Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5754/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək Cavabdehin xx/xx/2023-cü il tarixə yuxanda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 69,20 manat. Dövlət Sosial Müdafiə Fonduna 1229,51 manat, İcbari Tibbi Sığorta Fonduna 174,48 və İşsizlikdən Sığorta Fonduna 51,99 manat məbləğində borcuna görə cavabdeh X1 mülkiyyətində olan (MH seriyalı ******* nömrəli Çıxarış) fərqləndirici əlaməti qiyməti 78128 manat məbləğində Bakl şəhəri, ünvan 1 ünvanda 0,3022 ha torpaq sahəsində yerləşən (774,5 kv.m əsas, 202.1 kv.m köməkçi ümumilikdə 976,6 kv.m) olan daşlnmaz əmlak kompıeksi (qeyri yaşayış sahsi) olmaqla, ümumilikdə 78128 manat məbləğində siyahıya alınmış əmlakın siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan X2 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 350.68 manat, Dövlət Sosial Müdafiə Fonduna 3454,51 manat, İcbari Tibbi Sığorta Fonduna 797,48 manat və İşsizlikdən Sığorta Fonduna 216.99 məbləğində borcuna görə cavabdeh X1 mülkiyyətində olan (MH seriyalı ******* nömrəli Çıxarış) fərqləndirici əlaməti qiyməti 78128 manat məbləğində Bakl şəhəri, ünvan 1 ünvanda 0,3022 ha torpaq sahəsində yerləşən (774,5 kv.m əsas, 202,1 kv.ırı köməkçi ümumilikdə 976,6 kv.m) olan daşlnmaz əmlak kompleksi (qeyri-yaşayış sahsi) olmaqla, ümumilikdə 78128 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2/09/2023-cü il tarixli **********6, **********2, **********8 və **********4 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafıq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 69,20 manat, Dövlət Sosial Müdafiə Fonduna 1229,51 manat, İcbari Tibbi Sığorta Fonduna 174,48 və İşsizlikdən Sığorta Fonduna 51,99 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X1 inzibati məhkəmə icraatında cavabdeh qismində işdə prossesual iştirakına xitam verilmişdir. Cavabdeh hüquqi varis hesab edilərək cavabdeh qismində nəzərə alınmışdır.
4. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli “Məlumatın təqdim edilməsi” barədə məktubda bildirilmişdir ki, yaranmış borcların alınması məqsəd ilə vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixdə vergi ödəciyisinə məxsus daşınmaz əmlak siyahıya alınaraq protokol tərtib edilmişdir. Vergi orqanının uçot baza məlumatlarında vergi ödəyicisinə məxsus digər daşınar və ya daşınmaz əmlak müəyyən edilmişdir.
5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərə əsasən iddia qaldırılan tarixdən sonrakı dövrdə cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə iddia olunan borc məbləğində, yəni cəmi 1442 manat ödəniş həyata keçirilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh sistemdə ödənilməsi üçün hər hansı aktiv vergi borcunun olmadığını bildirərək (məhkəmə iclası zamanı bu halı vergi ödəyicisinə aid elektron uçot məlumatlarını nümayiş etdirməklə) mərhum atasına məxsus vergi borcunun tam ödənilməsinin nəzərə alınmasını xahiş etdi.
8. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva