Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5765/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Əlimuxtar oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirаkı ilə, İddiаçı İddiaçı Əlimuxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlimuxtar oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin ödənilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 2410/2011 saylı qətnaməsinə və Ali Məhkəmənin 2(102)-931/07 saylı bildirişinə əsasən məhdudiyyətin mövcud olması göstərilmişdir. O, ünvan 1 ünvanında mərhum X1 yaşadığı hissəsinin uçulub dağılması və mövcud olmaması səbəbindən müvafiq olaraq texniki pasporta dəyişiklik edilməsinin öhdəsinə qoyulmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, bununla bağlı hakim Ş.Məmmədova tərəfindən 2(81)- 2410/2011 saylı, xx.xx.2011-ci il tarixli sərəncam verilərək Ərazi İdarəsinə göndərilmişdir. İşə baxılarkən o iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə vermiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-323/2012 saylı xx xxxx 2012-ci il tarixli qərardadı ilə iddianın geri qaytarılması barədə ərizə təmin edilmişdir, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ona geri qaytarılması qərara alınmışdır. Yəni bu işə baxılarkən hər hansı bir qətnamə çıxarılmamışdır, həmçinin işə baxıldığı vaxt fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulması barədə qərardad çıxarılmamışdır, yəni fərdi yaşayış evinin üzərində həbs qoyulmamış, hər hansı bir hərəkətin aparılması qadağan edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2(102)-931/2008 saylı, xx xxxxx 2008-ci il tarixli qərarı ilə qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Həmçinin məlumdur ki, Ali Məhkəmədə işə baxılarkən qanunvericiliklə əmlak üzərinə məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır və məhdudiyyət barədə bildirişin də mövcud olması mümkünsüzdür. Nəsimi Rayon Məhkəməsində mirasın qəbulu müddətinin uzadılmasına dair iş üzrə çıxarılmış qətnamə də məhdudiyyətin mövcud olması barədə qeyd edilənlər öz əksini tapmışdır. Cavabdeh tərəfə dəfələrlə ərizə ilə müraciət edərək qanunsuz qoyulmuş məhdudiyyətin götürülməsini tələb etmiş, lakin ərizəsi təmin edilməmişdir və o Bakı İnzibati Məhkəməsində iddia qaldırmağa məcbur olmuş və Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmiş və məhdudiyyətin götürülməsi cavabdehin öhdəsinə qoyulmuşdur. Göründüyü kimi o uzun müddət bu qanunsuzluğun aradan qaldırılmasına çalışmış, miras əmlakın sənədləşdirilməsi illərlə uzanmışdır və bu da təbii ki, onun maddi və mənəvi zərərə məruz qalmağı ilə nəticələnmişdir. O cavabdeh tərəfə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə tədbir görülməmişdir və xx.xx.2020-ci il tarixli cavabda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinə, həmçinin AR Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə istinad edərək əsas olmadığı və bu səbəbdən də imtina edilməsi göstərilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, ünvan 2 ünvanı ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)-2410/2011 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)- 2410/2011 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə İddiaçı Əlimuxtar oğluna, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə, Azərbaycan Respublikası Ali məhkəməsinə və Bakı şəhər Nəsimi rayon Məhkəməsinə **********25 saylı, xx.xx.2019-cu il tarixli və **********37 saylı xx.xx.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsinə nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından bəlli olur ki, yuxarıda adları çəkilən məhkəmə bildirişlərinə dair yekun məhkəmə aktları və məlumatlar məhkəmənin sorğusu əsasında əldə edilmişdir. Beləliklə, idarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Maddi ziyanla bağlı tələbə dair qeyd edilmişdir ki, ərizəyə iddiaçıya dəymiş maddi zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsirini müəyyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi , ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsiqeyri-əmlak hüquqular və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ərizədə maddi və mənəvi ziyan olaraq göstərilən məbləğin ödənilməsinə dair tələb tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə əsaslandırılmamışdır. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı icra edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlər silinmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Bələliklə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********47 nömrəli məktubda Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(81)-2410/2011 saylı qətnaməsi və Ali Məhkəmənin 2(102)-931/08 saylı bildirişlərinə əsasən məhdudiyyət mövcud olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi üzərində məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadına əsasən İddiaçı Əlimuxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin tutularaq ödənilməsi hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Əlimuxtar oğluna ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********44 saylı imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2410/2011 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı bidirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə ona 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Bakı şəhər Nəsimi rayon Məhkəməsinə **********5 saylı, xx.xx.2019-cu il tarixli və **********37 saylı xx.xx.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Bakı inzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından bəlli olur ki, adı çəkilən məhkəmə bildirişlərinə dair yekun məhkəmə aktları və məlumatlar məhkəmənin sorğusu əsasında əldə edilmişdir. Beləliklə, idarə tərəfindən hər hansı qanunsuz həəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Maddi zərəri təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı tərəflərin izahatından aydın olur ki, cavabdeh tərəf 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2410/2011 saylı, Ali Məhkəmənin 2(102)-931/08 saylı və Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2784/19 saylı bildirişlərini nəzərə alaraq müvafiq əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhdudiyyətlə əlaqədar dövlət reyestrində qeydlər aparmışdır. İddiaçı ilk olaraq bu məhdudiyyətdən cavabdeh orqanın xx.xx.2018-ci il tarixli məktubu ilə, məhdudiyyətin səbəbi barədə isə xx.xx.2019-cu il tarixli məktubla məlumatlı olmuş, məhkəmə qaydasında bu məhdudiyyəti mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx xxx 2020ci il tarixli 2-1(112)-905/2020 saylı qərarı ilə ünvan 6 ünvanı ilə bağlı məhdudiyyətin qoyulmasına əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2410/2011 saylı, Ali Məhkəmənin 2(102)-931/08 saylı və Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2784/19 saylı işləri üzrə yekun məhkəmə qərarları qəbul edildiyi müəyyən edilmişdir. İddiaçı uzun illər ərzində onun məlumatı olmadan əsassız olaraq yaşayış evi üzərində məhdudiyyətin olması səbəbindən dəymiş mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin orqan imtina cavabı vermişdir. Məhkəmə prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda məhkəmə baxışının hədlərini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi üzrə tələbin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsinə nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Beləliklə, hazırki iddia ərizəsi şərti olaraq iki hissəyə ayrılır: maddi zərərin ödənilməsi və mənəvi ziyanın ödənilməsi. Məhkəmə ilk öncə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı hissəyə münasibət bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin 4 əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, iddiaçı ona maddi zərərin dəydiyini cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə məhdudiyyətin qoyulmasını əsas gətirsə də, sübut etmə yükünü daşıyan iddiaçı ona maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1096.1-ci maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan, həmçinin, vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu hissədə də iddia tələbləri təmin edilə bilməz. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X6 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materialları və işin müəyyən edilmiş halları ilə cavabdeh tərəfindən iddiaçılara mənəvi ziyanın vurulması halları öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında sözügedən fərdi yaşayış evinin üzərində məhdudiyyətdən cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş cavab məktubundan sonra məlumatlı olduğunu, həmin cavab məktubuna əsasən bu məhdudiyyətin 2008-ci ildən bəri davam etdiyini bildirərək, 10 ildən çox müddətdə onun xəbəri olmadan sözügedən ev üzərində məhdudiyyətin mövcud olması əsasında ona maddi və mənəvi zərərin dəydiyini qeyd etmişdir. Halbuki 2008-ci ildən bəri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən hər hansı bir məhdudiyyət olsa da, iddiaçı həmin dövrdən mövcud olan məhdudiyyətə görə zərərə düçar olduğunu və bu zərərin nədən ibarət olduğunu sübuta yetirə bilmir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı Əlimuxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Əlimuxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5765/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5765/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver