Məhkəmə qərarları › İş №2-1(112)-5786/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5786/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5786/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik maddi yardımın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnin imtinasının əsassız hesab edilməsi, “Çernobıl qəzasinın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya verilməsini müəyyən edən 14-cü maddəsini əsas tutaraq ona minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardım göstərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-1988-ci illərdə hərbi xidmətini yerinə yetirərkən X4 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üşün qəza yerinə ezam olunmuşdur. Qəza baş verən zonanın çox yaxınlığında iştirak etdiyi üçün radiasiyaya məruz qalmışdır. Xidmətdən sonra da bu fəsadlar getdikcə artmış nəticədə əlil olmuşdur. TSEK tərəfindən onun xəstəliyi qiymətləndirilərək Çernobıl AES-də xidməti vəzifəsini yerinə yetimək səbəbi ilə “idiopatik trombositopehtik purpura. Kompensassiya mərhələsi. Bronxial astma 3-cü dərəcə” diaqnozu ilə ona 2-ci qrup ömürlük əlillik dərəcəsi verimişdir. Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən “əmək qabiliyyətsiz” kimi qiymətləndirilmişdir. Yaş keçdikcə aldığı şüalanmanın fəsadları daha da artır. Bu isə onun səhhətindəki ağrıları dözülməz həddə çatdırır. O, Çernobıl əlilləri üçün nəzərdə tutulmuş qanunla müəyyən olunmuş imtiyazlardan istifadə edə bilmir. Belə ki, o çox illər əvvəllərdən başlamış bu günə qədər “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya verilməsini müəyyən edən 14-cü maddəsini əsas tutaraq minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardım göstərilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul konpensasiyasınm verilməsi qaydalarının təsdiqi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli qərarının verilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarların qüvvədən düşmüş hesab edilməsi barədə 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli qərarı ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul konpensasiyasının verilməsi qaydaları” qüvvədən düşmüş hesab edilməsi barədə cavab məktubu göndərmişdir. Cavabdehin imtinası əsassızdır və ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya verilməsini müəyyən edən 14-cü maddəsini əsas tutaraq minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardım göstərilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, ona imtina olunarkən konkret səbəb, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarların qüvvədən düşmüş hesab edilməsi barədə 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli qərarı ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul konpensasiyasınm verilməsi qaydaları” qüvvədən düşməsi göstərilmişdir. Əvvəlan o, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edildiyi vaxtdan cavabdehə müraciət etmişdir. Cavabdeh isə müxtəlif bəhanələrlə qeyd edilən konpensasiyanın verməkdən imtina etmişdir. Yəni həmin hüququn yarandığı vaxtdan müraciət etmişdir. Əgər bu gün həmin qanun qüvvədən düşərsə belə onun bu birdəfəlik yardımı almaq hüququ vardır. Qüvvədə olan qanunvericiliyə görə qanun vətəndaşın hüququnu ağırlaşdıran hallarda geriyə şamil olunmur. İkincisi qeyd edilən qanun bu gün də qüvvədədir. Nazirlər Kabinetinin qərarı qanun deyil, həmin qərarlar Qanunu icra etmək üçün normativ təlimatlardır. Cavabdeh isə Qanun qüvvədə olduğu halda əsassız olaraq Nazirlər Kabinetinin qərarını əsas gətirərək ona imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, hal-hazırda qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi vasavan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) aşağıdakı ödənişlər həyata keçirilə bilər: • Pensiya (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya) • Sosial müavinət (aylıq: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və s.; birdəfəlik: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət.) • Prezident təqaüdü: (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və s.) Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları “Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənir. İddiaçı xx.xx.2019-cu il tarixdən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində Cernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) verinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li gərər ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin 28.11,1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, İddiaçı ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə" Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 406 №li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020- ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda İddiaçı “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “minimum əməkhaqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-6132/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2009-cu il tarixdə baxılmış və “Səbəb: Çernobıl AES-də hərbi xidməti vəzifələrini yerinə yetimək, Diaqnozun mətni: İdiopatik trombositopenik purpura. Kompensassiya mərhələsi. Bronxial astma İİİ dərəcə, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: İdiopatik trombositopenik purpura. Kompensassiya mərhələsi. Bronxial astma İİİ dərəcə” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-27337/2023 nömrəli Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik kompensasiya verilməsi haqqında məktubunda bildirilmişdir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-cü (əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərə orqanizm funksiyalarının pozulması faizinə uyğun olaraq minimum əmək haqqından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilmiş və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı il tarixinədək həmin Qaydalarla tənzimlənmişdir. Sözügedən Qaydaların 3.1-ci bəndində göstərilir ki, “birdəfəlik maddi yardım Qaydalar qüvvəyə minənədək (xx.xx.1994-cü il) əlil olanlara, iştirakçılara və başçısını itirmiş ailələrə bu Qaydalar qüvvəyə minəndən 10 gün müddətində, ondan sonra əlil hesab edilənlərə isə pensiya təyin olunduğu ayda ödənilir və kompensasiyaların miqdarı ödənilən vaxt respublika üzrə qüvvədə olan minimum əmək haqqına əsasən müəyyən edilir”. Qaydaların 3.2-ci bəndinə əsasən kompensasiyalar pensiya təyin edən orqan tərəfindən ödənilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə sözügedən Qaydaların 3.1-ci bəndində göstərilən şəxslərə həmin birdəfəlik yardımların ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vəsaitlərin ayrılmasına dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə kompensasiyaların verilməsi üçün zəruri təşkilati işlərin görülməsinə dair tapşırıq verilib. Qeyd edilənlərə əsasən, Maliyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə Qaydalar qüvvəyə minənədək (xx.xx.1994-cü il) əlil olan vətəndaşlara münasibətdə borcu olmamaqdadır. Əlavə olaraq bildiririk ki, İddiaçı xidmət etdiyi daxili işlər orqanı tərəfindən xx.xx.2000-ci il tarixində əliliyə görə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanuna və bu Qanunun tətbiq edilməsi haqqında 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmana əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların 1 yanvar 2007-ci il tarixindən Fond tərəfindən həyata keçirilməsinə başlanılmışdır. Həmçinin Fərmanla həmin tarixədək pensiya təyin edilmiş şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Fonda təhvil verilməsinin təmin edilməsi tapşırılmışdır. Bununla bağlı pensiyaçıların pensiya işindən məxfilik gözlənilməklə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş Məlumat Vərəqində (1 nömrəli əlavə) göstərilən məlumatlar Fonda təhvil verildikdən sonra İddiaçı pensiyasının ödənişi Fond tərəfindən davam etdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün TSEK-də müayinə aktından SER TSE-01 № 827392 saylı çıxarışına əsasən İddiaçı xx.xx.2009-cu il tarixindən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbdən əmək qabiliyyəti olmayan şəxs kimi müddətsiz ikinci dərəcə əlillik müəyyən edilmişdir. Hazırda da pensiyası həmin əlillik dərəcəsinə və səbəbinə uyğun olaraq ödənilir. Ona vaxtilə işləmiş olduğu orqan tərəfindən pensiya təyin olunarkən əlilliyinin səbəbinin, həmçinin sözügedən birdəfəlik kompensasiya üzrə borcun olub-olmamasının aydınlaşdırılması zərurəti vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi və müharibə əlillərinə birdəfəlik ödəmənin verilməsi haqqında məktubda bildirilmişdir ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə əlaqədar nəzərinizə çatdırırıq ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü (əlililliyi olan şəxslərə və başçısıni itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara əlillik dərəcəsinə uyğun olaraq minimum əmək haqqından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar mqvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilmiş və Qərarın qüvvədə olduğu 2006-cı 13 sentyabr tarixinədək həmin Qaydalarla tənzimlənmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edək ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmuşdur. Müharibə əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1- ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Çernobıl AES-də qəza ilə əlaqədar xidməti vəzifələrin icrası nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə münasibətdə Fərmanın icrası şamil edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçı tərəfə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında məktubda bildirilmişdir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü (əlilliyi olan şəxslərə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinə vurulmuş ziyana görə onlara orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq minimum əmək haqqından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilmiş və Qərarın qüvvədə olduğu 2006-cı il 13 sentyabr tarixinədək həmin Qaydalarla tənzimlənmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edək ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, sözügedən birdəfəlik müavinət atanız İddiaçı qanunvericiliklə müəyyən olunmuş məbləğdə hər il ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Hazırkı iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işin hallarından görünür ki, iddiaçı Əliyev X2 AES-də hərbi xidməti vəzifələrini yerinə yetirmək səbəbi ilə xx.xx.2009-cu il tarixdən müddətsiz 2-ci dərəcə əlildir. İddiaçı xx.xx.2019-cu il tarixdən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi hər il müalicə üçün müavinət təyin edilmişdir. Eyni zamanda iddiaçıya xx.xx.2009-cu il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlil kimi aylıq təqaüd təyin edilmişdir. Həmçinin, iddiaçıya daxili işlər orqanı əməkdaşı kimi xx.xx.2000-ci il tarixindən əliliyə görə pensiya təyin edilmişdir. Hazırkı iddia üzrə iddiaçı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya verilməsini müəyyən edən 14-cü maddəsini əsas tutaraq minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardım ödənilməsini mübahisələndirir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin, 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 30 misli məbləğində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 20 misli məbləğində; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. Səhhətinə vurulmuş ziyana görə əlilliyi olan şəxslərə başçısını itirmiş ailələrə birdəfəlik kompensasiya Azərbaycan Respublikasının büdcəsi hesabına verilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-03/2-24xx/xx/2023 nömrəli məktubu ilə göndərilmiş Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -1.Çernobıl AES qəzası nəticəsində əlil olmuş şəxslərin birdəfəlik maddi yardım və hər il müalicə üçün birdəfəlik maddi yardım almağa hüququ vardır. -3.1Birdəfəlik maddi yardım bu Qaydalar qüvvəyə minənədək əlil olanlara, iştirakçılara və başçısını itirmiş ailələrə bu Qaydalar qüvvəyə minəndən 10 gün müddətində, ondan sonra əlil hesab edilənlərə isə pensiya təyin olunduğu ayda, müalicə üçün nəzərdə tutulan kompensasiyalar hər ilin İV rübündə ödənilir. Kompensasiyaların miqdarı ödənilən vaxt respublika üzrə qüvvədə olan minimum əmək haqqına əsasən müəyyən edilir. -3.2 Kompensasiyalar pensiya təyin edən orqan tərəfindən ödənilir. -4.1 Kompensasiyalar əlillərə əlillik qrupu və əlil olmağının səbəbi haqqında HƏEK-nın qərarlarından çıxarış, hərbi komissarlığın Çernobıl AES-də qəzanın nəticələrini aradan qaldırmaqda iştirak etmə haqqında arayışı, Azərbaycan Respublikası Nazirlər Kabinetinetinin qərarı ilə ezam olunmuş şəxslər isə ezamiyyətə göndərən təşkilatlardan arayış, uşaqlıqdan lillərin əlilliyinin Çernobıl AES qəzası ilə əlaqədar olması haqqında tibbi rəy əsasında pensiya təyin edən orqanın qərarı ilə ödənilir. Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarından görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: -11. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı”nın: -39. “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli qərarı. “Sosial müavinətlər haqqında” Qanunun 7.0-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, 6 dekabr 1993-cü il tarixli “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə birdəfəlik maddi yardım və hər il müalicə ilə əlaqədar birdəfəlik müavinətlər verilir. Qanunun qeyd olunan normasındakı pul kompensasiyasının ödənilməsi ilə bağlı “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları" Nazirlər Kabineti tərəfindən 1994cü il 28 noyabr tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş və həmin qərarla Maliyyə Nazirliyinə kompensasiyaların ödənilməsi üçün vəsaitin ayrılmasının təmin edilməsi tapşırılmışdır. Qeyd edilməlidir ki, adıçəkilən Qaydalar 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə ləğv edilmişdir. Bundan sonra Çernobıl AES qəzası nəticəsində əlil olmuş şəxslərin hər il müalicə ilə bağlı müavinətin ödənilməsi qaydası “Sosial müavinətlər haqqında” Qanunun 7.0.11-ci maddəsi ilə tənzimlənmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində qeyd edilən birdəfəlik maddi yardımın ödənilməsi qaydasını (ödəyən qurum, müraciətin edilməsi qaydası, tələb olunan sənədlər, ödəniləcək maliyyə mənbəyi və s.) tənzimləyən normalar nə “Sosial müavinətlər haqqında” Qanuna daxil edilmiş, nə də bununla bağlı ayrıca, qüvvədə olan başqa bir normativ hüquqi akt qəbul edilməmişdir. Başqa sözlə, Çernobıl qəzası ilə əlaqədar zərər çəkmiş əlil olan şəxslərə birdəfəlik maddi yardımın ödənilməsi 6 dekabr 1993-cü il tarixli Qanunda öz əksini tapsa da həmin Qanundan irəli gələn maddi yardım yalnız 28 noyabr 1994-cü il tarixdən qüvvəyə minmiş hüquqi tənzimlənmə ilə 13 sentyabr 2006-cı il tarixədək ödənilmişdir. Məhz həmin tarixlərarası dövr üçün birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı Maliyyə Nazirliyinin maliyyə vəsaiti ayırmaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan irəli gələn təşkilati tədbirləri görmək vəzifəsi olmuşdur. Hazırda birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı qaydalar ləğv olunduğundan və maddi yardımın ödənilməsi ilə bağlı qüvvədə olan normativ tənzimləmə mövcud olmadığından hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fondundan mövcud olmayan vəzifənin icrası tələb edilə və ya onun üzərinə belə bir vəzifə qoyula bilməz. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Bundan əlavə məhkəmə tələb edilən birdəfəlik maddi yardım tələbi ilə bağlı həm də iddia müddətinin ötürüldüyünə də diqqəti çəkir. Belə ki, qeyd edildiyi kimi Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları 2006-cı il tarixədək qüvvədə olmuş və həmin Qaydaların qüvvədə olduğu dövrdə iddiaçı xx.xx.2000-ci ildən əlilliyə görə xidmət etdiyi daxili işlər orqanından əmək pensiyasına çıxmışdır. Qaydaların 3.1-ci bəndinin tələblərinə görə kompensasiyaların pensiya təyin edən orqan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdən görünür ki, iddiaçı pensiyaya çıxdığı vaxtdan 22 il sonra xx.xx.2023-cü tarixdə hazırkı iddianı qaldırmışdır. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən irəli gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı kompensasiyanın ödənilməməsi ilə bağlı inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyini qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində tələb etməmişdir. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllə inzibati orqanların 2011-ci il tarixədək qərar, hərəkət və ya hərəkətsizliyindən hüquqi müdafiəni təmin etmir. Beləliklə, iddia həm də müddətin ötürülməsi səbəbindən hazırkı inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik maddi yardımın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar