Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5761/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X2rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 1967-ci ildə Qubadlı rayonunda doğulmuşdur. 1982 – 85-ci illərdə 35 nömrəli peşə məktəbində oxumuşdur, 1985-ci ildə təyinatla Sumqayıt şəhər X13 Nəzarət ölçü cihazları və avtomatika üzrə (kimya sənayesində) 3-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987ci il tarixədək hərbi xidmətdə olmuşdur. x xxxxxx 1988-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək X5, x xxxxxxx 1988-ci il tarixdən x xxxx 1991-ci il tarixədək X14 Zavodunun soyutma sexində, x xxxx 1991-ci il tarixdən x xxxxxx 1992-ci il tarixədək “Xarrat” kooperativində çilingər, xx xxxxxx 1992-ci il tarixdən 2019-cu ilin mart ayında təqaüdə göndərilənədək X12 və Polietilen Zavodunda müxtəlif peşələrdə (əmək kitabçası ərizəyə əlavə olunur) işləmişdir və bu müddət ərzində 6-cı dərəcəyə qədər yüksəlmişdir. Sağlamlığı üçün olduqca zərərli olan peşəsini DSMF Sumqayıt şəhər şöbəsinin qanuna zidd əməllərinə görə bu gün də davam etdirməli olmuşdur. Belə ki, 2019-cu ilin aprel ayında DSMF Sumqayıt şəhər şöbəsinin ona ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubunda 2019-cu il mart ayının 14-dən ASAN Xidmət vasitəsilə təqaüdə çıxarılması ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına (S.Vurğun küçəsi, 112 ünvanında yerləşən) plastik kart sifariş verilməsi və kartın götürülməsi üçün Bankın Sumqayıt filalına müraciət etməsi bildirildiyindən, iddiaçı qeyd olunan ünvana gedərək pensiya kartı götürmüş və 2019-cu ilin mart, aprel və may ayları üzrə pensiya məbləğlərini almışdır. Lakin 2019-cu ilin 4-cü ayının pensiyasının verilməsi 2019-cu ilin iyun ayından heç bir xəbərdarlıq olunmadan qəsdən dayandırılmışdır. Öncə diqqətə çatdırılır ki, əgər onun (iddiaçının) güzəşli şərtlərlə pensiyaya çıxmasında hər hansı bir qüsur var idisə, nə üçün Asan Xidmət tərəfindən DSMF-nun Sumqayıt şəhər şöbəsinə pensiyaya göndərilməsi, hətta ona pensiya kartı sifariş verilməsi barədə rəsmi məktub göndərilərkən bu dayandırma yox idi və əksinə üstəlik həmin kartı almaq üçün ona xx xxxx 2019-cu il tarixli rəsmi məktub da göndərilmişdir? Bu barədə o, DSMF Sumqayıt şəhər şöbəsinə, sonra isə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, səbəbsiz bəhanələrlə pensiya bərpa olunmamışdır. Əmək kitabçasında qeyd olunduğu kimi, 33 illik əmək fəaliyyətinin 29 ilini Sumqayıt Etilen-Polietilen Zavodunda müxtəlif zəhərli peşəllərdə işlədiyindən, artıq səhhəti pisləmişdir. 2019-cu ilin mart ayından ASAN Xidmət tərəfindən Azərbaycan Respublikasının müvafiq qaynunları və AR Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin birinci bəndinin “1080A010” şifrinə uyğun olaraq güzəşli şərtlərlə təqaüdə çıxarılsa da, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı orqanları əsası olmayan müxtəlif bəhanələrlə qəsdən təqaüdün verilməsini dayandırmışlar. 1 ilə yaxın müddətdir ki, ASAN Xidmət tərəfindən qanuni əsaslarla təyin edilmiş pensiyasını ala bimir. Hansı ki, güzəştli şərtlərlə pensiya almaq üçüm 29 il deyil, 10 il iş stajı kifayət etdiyi halda, o, bu zəhərli peşələrdə iki dəfədən çox, 29 il işləmişdir və hal-hazırda da xəstə olmağına baxmayaraq məcburiyyətdən həmin işdə işləyir. “Azərkimya” X9 X8 şöbəsinin x xxxxxx 2019-cu il tarixli 253 nömrəli arayışı ilə onun həqiqətən də Polietilen istehsalat sexində polimerləşdirmə aparatçısı, həmin zavodun 254 nömrəli arayışına əsasən sintez sexində dənəvərləşdirmə aparatçısı, polimerləşdirmə aparatçısı və 255 saylı arayışına əsasən polietilen sexində zəhərli aparatçı peşəsində işləməyni və AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin birinci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı istehsalatında güzəşli şərtlərlə pensiya təyin etmək hüququnun olması təsdiq edilsə də, hansısa səbəbdən qanuni və haqlı tələbinə əhəmiyyət verən olmamışdır. DSMF Sumqayıt şəhər şöbəsinin ona ünvanladığı xx xxxx 2019-cu il tarixli cavabının ikinci abzasında “x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətandaşların pensiya təminatı haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (x xxxxxx 2006-cı il tarixədək) azı 20 il sosial sığorta stajı olduqda bu və müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar.” bildirilmişdir və qurumun əməkdaşları bununla mövqelərinə haqq qazandırmağa çalışırlar. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan qanuna əsaslananda o (iddiaçı), zəhərli işə görə pensiyaya 17 il əvvəlcədən, yəni zəhərli işdə 10 ili tamam olanda göndərilməli idi. Bu günə isə, onun təkcə zəhərli işdə qanunda qeyd olunan 10 ildən 3 dəfə çox, 29 il iş stajı olduğu halda, ona əlavə kompensasiya da ödənilməlidir. Bundan əlavə, həmin cavabda daha sonra Azərbaycan Respublikası Prezidentinin x xxx 2017-ci il tarixli 1352 saylı Fərmanı, «Əmək pensiyası haqqında» AR Qanununun 9.1 və 45 maddələrinin tələblərini pozaraq, 1967-ci il təvəllüdlü olduğundan, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23.040 manat pensiya sığorta kapitalına qarşı guya 22.022.70 manat pensiya sığorta kapitalı olduğunu bəhanə gətirərək, bəhanəni kəsmək xatirinə və həmçinin artıq onun təqaüddə olduğunu nəzərə alaraq, çatmayan 1.000 manatı belə ödəyəcəyini bildirsə də, qoyulan şərtləri qəbul etmədiyinə görə əhəmiyyət verən olmamışdır. Göstərilənlərə və «Əmək pensiyası haqqında» AR Qanununun müddəalarına əsaslanaraq, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar biuldirilir: - Hesab olunur ki, İddiaçı iddiası əsaslı olmadığından rədd edilməlidir. Məlum olduğu kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxx 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, onun x xxxxxx 2006-cı il tarixinə ümumi iş stajı 20 ildən az təşkil edir. Həmçinin, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X3”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: - (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İş materiallarında olan 593625 nömrəli diplomun surətindən görünür ki, İddiaçı x xxxxxxxx 1982-ci il tarixdən xx xxxx 1985-ci il tarixədək Sumqayıt şəhəri 35 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri 35 nömrəli texniki peşə məktəbi tərəfindən İddiaçı xx xxxx 1985-ci il tarixdə 593625 nömrəli diploma dair davamiyyət üzrə yekun qiymətlər əks olunan “çıxarış” verilmişdir. İş materiallarında olan ARDNŞ “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun verdiyi x xxxxxx 2019-cu il tarixli arayışlardan görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixədək “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” Zavodunun Polietilen istehsalı sexində polimerləşdirmə aparatçısı, xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 1994-cü il tarixədək həmin Zavodun Sintez sexində dənəvərləşdirmə aparatçısı, polimerləşdirmə aparatçısı, xx xxxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Zavodun Polietilen sexində aparatçı vəzifələrində işləmişdir. İş materiallarında olan DSMF Sumqayıt şəhər şöbəsinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - DSMF Sumqayıt şəhər şöbəsinə Sumqayıt ASAN Xidmət vasotəsilə təqdim edilmiş sənədlərə əsasən Sizə (İddiaçı) hüququnuzun yarandığı xx xxxx 2019-cu il tarixdən 160 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. x xxxxxx 2006-cı il tarixədək ümumi staj – 20 il 1 ay 14 gün, x xxxxxx 2006-cı il tarixdən x xxxxxxx 2018-ci il tarixədək 12 il 4 ay sosial sığorta stajı, fərdi hesabınızın sığorta hissəsində toplanan pensiya kapitalı 22.022,70 manat təşkil edir. Əmək pensiyasının ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankının Səməd Vurğun küçəsi, 112 ünvanında yerləşən Sumqayıt filialına plastik kart sifariş verilmişdir. Pensiya kartının alınması üçün Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına mürciət edilməsi xahiş olunur. İş materiallarından görünür ki, DSMF Sumqayıt şəhər şöbəsinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.8, 45-ci maddələrinə, əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad olunmuş və aşağıdakılar bildirilmişdir: - Şöbəyə təqdim edilən şəxsiyyət vəsiqəsinin surətindən məlum olunur ki, 1967-ci il təvəllüdlüsüz, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 23.040 manat pensiya sığorta kapitalına qarşı 22.022,70 manat pensiya kapitalı olduğundan, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İş materiallarında olan DSMF-nin İddiaçı ünvanlanmış xx xxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır (bu, işin mübahisələndirilməyən hallarına aiddir). Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda 1080A010 kodla nəzərdə tutulmuşdur. İddiaçıya DSMF Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensityası təyin edilmiş, lakin sonradan pensiya ödənişi dayandırılmışdır. DSMF orqanı buna səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin və x xxxxxx 2006-cı il tarixədək 20 il ümumi iş stajının toplanmadığını əsas gətirmişdir. İddiaçı ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hazırda bərpasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Eləcə də, həmin qeydlərin həqiqiliyinin hər hansı arayışla sübut olunması vəzifəsi də inzibati icraatda ərizəçinin üzərinə qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» AR Qanununun 15 və 19-cu maddələrinin tələblərinə ziddir. Həmçinin nəzərə alınmalıdır ki, əvvəlki dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarix «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsi şəxsin texiniki peşə məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməsini nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən hazırkı iddiaçının 1982 – 1985-ci illərdə Sumqayıt şəhəri 35 saylı texniki peşə məktəbində aldığı təhsil müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Onun diplomu yuxarıda qeyd olunan əsasla mötəbər sübut sayılır. Bundan qaşqa, şəxsə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı”nın məbləği həmin Qanunun 9.8-ci maddəsi tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında şərtləndirən hal kimi çıxış edə bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin bu dəlili ilə də razılaşmır. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmənin DSMF orqanının hərəkətləri ilə bağlı qənaəti belədir ki, iddiaçıya 52 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8-ci maddəsindəki hallar, o cümlədən 37.8.3-cü maddəsində nəzərdə tutulan hal mövcud olmadığından, DSMF orqanı iddiaçıya 52 yaşdan təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasını dayandırmaqda haqlı olmamışdır, belə hərəkət qanuna ziddir və iddiaçıya təyin olunmuş həmin pensiya bərpa edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 52 yaşdan təyin olunmuş güzəştli şərtərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF X11 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan təyin olunmuş güzəştli şərtərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF X11 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5761/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5761/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver