Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5747/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qazax rayonunun Qızıl Hacılı kənd sakini olmuş, məcburi köçkün, 17.09.1990-cı il təvəllüdlü iddiaçının mərhum əri, şəhid X12 12.12.2016-cı il tarixdən 28.09.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqə hərbi xidmət hərbi qulluqçusu kimi döyüş bölgələrində yerləşən bir neçə hərbi hissələrdə kəşfiyyatçı kimi xidmət etmişdir. 27.09.2020-ci il tarixdən başlayan İİ Qarabağ Müharibəsinin ilk günlərindən mərhum əri Daşkəsən-Murov-Kəlbəcər istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, 28.09.2020-ci il tarixdə Kəlbəcərin azadlığı uğrunda gedən qızğın döyüşlərdə son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuşdur. Mərhum əri T.E.Məmmədov nümunəvi xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə, 15 dekabr 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azadlığı uğrunda" və "İİ Qarabağ Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə ödənişli əsaslarla İİ kurs tələbəsidir. Ailə vəziyyətləri ilə əlaqədar məcburi köçkün olduqlarından və şəxsi mənzilləri olmadığı ucbatından, o cümlədən tələbə olduğu üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ildən Bakı şəhərində yuxarıda qeyd etdiyi ünvanda kirayə müqaviləsi əsasında 4 yaşlarında olan iki əkiz övladlarıyla (bir qız, bir oğlan) birlikdə çətin durumda yaşayır. Maddi vəziyyətləri olduqca ağırdır. 26.02.2021-ci il tarixdən etibarən həmin mənzilin qeydiyyatına alınmışdır. İndiki vəziyyətdə "Covid-19" pandemiyası ilə bağlı İ Qarabağ Müharibəsi iştirakçısı olan atası X4 yaşadığı Qazax şəhəri, H.Arif küçəsi, 4 saylı evin 4 nömrəli 1 otaqlı mənzilində müvəqqəti olaraq yaşayır. Hal-hazırdakı durumuyla və şəhid ailəsi olmağıyla, habelə iki azyaşlı körpə övladlarının olması və Bakı şəhərində ödənişli əsaslarla təhsil almağıyla bağlı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını nəzərə alaraq sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Cavabdehə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağını xahiş etmişdir. Buna baxmayaraq Bakı şəhəri Cavabdehin 29 mart 2021-ci il tarixli, M-55-068 nömrəli məktubu ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydalarını tənzimləyən normaları bu uçotun həyata keçirilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının üzərinə düşdüyünü müəyyən etmişdir. Belə olduğu halda iddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdehin onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından imtinası tamamilə əsassız və qanunsuzdur. Ona görə də həmin vəzifənin Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 nömrəli, 04.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 nömrəli, 07.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının (AR) ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-cı ildə aparılan hərbi əməliyyatlar zamanı AR-nin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu məsələ ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 25.01.2021-ci il tarixdə **********9 №-li məktubla müraciət edərək, sərəncamının icrası ilə əlaqədar, AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin və mövcud qanunvericliyin tələbləri qaydasında həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməklə mənzil növbəliliyinə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı 26 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda daimi qeydiyyata düşdükdən sonra, yeni yaşayış yeri üzrə ünvan 3inə götürülməsi barədə ərizə ilə müraciət etmiş və mahiyyəti üzrə ona 29.03.2021-ci il tarixli məktubla imtina edilmişdir. İmtina üçun onun Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməsi üçün əsasların AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə zidd olması olmuşdur. Mənzil növbəliliyinə alınması üçün iddiaçının Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməsi ona tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi izahatında bildirdi ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar yerli icra hakimiyyəti orqanları tərəfindən adları çəkilən şəxslərin mənzil növbəliliyinə qəbul edilməsi müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olmaqla onlar tərəfindən baxıldıqdan sonra Nazirliyə həmin ailələrin adlı siyahısı təqdim edilir. Qeyd olunanları nəzərə alaraq nümayəndə hazırki iddia üzrə iddiaçının cavabdeh Nərimanov İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınması ilə bağlı tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Qazax rayonunda doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 366991 nömrəli, 27.07.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən 1990-cı il təvəllüdlü Qazax rayonu Qızıl Hacılı kəndində doğulmuş X3 rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş 05.08.2016-cı il tarixdə Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ № 126797 saylı nikah haqqında şəhadətnaməyə əsasən 17.09.1990-cı il təvəllüdlü X12 ilə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı 05.08.2016-cı ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 10.11.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837082 saylı doğum haqqında şəhadətnaməyə əsasən X13 27.10.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş 10.11.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837083 saylı doğum haqqında şəhadətnaməyə əsasən X14 27.10.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15.12.2020-ci il tarixdə verilmiş AZ-İİ № 122741 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X12 28.09.2020-ci ildə Kəlbəcər rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.12.2020-ci il tarixdə 574 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin 31.03.2021-ci il tarixli, 320 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, onun mərhum həyat yoldaşı 1990cı il təvəllüdlü N saylı hərbi hissənin MAHHXHQ əsgər X12 28.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 28.09.2020-ci il tarixdən X12 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Əsas AZ-İİ № 122741 nömrəli ölüm haqqında şəhadətnamə. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 22.02.2021-ci il tarixli, 2261 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışda göstərilmişdir ki, verilir İddiaçı, X10 ondan ötrü ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” X5 26.02.2021-ci il tarixli, 996 nömrəli arayışına əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1994-cü il tarixində Azərbaycan, Qazax şəhərində anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 26.02.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: ər - X12 (ölüb - 28.09.2020); uşaq - X14 (27.10.2016), X13 (27.10.2016). Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Eyni zamanda bildirilir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26.02.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 5 ünvanında 26 fevral 2021-ci il tarixdən qeydiyyatdadır. İş materiallarından görünür ki, 0003/AT00004267 nömrəli tələbə kartı xx.xx.1994-cü il təvəllüdlü İddiaçı adına verilmiş, qəbul olma tarixi 2019-cu il, bitirmə tarixi 2024-cü il göstərilmişdir. İş materiallarına əlavə edilmiş 004192 nömrəli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyətinin başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 11-21/679 nömrəli arayışda göstərilmişdir ki, verilir həmin arayış İ Qarabağ Müharibəsi X1 ondan ötrü ki, həqiqətən o, şəxsiyyət vəsiqəsinə əsasən ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır. Həmin ev 1 otaqlı olmaqla, yaşayış sahəsi 20 kv.metrdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş 29.03.2021-ci il tarixli, M-55-068 nömrəli imtina məktubunda bildirilmişdir ki, sizin yaşayış yeri üzrə Cavabdehdə (RİH) güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyiniz barədə Nərimanov RİH-ə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. Ərizənizə əlavə etdiyiniz sənədlərdən göründüyü kimi siz 26.02 2021-ci il tarixdə Bakı şəhərinə qeydiyyata düşmüşsünüz (Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, 46, 48, 48 A mənzillər). Məlumat üçün bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatınızın məhdudluğu ilə əlaqədar sizin mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməyiniz barədə müraciətinizdən imtina edilir və aidiyyəti üzrə Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri Cavabdehə ünvanlanmış 25.01.2021-ci il tarixli, **********9 nömrəli “2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” məktubda bildirilmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Sərəncamı nəzərə alaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün mövcud qanunvericiliyə uyğun olaraq həmin şəxslərin mənzil növbəliliyinə qəbul edilməsinə Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində baxılmasını və ilkin adlı siyahını cari ilin yanvar ayının sonunadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını sizdən xahiş edirik. Beləliklə, işin hallarından görünür ki, İddiaçı Qazax rayonunun Qızıl Hacılı kənd sakini olmuş, məcburi köçkün, 17.09.1990-cı il təvəllüdlü X12 ilə nikahda olmuş, X12 28.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, X11 şəhid, iddiaçıya şəhid ailəsi statusu verilmişdir. Hal-hazırda iddiaçı şəhid ailəsi olması, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə İİ kurs tələbəsi olması, iki azyaşlı övladlarının olması və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını əsas götürərək sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı qismində qeydiyyatda olduğu yer üzrə Cavabdehə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı ilə bağlı müraciət etmiş, cavabdeh icra hakimiyyəti “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın tələblərinə istinad edərək iddiaçının Bakı şəhərində qeydiyyatının məhdudluğu ilə əlaqədar müraciətin təminindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və qeydiyyatda olduğu Cavabdehin üzərinə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 29.03.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 09.04.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmişdir. İddia mahiyyət üzrə əsassız iddiadır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. -2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. -4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. -5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr -əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. -6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X7 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın -7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. -8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adı çəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Qazax rayonunda doğulmuş, mərhum əri şəhid X12 məcburi köçkün kimi Qazax rayonunda müvəqqəti məskunlaşmış, nikahları Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmış, birgə nikahdan olan övladları Tovuz rayonunda doğulmuşlar. İddiaçının bildirdiyi kimi Azərbaycan Respublikası Dövlət İqtisad Universitetində İİ kurs tələbəsi olaraq qiyabi formada ali təhsil alır, hazırda atası X6 məxsus ünvan 6 ünvanında yaşayır. İddiaçı ünvan 8nında 26.02.2021-ci il tarixdən pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının Bakı şəhəri Cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçı sözügedən ünvanda 26.02.2021-ci il tarixdən qeydiyyata düşmüşdür. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeydiyyatda olduğu yer üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5747/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5747/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver