Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5776/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylıBakı Ərazi İdarəsinə qarşı“çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64/67 saylı binaların qarşısında yerləşən ümumi sahəsi 8484.0 kv.m olan torpağın və torpağın üzərində yerləşən 4549.17 kv.m tikililərin dövlət qeydiyyatına alınaraq onlara dair reyestrdən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ayrılmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64/67 saylı binaların qarşısındakı torpaq sahəsinə və həmin torpağın üzərində yerləşən müvafiq qaydada Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq mövcud olan tikililərə dair mülkiyyət hüquqlarının İddiaçı Firmasının adına dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 25 oktyabr 1996-cı il tarixli 1411 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 64/67 saylı binaların qarşısında məişət evinin layihələndirilməsi və tikintisi üçün torpaq ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi İddiaçı Firmasının istifadəsindədir. Torpağın üzərində müvafiq tikililər inşa edilmişdir. Binaların tikintisinə və layihələndirilməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır. Həmin qeyriyaşayış sahələrinin (tikililərin) və istifadələrində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı firmasının adına vahid çıxarışın verilməsi üçün cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişlər. Lakin imtina məktubu ilə bildirildi ki, ayrılmış torpaq sahəsi daha çoxdur və qeyri-yaşayış binalarına dair istismara icazə sənədi əlavə edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ayrılmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64/67 saylı binaların qarşısındakı torpaq sahəsinə və həmin torpağın üzərində yerləşən müvafiq qaydada Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq mövcud olan tikililərə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini tələb edir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 64 və 67 saylı binaların qarşısındakı ərazidə İddiaçı firmasına məişət evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən İddiaçı firmasına Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 64 və 67 saylı binaların qarşısındakı ərazidə məişət evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 10252 nömrəli İnşaat Pasportu təsdiq edilmişdir. İş materiallarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair JN -1204 saylı KOD 00900003 nömrəli “X5 hüququna dair Dövlət Aktı” xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Nizami Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanan xx-xx/2089 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir: “Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64 və 67 saylı binaların qarşısındakı ərazidə istifadənizdə olan torpaq sahəsindəki qeyri-yaşayış obyektinizin "xxxx" MMC tərəfindən mövcud vəziyyətdə tərtib olunmuş memarlıq- planlaşdırma həlli layihəsinin təsdiq edilməsinə köməklik göstərilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubunuza baxılmışdır. Təqdim etdiyiniz sənədlərdən məlum olmuşdur ki, sözügedən ərazidəki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-ci il tarixli 1411 N-li sərəncamı ilə İddiaçı firmasına layihələndirmə və tikinti üçün ayrılmışdır. Bunun əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi torpaq sahəsi ayrılmasına dair oktyabr 1997-ci il tarixli 10252 N-li İnşaat Pasportu tərtib etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsi isə xx.xx.2004-cü il tarixli JH-1204 N-li X5 Hüququna dair Dövlət aktı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 N-li qərarına əsaslanaraq X5 Hüququna dair Dövlət aktında göstərilən ərazidə uzun illər öncə inşa etdirdiyiniz və istifadənizdə olan qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə tərtib etdirdiyiniz memarlıq-planlaşdırma həllinin razılaşdırılmış layihəsi Sizə təqdim olunur. Aidiyyəti üzrə sənədləşdirmə işləri qüvvədə olan qanunvericiliyə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə uyğun aparılmalıdır.” İş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64 və 67 saylı binaların qarşısındakı ərazidə İddiaçı firmasının istifadəsində olan torpaq sahəsindəki tikililərin "xxxx" MMC tərəfindən mövcud vəziyyətdə tərtib olunmuş memarlıqplanlaşdırma həlli layihəsi Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir: “Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64 və 67 saylı binaların qarşısında yerləşən qeyri yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən qeyri yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktında ayrılmış torpaq sahəsi 6380.0 kv.m göstərilməsinə baxmayaraq, faktiki 8484.0 kv.m təşkil edir. Həmçinin qeyri yaşayış binalarına dair istismara icazə sənədi əlavə edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizənizə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinasını əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, qeyd edilən qeyri yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktında ayrılmış torpaq sahəsi 6380.0 kv.m göstərilməsinə baxmayaraq, faktiki 8484.0 kv.m təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ayrılmış torpaq sahəsinə çıxarışın verilməsini tələb edir. İş materiallarından görünür ki, cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, qeyri yaşayış binalarına dair istismara icazə sənədi əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı ilə məişət evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, yəni 29 iyun 2004-cü il tarixədək İddiaçı Firmasına ayrılmışdır. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ərazidə məişət evinin layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin üzərində yerləşən tikililərin memarlıqplanlaşdırma həlli layihəsi müvafiq qaydada Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamından da göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi icarə və ya istifadə üçün deyil, məişət evinin layihələndirilməsi və tikintisi üçün İddiaçı Firmasına ayrılmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2002-ci il tarixədək qüvvədə olmuş “Mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibatiərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və istifadə hüququ dövlət qeydiyyatına alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsi tərəfindən “X5 hüququna dair Dövlət Aktı”nın qeydiyyata alınması, mübahisə predmeti olan tikililərin memarlıqplanlaşdırma layihəsinin Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı İddiaçı Firmasının faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edildiyindən, mübahisə predmeti olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ayrılmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64/67 saylı binaların qarşısındakı torpaq sahəsinə və həmin torpağın üzərində yerləşən müvafiq qaydada Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq mövcud olan tikililərə dair mülkiyyət hüquqlarının İddiaçı Firmasının adına dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1411 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamına uyğun olaraq ayrılmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64/67 saylı binaların qarşısındakı torpaq sahəsinə və həmin torpağın üzərində yerləşən müvafiq qaydada Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq mövcud olan tikililərə dair mülkiyyət hüquqlarının İddiaçı Firmasının adına dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5776/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5776/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver