Məhkəmə qərarları › İş №2-1(112)-5740/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5740/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5740/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Gəncə “ASAN Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Gəncə “ASAN Xidmət” Mərkəzinin üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilən baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 ərizəsi əsasında Gəncə “ASAN Xidmət” Mərkəzi cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq iddiaçıya pasport və şəxsiyyət vəsiqəsi verilməkdən imtina edilmişdir. Gəncə şəhər Asan xidmət mərkəzində pasport üçün şəkil çəkdirən zaman iddiaçıya hicabla şəkil çəkdirilməsinə icazə yoxdu (qadağandır) deyilmişdir. Asan xidmət Mərkəzinin “B” pəncərəsində xidmət göstərən xanım, şikayətlərə baxan Quliyeva Günay adlı əməkdaşı çağırıb müraciətini bildirmişdir. Quliyeva Günay hicabla şəkil çəkdirilməsinə qanun əsasında qadağa olduğunu demişdir. İddiaçı həmin əməkdaşdan ona qanunu izah etməsini xahiş etmişdir. Quliyeva Günay iddiaçıya qanundan heç bir əsas gətirə bilməyərək müdriyyətin otağına yönləndirmişdir. İddiaçı qanun əsasında qadağan olduğunun sübutunu tələb etmişdir. Müdriyyət də qanun əsasında cavab verə bilməyərək ərizə yazmasını istədi. Əlaqə nömrəsini və poçt ünvanını qeyd etməklə ərizə yazıb müdriyyətə təqdim etmişlər. Bununla bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə zəng edib polis mayoru Hacı Əliyev ilə danışmışdır. Bu zaman o da qanun əsasında hicabla şəkil çəkdirməyə qadağa olmadığını təsdiqləmişdir. İddiaçı problemin qanun pozuntusu olduğunu və qanunda qadağa yoxdursa nə üçün belə etməli olduğunu bildirmiş, Azərbaycan multikultural dəyərlərə sahib olan ölkə kimi dəfələrlə bu tipli tədbirlərə ev sahibliyi edib və istər Konstitusiya, istərsə də qanunlar bu dəyərlər baxımından hicabla şəkil çəkdirilməsinə qadağa nəzərdə tutmadığı halda nə üçün məmurlar belə özbaşnalıq edirlər, vətəndaşlara əsassız problemlər yaradırlar - deyə etirazını bildirmişdir. Bundan sonra iddiaçı rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 05 dekabr 2019-cu il tarixdə iddiaçının ünvanına 12 noyabr 2019-cu il tarixli məktub göndərmişdir. Məktubun mətnindən də aydın gürünür ki, qurum rəsmisi Azərbaycan qanunlarını və özünün istinad etdiyi qanunları səhv təfsir etməklə vətəndaşın hüquqlarını kobud şəkildə pozur. Əvvəla əgər qanunla hicabla şəkil çəkdirmək üçün X1 standartları əsas gütürülürsə, o zaman həmin təşkilatın qaydalarına əsasən dini adətlərə görə hicabla şəkil çəkdirmək üçün bir qadağa yoxdur. Əgər belə bir qadağa yoxdursa və başqa qanunvericilik aktları ilə də tənzimlənmirsə, o zaman Azərbaycanda qüvvədə olan hansı qanunvericilik aktında bu qadağa nəzərdə tutulur. Qanunla qadağan yoxdursa, o zaman hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən cavabdehin hicabla şəkil çəkdirilməsinə qadağanın olması barədə bildirdikləri tamamilə əsassız və qanunsuzdur. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə müvafiq olaraq fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. Sözügedən tələb Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilmir. Eyni zamanda, sözügedən beynəlxalq sənəddə, dini azadlıq baxımından və dini inanclar üzrə, habelə tibbi və digər mədəni tələblər baxımından baş geyimləri ilə fotoşəkil çəkilməsi halları dövlətin səlahiyyətinə buraxılmışdır. Eyni zamanda, digər bir çox beynəlxalq təşkilatlar sözügedən səlahiyyətin dövlət tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı icra edilməsini tələb edirlər. Belə bir zərurət yaranmadığı təqdirdə baş örtüsünün açılmasının tələb edilməsi dini azadlığın pozulması deməkdir. İCAO-nun 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Hətta bunun foto nümunələri də göstərilmişdir. Burada yaşıl işarə ilə işarələnmiş fotoşəkillərdən də aydın görünür ki, hicabla şəkil çəkdirilməsində hər hansı bir qadağa yoxdur. Yalnız müəyyən ölçülər nəzərdə tutulmuşdur ki, iddiaçı da eyni ilə fotoşəkildə qeyd edilən vəziyyətdə fotoşəkil çəkdirmək istəyindədir. Lakin təəssüflər olsun ki, qanunlara istinad edən məmurlar elə istinad etdikləri qanunları da özləri pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən X3 ünvanlanmış 27.11.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»nin 3.8-ci bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.11.2020-ci il tarixli məktubda qeyd edilir: DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş eyniməzmunlu müraciətinizə baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»nin 3.8-ci bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış 16.06.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 13.10.2020, 05.11.2020, 19.11.2020, 09.12.2020, 14.01.2021, 10.02.2021-ci il tarixli məktublarda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 08.05.2021, 23.09.2021-ci il tarixli məktublarda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının: 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 25-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi). 3-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra - vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. 2-ci bəndinə əsasən vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X8” yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu maddəsinə əsasən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçirilir. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra - pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. 7-ci maddəsinin 1-ci hissəsinə əsasən tiplərindən asılı olmayaraq hər bir pasportda: 1) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir; 2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur; 3) xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir. 7-ci maddəsinin 4-cü hissəsinə əsasən pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir. 8-ci maddəsinin 3-cü hissəsinə əsasən pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən müvafiq dövlət orqanında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin: 3.8-ci bəndinə əsasən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 3.10-cu bəndinə əsasən ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. «X6rşı» işində hicabın taxılması ilə bağlı Konvensiyanın üzv dövlətlərinin insan hüquq və azadlıqlarının tənzimlənməsi baxımından qiymətləndirmə sərbəstliyini nəzərə almaqla Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, inzibati orqanın dini etiqad azadlığının həyata keçirilməsi ilə bağlı bu məsələdə müdaxiləsi qanunla qorunan məqsədlərə mütənasib olmaqla əsaslıdır və bu səbəbdən də demokratik cəmiyyətdə zəruri hesab edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və Azərbaycan Respublikası vətəndaşının pasportunda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsinə icazə verilməsinə dair müddəa mövcud deyildir, beynəlxalq qanunvericilikdə təsbit edilmiş istisnalardan hər hansı birinin olması isə məhkəmə araşdırılması zamanı müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar