Məhkəmə qərarları › İş №2-1(112)-578/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-578/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-578/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi və əlilik tarixinin müddətsiz olaraq qeyd edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Komissiyasının hərəkətləri qanunsuz hesab edilməklə təyin edilmiş müddətsiz əlilliyin ləğvi barədə xx.xx.2022-ci il tarixli qərar əsassız hesab edilməsi və ona təyin olunmuş müddətsiz əlillik bərpa olunması, təyin olunmuş yaşa görə əmək pensiyası növünün, müddətsiz olaraq təyin .edilmiş əlilliyə görə əmək pensiyası növünə keçirilməsinin, pensiyanın yenidən hesablanmasının, eləcə də ona ödənilməli olan lakin ödənilməyən illər üzrə də pensiyanın hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1954-cü il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) rəsmi qaydada müvafiq sənədlərilə müraciət ona təyin olunmuş yaşa görə əmək pensiyasının ona təyin olunmuş digər əlillik pensiyası ilə əvəz olunmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya, səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlər olan, müddətsiz İİ qrup əlillik təyin edilib. Buna qədər isə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək penaiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə edilmiş yeni dəyişikliyə əsasən pensiyanın bir növündən başqa bir növünə hər hansı istisna olmadan keçmək hüququ var. Cavabdeh tərəfindən rəsmi cavab verilməsə də təyin olunmuş yaşa görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Eləcə də tələbindən imtina edilməklə səbəb olaraq bildirilmişdir ki, təyin edilmiş əlillik diaqnozu guya əlillik əlaməti təyin etmir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Komissiyasının elektron çıxarışlarında təyin edilmiş müddətsiz əliliyin əsaslandığı diaqnozun öz təsdiqini tapmadığı, diaqnozun əlillik əlaməti təyin etdmədiyi qeyd edilmişdir İddiaçı bununla əlaqədar DOST Mərkəzinə müraciət etdikdə isə şifahi olaraq bildirilmişdir ki, müddətsiz verilmiş əlillik sonradan beş illik müddətə verilib, lakin müddətin bitmə tarixi göstərilməyib. Eləcə də Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatlarda isə əlilliyin müddətsiz verildiyi görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli, 2-1(112)-14648/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin bərpası” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək xx.xx.1954-cü il təvəllüdlü İddiaçı barəsində **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materaillarına əlavə edilmiş Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Qaradağ rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 274 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Ağdam rayonundan məcburi köçkün düşmüş X5 ondan ötəri ki, həqiqətən o Qobu park 3, məcburi köçkün qəsəbəsində bina 30, mənzil 30 ünvanında müvəqqəti məskunlaşmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: -İddiaçı əlillik vəziyyətinə Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, ayda 9-11 dəfə təkrarlanan generalizə olunmuş kloniki-tonik epileptik qıcolma tutmaları. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, Somotogen mənşəli asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışları və ya qəlpələrlə törənmiş zadələnmələr, Mərmi partlaması nəticəsində başın təpə, gicgah və ənsə nahiyyəsində və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından (1994-cü il) sonrakı vəziyyət.; Meyar: 2.2 ikinci dərəcə əlillik = > 2.2.9. qabarıq yaddaş zəifliyi idrakın enməsi, emosional labillik, vestibülyar pozuntuları, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə, növbəti qiymətləndirmə tarixi müddətsiz olmaqla əlillik dərəcəsi verilmişdir. - Bakı 4 nömrəli şəhəri Poliklinikasının xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Ağırlaşma: G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonik-klonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq astenonevrotik sindrom, Ağırlaşma: G63.2* - Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Ağırlaşma: İ87.2 -(Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralnamsından sonrakə vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: E11.7 - insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təiəbli, Yanaşı xəstəliklər: M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə,gicgah,ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: İ83 - Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2 - Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin osteoxondrozu, Yanaşı xəstəliklər: l25 - Ürəyin xroniki işemik xəstəliyi, diaqnozu ilə, Meyar: 2.2 ikinci dərəcə əlillik = > 2.2.9. qabarıq yaddaş zaifliyl idrakın enməsi, emosional labillik, vestibülyar pozuntuları, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddəti beş il, növbəti qymətləndirmə tarixi müddətsiz qeyd edilməklə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. -Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəlləbeyin travması. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 01 noyabr 2022-ci il tarixli, **********1 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani qiymətləndirilmiş və ona Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra əlillik müddəti bitsə də, növbəti dəfə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 942 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmalarından sonra basın təpə nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd çapıq toxumaları“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozğunluğundan, başağrıiarından, qıcolma tutmalarının olmasından şikayətlənmiş, sağ budun yuxarı və orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudluq aşkar edilməmişdir. Anamnestik məlumatlarda epitutmaların olmasını qeyd etsə də, epitutmaların xarakterini izah edə bilməmiş, qeyd olunan əlamətlər epi üçün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli EEQ dalğaları təqdim edilməmiş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddiasında ona müddətsiz olaraq təyin edilmiş əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməklə əlillik alt sistemində əlilliyin müddətinin müddətsiz olaraq qeyd edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, iddiaçıya ilk dəfə 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABE1 nömrəli göndərişi əsasında “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 0100003AACRM nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixli göndərişi əsasında əlilliyin səbəbli əlaqəsi dəyişdirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan iddiaçıya aid əlillik təyinatı alt sistemlərindən çıxarışlarda əlillik müddəti 5 il müddəti, növbəti qiymətləndirmə tarixi “müddətsiz” olaraq qeyd edilmişdir. Cavabdehin 01 noyabr 2022-ci il tarixli, **********1 nömrəli əyani müayinənin nəticələrinə dair qərarında iddiaçının əyani müayinəsinin keçirildiyi, müayinə zamanı əlilliyin əsas gətirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla iddiaçı tərəfindən təqdim olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda İddiaçı xx.xx.2017-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin olunduğu, həmçinin xx.xx.2023-cü il tarixli, 3- 27-4/-169910/2023 saylı cavab məktubu ilə təqdim olunmuş xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli əlillik alt sistemindən çıxarışlarda növbəti qiymətləndirmə tarixi hissəsində müddətsiz, əlillik müddəti hissəsində isə 5 il müddətində olduğu qeyd olunduğu, bununla əlaqədar xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə əyani müayinənin nəticəsi olaraq 5 il müddətinə ikinci dərəcə əlillik və ya müddətsiz ikinci dərəcəli əlillik təyin edilib-edilməsi ilə bağlı ətraflı məlumatın və bunu təsdiq edən TSEK qərarının, o cümlədən əlillik alt sistemindən çıxarışın surətinin təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8105/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABE1 nömrəli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik səbəbinin dəyişdirilməsi məqsədi ilə vətəndaşa dair 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 0100003AACRM nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti elektron qiymətləndirilmiş və xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya verilmiş elektron sistemdən çıxarışlarda əlillik müddətinin “müddətsiz” olaraq göstəriliyi halda iddiaçıya 5 il müddətinə əlillik təyinatı aparıldığı və bu barədə qərarın sistemə yerləşdirildiyini sübut edə bilməmişdir. İddiaçıya təqdim edilmiş Tibbi Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair çap tarixi xx.xx.2022-ci il tarixli məlumatda əlilliyin müddətsiz olması barədə qeydə (TSEK-in iddiaçıya rəsmi açıqladığı qərarın məzmununa) olan etimadıdır ki, iddiaçı 5 illik müddət bitdikdə əlilliyin təyinatı ilə bağlı yeni tibbi göndərişlə cavabdehə müraciət etməmişdir. Hətta hazırkı məhkəmə icraatı gedişində iddiaçıya təqdim edilmiş çap tarixi xx.xx.2023-cü il tarixli Tibbi Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatda da xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik müddətsiz olaraq qeyd edilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın elektron sistemə yerləşdirdiyi qərarda əlilliyin müddəti ilə özünün təqdim etdiyi əlillik təyinatı alt sistemi çıxarışlarında olan məlumatlar arasında ziddiyyət, uyğunsuzluq mövcuddur. İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş əlilliyin müddəti ilə bağlı cavabdeh orqan əlilliyin müddətini müddətsiz olaraq qeyd etdiyi halda əliliyi 5 il müddətinə təyin etməsi ilə bağlı qərarı elektron sistemə yerləşdirməmiş, iddiaçının isə ona müddətsiz olaraq təqdim edilmiş müayinə aktına əsasən barəsində əlilliyin müddətsiz olaraq təyin edilməsi barədə qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Bundan əlavə məhkəmə eyni zamanda iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda sonradan onun barəsində əyani müayinə nəticəsinə əsaslanaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur: -TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, -şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat açmamışdır. Cavabdeh orqan iddiaçının əlilliyinin əyani müayinədə obyektiv yoxlama ilə müəyyən edildiyinə istinad etsə də təqdim edilmiş icraat materiallarında iddiaçının hansı əsasa görə əyani müayinəyə dəvət edildiyi müəyyən edilməmiş, əyani müayinəyə dəvət edilmə barədə iddiaçıya ünvanlanmış bildiriş iş materiallarına əlavə olunmamışdır. İddiaçı məhkəmə iclaslarında da onun əyani müayinəyə dəvət edilmədiyini, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizəsindən sonra barəsində olan əlilliyin müddətsiz deyil, 5 il müddətinə verildiyi və nəticədə isə diaqnozun əlillik təyin etməməsi barəsində qərar qəbul edildiyi barədə məlumat verildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli TSEk-in əyani protokolunda iddiaçının əyani müayinədə iştirak etdiyi, iddiaçının sağlamlıq vəziyyətinin hansı qaydada qiymətləndirildiyi, son zamanlar hansı ambulator, stasionar müayinə və müalicələrin nəticəsində və yaxud əyani müayinə zamanı iddiaçının cəlb edildiyi hansı diaqnostik, instrumental müayinələrin nəticəsinə müvafiq olaraq barəsində əlillik əlamətinin təyin edilmədiyi barədə qərar qəbul edildiyi müəyyən edilmir. Məhkəmə diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1527/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır:

31. Məhkəmə kollegiyası bununla qeyd edir ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

32. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə hazırkı halda cavabdeh inzibati orqanın mövcud icraat qanunveriiliyinin pozulması ilə iddiaçının əlillik təyinatı məlumatlarını sistemdə dəyişdirdiyini, iddiaçının icaata cəlb etmədən, müvafq inzibati akt qəbul etmədən iddiaçını əyani müayinəyə dəvət etdiyini, həmin müayinənin iddiaçının əmək qabiliyyəti müəyyən edilməsi ilə bağlı müvafiq instrumental yoxlamalar aparmadığı, bu barədə əsaslandırma təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli iddiaçı barəsində əlillik təyinatı ilə bağlı qərarı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə işin bu halında eyni zamanda məhkəmə icraatı gedişində iddiaçının əlillik vəziyyəti ilə bağlı apardığı yoxlamalara da diqqət çəkir. Belə ki, məhkəmənin 2-1(112)-4145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X13 X4 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1954-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? 2.xx.xx.1954-cü il təvəllüdlü İddiaçı hazırkı sağlamlıq vəziyyəti, aşkar olunmuş xəstəlik və ya qüsurlar 0100003AACRM nömrəli xx.xx.2017-ci il tarixli Forma 88-də qoyulmuş diaqnoza uyğun gəlirmi? 3.İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X13 X8 tərəfindən T 817/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İ.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 4 nömrəli şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* AACRM nömrəli göndərişindən görünür ki, ona tibb müəssisələrində müalicələri zamanı “Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Ağırlaşma: G40.3 - Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonik-klonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq astenonevrotik sindrom, Ağırlaşma: G63.2* - Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü .4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (El0-E14 ümumi dördüncü .3 işarəsi ilə), Ağırlaşma: 187.2 -(Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralnamsından sonrakı vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: E11.7-insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təiəbli, Yanaşı xəstəliklər: M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə, gicgah, ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: 183 - Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2 - Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin osteoxondrozu, Yanaşı xəstəliklər: 125- Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. Qeyd edilmiş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. 3İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Məhkəmənin təkrar tibbi ekspertizası barədə xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X13 X8” X14 xx.xx.2024-cü il tarixli, T12/2024 saylı rəyində bildirilmişdir ki, 15 fevral 2024-cü il tarixdə Rəcəbova X6 Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdəki dediklərini bir daha təsdiqlədi. Müayinə olunan, düzgün bədən quruluşlu, kafi köklükdə olub, orta boyludur. Ədəbiyyat: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”. 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 4 nömrəli şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişindən görünür ki, ona tibb müəssisələrində müalicələri zamanı “Əsas diaqnoz: T90.5 - Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Ağırlaşma: G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tonik-klonik qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), Ağırlaşma: G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, Ağırlaşma: G63.2* - Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə), Ağırlaşma: H36.0* - Diabetik retinopatiya (El0-E14 ümumi dördüncü 3 işarəsi ilə), Ağırlaşma: 187.2 -(Xroniki) (periferik) venoz çatmamazlıq, Ağırlaşma: G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş beyin silkələnməsindən sonrakı postravmatik ensefalopatiya, Yanaşı xəstəliklər: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törəmiş zədələnmələr. Mərmi partlaması nəticəsində başın, təpə, gicgah və ənsə nahiyyələrinin və hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralnamsından sonrakə vəziyyət (1994-cü il); Yanaşı xəstəliklər: El 1.7 - insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip orta ağır forma insulin təiəbli, Yanaşı xəstəliklər: M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, (yad cisim metal qəlpə) Başın təpə, gicgah, ənsə və hər iki aşağı ətraflarda, Yanaşı xəstəliklər: 111.9 - [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mər İV Risk, Yanaşı xəstəliklər: 183 - Aşağı ətraf venalarının varikoz genəlməsi, Yanaşı xəstəliklər: M51.2- Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, C3-C7 fəqərələrin osteoxondrozu, Yanaşı xəstəliklər: 125-Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz onun hazırkı sağlamlıq durumuna uyğun gəlir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin onun barəsində olan xx.xx.2017-ci il tarixli 0100003AACRM nömrəli göndərişində olan diaqnoza uyğun gəldiyi müəyyən edildiyi halda cavabdehin iddiaçını qanunla müəyyən edilmiş qaydada əyani müayinəyə dəvət etdiyi, əyani müayinə zamanı aparılmış hansı instrumental obyektiv müayinə il onun əlillik təyintına əsas verməyən əsas xəstəlik və ağırlaşmalarının olduğu sübuta yetirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı barəsində **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.1954-cü il təvəllüdlü İddiaçı barəsində **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində xx.xx.2017-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlilliyin əlillik alt sistemində “müddət” hissəsinin “müddətsiz” olaraq qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar