Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5742/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı “şəhid adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması və xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş qardaşı X3 şəhid adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,vətənimizin bütövlüyü uğrunda gedən döyüşlər zamanı qardaşı X4 Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Milli Ordu sıralarına çağırılmış, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Dağlıq Qarabağda gedən döyüşlərdə Şuşa şəhərinin müdafiəsi zamanı erməni quldurlarına qarşı vuruşaraq şücaət göstərmiş, ağır yaralanmasına baxmayaraq, döyüşçü yoldaşlarına avtomatın darağını doldurmalarına kömək etmələrini və oranı tərk etmələrini xahiş edərək,«mənsiziqoruyam» deyərək son nəfəsinədək onları müdafiə etmiş, quldurlara qarşı silahlı mübarizə apararaq döyüşmüş və xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.Qeyd olunanlar Nəsimi rayon hərbi komissarlığının 1/280 nömrəli, xx.xx.1996-cı il tarixli arayışı ilə təsdiq olunmuş, eyni zamanda Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixli1267 saylı ölüm haqqında şəhadətnamə verilmişdir.Yaşadığı binanın qarşısına baralyefi vurularaq adı əbədiləşdirilmiş və binanın qarşısından keçən küçə onun adına verilmişdir.Bundan başqa əvvəllər işlədiyi "Xəzərneftdonanma" İdarəsində əsasən fəaliyyəti olan hazırda “Neftqaz 26” gəmisi onun adını daşıyır. Eyni zamanda qardaşının məzarı “Şəhidlər Xiyabanında"dır.Qardaşı döyüşçü olaraq erməni quldurları ilə müharibədə qəhramanlıq göstərmiş, adını tarixə yazdırmışdır. Onun qəhrəmanlıqları barədə döyüşçü yoldaşları fəxrlə danışaraq əsl qəhrəmanlıq göstərdiyini qeyd etmişlər.Lakin onun qardaşının bu qəhrəmanlıqları zamanında lazımınca qiymətləndirilməmiş, şəhidlik statusu qeydə alınmamış, arxiv məlumatları mübahisələndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixdə iddiaçıya verdiyi 9\12-5812 nömrəli arxiv arayışında xx.xx.1963-cii il təvəllüdlü X1 xx.xx.1992-ci ildə həlak olması və “Şəhidlər Xiyabanında" olması barədə məlumatın varlığı qeyd olunmuş, həmçinin "Dağlıq Qarabağda və sərhədboyu rayonlarda torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı itkin düşmüş hərbi və mülki şəxslərin siyahısında" 1953cü il təvəllüdlü X2 may 1992-ci il tarixində Şuşa şəhərində itkin düşməsi barədə məlumatın olması qeyd edilmişdir.Göründüyü kimi arxiv arayışında verilmiş məlumat dəqiqləşdirilməmiş, hazırda da mübahisəli olaraq qalmaqdadır. Halbuki bunun dəqiqləşdirilməsi vəzifəsi iddia edənin deyil, inzibati orqanın üzərinə düşür.Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz imtinasını qardaşının şəhid olması barədə onların arxivində məlumatın olmasına baxmayaraq, həlak olduğu yer, səbəbi və şəraitinin göstərilmədiyi ilə əsaslandırmışdır. Bu səbəbdən də şəhid adının və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. İnzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsassızdır.İnzibati orqan hesab edir ki. xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.1992-ci ildə həlak olması və “Şəhidlər Xiyabanında” dəfn edilməsi barədə məlumat vardır, lakin nə vaxt, harada və hansı şəraitdə həlak olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cıı il tarixdə iddiaçıya verdiyi 9\12-5812 nömrəli arxiv arayışında xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.1992-ci ildə həlak olması və “Şəhidlər Xiyabanında" dəfn olunması, eyni zamanda Nəsimi rayon hərbi komissarlığının 1/280 nömrəli, xx.xx.1996-cı il tarixli arayışı ilə və Nəsimi ravon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixli, 1267 saylı ölüm haqqında şəhadətnamə əsasında təsdiq olunur.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın tələblərinə əsasən şəhid ailəsi statusu digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Ona görə də cavabdeh kimi Xidmətin yerli şöbəsi göstərilməlidir. Xidmətin özü cavabdeh qismində göstərilə bilməz. Bundan başqa, iddiaçı şəhid statusunun verilməsini tələb etdiyi şəxsin bacısı olduğunu qeyd edir, lakin qeyd olunan Qaydaların tələblərinə əsasən bacı şəhid ailəsinin üzvü hesab edilmir. İddiaçının belə bir iddia qaldırmaq hüququ da nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın: 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər; 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir; 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 şəhər, rayon şöbələri tərəfindən verilir. İddia ərizəsində cavabdeh qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərilmişdir. Lakin hərbi qulluqçunun hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölməsi cavabdeh kimi göstərilməlidir. Eyni zamanda iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli orqanına müraciəti də yoxdur və bununla bağlı sübut ərizəyə əlavə edilməmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın tələblərinə əsasən müvafiq arayışın verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-cimaddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı “şəhid adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5742/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5742/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver