Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5778/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlu, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun - xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş İddiaçı - xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ 2 nömrəli Doğum Evində qadın cinsindən olan bir uşaq doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin ona verilməsi öhdəliyinin Cavabdeh PHŞ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli elektron məhkəmə vasitəsilə təqdim edilmiş məktubda bildirilmişdir ki, 24 dekabr 2024-cü il tarixli №2-1(112)-17177-2024-cü il nömrəli məktubunuza cavab olaraq "X1" PHŞ tabeliyində olan 2 nömrəli Doğum evi yazib Sizə bildirir ki, xx.xx.2025-ci ildə İddiaçı şəxsiyyət vəsiqəsini təqdim edərək, xx.xx.2024- cü ildə doğulmuş yenidoğulmuşun tibbi (TQS 103, TQS 113) sənədlərini götürmüşdür. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim ədərək, cavabdeh tərəfindən tələbinin təmin olunduğu və işin mahiyəti üzrə mübahisənin artıq mövcud olmadığı səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə yeni doğlumuşa verilmiş tibbi sənədin surəti əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, hazırkı halda inzibati iş üzrə cavabdeh idiaçının müraciətini təmin etdiyindən, yəni iddiaçıya doğum haqqında tibbi şəhadətnamənin verildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5778/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5778/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver