Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-578/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun kаtibliyi, iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllim, işləmir), cavabdehin nümayəndəsi Tahirov Tahir Kamil oğlunun (Şəki şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq bölməsinin rəisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlu cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq İddiaçı barədə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və X1 İş İdarəsinə (hazırki X2 İdarəsi) təqdim olunmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur. xx.xx.1989-cu ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. Xidmət müddəti 28 il 07 ay 17 gün təşkil edir. İmtiyazlı hesabla isə 37 il 00 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Onun Dövlət Feldyeger Xidmətində tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi ilə eyni vəzifədir. Əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə almaqla müəyyən edildiyi üçün iddiaçı ona təyin edilmiş əmək pendiyasının yenidən hesablanmasına dair ərizə ilə Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və X1 İş İdarəsinə müraciət etmişdir. Lakin həmin orqan xx.xx.2017-ci il tarixli məktubu ilə onun əmək pensiyasının yenidən hesablanmasından imtina etdiyi üçün o məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə onun həmin orqana qarşı “əmək pensiyasının yenidən hesablanması barədə” iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1126/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1848/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə yuxarıda göstərilən qərarları dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3205/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Göstərilən qərarın icrası qaydasında yeni məlumat vərəqəsi göndərilmiş, lakin yeni məlumat vərəqəsində onun vəzifə maaşı ona pensiya təyin edilməzdən əvvəl mövcud olmuş həcmdə göstərilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edərək ona əvvəllər işləmiş olduğu Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə uyğun olaraq yeni məlumat vərəqəsinin cavabdehə təqdim olunmasını xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, məlumat vərəqəsi xx.xx.2019-cu il tarixdə pensiyanı təyin edən və hesablayan quruma göndərilmişdir. Göstərilən məlumat vərəqəsi ilə tanış olduqda müəyyən olunmuşdur ki, onun təminat xərcliyi Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizəsi Xidmətinin tabeliyinə verildikdən sonrakı artımlar nəzərə alınmaqla göndərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Feldyeger Geyəti Şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir və xx.xx.2015ci ildə həmin vəzifədən tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli,1125 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır.Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində idarənin şöbə rəisi vəzifəsinə uyğun müəyyən edilmişdir. Şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır. Eyni zamanda bildirilir ki, iddiaçı barəsində xx.xx.2019-cu il tarixli 1043/1 nömrəli məlumat vərəqəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə göndərilmişdir. Həmin məlumat vərəqəsində iddiaçının vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində müəyyən edilərək 434 manat göstərilmiş və bütövlükdə onun təminat xərcliyi əlavə və artımalarla birlikdə 1154,60 manat məbləğində müəyyən edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Tahirov cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 63/2361 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi xx.xx.2019-cu il tarixli,`6/2332 nömrəli məktubla Azərbaycan Respubıikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və X1 İş İdarəsinə göndərilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasından çıxarışa əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində işləmişdir. DSMF-nin Binəqədi rayon şöbəsinin verdiyi 000051 №li vəsiqəyə əsasən xx.xx.2015-ci ildən iddiaçıya ömürlük 887,20 manat məbləğində pensiya təyin edilmişdir. Təqdim edilmiş məhkəmə aktlarına əsasən iddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş idarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsinin həmin cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə razılaşan Baki Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X1 İş İdarəsinin kasassiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1848/2018 nömrəli qərarı ilə təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1126/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı onun təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq qeyd edilməklə İddiaçı barədə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə təqdim olunmasının cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qanunvericilik aktlarına (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə) əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində idarənin şöbə rəisi vəzifəsinə uyğunlaşdırılmışdır, həmin şöbə rəisi vəzifəsinin maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına 29% nisbətində müəyyən edilmişdir.Qeyd edilən normalar nəzərə alınmaqla, iddiaçı barəsində xx.xx.2019-cu il tarixli 1043/1 nömrəli məlumat vərəqəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə göndərilmişdir və həmin məlumat vərəqəsində iddiaçınnı vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində müəyyən edilərək 434 manat göstərilmiş və bütövlükdə onun təminat xərcliyi əlavə və artımlarla birlikdə 1154,60 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması, cavabdehin qanun pozuntusuna yol verməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlunun Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq iddiaçı barədə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunmasının cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlunun Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq iddiaçı barədə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunmasının cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-578/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-578/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver