Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5756/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvaninda yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə Xətai Rayon Məhkəməsi tərəfindən baxılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mənzilin üzərinə qoyulmüş həbsin götürülməsinin icra edilməsi üçün 27 oktyabr 2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı cavabdehə həbsin götürülməsi üçün müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 195/2010 saylı xx.xx.2010-cü il tarixli qərarına əsasən iddiaçının mərhum atası X4 məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin müddətinin iş üzrə yekun qərar qüvvəyə minənədək müəyyən edilməsi qərara alınmışdır. Sözüqedən cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 268/2011 saylı xx.xx.2011-ci il tarixli qərarı 28 iyul 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş və ona icra sənədini vermiş ümumi məhkəməyə şikayətlə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıya hüquqi yardım göstərilərək müvafiq səlahiyyətli məhkəməyə məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət etmək hüququ izah edilmiş, iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılması təkid edildiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Cavabdehin nümayəndəsi imtina cavabını müdafiə edərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iddiasında iddiaçı mərhum atasına məxsus olan mənzil üzərinə cavabdeh tərəfindən qoyulmuş həbsin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, 15 saylı evin, 1 saylı mənzilinin üzərinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)- 195/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarına əsasən həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 254.1.-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-195/2010 saylı məktubunun icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə **********94 çıxış nömrəli, xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 1(011)- 195/2010 nömrəli, 27 oktyabr 2022-ci il tarixli məktubun surətinə əsasən məhkəməyə daxil olmuş vətəndaş İddiaçı müraciətinə əsasən bildirilmişdir ki, məhkəmənin icraatında olmuş mərhum X2 Azərbaycan Respublikası CM-nin 221.3, 322.1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mərhumun oğlu İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək atasına məxsus ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-195/2010 saylı xx.xx.2010-cu il tarixli qərarına əsasən X4 məxsus ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbs müddətinin iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək müəyyən edilməsi qərara alınmışdır. Sözügedən cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 268/2011 saylı xx.xx.2011-ci il tarixli qərarına əsasən 28 iyul 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 195/2010 saylı xx.xx.2010-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qərarlarının surətləri X4 məxsus ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində icra edilməsi üçün inzibati orqana göndərilmişdir. - AZ-İİ seriyalı, 285292 nömrəli, 14 avqust 2022-ci il tarixli, X4 aid ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, 13 avqust 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 263.2 və 322.1 maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli hökmü dəyişdirilmiş, X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd edilən maddə ilə ona cəza təyin olunmamışdır. Həmçinin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə hökmün nəticə hissəsindən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə göstəriş xaric edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə R. Zeynalova təyin olunmuş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı göstəriş hökmdən xaric edilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və digər hissələrdə dəyişdirilmədən saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-13/12 nömrəli, 24 yanvar 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin X5 haqqında 28 iyul 2011-ci il tarixli qərarı dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Beləliklə hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçının mərhum atası X4 məxsus ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həmin məhkəmənin icraatında olmuş cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-195/2010 saylı xx.xx.2010-cu il tarixli qərarına əsasən həbs qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin;http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_14.htm 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının atası X4 məxsus mənzilin üzərinə həbs qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırdığı məsələ barəsində məhkəmə nəzarətini həyata keçirən ümumi yurisdiksiyalı məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5756/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5756/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver