Məhkəmə qərarları › İş №2-1(112)-5775/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5775/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5775/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla güzəştli elektrik enerjisinə görə ödənilmiş məbləğin ona geri qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaçqınlara və məcburi köçkünlərə verilən güzəştli elektrik enerjisinə görə 1.014 (bir min on dörd) manat məbləğin ona məxsus olan **********60153 abonent kodlu sayğaca bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri və ailə üzvləri ilə birlikdə yaşayır. Məcburi köçkün olduqlarından elektrik enerjisindən istifadəyə görə məcbur köçkünlərə ayrılmış aylıq güzəştlərdən istifadə edirlər. Onların ailə üzvləri Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin adlı siyahısına daxil edilmişdir. **********60153-abonent koda aylıq güzəşt limiti verilmişdir. Həmin elektrik enerjisinə görə 1.014 manat məbləğində pul daxil olmuşdur. Həmin verilən güzəşt "xxxx" ACS tərəfindən qeyri-qanuni dondurulmuşdur. Cavabdehə müraciət etsələr də həmin limitin dondurulmasının səbəbini izah etməmişlər. Verilən cavaba görə - "xxxx" ASC-nin daxil olmuş A-124 nömrəli 02.02.2021 -ci il tarixli məktubla əlaqədar bildirilmişdir ki, təqdim edilmiş müvafiq arayışlar əsasında, adları Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin adlı siyahısında daxil edildiyi tarixdən etibarən, yaşadıqları mənzilin koduna (**********60153) müavinət daxil edilmişdir. Göstərilən kreditorları Elektrik Enerjisindən istifadəyə görə məcburi köçkünlərə ayrılmış aylıq güzəştlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 və 80 saylı qərarların icrası dayandırılaraq, “Dövlətqaçqınkom”la yekun hesablaşmanın aparılması məqsədi ilə informasiya bazasında müvəqqəti dondurulmuşdur. 1014 manat güzəştli elektrik enerjisi "xxxx" ASC-yə Dövlət tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 09 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi iş üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X12 izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə iddiada qeyd olunan öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - iddiaçıya məxsus 31.01.2018-ci il tarixdə Ağdam rayonu Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Ağdam rayonu, Şahbulaq kəndində qeydiyyatdadır. - Ağdam rayonu Gülbalı Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ saylı 036780 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X3 arasında 02.02.2003-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin fevral ayının 02 günündə 15 nömrə ilə qeyd edilmişdir. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin (Şəxsiyyət vəsiqəsi haqqında məlumatlardan) surətindən müəyyən olunur ki, iddiaçının əri 06.04.1978-ci il təvəllüdlü X2 rayonu, Maqsudlu ərazi dairəsi, Çahbulaq kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfndn verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 05.12.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1365 nömrəli reyestr kitabının 124743 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 14 iyun 2021-ci il tarixli 61 nömrəli arayışdan müəyyən olunur ki, X11 və ailə üzvləri- İddiaçı, X8 və X9 ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Ağdam rayonundan gəlmiş məcburi köçkündürlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş abonent haqqında məlumatdan müəyyən olunur ki, ünvan 4 ünvanına dair A**********M510200 saylı E470(5236L-Y) tipli sayğac **********60153 nömrəli abunə kodu ilə X1 adına qeydə alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə "xxxx" ASC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 01/11/A-124/1236 saylı məktubda bildirilmişdir ki, Azərişıq” ASC-nin daxil olmuş A-124 nömrəli 02.02.2021-ci il tarixli məktubla əlaqədar bildirirlər ki, təqdim etdiyi müvafiq arayışlar əsasında, adları Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin adlı siyahısında daxil edildiyi tarixdən etibarən, yaşadıqları mənzilin koduna (**********60153) müavinət daxil edilmişdir. (’Göstərilən kreditorunuz, Elektrik Enerjisindən istifadəyə görə məcburi köçkünlərə ayrılmış aylıq güzəştlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 və 80 saylı qərarların icrası dayandırılaraq “Dövlətqaçqınkomla yekun hesablaşmanın aparılması məqsədi ilə informasiya bazasında müvəqqəti dondurulmuşdur. Bundan sonra iddiaçı hazırk ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 №li Fərmanında göstərilmişdir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin (bənd 1). Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin (bənd 1-2). Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 33,0 (otuz üç) manat məbləğində müəyyən edilsin (bənd 1-3). “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 №li Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydalarında göstərilmişdir ki, bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Qaydaların 1.1-ci bəndində göstərilmişdir ki, aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Qaydaların 2-ci bəndində göstərilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)(bənd 2.1.); “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara (2.5.). İş materiallarından da göründüyü kimi, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış mənzil mövcuddur. Bundan əlavə iş materiallarından (12 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş etibarnamənin surəti) görünür ki, iddiaçı 18 noyabr 2013-cü il tarixdə (etibarnamə təsdiq olunan tarixdə) ünvan 5 ünvanında qeydiyyatda olmuş və nikaha daxil olduqdan sonra 31.01.2018-ci il tarixdə Ağdam rayonu, Şahbulaq kəndinə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər və üçüncü şəxs Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar