Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5774/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər X84 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları:
1. xx.xx.2007-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X92 küçəsində istifadədə olan 0,12436 ha torpaq sahəsində yerləşən 125a nömrəli, 5 mərtəbəli binada yerləşən 50,0 kv.m. ümumi, 32.8 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə xx.xx.1973-cü il təvəllüdlü X84, xx.xx.1971-ci il təvəllüdlü X7, xx.xx.1973-cü il təvəllüdlü X85, xx.xx.1957-ci il təvəllüdlü X109, xx.xx.1981-ci il təvəllüdlü X9, xx.xx.2010cu il təvəllüdlü Allahverdiyev (Həşimova) Fatimə İsmayıl qızı, xx.xx.1956-cı il təvəllüdlü X39, xx.xx.1962-ci il təvəllüdlü X24, xx.xx.1992-ci il təvəllüdlü X110, xx.xx.1990-cı il təvəllüdlü X95, xx.xx.1981-ci il təvəllüdlü X54, xx.xx.1980-ci il təvəllüdlü X86, xx.xx.1967-ci il təvəllüdlü X69, xx.xx.2008-ci il təvəllüdlü X70, xx.xx.1968-ci il təvəllüdlü X71, xx.xx.1971ci il təvəllüdlü X25, xx.xx.2006-cı il təvəllüdlü X96, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X72, xx.xx.1991-ci il təvəllüdlü X88, xx.xx.1991-ci il təvəllüdlü X73, xx.xx.1962-ci il təvəllüdlü X97, xx.xx.1976-cı il təvəllüdlü X55, xx.xx.1979-cu il təvəllüdlü X74, xx.xx.1975-ci il təvəllüdlü X75, xx.xx.1966-cı il təvəllüdlü X76, xx.xx.1978ci il təvəllüdlü X40, xx.xx.1989-cu il təvəllüdlü X98, xx.xx.2020-ci il təvəllüdlü X111, xx.xx.1981-ci il təvəllüdlü X56, xx.xx.1986-cı il təvəllüdlü X77, xx.xx.1994-cü il təvəllüdlü X57, xx.xx.1995-ci il təvəllüdlü X58, xx.xx.1994-cü il təvəllüdlü X59, xx.xx.2005-ci il təvəllüdlü X99, xx.xx.1990-cı il təvəllüdlü X78, xx.xx.2020-ci il təvəllüdlü X100, xx.xx.2020ci il təvəllüdlü X89, xx.xx.1993-cü il təvəllüdlü X79, xx.xx.2005-ci il təvəllüdlü X90, xx.xx.1993-cü il təvəllüdlü X41, xx.xx.2021-ci il təvəllüdlü X42, xx.xx.1968-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X91 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, hazırkı qərarın 2-ci bəndinə sadalanan şəxslərin mülkiyyətində olan ünvan 1-da yerləşən 24 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 078-34466X nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X84 (xx.xx.1973), X7 (xx.xx.1971), X85 (xx.xx.1973), X109 (xx.xx.1957), X9 (xx.xx.1981), X43 (xx.xx.2010), X39 (xx.xx.1956), X24 (xx.xx.1962), X110 (xx.xx.1992), X95 (xx.xx.1990), X54 (xx.xx.1981), X86 (xx.xx.1980), X69 (xx.xx.1967), X70 (xx.xx.2008), X71 (xx.xx.1968), X25 (xx.xx.1971), X96 (xx.xx.2006), X15 (xx.xx.2004), X72 (xx.xx.2007), X88 (xx.xx.1991), X73 (xx.xx.1991), X97 (xx.xx.1962), X55 (xx.xx.1976), X74 (xx.xx.1979), X75 (xx.xx.1975), X76 (xx.xx.1966), X40 (xx.xx.1978), X98 (xx.xx.1989), X111 (xx.xx.2020), X56 (xx.xx.1981), X77 (xx.xx.1986), X57 (xx.xx.1994), X58 (xx.xx.1995), X59 (xx.xx.1994), X99 (xx.xx.2005), X78 (xx.xx.1990), X100 (xx.xx.2020), X89 (xx.xx.2020), X79 (xx.xx.1993), X90 (xx.xx.2005), X41 (xx.xx.1993), X42 (xx.xx.2021), X5 (xx.xx.1968) və X44 (xx.xx.2004) mülkiyyətində olan ünvan 1-da yerləşən 24 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X84, X7, X85, X109, X9, X43, X39, X24, X110, X95, X54, X86, X69, X70, X71, X25, X96, X15, X72, X88, X73, X97, X55, X74, X75 , X76, X40, X98, X111, X56, X77, X57, X58, X59, X99, X78, X100, X89, X79, X90, X41, X42, X5 və X91 üçüncü şəxs (bundan sonra - üçüncü şəxslər) qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1-da yerləşən 24 nömrəli mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil xx.xx.2003-cü ildən onun mülkiyyətindədir. Mənzilə dair mülkiyyət hüququnu əldə etdikdən sonra mənzildə o və oğlu X26 (X60) daimi pasport qeydiyyatında olmuşlar. O, xx.xx.2022-ci il tarixdə 1 saylı “Asan xidmət” Mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə digər şəxslər qeydiyyatdadırlar. O, həmin şəxslərin heç birini tanımır və aralarında heç bir qohumluq və ya tanışlıq əlaqəsi yoxdur. Həmin şəxslərin heç birinin mülkiyyətindəki mənzilə qeydiyyata düşməsi üçün razılıq verməmişdir. Lakin cavabdeh Nərimanov Rayon Polis İdarəsi üçüncü şəxsləri qanunsuz olaraq onun mənzilinə qeydiyyata almışdır. Qanunsuz əsaslarla həmin şəxsləri qeydiyyata alan orqan kimi cavabdeh də həmin şəxsləri qeydiyyatdan çıxarmalıdır.
8. Cavabdeh iddiaya yazılı münasibətində imtina məktubunda göstərilən əsaslara istinad etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
17. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 319 saylı, xx.xx.2002-ci il tarixli Sərəncamı ilə Y.V.Çəmənzəmənli küçəsindəki 125a saylı evin, yaşayış sahəsi 32,77 kv.metr olan 2 otaqlı 24 saylı mənzilin icarə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, əri, qızı) vətəndaş X10 adına dəyişdirilməsi və onun həmin mənzilin əsas icarədarı hesab edilməsi qərara alınmışdır.
18. Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı MKİS-nin 30 iyul 2002-ci il tarixli arayışına əsasən Y.V.Çəmənzəmənli küçəsindəki 125a saylı 5 mərtəbəli evin 5-ci mərtəbəsində 2 otaqlı 24 nömrəli mənzildə X45 yaşayır. Ev yerli sovetə məxsusdur. Mənzilin icarədarı X17r. Vətəndaş Veysəlovanın ailəsi iki nəfərdən ibarətdir. Onlardan 1959-cu il təvəllüdlü X45 (özü) 1991-ci ildən, 1981-ci il təvəllüdlü X61 (qızı) 1997-ci ildən, 1952-ci il təvəllüdlü X83 (əri) 1991-ci il tarixdən daimi qeydiyyatdadırlar.
19. İşdə olan xx.xx.2002-ci il tarixli 20 saylı MKİS-nin möhürü ilə təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, X61 və X83 Y.V.Çəmənzəmənli küçəsindəki 125a saylı evin, 24 saylı mənzilinin X10 adına özəlləşdirilməsinə etiraz etməmişlər.
20. 12.09.2002-ci il tarixli, 162298 nömrəli müqaviləyə əsasən X45 ünvan 2 ünvanda yerləşən, 50,0 kv.m. ümumi, 32.8 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 24 saylı mənzili İddiaçı satmışdır.
21. MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, iddiaçının 24 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
22. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən üçüncü şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
23. Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı MKİS-nin 20/195 nömrəli, 28 mart 2023-cü il tarixli arayışına əsasən Bakı şəhəri, ünvan 3 ünvanında İddiaçı və oğlu X46 yaşayırlar.
24. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 50/2-11479 nömrəli məktubuna əsasən X84 xx.xx.2015-ci il tarixdə, X16 xx.xx.2015-ci il tarixdə, X85 xx.xx.2015-ci il tarixdə, X109 xx.xx.2015-ci il tarixdə, X9 28.01,2015-ci il tarixdə, X86 xx.xx.2004-cü il tarixdə,X40 xx.xx.2009-cu il tarixdə və X98 xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanına pasport qeydiyyatına alınmışlar.
25. İşdə olan fərdi uçot kartoçkaları məlumatlarından görünür ki, üçüncü şəxslər X86 və X40 ünvan 4 ünvanına xx.xx.2002-ci il tarixli, ÖM 132581 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, üçüncü şəxslər X16, X9, X98, X84, X109, X85 ünvan 4 ünvanına xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışlar. Digər üçüncü şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənələr təqdim edilməmişdir.
26. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı mübahisəli 24 saylı mənzilin mülkiyyətçisidir. Üçüncü şəxslər iddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra qeydə alınmışlar və bu zaman iddiaçıya məxsus hüquqmüəyyənedici sənədə istinad edilmişdir. İddiaçı həmin şəxsləri tanımadığını və razılığı olmadan əsassız olaraq ona məxsus yaşayış sahəsinə qeydiyyata alındıqlarına istinad edərək mübahisəli mənzildə yaşamayan və hüquqları olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir.
27. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
28. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
29. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
30. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
32. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
33. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
35. Hazırkı məhkəmə qərarının 17-25-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli mənzilə qeydiyyata alınsalar da, onlar həmin mənzildə yaşamırlar və mübahisəli mənzilə dair qeydiyyatdan keçmiş hər hansı bir hüquqları mövcud deyildir. Deməli, iddiaçı həmin şəxslərin mülkiyyətindəki 24 saylı mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.
36. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də iddia təmin edilməlidir.
37. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1973-cü il təvəllüdlü X47, xx.xx.1971-ci il təvəllüdlü X2, xx.xx.1973-cü il təvəllüdlü X48, xx.xx.1957-ci il təvəllüdlü X80, xx.xx.1981-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü Allahverdiyeva (Həşimova) Fatimə İsmayıl qızının, xx.xx.1956-cı il təvəllüdlü X11, xx.xx.1962-ci il təvəllüdlü X6, xx.xx.1992-ci il təvəllüdlü X81, xx.xx.1990-cı il təvəllüdlü X62, xx.xx.1981-ci il təvəllüdlü X18, xx.xx.1980-ci il təvəllüdlü X49, xx.xx.1967-ci il təvəllüdlü X27, xx.xx.2008-ci il təvəllüdlü X28, xx.xx.1968-ci il təvəllüdlü X29, xx.xx.1971-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X63, xx.xx.2004cü il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X30, xx.xx.1991-ci il təvəllüdlü X51, xx.xx.1991-ci il təvəllüdlü X31, xx.xx.1962-ci il təvəllüdlü X64, xx.xx.1976-cı il təvəllüdlü X19, xx.xx.1979-cu il təvəllüdlü X32, xx.xx.1975-ci il təvəllüdlü X33, xx.xx.1966-cı il təvəllüdlü X34, xx.xx.1978-ci il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X65, xx.xx.2020ci il təvəllüdlü X82, xx.xx.1981-ci il təvəllüdlü X20, xx.xx.1986-cı il təvəllüdlü X35, xx.xx.1994-cü il təvəllüdlü X21, xx.xx.1995-ci il təvəllüdlü X22, xx.xx.1994-cü il təvəllüdlü X23, xx.xx.2005-ci il təvəllüdlü X66, xx.xx.1990-cı il təvəllüdlü X36, xx.xx.2020-ci il təvəllüdlü X67, xx.xx.2020-ci il təvəllüdlü X52, xx.xx.1993-cü il təvəllüdlü X37, xx.xx.2005ci il təvəllüdlü X53, xx.xx.1993-cü il təvəllüdlü X13, xx.xx.2021-ci il təvəllüdlü X14, xx.xx.1968-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X44 ünvan 5 ünvanında yerləşən 24 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova