə məhkəmə bir daha onu vurğulayır ki, cavabdeh inzibati orqan tərəfindən aparılan ilkin qeyiyyat inzibati icraat haqqında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, iddiaçılar sözügedən ilkin qeydin məhkəmə qaydasında ləğv olumasını tələb etməkdə haqlıdırlar. Məhkəmə tədqiq olunan sübutlarla yanaşı, həmçinin tərəflərin izahatlarından da müəyyən olunduğu kimi iddiaçıların 1988-ci il tarixdən etibarən ünvan 9 ünvanda öz ailələri ilə birlikdə yaşaması faktını, övladlarının həmin ərazidə yerləşən 14 nömrəli Uşaq Poliklinikasında qeydiyyata götürülmələrini, eyni zamanda orta məktəb təhsillərini məhz həmin ərazidə yerləşən məktəbdə keçmələrini əsaslı və inandırıcı hal hesab edərək cavbdeh inzibati orqanın qəbul etdiyi əlverişsiz inzibati aktın onların mülkiyyət hüquqlarının pozulması halı kimi qiymətləndirir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar