Məhkəmə qərarları › İş №2-1(112)-5784/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5784/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5784/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Üçüncü nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar - İddiaçı1 və İddiaçı2 Cavabdeh - Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsinə Üçüncü şəxs - Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X11 Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma” iddiasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası 30.09.2021-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Həmin tarixli hazırlıq icraatı üzrə məhkəmə iclasında X11 Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsi ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını araşdırararaq hesab edir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 qeydiyyat ünvanı Cəbrayıl rayonu, Daşkəsən kəndidir. İş materiallarına əlavə edilmiş Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 226854 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 məcburi köçkün kimi qeydiyyat ünvanı Cəbrayıl rayonu, Daşkəsən kəndidir. İş materiallarından və iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçıların övladları X4 (atası - İddiaçı1, anası – İddiaçı2 Sadəqət qızı) məcburi köçkün kimi qeydiyyat ünvanı Cəbrayıl rayonu, Daşkəsən kəndidir. İş materiallarından görünür ki, iddiaçının övladları Cəbrayıl rayonu, Daşkəsən kəndindən məcburi köçkünklər X6, X7 və X1 doğum haqqında şəhadətnamələrində qeyd olunan (əvvəl daimi qeydiyyatda olduqları Cəbrayıl rayonu, ünvan 4 ünvanı üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədədir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, o xx xxxxxx 1972-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuş və hal-hazırdada ünvan 5 ünvanında daimi pasport qeydiyyatındadır. 2000-ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan üç övladı dünyaya gəlib. Hər üç övladı onun yaşayış yeri üzrə daimi pasport qeydiyyatında olub, həmin ünvan üzrə də hər bir övladı dünyaya gəldikcə qeydiyyat ünvanı üzrə Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Məcburi köçkün kimi Binəqədi rayonunda müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. Övladlarına 1 saylı ASAN Xidmətdən şəxsiyyət vəsiqəsini alan zaman iddiaçı və həyat yoldaşı birlikdə müraciət etməklə onların Cəbrayıl rayonu üzrə daimi pasport qeydiyyatına alınmaları ilə müvafiq şəxsiyyət vəsiqəsinin verilməsini xahi etmişdirlər. Bunun üçün asas prosedur qaydalarına uyğun olaraq hər ikisi valideyn kimi şəxsiyyət vəsiqələrini, nikah şəhadətnaməsini və digər sənədləri orada işləyən mütəxəssisə təqdim etmişdirlər. Lakin, xahişlərinə baxmayaraq həmin mütəxəssisin səhvi ucbatından övladlarının qeydiyyatı qeydiyyatda olduqları Cəbrayıl rayonu ünvan 7 ünvan üzrə aparılmış və biz şəxsiyyət vəsiqəsini götürən zaman buna diqqət etməmişdirlər. İddiaçlar Azərbaycan Respublikasının Konstitusiyasına və aidiyyəti qanunvricılik aktlarına əsasən övladlarının qeydiyyat ünvanı üzrə qeydiyyata alınmaları barədə Daxili İşlər Nazirliyinə ünvanladığı məktuba Daxili İşlər Nazirliyi, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən “İşğaldan azad olunmuş ərazilərə qeydiyyatın müvəqqəti məhdudlaşdırıldığı bildirilmişdir’’. İnternet üzərindən apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, X15 cənab Vilayət Eyvazov 2020-ci il 20 noyabr tarixində “İşğaldan azad olunmuş ərazilərdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın dayandırılması barədə əmr imzalamışdır”. İddiaçının övladları isə qeydiyyata düşmək istəyirlər, qeydiyyatdan çıxmırlar. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, övladları Cəbrayıl rayon Daşkəsən kəndindən məcburi köçkünlər X6, X7 və X3 doğum şəhadətnamələrində qeyd olunan (əvvəl daimi qeydiyyatda olduqları Cəbrayıl rayon ünvan 4 ünvanı üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis İdarəsi həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, hazırkı işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu, işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil hazırkı işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu, işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi M.Hüseynov cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis İdarəsi olduğundan işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən hazırkı mübahisə öhdəliyin icrası tələbinə dair iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsinin ünvanı Biləsuvar rayonu, M.F.Axundov küçəsi 246 ünvanıdır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsinin yerləşdiyi Biləsuvar rayonu, M.F.Axundov küçəsi 246 ünvanı ərazi yurisdiksiyası baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Biləsuvar rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1-ci, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili X5 Rayon Polis Şöbəsinə qarşı (üçüncü şəxs: Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə) “qeydiyyata alınma” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 5784/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar