Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5757/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 Ağahüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası İ qrup gözdən əlil, 1929-cu il təvəllüdlü atası X7 17 fevral 2000-ci il tarixdən 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq dövrünün müəyyələşdirilməsini, eyni zamanda həmin dövrün ayrıca hesablanaraq sosial sığorta stajına daxil edilməsini və əmək kitabçısında mövcud olan 21 il 9 ay 29 gün sığorta stajının üzərinə hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı Bakı Dost Mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətin məzmunu və əsası ondan ibarət olmuşdur ki, xx.xx.1976-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" zavodunda, habelə müxtəlif zavodlarda fəhlə qismində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə xx.xx.2000-ci il tarixində iddiaçının anası X10 dünyasını dəyişdikdən sonra 1941-1945-ci illərin müharibə veteranı, İ qrup əlil atası X7 dünyasını dəyişənədək, yəni xx.xx.2013-cü il tarixinə qədər qulluq göstərmişdir. Cavabdeh qurum 20 dekabr 2022-ci il tarixli, **********9 №-li məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı aşağıda qeyd etdiyi səbəblərdən dolayı əsassız olduğunu hesab etmişdir. Belə ki, 1929-cu il təvəllüdlü X12 hərbi xidmət öhdəliyini icra edərkən aldığı xəsarətdən sağ göz almasının itirilməsi, sol gözün kontairakt fəsadı, nevrostansiya və qiportaniya nəticəsində müddətsiz İ qrup əlillik dərəcəsi alaraq kənar şəxsin köməyinə ehtiyacı olması halı müəyyən edilmişdir. İddiaçının köməksiz qalan atası ona qulluq göstərə biləcək kiminsə olmaması səbəbindən xx.xx.2000-ci il tarixli ərizə ilə Nərimanov rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzinə müraicət edərək İddiaçı ona göstərdiyi qulluq ilə əlaqədar pensiya təminatının verilməsini xahiş etmişdir. Atasına qulluq göstərilməsi ilə əlaqədar İddiaçı 1999-cu il tarixdən, yəni anası xəstə ikən öz hesabına məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı 1999-cu ildən 2013-cü il 15 mart tarixinədək birinci qrup gözdən əlil atasına qulluq göstərmişdir. Bu barədə 2000-ci il tarixdə verilmiş Nərimanov rayon İcra Hakimiyyəti 20 saylı Mənzil Kommunal İstismar sahəainin arayışı həmin halı təsdiq edir. İddiaçı atasına qulluq etdiyi dövr 2000-2013-cü illəri əhatə etdiyindən həmin fəaliyyət dövrünün yenidən hesablanmalı olduğu qənaətinə gəlmişdir. O, hesab etmişdir ki, X5 ümumi sığorta stajının 35 il 8 ay 27 gün olaraq hesablanmalıdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya imkan verdikdə sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, ənun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin madədə göstərilən şəxslər şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi X1 əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 21 il 9 ay 29 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən vətəndaş İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ilin iyun, oktyabr, dekabr ayları, 1998-ci ilin iyul-sentyabr ayları və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib və bu səbəbdən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə onun pensiya təminatı hüququna yenidən baxıla bilər.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 5 №-li arayışa əsasən 1992-1999-cu illərdə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olmuşdur.
5. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixində kəskin ürək qan damar çatışmamazlığı nəticəsində dünyasını dəyişmişdir.
6. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, iddiaçının anası X10 xx.xx.2000-ci il tarixində dünyasını dəyişmişdir.
7. X7 xx.xx.1976-ci il tarixində 007691 nömrəli əlillik vəsiqəsi verilmişdir.
8. Həkim-əmək ekspert komissiyasının 2541 nömrəli arayışdan görünür ki, X12 İ qrup əlilliyi və kənar şəxsin köməyinə ehtiyacı olması faktı müəyyən olunmuşdur.
9. Cavabdeh qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı 30 mart 2023-cü il tarixində etirazla məhkəməyə müraciət edərək iddiaçı X2 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hesab edilmişdir ki, İddiaçı əmək kitabçasının sürətinə əsasən sığorta stajı 21 il 9 ay 29 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cavabdeh qurumun keçirdiyi monitorinq nəticəsində vətəndaş İddiaçı əmək kitabçasının sürətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1997-ci ilin iyun, oktyabr, dekabr ayları, 1998-ci ilin iyul-sentyabr ayları və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib və bu səbəbdən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər sığorta stajına daxil edilməyib. Cavabdeh qurum hesab edir ki, “Vətəandaşların pensiya təminatı haqqında” və “Məzuniyyətlər haqqında qanunun” tələblərinə əsasən İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə hüquqi qiymət verilməlidir.
10. Məhkəmədə çıxış edən iddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 iddianın təmin olunmasını xahiş etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) əvvəlki iclasda iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddiaçının əmək kitabçısında mövcud olan 21 il 9 ay 29 gün sığorta stajı mübahisələndirilmir. Cavabdeh tərəfindən iddaçının atası X17 veteranı, İ qrup gözdən əlil X7 17 fevral 2000-ci il tarixdən vəfat etdiyi 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq müddəti sığorta stajına daxil edilməmişdir.
15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin d) bəndinə əsasən İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir.
16. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasından: 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
18. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mərhum atası X12 1976cı ildən İ qrup X17 əlilidir və xx.xx.2013-cü ildə ölmüşdür. X4 xx.xx.2000-ci ildə aidiyyəti sosial müdafiə mərkəzinə müraciət edərək arvadı X6 xx.xx.2000-ci il tarixdə qəflətən vəfatını nəzərə alıb ona qulluq etdiyinə görə onunla bir ünvanda yaşayan qızı 1959-cu il təvəllüdlü X3 təqaüd verilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2000-ci ildə dərkənar edilmişdir.
19. 20 saylı MKİS tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışda İddiaçı Xuluflu küçəsi 36 saylı evin 31 nömrəli mənzilində pasport qeydiyyatında olduğu və həqiqətən atası X12 – İ qrup X17 əlili ilə birlikdə yaşayır və anası X10 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra atasına qulluq edir.
20. Məhkəmə qeyd edir ki, X4nun İ qrup X17 əlili olması və xx.xx.2013-cü ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Məhkəmə nəzərə alır ki, iddiaçını nümayəndə qismində onun qardaşı Nümayəndə1 məhkəmədə təmsil edərək iddianı müdafiə edir, yəni məhz bacısının atasına qulluq etməsi halını təsdiq edir. Mərhumun əmək qabiliyyətsiz olmaqa ahıllar üçün sosial xidmət müəssisəsinə yerləşdirildiyi və ya digər ailə üzvü tərəfindən qulluq edildiyi müəyyən edilmir. Eyni zamanda iddiaçı atasına qulluq etmək üçün həmin dövrdə öz hesabına məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş dəlillərə əsasən iddiaçının atasına qulluq etməsi aydın olduğundan qeyd edilən məsələnin hüquqi fakt qaydasında müəyyən edilməsi həddən artıq formallıq olardı. Odur ki, işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı mərhumla bir ünvanda yaşadığından ona ölümünə qədər məhz qızının qulluq etdiyi aydındır və həmin məsələ ilə bağlı vaxtilə mərhumun sosial müdafiə orqanına müraciət etməsi məhkəmədə şübhə doğurmur.
21. Odur ki, iddiaçının anası mərhum X10 vəfat etdikdən sonra mərhum atası İ qrup gözdən əlil, X17 veteranı X5 vəfat etdiyi vaxtadək ona qulluq etdiyi müddət onun sığorta stajı kimi nəzərə alınmalıdır.
22. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
23. 1 iyul 2022 – 30 iyun 2023 dövrü üçün qadınlar üzrə pensiya yaşı 63 yaşdır. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 63 yaşı var.
24. Odur ki, iddiaçının hüququ yaşa görə pensiya hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır.
25. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. X17 veteranı, İ qrup gözdən əlil X4na 17 fevral 2000-ci il tarixdən 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq dövrü sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva