Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5758/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı verilən “Müharibə Veteranı” adının bərpa olunması və itirilimiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Prourorluq orqanlarında xidmət etdiyi dövrdə Tərtər qarnizonu, Füzuli qarnizonları üzrə hərbi prokurorluq orqanlarının müvafiq vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 354 saylı, 9 sentyabr 1992-ci il tarixli “Müdafiə Nazirliyinin hərbi qulluqçularına üç misli miqdarında əmək haqqının ödənilməsi” barədə əmrinə uyğun olaraq ona həmin illərdə xidmət etdiyi dövr üçün əmək haqqımın üç misli miqdarında əmək haqqı ödənilmişdir. 2002-ci il tarixində tərəfndən “Müharibə Veteranı” adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq ona “Müharibə Veteranı” adı və xx.xx.2002-ci il tarixli, 051865 saylı veteran vəsiqəsi verilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, ona müraciəti əsasında xx.xx.2019-cu il tarixindən “Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” üzrə 80 təqaüd ödənilməyə başlanılmışdır. xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdün verilməsi dayandırılmışdır. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə qeyd edilən təqaüdün dayandırılma səbəbinin öyrənilməsi ilə bağlı müraciət olunmuşdur. Müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafısəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2024-cü il tarixli Qərarına əsasən, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək ona ödənilən Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 4880.00 manat (dörd min səkkiz yüz səksən manat) vəsaitin artıq ödənilmişdir və geri qaytarılmalıdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafısəi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Fialiahnm 23 noyabr 2024-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarına əsasən, müharibə veteranı adı və veteran vəsiqəsi müvafiq olaraq respublikasının hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir və xx.xx.2002-ci il tarixli, 051865 saylı veteran vəsiqəsi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyindən xx.xx.2019-cu il tarixindən xx.xx.2024- cü il tarixinədək sözügedən təqaüd üzrə ödənilmiş məbləğ əsassız hesab olunur. Tərəfindən həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, həm də Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət olunmasını baxmayaraq heç bir müsbət nəticə əldə etməmiş və hüquqlarım bərpa olunmamışdır. Heç bir əsas olmadan ona “Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” üzrə hər ay ödənilən 80 manat təqaüdün verilməsi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı təsdqi edilmiş “ Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, “Müharibə Veteranı” adı və vəsiqəsi yalnız 1988-ci ilin fevral aym 1dən, 1994-cü ilin may ayının 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmçinin 60-cı maddədə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 2-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - “Fond”) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli Qərarına əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək (FİN xxxxxxx) Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 4880,00 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir.
4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli sosial ödənilmiş vəsaitin aşkar edilməsi haqqında məktubda qeyd edilmişir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əsasnamənsinə əsasən Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bildirilmişdir ki, xx.xx.2019-cu il tarixindən təyin edilmiş müharibə veteranlarına Prezident təqaüdünün qanunauyğunluğunun yoxlanılması zərurəti yaranmışdır. Bu səbəbdən təqaüdün ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995- ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına əsasən müharibə veteranı adı və veteran vəsiqəsi müvafiq olaraq Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bildirilmişdir ki, təqdim etdiyi xx.xx.2002-ci il tarixli 051865 nömrəli veteran vəsiqəsi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyindən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək sözügedən təqaüd üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək müharibə veteranı kimi Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci tarixli 22743/**********0 nömrəli qərar ilə iddiaçıya xx.xx.2019- cu il tarixli 641 nömrəli Fərman əsasında xx.xx.2019-cu il tarixdən müharibə veteranı kimi 80 manat məbləğində təqaüd təyin edilmişdir. Bildirilmişdir ki, Əsasnaməyə uyğun olaraq Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Bununla əlaqədar olaraq, daxili xidməti yoxlama nəticəsində İddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına əsasən müharibə veteranı adı və veteran vəsiqəsi müvafiq olaraq Respublikanın hərbi məhkəmələrində və hərbi prokrorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokrorluğunda yaradılan komissiyallarının rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilməli olduğu aşkar edilmişdir. Bildirilmişdir ki, “İnzibati icraat haqqında'' Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən İddiaçı müharibə veteranlarına Prezident təqaüdü hüququna yenidən baxılması üçün inzibati icraat təzələnmişdir. Əlavə olaraq, Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-K- 129013/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala dəvət olunması nəticəsində xx.xx.2024-cü il tarixli akt ilə iddiaçıya hüququnun olmadığı halda ona xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Prezident təqaüdü üzrə ödənilən məbləğin əsassız olaraq ödənilmiş məbləğ hesab edilməsi eləcə də, bu cür ödənişlər aşkar edildikdə təyin edilmiş təqaüd ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq şəxsə Prezident təqaüdünün təyin edilməsi haqqında qərarın ləğv olunacağı və artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Bundan başqa. X3 üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024- cü il tarixli məktubla iddiaçıya Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli Qərarına əsasən təyin edilmiş Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdü üzrə 4800,00 manat məbləğində vəsaitin artıq ödənildiyi barədə məlumat verilərək, iddiaçıdan artıq ödəmə məbləğinin Maliyyə Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa edilməsi xahiş edilmişdir. Əks halda müvafiq qanunvericilik tədbirlərinin görüləcəyi barədə məlumat verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı təqaüdün dayandırılması barədə məlumatlı olmuş eləcə də, qanunvericiliyin tələbləri ona izah edilmişdir. Bu halda mövcud vəziyyətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qanunun 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı R.X4 dəvət olunaraq ona ətraflı məlumatın verilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ödənilən müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezident təqaüdü üzrə hər ay ödənilən 80 manat təqaüdün verilməsinin dayandırıldığını qeyd etmişdir. Bildirilmişdir ki, iddiaçının verdiyi tələb üzrə iddia müddəti 30 gündür və bu müddətin başlanğıcı (axımı) inzibati aktın ona təqdim olunduğu vaxtdan başlanır. İddiaçı tərəfindən iddia müddətinə əməl olunması araşdırılarkən, ilk növbədə iddia müddətinin axımının başlanmasına səbəb olan hüquqi faktın - inzibati aktı təqdimetmənin nə vaxt baş verməsi müəyyən olunmalıdır. Hüquqi faktın baş verməsi isə xx.xx.2024-cü il tarixli aktla təsdiqlənmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçıya qanunvericiliyin mövcud tələblərinin izah olunmasına, təqaüdün dayandırılması əsasları haqqında ətraflı məlumat verilməsinə və bununla əlaqədar olaraq akt imzalanmasına baxmayaraq İddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətin ötürülməsi ilə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli 2-2- 100/2-028233/2025 nömrəli cavab məktubunda “Bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarlar qanunsuz və əsassız olduğundan Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə həmin qərarlar ləğv edilmişdir. Sabiq prokurorluq işçisi İddiaçı verilmiş “Müharibə veteram” adı və vəsiqəsi də qeyd edilən əmrlə ləğv edilmişdir”. Mövcud vəziyyətdə İddiaçı veteran statusu da mövcud olmadığından eləcə də həmin ödənişləri həyata keçirən orqan Müdafiə Nazirliyi olduğundan Mərkəzi Filial tərəfindən təqaüdün ödənilməsi qanunvericiliyə ziddir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “müharibə veteranı adının bərpa olunması və itirilmiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi" tələbinə dair 2-1(112)-5758/2025 nömrəli inzibati iş üzrə iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
6. 051865 nömrəli vəsiqəyə əsasən xx.xx.2002-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı müharibə veteranı adı verilmişdir.
7. Azərbaycan Respublikasının Baş Prokurorluğu xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı müəyyən edilmiş ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələbinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
8. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Baş Prokurorluqda 2003-cü ildə “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 106 №-li qərarı ilə Əsasnamənin 1-ci bölməsinin axırıncı abzasının yeni redaksiyada verilmiş mətninə zidd olaraq Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarları qanunsuz və əsassız olduğundan Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə ləğv edilmişdir. Sabiq prokurorluq işçisi İddiaçı verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi də qeyd edilən əmrlə ləğv edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi iki hissədən ibarətdir. İddiaçı verilən “Müharibə Veteranı” adının bərpa olunması və itirilimiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi ilə bağlıdır.
11. Məhkəmə “Müharibə Veteranı” adının bərpa olunması ilə bağlı iddia tələbinə ayrıca qiymət verir.
12. Hazırki qərarla məhkəmə itirilimiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi hissəsinə münasibət bildirir.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan:
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar...
7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq kollegiya qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir.
17. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanından:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;
18. 051865 nömrəli vəsiqəyə əsasən xx.xx.2002-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı müharibə veteranı adı verilmişdir.
19. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmr ilə İddiaçı verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi ləğv edilmişdir.
20. Məhkəmə hesab edir ki, faktiki olaraq hazırda İddiaçı daha əvvəl verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmr ilə ləğv edildiyinə görə cavabdeh tərəfindən müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü iddiaçıya ödəməsi öhdəliyi hazırda mövcud deyil.
21. Belə ki, “Müharibə veteranı” statusunun ləğvi nəticəsində iddiaçı həmin statusdan irəli gələn hüquqlaradan, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququndan hazırkı vəziyyətdə məhrum edilmişdir.
22. Odur ki, iddiaçının hazırkı statusuna əsasən cavabdehin ona münasibətdə hər hansı maddi öhdəliyi (yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi) mövcud deyil. İddiaçı müvafiq statusdan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmr ilə məhrum edildiyindən hər hansı ödənilməmiş fərqin ödənilməsi öhdəliyi də yoxdur.
23. Odur ki, iddia tələbi itirilimiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi hissəsində təmin edilməməlidir.
24. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının təqaüdün ödənilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi “itirilimiş aylar üzrə ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi” hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva