Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-574/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının N saylı hərbi hissədə N il N ay stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndi gəmi təmiri ilə məşğul olan “gəmi elektrik quraşdırıcısı” (11.6 səhifə 54) koduna uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilir. Zərərli işlərdə bir gün iki gün hesab olunur. İddiaçının əmək kitabçasında yazılan stajı 27 ildir. Onun N il N ayı zərərli işlərdədir ki, bu da 24 ildən çoxdur. İddiaçı 57 yaşında pensiyaya çıxmaq istəsə də, ona 60 yaşından pensiya hüququnun yarandığı bildirilmişdir.
3. Cavabdehin iddiaçıya verdiyi 21 oktyabr 2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən 28 aprel 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının “Ozon” firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü sizin iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 5 ay 15 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra isə ümumilikdə 9 il 9 ay il)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 9 il 9 ay sığorta ödənişi öz əksini tapmışdır. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25458,11 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir.
4. Cavabehin iddiaçıya verdiyi 24 oktyabr 2022-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapiatlı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilni iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir, bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı sözügedən maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bu səbəbdən də iddiaçının 28 aprel 1982-ci il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi müddəti sığorta stajına daxil etmək mümkün olmadığı üçün iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1980-ci il, 18.04,1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 6 ay)) təşkil edir. Eyni zamanda bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin aprel, avqust, sentyabr ayları üzrə, 2007-ci ilin oktyabr və noyabr ayları üzrə, 2018-ci ilin fevral ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı N il 6 aydan az (N il 4 ay 5 gün) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27673,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N il 6 ayını həmin işlərdə həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyqun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı İ.X1 təqdim etdiyi 28 aprel 1982-ci il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Ozon” firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 5 ay 15 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990- xx.xx.1991-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006- cı il tarixindən sonra isə ümumilikdə 9 il 9 ay)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 9 il 9 ay sığorta ödənişi öz əksini tapmışdır. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı jçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 40400,00 manat hesablandığı lalda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 25563,01 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR İPM-nin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdeh İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi iddiaçının ərizəsi əsasında “iddiaçıya 60 yaşı xx.xx.2021-ci il tarixində tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin 18 aprel 2018-ci il tarixli 628 nömrəli və xx.xx.2021-ci il tarixli 888 nömrəli arayışında arayışlarında aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə “gəmi elektrik quraşdırıcısı” vəzifəsində işləmişdir. İddiaçı ümumi iş stajı 12 (on iki) il 10 (on) ay 10 (on) gündür. AR Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 11-ci bölməsinin 6-cı bəndi “Qazanxana gəmi gövdəsi gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan “gəmi elektrik quraşdırıcısı” (11.6 səhifə 54) koduna uyğun olaraq İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin xx.xx.2011-ci il tarixli 28 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən N saylı hərbi hissədə xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi elektrik montyoru vəzifəsində işləyib və onun işlədiyi müddət ərzində əmək haqqı səkkiz yüz əlli bir manat on bir qəpik (851,11) olmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin İddiaçı 2018-ci il üçün əmək haqqı və digər gəlirlər haqqında 13 aprel 2018-ci il tarixli 13 nömrəli arayışında onun 2018-ci il üzrə illik gəlirinin ümumi məbləği 9464,22 (doqquz min dörd yüz altmış dörd iyirmi iki qəpik) manat olmuşdur.
10. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı (sonuncu iclasda) iddiaçı iştirak etmir. II. İddianın növü və mümkünlüyü
12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2021ci il və xx.xx.2021-ci ildə müraciət etmişdir.
17. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən mübahisəsiz dövr 22 il 3 ay 19 gündür (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 6 ay). İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1992-xx.xx.1999-cu illərdə “OZON” firmasında broker işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı qeyd edilən dövrdə broker fəaliyyətini təsdiq edən müxtəlif sənədlər (müqavilə, arayış) məhkəməyə təqdim etmişdir.
18. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il № 114-İİQ qanunu ilə "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək, aşağıdakılar barədə razılığa gəldilər. - (Maddə 2) vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir - (Maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. - (Maddə 6) Vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022ci ilin aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq olunmuş və “Azərbaycan Respublikası Hökuməti il Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir. Göründüyü kimi Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Saziş qüvvəyə minənədək də əldə edilmiş sosial sığorta stajına daxil edilməlidir və həmin dövrdə qüvvədə olan qanunverciliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmamışdı. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının (Rusiya Federasiyasında) əmək fəaliyyəti xx.xx.1992-xx.xx.1999-cu illəri əhatə etdiyindən və əmək kitabçasında qeyd edildiyindən həmin dövr sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə iddiaçının ümumi stajı ən azı 25 ildir.
19. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki Peşə Təhsili üzrə Dövlət Agenliyi tərəfindən İddiaçı verilmiş arayışa əsasən o, həqiqətən xx.xx.1977-ci il tarixində 23 nömrəli Bakı Peşə Məktəbinin “Elektrik qaz-qaynaqçısı” ixtisasına daxil olmuş və xx.xx.1979-cu il tarixində həmin ixtisası bitirmişdir: - iddiaçı xx.xx.1983-xx.xx.1983-cı il tarixədək Avioqarajda 3-cü dərəcəli elektroqazqaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 2 ay 19 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. - xx.xx.1991-xx.xx.1991-ci il tarixdə “Maqomed” Kooperativinə 5 dərəcəli elektrikqaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 5 ay 24 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. - xx.xx.1992-xx.xx.1992-ci il tarixdə "xxxx" Firması KM-nə 5 dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 1 ay 22 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. -xx.xx.1999-cu ildən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə gəmi elektrik quraşdırıcısı vəzifəsində işləyib. Həmin dövr (cəmi N il N ay 13 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XİV. Metal emalı bəndində 2150300a—1753a şifri (kodu) üzrə gəmi elektrik quraşdırıcıları vəzifəsinə və 11. Metal emalı bəndində 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində “gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğundur. Cavabdeh qurum buna dair təsdiqedici sübutlar təqdim etmədən 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin aprel, avqust, sentyabr ayları üzrə, 2007-ci ilin oktyabr və noyabr ayları üzrə, 2018-ci ilin fevral ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını bildirir. Məhkəmə bir tərəfdən qeyd edilən halı (sığorta ödənişlərinin həyata keçirilməməsi) əsaslandıran mötəbər dəlillərin təqdim edilmədiyini, digər tərəfdən isə həmin dövr (altı ay) nəzərə alınmasa belə, yuxarıda qeyd edilənlərin (elektrik qaz qaynaqçısı işlədiyi dövr nəzərə alınmaqla) iddiaçının zərərli işlərdə ən azı N il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verdiyini qeyd edir. - İddiaçı xx.xx.1990-cı il tarixdə keçirici hovuzda 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1991-ci ildə Donanmaya keçirilmişdir. Məhkəmə həmin dövrün (cəmi 11 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19905 şifri (kodu) üzrə yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları və ya 23200000—19906 şifri (kodu) üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olub-olmamasına əlavə qiymət vermək zərurətinin olmadığı qənaətindədir. Belə ki, yuxarıda qeyd edilən dövrlər məhkəmədə iddiaçının zərərli işlərdə ən azı N il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verir.
20. İddiaçının pensiya kapitalına münasibətdə məhkəmə qeyd edir ki, cavabeh qurum bildirir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27673,51 manatdır.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş (“Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj N il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2022-ci il tarixdə (məhkəmə icraatı vaxtı) inzibati orqana (öz iradəsinə uyğun olaraq) təkrar müraciəti olduğu və 60 yaşının tamam olduğu nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunvericinin qarşıya qoyulmuş məqsədinə uyğun hesab edilə bilməz.
22. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
23. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşı xx.xx.2021-ci il tarixində tamam olduğundan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva