Məhkəmə qərarları › İş №2-1(112)-5740/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5740/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5740/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 186,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 1600 manat və dövlət büdcəsinə 220,67 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 350 manat olan 1 ədəd HP 4710S markalı noutbuk, 1 vahidinin qiyməti 700 manat olan 2 ədəd Midea markalı kondisioner, 1 vahidinin qiyməti 800 manat olan 1 ədəd soyuducu olmaqla ümumilikdə 2486,07 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkəsində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin İcbari Tibbi Sığorta Fonduna 186,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 1979,23 manat və dövlət büdcəsinə 220,67 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 350 manat olan 1 ədəd HP 4710S markalı noutbuk, 1 vahidinin qiyməti 700 manat olan 2 ədəd Midea markalı kondisioner, 1 vahidinin qiyməti 800 manat olan 1 ədəd soyuducu olmaqla ümumilikdə 2486,07 manat məbləğində əmlakı siyahıya alınmışdır. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 186,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 1979,23 manat və dövlət büdcəsinə 220,67 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış **********6 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2022-ci il tarixə ümumilikdə 1979,23 manat, o cümlədən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə 1612.50 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 366,73 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış **********6 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2022-ci il tarixə ümumilikdə 186,05 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 145 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 41,05 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış **********9 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, onun xx.xx.2022-ci il tarixə ümumilikdə 220,71 manat, o cümlədən: vergilər üzrə 206 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 14,71 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********6 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********6 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X3 tərəfindən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 700 manat olan Midea markalı kondisioner, 1 vahidinin qiyməti 800 manat olan 1 ədəd soyuducu olmaqla ümumilikdə 1500 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********4 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********4 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X3 tərəfindən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 350 manat olan 1 ədəd HP 4710S markalı noutbuk siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********8 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X2 Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********8 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X3 tərəfindən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 700 manat olan Midea markalı kondisioner olmaqla ümumilikdə 1500 manat məbləğində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********907600 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il üzrə vergi ödəyicisi Cavabdeh **********8 saylı qərar üzrə 220,67 manat, **********6 saylı qərar üzrə 1979,23 manat, **********4 saylı qərar üzrə 186,07 manat borcu var. Siyahıya alınmış əmlakın qiymətləndirilməsi vergi ödəyicisinin ifadəsi əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi X1 əmlakının siyahıya alınması barədə protokol və digər sənədlər məktuba əlavə edilmişdir. Qeyd olunan borclar vergi ödəyicisi X4 tərəfindən tam ödənilmişdir. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********907600 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il üzrə vergi ödəyicisi Cavabdeh **********8 saylı qərar üzrə 220,67 manat, **********6 saylı qərar üzrə 1979,23 manat, **********4 saylı qərar üzrə 186,07 manat borcu var. Siyahıya alınmış əmlakın qiymətləndirilməsi vergi ödəyicisinin ifadəsi əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi X1 əmlakının siyahıya alınması barədə protokol və digər sənədlər məktuba əlavə edilmişdir. Qeyd olunan borclar vergi ödəyicisi X4 tərəfindən tam ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar