Məhkəmə qərarları › İş №2-1(112)-5748/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5748/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5748/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ödənmiş 2021-2022-ci təhsil ili üçün 1800 manat (xx.xx.2021-ci il tarixli ********** saylı qəbzlə 900 manat və xx.xx.2021-ci il tarixli ********* saylı qəbzlə 900 manat), 2022-2023-cü il təhsil ili üçün 1800 manat (xx.xx.2022-ci tarixli, 1500 manat və xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə 300 manat), 2023-2024-cü təhsil ili üçün üçün yarım illik (xx.xx.2023-cü 140350 saylı qəbzlə 900 manat), cəmi 4500 manat məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaya münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Lakin, məcburi köçkün olmasına baxmayaraq, ondan təhsil haqqı tələb edilmiş və alınmışdır. İddiaçı hesab edir ki, o Universitetdə təhsil alarkən təhsil haqqından azad edilməli olduğu halda, ona heç bir güzəşt edilməmişdir. Qeyd edilən əsaslarla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirik ki, “ödənilmiş təhsil haqqının geri qaytarılması barədə” öhdəliyin Nazrliyin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğudan tələbin mümkünlük məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2011-ci il tarixli, 1722 nömrəli sərəncamına əsasən: 1. 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” xx.xx.2010-cu il tarixli, 12 nömrəli qərar qəbul etmişdir. Qərarın 3-cü hissəsində qeyd edilir ki: 3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə: 3.1. müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1- dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” X3 3.2-ci hissəsinə əsasən: 3.2 dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək. Müqavilənin 4.2-ci hissəsində qeyd edilir ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Müqavilənin bu bəndlərindən göründüyü kimi, məcburi köçkün olan təhsilalanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Nazirliyə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2024cü il tarixdə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə verilmişdir. Qeyd edilən sərəncamın məzmunundan görünür ki, “məcburi köçkün” statusu olan şəxslərə imtiyazlar yalnız, təhsil müddətinə şamil olunur. Qeyd edilən normativ aktların müddəalarından görünür ki, “ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə” iddia tələbinə görə Nazirliyin hər hansı bir məsuliyyəti mövcud deyildir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iş materialların nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış, tərəflərin fikri dinlənilmiş, iddiaçıya zəruri hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hüquqi marağı təhsil aldığı Universitetə ödədiyi təhsil haqqının geri qaytarılmasından ibarət olduğunu bildirmiş və yni zamanda məhkəməyə hazırkı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçılarnın vəsatəti ilə ərizə qaytarıla bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçılarnın iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun baxılmalıdır. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının ərizəsi təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar