Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5750/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi üçüncü şəxs kimi göstərilməklə “yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinətinə təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi üçüncü şəxs kimi göstərilməklə “yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi barədə dost3 mailto:pensiya@sosial.gov.azElektron ünvan 1 elektron ünvanı DOST Agentliyinə vasitəsilə elektron qaydada müraciət etmiş, müraciəti cavablandırılmadığından məhkəmədə iddia qaldırmışdır. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 vəsatətlə çıxış edərək bildirdi ki, İddiaçı dost3 mailto:muavinat@sosial.gov.azElektron ünvan 2 elektron ünvanına müraciət etmək əvəzinə 21 iyul 2020-ci il tarixdə dost3 mailto:pensiya@sosial.gov.azElektron ünvan 1 elektron ünvanına müraciət etmişdir. Halbuki, dost3 mailto:pensiya@sosial.gov.azElektron ünvan 1 elektron ünvanı pensiyalar üzrə müraciətlərin edilməsi üçün yaradılmış elektron ünvandır. Beləliklə, müraciət düzgün edilməmişdir. Nümayəndə izahatının sonunda qeyd etdiyi halın nəzərə alınaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə, əvvəla, qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin elektron saytında sosial müavinətlər üzrə Agentliyə elektron müraciət üçün dost3 mailto:muavinat@sosial.gov.azElektron ünvan 2 elektron ünvanı mövcuddur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0 və 4.0.1.5-ci maddələrinə görə ailə başçısını itirməyə görə müavinət aylıq sosial müavinətin növlərindən biridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1 və 4.1.3-cü maddələrinə əsasən isə ailə başçısını itirməyə görə əmək pensiyası əmək pensiyalarının növlərindən biridir. İş materiallarından göründüyü kimi iddiaçının tələbi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0 və 4.0.1.5-ci maddələrinin tələblərinə əsasən yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar olduğu halda, o, Agentliyə sosial müavinətlər üzrə dost3 mailto:muavinat@sosial.gov.azElektron ünvan 2 elektron ünvanı vasitəsilə deyil, əmək pensiyaları üzrə müraciətlər üçün nəzərdə tutulmuş dost3 mailto:pensiya@sosial.gov.azElektron ünvan 1 elektron ünvanı vasitəsilə müraciət etmişdir. Məhkəmə göstərməyi zəruri hesab edir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.2-ci maddəsinə görə müraciət müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.12-ci maddəsinə əsasən elektron müraciət müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. Məhkəmə, əlavə olaraq onu da göstərməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarı ilə Fondun Bakı şəhəri üzrə Nizami, Sabunçu və Suraxanı rayon xidmət nümayəndəlikləri ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yaradılmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianı mümkün hesab etmədiyindən iddiaçıya izah etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə əlaqədar dost3 mailto:muavinat@sosial.gov.azElektron ünvan 2 elektron ünvanı vasitəsilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə, eyni zamanda, qeydiyyatda olduğu yaşayış yeri üzrə aidiyyəti inzibati orqana (hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 143)) müraciət etməli, xahişi təmin edilməyəcəyi təqdirdə isə həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxlmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5750/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5750/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver