Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5781/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin aparıcı mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X2rşı əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət qulluğunda işlədiyi müddətin 15 ildən artıq olmasını təsdiq edərək dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci il tarixdən etibarən 1990-ci ilə qədər SSSR dövlətində aparıcı müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1993-cii il tarixən etibarən fəhlə və qulluqçuların əməyinin vahid tarif cədvəli əsasında ödənilməsi ilə əlaqədar həmin şöbənin metrologiya üzrə 13-cü dərəcəli mühəndisi vəzifəsinə keçirilmişdir. xx xxxxxx 2001-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 63 saylı Fərmanına əsasən Azərbaycandövlətsatınalmaların ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən etibarən Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Məşğulluq Şöbəsində işsiz kimi qeydiyata alınmışdır. xx.xx.2003-cü il tarixdən “xxxx” X6 tikinti Müəssisəsində usta vəzifəsinə qəbul edilərək işləmişdir. xx.xx.2005-ci il tarixdə etibarən “xxxx” MMC-də qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.2010- cu il tarixdə X1 və Avtomatlaşdırılması sahəsinə NÖC və A çilingəri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə Rəhbərli yanında aparatda 14-cü dərəcəli metroloq vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Yaşa görə pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Cavabdehna müraciət etdikdə, ona 13 il 24 gün dövlət qulluqçusu kimi stajı olduğuna görə qanunvericilik baxımından pensiyanın təyin edilməsi mümkün hesab edilməmişdir. Hesab edir ki, o, 1975-ci il tarixdə 1990-ci il tarixinə kimi 15 il dövlət qulluğunda çalışmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2- ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. X4 təqdim etdiyi əmək kitabçasına əlavə və İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən onun dövlət qulluğuna aid vəzifələrdə qulluq stajı 15 ildən az (13 il 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya təyin edilməsi barədə xx.xx.2020-ci il tarixində daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq dövlət qulluğunda iş stajının 15 ildən az (13 il 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin iyul ayının 1-də kişilərin yaş həddi 64 yaş 06 ay olmuşdur. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluğunda qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsini tələb edir. Hazırda iddiaçı əmək pensiyası yaşına çatmışdır və ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən dövlət qulluğunda iş stajının yetərli olmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dövlət qulluğundakı qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün tələb edilən yetərli iş stajı olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət qulluğu vəzifəsində minimum 15 il və daha yuxar qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Bununla bağlı iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən Azərbaycan elmitədqiqat və layihə-konstruktorneft maşınqayırma İnstitutundan (“AZİNMAŞ”) B.Sərdarov adına Maşınqayırma Zavoduna SSRİ Dövlət Standartının Azərbaycan Respublika İdarəsinin dövlət qəbulu üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdir. İddiaçının həmin tarixdən xx.xx.2001-ci il tarixədək Azərdövlətstandartda işlədiyi dövr dövlət qulluğu vəzifəsində iş stajına aiddir və həmin dövr üzrə onun dövlət qulluqçusu kimi iş stajı 13 il 25 gün təşkil edir. Məhkəmə iclasında iddiaçı həmçinin onun xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Radio Televiziya Mərkəzində işıqlandırıcı vəzifəsində işlədiyi 04 ay 17 gün müddətin də dövlət qulluğunda iş stajına aid edildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr belə dövlət qulluğunda iş stajına hesablansa da iddiaçının dövlət qulluğunda ümumi iş stajı 13 il 05 ay 12 gün təşkil edir. Bu da tələb olunan minimum 15 ildən az müddəti təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı dövlət qulluğu vəzifəsində 15 ildən az qulluq stajına malik olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilə bilməz. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5781/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5781/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver