Məhkəmə qərarları › İş №2-1(112)-5749/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5749/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5749/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-297810/2024 saylı “artıq ödənilmiş əmək pensiyası haqqında” cavab məktubunun əsassız hesab edilməsi, ailə başçısını itirən kimi aldığı əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və son üç il üçün hesablanmış 161 369,11 manat artıq alma hesab edilən məbləğin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixindən ona mərhum həyat yoldaşı X3 görə Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin sentyabr ayında ona təyin edilmiş ailə başsını itirən kimi aldığı əmək pensiyası DSMFnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən azaldıldığına görə səbəbini aydınlaşdırmaq üçün ərizə ilə Mərkəzi Filiala müraciət etdi. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-297810/2024 saylı cavab məktubu ilə ona bildirilir ki, mərhum həyat yoldaşınızın əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, mərhum həyat yoldaşı Rövşən Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq layiq edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilib.Bundan başqa mərhum həyat yoldaşı pensiya təyin edildikdən sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 292 796.40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 292 796,40 manat sığorta kapitalı Qanunun 7.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 78 aya bölünməklə 3753,80 manat onun qanuni amak pensiyasının üzərinə əlavə edilərək 4482,47 manat(indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 4737,97 manat ona ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixindən onun düzgün olmayan əmək pensiyası 6758,48 manata artırılmaqla (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 7259.97 manat) ona artıq əmək pensiyası ödənilmişdir. Ona görə də ona xx.xx.2019-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və nəticədə artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən ona son üç il üzrə 161 369.11 manat artıq pul vəsaiti ödənildiyinin müəyyən edildiyi bildirilir. Həmin 161 369,11 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün qısa müddət ərzində yazılı razılığını Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Mərkəzi Filialın üzərinə ailə başçısın itirən kimi aldığı əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi və son üç il üzrə artıq alma kimi hesablanmış 161 369,11 manatın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, mərhum həyat yoldaşım X4 xx.xx.1959-cu il tarixində anadan olduğuna və xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən.cox 1 saylı Siyahı ilə güzəştli iş suı toplandığına görə ona xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikasının Qanununun 9.8ci maddəsinin tələbinə uyğun xx.xx.2009-cu il tarixindən yəni 50 yaşı tamam olan gündən DSMİ-nun Yasamal rayon şöbəsi tərəfindən əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düzgün təyin edilmişdir. Belə ki, Qanunun 9.8-ci maddəsində deyilir: "Bu Qanun qüvvəyə minməyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştlı şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və sinja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi əvvəllər yəni xx.xx.1997-ci il tarixinə kimi qüvvədə olmuş Qanunun 13-cü maddəsinin "a" bəndinin tələbinə əsasən 1 nömrəli Siyahı üzrə kişilər 20 il ümumi 10 il güzəştli iş staji olduqda 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmuşlar. Mərhum həyat yoldaşı da 01.08. 1997-21 il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən cox güzəştli iş stajı olduğuna görə ona düzgün olaraq DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən əvvəllər qüvvədə olmuş Qanunun tələbinə əsasən 50 yaşı tamam olan gündən yəni 17.07. 2009-cu il tarixindən əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düzgün təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-297810/2024 saylı “artıq ödənilmiş əmək pensiyası haqqında” cavab məktubunun əsassız hesab edilməsi, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və son üç il üçün hesablanmış 161.369,11 manat artıq ödəmə hesab edilmiş məbləğin əsassız hesab edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildirilir ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmış, araşdırma nəticəsində vaxtilə mərhum həyat yoldaşı X9 rəsul oğlunun əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılmışdır. Araşdırma zamanı, mərhum Rövşən Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. X8 pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 34 il 1 ay 6 gün təşkil edirdi. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,26 (34,10 il x 170 manat:144 ay) manat hesablanaraq xx.xx.2011-ci il tarixə indeksləşdirilib 65,94 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57788,64 manat sığorta kapitalına uyğun 401,31 (57788,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixə 552,25 manat (65,94+401,31+85,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixə 728,67 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, xx.xx.2009-cu il tarixdən 2060,29 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixə 2969,96 manat) məbləğində əmək pensiyası təyin edilərək ödənilmişdir. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, mərhum Rövşən Abbasova pensiya təyin edildiyi gündən sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 292796,40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının xx.xx.2017-ci il tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 292796,40 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 78 aya (63 yaş 6 ay - 63 yaş)=6 ay+(144 ay-72 ay) bölünməklə 3753,80 manat (292796,40:78) qanuni əmək pensiyasının (728,67 manat) üzərinə əlavə edilərək 4482,47 (728,67+3753,80) manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixə 4737,97 manat)) ona ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixdən düzgün olmayan əmək pensiyası 6758,48 manata artırılmaqla (indeksləşdirilərək xx.xx.2018-ci il tarixə 7259,97 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, artıq əmək pensiyası ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2024-cü il tarixində məktub göndərilməklə 19 sentyabr 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin iddiaçı mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə etiraza əlavə təqdim edilərək ildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı "pensiya məbləğinin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə ınüraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-297810/2024 saylı "artıq ödənilmiş əmək pensiyası haqqında" cavab məktubunun əsassız hesab edilməsi, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və son üç il üçün hesablanmış 161.369,11 manat artıq ödəmə hesab edilmiş məbləğin əsassız hesab edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcraatınızda olan 2-1(112)- 5749/2025 nömrəli inzibati iş üzrə əlavə olaraq bildiririk ki, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 161369,11 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin pul vəsaitinin İddiaçı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq onu da bildiririk ki, əmək pensiyasının yenidən hesablanması baradə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15352/2024 nömrəli qərardan görünür ki, yenidən hesablamanın səbəbi Qanunun 37.3.1-ci maddənin tələbləri nəzərə alınmaqla X1 əmək pensiyası ilkin təyinat tarixindən yenidən hesablanmış, pensiya yaşı 50 yaşdan 52 yaşa keçmiş üzərin xx.xx.2017-ci il tarixə 6 illik + xx.xx.2028-ci il (vəfat tarixi) tarixə işdən çıxma istifadə olunmamış psk kimi hesablanmışdır. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 9331,42 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial teminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki. Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı) Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı ve Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektiər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul olunmuş 3-17-1/3-3-10583/2025 nömrəli xx.xx.2025-ci il və 3-17-1/3-3-15352/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15352/2024 nömrəli Qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Hazırki pensiya məbləği: 14577.90 manat, yenidən hesablanmış pensiya məbləği: 9331.42 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: İnventar.AB(X7-un ilkin təyinat tarixindən yenidən hesablandı(50 yaşdan 52 yaşa keçdi+ xx.xx.2017-ci il tarixə 6 illik+xx.xx.2018(vəfat tarixi) tarixə işdən çıxma istifadə olunmamış psk kimi hesablandı) ABİ-nin hüququ xx.xx.2019.maddə39.1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli **********2 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdəvəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 12 nömrəsi ilə qeyd edilmişdir. X10 Çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2020-xx.xx.2020-9326.97 manat, xx.xx.2020-xx.xx.2021-9940.6 manat, xx.xx.2021- 12207.06 manat, xx.xx.2021xx.xx.2022-11073.83 manat, xx.xx.2022-11876.75 manat, xx.xx.2022-11450.34 manat, xx.xx.2022-11500.34 manat, xx.xx.2022-11450.34 manat, xx.xx.2022-11450.34 manat, xx.xx.2022-11500.34 manat, xx.xx.2022-xx.xx.2022-11450.34 manat, xx.xx.2022- 11500.34 manat, xx.xx.2022-xx.xx.2022-11450.34 manat, xx.xx.2023-11467 manat, xx.xx.2023-14838.30 manat, xx.xx.2023-xx.xx.2023-13152.65, xx.xx.2023-xx.xx.2024 13109.62 manat, xx.xx.2024-15912.28 manat,xx.xx.2024-xx.xx.2024-14444 manat, xx.xx.2024-3197.52 manat, xx.xx.2024-xx.xx.2024-9331.42 manat pensiya məbləği ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 297810/2024 nömrəli “Artıq ödənilmiş əmək pensiyası haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtiərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 oktyabr 2024- cü il tarixli 3-17-1/2-M-236630/2024 və 16 oktyabr 2024-cü il tarixli 3-17- 1/2-M-252198/2024 nömrəli məktublarla cavablandırılmış 21 noyabr 2024-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, vaxtilə mərhum həyat yoldaşınız X2 əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci i! tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, mərhum Rövşən Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. X8 pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 34 il 1 ay 6 gün təşkil edirdi. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,26 (34,10 il x 170 manat:144 ay) manat hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 65,94 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57788,64 manat sığorta kapitalına uyğun 401,31 (57788,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 552,25 manat (65,94+401,31+85,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 728,67 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, xx.xx.2009-cu il tarixindən 2060,29 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 2969,96 manat) məbləğində əmək pensiyası təyin edilərək ödənilib. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, mərhum Rövşən Abbasova pensiya təyin edildiyi gündən sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 292796,40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 292796,40 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 78 aya (63 yaş 6 ay - 63 yaş)=6 ay+(144 ay-72 ay) bölünməklə 3753,80 manat (292796,40:78) qanuni əmək pensiyasının (728,67 manat) üzərinə əlavə edilərək 4482,47 (728,67+3753,80) manat (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 4737,97 manat)) ona ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixindən düzgün olmayan əmək pensiyası 6758,48 manata artırılmaqla (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 7259,97 manat)) ona artıq əmək pensiyası ödənilib. Bu səbəbdən də, sizə xx.xx.2019-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, artıq əmək pensiyası ödənilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən sizə vaxtilə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə xx.xx.2024-cü il tarixində məktub göndərilməklə 19 sentyabr 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə sizə 161369,11 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin pul vəsaitinin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyinizi xahiş edirik. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 9331,42 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2015-ci il tarixli 3-17-1/3-3-10583/2025 nömrəli Qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Hazırki pensiya məbləği: 10087.26 manat, yenidən hesablanmış pensiya məbləği: 10087.26 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: İnventar.AB(X7-un ilkin təyinat tarixindən yenidən hesablandı(55 yaşdan 57 yaşa keçdi+ xx.xx.2017-ci il tarixə 6 illik+xx.xx.2018(vəfat tarixi) tarixə işdən çıxma istifadə olunmamış psk kimi hesablandı) ABİ-nin hüququ xx.xx.2019.maddə39.1.(xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 15352/2024 nömrəli sərəncamda vəfat edən şəxsin yaşı 50-52 hissədə ləğv edilsin, qalan hissədə dəyişməsin.) «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarların ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Məhkəmə hesab edir ki, mübahisələndiriln qərarlardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktlardan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarlarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati aktlara münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-15352/2024 nömrəli Qərarı ilə iddiaçının pensiyası 14577.90 manatdan 9331.42 manata endirilmiş və yenidən hesablamanın əsası kimi mərhum X3 təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ilkin təyinat taixindən yenidən hesablanması olmuşdur. İddiçaıya 01.01ş2025-ci il tarixdən 10087.26 manat ailə başçısını itirməyə görə pensiya ödənilir. Belə ki, işdən müəyyən olunur ki, mərhum X5 xx.xx.1954-cü il təvəllüdlü olmaqla ona Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Yasamal rayon Şöbəsinin xx.xx.2009-cu il tarixdən 55 yaşdan orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə pensiya ilkin olaraq cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış, yenidən hesablanma zamanı mərhumun R.Abbasovun pensiya hüququ 57 yaşa -xx.xx.2011-ci ilə çəkilmiş, bu zaman orta əmək haqqına istinadən pensiyanın yenidən hesablanması halı aradan qalxmış, mərhumun pensiyası xx.xx.2006-cı il tarixədək ümumi staj və xx.xx.2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Eyni zamanda cavbadehin sonuncu xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarda yol verilmiş texniki səhv aradan qaldırılaraq pensiya yaşının 55 yaşdan 57 yaşa çəkildiyi qeydi daxil edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin hər iki qərarını mübahisələndirərək pensiyanın əvvəlki məbləğdə yenidən hesablama barədə sentyabr 2024-cü il tarixdə ödənilən 14577.90 manatdan başlayaraq ödənilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Başqa sözlə, xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə nəzərdə tutulmuş vəzifələrdə çalışan kişilər, həmin tarixədək 20 il ümumi və 10 il güzəştli stajı topladıqda həmin tarixdən sonra 50 yaşı tamam olduğu vaxtdan, 2 nömrəli siyahı üzrə nəzərdə tutulmuş vəzifələrdə çalışan kişilər isə xx.xx.1997-ci il tarixədək 25 il ümumi və 12 il 06 ayını güzəştli stajı topladıqda həmin tarixdən sonra 55 yaşı tamam olduğu vaxtdan güzəştli pensiya təyin edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mərhum R.Abbasova aid pensiya işinindən, əmək kitabçası qeydlərindən müəyyən olunur ki, mərhuma 55 yaşdan güzəştli pensiya təyin edilmiş, bu zaman onun xx.xx.1997-ci il tarixədək 25 ildən çox ümumi stajı olsa da lakin həmin tarixədək 12 il 06 aylıq güzəştli stajı toplamamışdır. Belə ki, həmin tarixədək mərhumun güzəştli stajı (xx.xx.1976-xx.xx.1976; xx.xx.1977- xx.xx.1977; 27.051979-xx.xx.1988; xx.xx.1988-xx.xx.1990-cı il olmaqla) 11 il 05 ay 25 gün olmuşdur. İddiaçının tələb olunan 12 il 06 güzəştli iş stajı xx.xx.2003-cü il tarixdə (xx.xx.2022xx.xx.2003-cü il tarixədək olan dövr əlavə edilməklə) tamamlanmışdır. Bu halda mərhum üçün güzəştli pensiya hüququ xx.xx.1997-ci il tarixli dəyişikliyə uyğun olaraq 57 yaşdanxx.xx.2011-ci il tarixdən yaranmışdır. Bundan əlavə iddiaçı tərəf mərhum R.Abbasovun 1 nömrıli siyahı üzrə güzəştli pensiya hüququna malik olduğunu qeyd etsə də, mərhuma aid pensiya işində R.Abbasovun Türkmənistanda neft sahəsində işlədiyi dövrün məhz dəniz şəraitində olması ilə bağlı güzəştli arayışı aşkar olunmamış, eyni zamanda əmək kitabçasında həmin dövr üzrə əmək qeydlərində sahənin dəniz şəraitində olması ilə bağlı qeyd daxil edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun: -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra mətndə- İİQ) 67.1-ci maddəsinə əsasən qanunsuz əliverişli inzibati akt: -İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması; -İnzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması; -İnzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinəticəsində qəbul edilmiş inzibati aktdır. Qeyd edilməlidir ki, hüquq normasının tətbiqi- hüquq normasının həyata keçirilməsinin forması olub səlahiyyətli dövlət orqanlarını hüquq normalarının konkret münasibətə tətbiqi sahəsindəki fəaliyyətini nəzərdə tutur. Hüquq normalarının tətbiqi prosesində qanunçuluğa riayət edilməsi hüquq normalarının göstərişlərinin düzgün yerinə yetirilməsinin əsasını təşkil edir. Hüquq normasının tətbiqi özündə 3 ayrı mərhələni birləşdirir: 1) işin faktik əsaslarının müəyyən edilməsi; 2) işin hüquqi əsaslarının müəyyən edilməsi; 3) iş üzrə qərar qəbul edilməsi. Birinci mərhələdə- inzibati orqan ilk növbədə hüquqi işi düzgün həll etmək üçün zəruri olan bu faktları seçib ayırmalıdır. İkinci mərhələdə- tədqiq edilən faktik hallara tətbiq olunmalı hüquq normasının seçilir və təhlil edilir. Bunun üçün inzibati orqanın qarşısında seçilmiş normanı təhlil edərkən onun zamana, məkana və şəxslərə görə qüvvəsini dərindən və hərtərəfli yoxlamaq, həmin normanın mətninin qanunçuluq baxımdan dəqiqliyini və əslinə uyğunluğunu, normanın dəyişib-dəyişmədiyini müəyyən etmək tələb olunur. Başqa sözlə, hüquqtətbiqetmə orqanı aşağıdakı halları dəqiq müəyyən etməlidir: - konkret işin həll edilməsi üçün əsas götürülmüş hüquq norması həmin vaxt qüvvədədirmi; - bu norma həmin işin həll edilməli olduğu ərazidə qüvvədədirmi; - normanın qüvvəsi onun tətbiq edilməli olduğu şəxsə şamil edilirmi. Üçüncü mərhələ- inzibati orqanın qərar çıxarması və bu qərarın maraqlı şəxslərə və təşkilatlara çatdırılmasıdır ki, bununla da hüquq normasının tətbiqi prosesi başa çatır və bundan sonra konkret hüquq və vəzifələri əks etdirən hüquq normasının tətbiqi aktının yerinə yetirilməsi prosesi başlayır. Beləliklə, maddi hüquq o zaman düzgün tətbiq olunmamış hesab edilir ki, inzibati orqan hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan normanı tətbiq etməsin, yaxud normanı səhv təfsir etsin. Hazırkı mübahisə ilə bağlı müəyyən edilir ki, ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərdə tutulmuş “yaşa görə və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci il tarixədək olan redaksiyası əsasında güzəştli pensiya təyinatına əsas verməmişdir. Cavabdeh inzibati orqan pensiya təyin edilməsi ilə bağlı müraciətə baxarkən hüquqtəbiqetmə prosesində yalnışlığa yol vermiş, hüquq münasibətlərinin tənzimləməsində qüvvədə olmayan, tətbiq edilməli olmayan hüquq normasını seçərək pensiya təyinatını aparmışdır. Başqa sözlə, işin hüquqi əsaslarını düzgün müəyyən etmədiyi nəticə etibarı ilə maddi anlamda 55 yaşdan pensiya hüququ yaranmadığı halda pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt İİQ-nun 67.1-ci maddəsinin tələbinə uyğun olaraq- inzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilən əliverişli və qanunsuz inzibati akt hesab olunur. Nə qədər ki, mərhum R.Abbasovun əmək pensiyasının hüququ xx.xx.1997-ci il tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Cavabdeh orqan ilkin olaraq pensiya təyin etdiyində pensiya təyin edilməsi zamanı qüvvədə olan xx.xx.1997-ci il tarixdən sonrakı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndini tətbiq etməli olduğu halda tətbiq etməmiş, lakin hazırkı mübahisələndirilən qərarları ilə pensiyanı yenidən hesablayaraq qüvvədə olmuş normanı tətbiq etmiş, bununla da pensiyanın düzgün hesablanmasını həyata keçirmişdir. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi hazırkı mübahisələndirilən inzibati aktlar iddiaçı üçün əliverişsiz inzibati aktlar olsa da qanuni və əsaslıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar