Məhkəmə qərarları › İş №2-1(112)-5765/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5765/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5765/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 28 saylı vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X2 (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda "xxxx" QSC-də “daşın seçib qablaşdırıcı (fəhlə)” vəzifəsində işləyir. Bu sahədə ümumi stajı 44 ildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Dəmir Yolunun Ordubad Yol stansiyasında 27.07.1976-cı il tarixdən 01.04.1980-ci il tarixinədək yol mantyoru vəzifəsində 03 il 08 ay 04 gün, “X3” trestinin 86 saylı idarəsində 01.04.1980-ci il tarixdən 20.09.1989-cu ilə qədər qazmaçı quyu peşəsində 09 il 05 ay 20 gün, “Azərbaycan Dəmir Yolları Bartaz Çınqıl zavodu”nda 23.09.1989-cu il tarixdən 02.07.1990-cı ilə qədər transportyoçu vəzifəsində 09 ay 09 gün iş stajı olmuşdur. 02.07.1990-cı ildən halhazıradək yuxarıda qeyd edildiyi kimi “daşın seçib qablaşdırıcı (fəhlə)” vəzifəsində çalışmışdır. Toplam iş stajının 14 il 11 ay 21 günü həmin qanunun 2 nömrəli əlavəsinə uyğun xüsusi şərtlərlə pensiya hüququ verən iş stajını təşkil edir. O, bununla bağlı cavabdeh orqanan ərizə ilə müraciət etmiş, cavabdeh orqan 18 fevral 2021-ci il tarixdə məktubu almağına baxmayaraq, heç bir cavab göndərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоndu (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazında göstərmişdir ki, iddiaçı 28 sentyabr 2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “X6 Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 iyul 1976-cı il ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X7 04 sentyabr 2020-ci il tarixli 13 nömrəli arayışda qeyd olunan 01.04.1980-ci il tarixindən bugünədək adıçəkilən müəssisədə işlədiyi qazmaçı quyu, transportyorçu və seçib qablaşdırıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (03 il 08 ay 04 gün) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu ildə doğulmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı 08.02.2021-ci il tarixli ərizəyə əsasən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığından, xüsusi şərtlərlə pensiya təyin olunmasına göstəriş verilməsini xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 2 nömrəli X7 03 fevral 2021-ci il tarixli, 03 nömrəli arayışına əsasən, "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X7 hal-hazırda daşın-seçib qablaşdırıcısı vəzifəsində işləyən işçisi İddiaçı əmək kitabçası İT-1 nömrəli 0396023-ə əsasən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikasının Qanununa əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Dəmir Yolunda Ordubad Yol distansiyasında 27.07.1976-cı ildən 01.04.1980-ci ilə qədər yol mantyoru vəzifəsində 3 il 8 ay 4 gün, “X3” trestinin 86 saylı idarəsində 01.04.1980-ci ildən 20.09.1989-cu ilə qədər qazmaçı quyu peşəsində 9 il 5 ay gün 20 gün, Azərbaycan Dəmir Yolları X9 23.09.1989-cu ildən 02.07.1990-cı ilə qədər transportyorçu vəzifəsində 9 ay 9 gün, "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X8 28.08.2019-cu ildən hal-hazırki vaxta qədər daşın seçib qablaşdırıcısı vəzifəsində 1 il müddətində çalışmışdır. Toplamda həmin qanunun 2 nömrəli əlavənin tələblərinə uyğun xüsusi şərtlərlə pensiya hüququ verən iş stajının cəmi 14 il 11 ay 21 gün təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 2 nömrəli X7 03 fevral 2021-ci il tarixli, 04 nömrəli arayışına əsasən İddiaçı hal-hazırda Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 2 nömrəli X8 daşın seçib-qablaşdırıcısı vəzifəsində işləyir. H3 seriyalı, ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surətinə əsasən, İddiaçı hərbi xidmətdə olmuşdur. AA seriyalı, 358186 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən, İddiaçı məcburi köçkündür. ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı, 27.07.1976-cı ildə süni tikililər üzrə 1-ci dərəcəli yol montyoru vəzifəsində işə qəbul olunmuş, 01.01.1977-ci ildə 2-ci dərəcəyə qəbul edilmiş, 25.11.1977-ci ildə sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün tutduğu vəzifədən azad edilmiş, 01.04.1980-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37 maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 01.04.1980-ci ildə Mincevan usta məntəqəsində 3-cü dərəcəli buruq quyuları qazmaçısının köməkçisi vəzifəsinə işə qəbul edilmiş, 01.02.1981-ci ildə usta məntəqəsində Mincevan 2 nömrəli iş icrası məntəqəsi adı verilmiş, 01.01.1982-ci ildə “Buruq quyuları qazmaçısı” ixtisası verilmiş, 01.08.1987-ci ildə tarifikasiya üzrə 4-cü tarifikasiya dərəcəsi verilmiş, 20.09.1989cu ildə Ermənistan SSR Əmək Məcəlləsinin 34-cü maddəsinə əsasən işdən azad edilmiş, 23.09.1989-cu ildə 3-cü dərəcəli transportyorçu vəzifəsinə işə qəbul edilmiş, 02.07.1990-cı ildə YTİ-nə üçüncü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 20.08.1991-ci ildə dördüncü dərəcə ilə yükləmə xəttinə operator keçirilmiş, 12.07.1993-cü beşinci dərəcə ilə yükləmə xəttinə operator vəzifəsinə keçirilmiş, 29.03.2008-ci ildə Azərbaycan DDY 34 saylı 19.03.2008-ci il tarixli əmrinə əsasən Bartaz çınqıl zavodunun adı dəyişdirilərək 2 nömrəli DYM adlandırılmış, 28.08.2019-cu ildə ADYQSC insan resursları idarəsinin ştat cədvəlində etdiyi dəyişikliyə əsasən yardımçı fəhlə vəzifəsinin adı daşın-seçib qablaşdırıcı adı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan 29.03.2021-ci il tarixli, **********0 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması” haqqında məktuba əsasən bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nöömrəli Qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada iddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1.şəxsiyyət vəsiqəsinin surəti; 2. Ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; 3. “X5” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli; 4. Pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli və yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayımı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə aşagıda göstərilənlərə görə, iddiaçını iddia tələbində haqlı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “X5” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 57 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X5” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasını təyn edilməsi üçün «X5” qanunun qüvvəyə mindiyi tarixə, yəni 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «X5” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) olmasına baxmayaraq onun, 01.01.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: nəqliyyatda trasportyorçu, buruq quyuları qazmaçısı, seçib qablaşdırıcı 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır.yol monyoru peşəsində isə 27.07.1976-ci ildən 01.04.1980-ci ilə qədər işlədiyi müddət qanunla tələb olunan 12 il 6 aydan az (03 il 08 ay 04 gün) təşkil edir. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan əmək stajı yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 33, 68 , 69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar