Məhkəmə qərarları › İş №2-1(112)-579/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-579/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-579/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı X3 Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış sahəsinin yenidən planlaşdırılması və qeyri-yaşayış kateqoriyasına keçirilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdehnə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və qeyriyaşayış kateqoriyasına keçirilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin yenidən planlaşdırılmasını, onların faktiki vəziyyəti və sahəsinə uygun olaraq mənzillərə aid sənədlərdə müvafiq dəyişdirmələr aparılmasını və adı çəkilən mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin mülkiyyətçisidir. Adı çəkilən mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, bu barədə iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq 27.03.2010-cu il tarixli ******* saylı və 06.05.2013-cü il tarixli ******* saylı çıxarışlar verilmişdir. Bakı şəhəri Oktyabr rayon Sovetinin İcra Komitəsi (halhazırda Bakı şəhəri Cavabdeh) Bakı şəhər Sovetinin (hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti) 7/421 saylı 29.06.1988-ci il tarixli qərarına əsaslanaraq, özünün 8/4 saylı 21.04.1989-cu il tarixli qərarı ilə ünvan 3 saylı evin birinci mərtəbəsində yerləşən 16, 3, 17, 26, 27, 36, 37 və 46-cı mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verilmişdir. Həmin vaxtdan yuxarıda göstərilən mənzillərdə müəyyən olunmuş qaydada balkonlar quraşdırılmış və şüşələndirilmişdir. Göründüyü kimi, adı çəkilən balkonların quraşdırılması və şüşələnməsi tam qanuni yolla baş versə də, sovet hakimiyyətinin dağılma vaxtına təsadüf etmişdir. Bu səbəbdən onların yerli icra orqanları tərəfindən istismara qəbul olunması, balansa götürülməsi, mənzillərin yenidən planlaşdırılması, həmin mənzillirin texniki pasportunda və bunun nəticəsi kimi reyestr xidməti tərəfindən verilmiş çıxarışlarda göstərilməməsi baş vermişdir. İddiaçı adı yuxarıda göstərilən mənzilləri alanda, onların artıq balkonları quraşdırılmış, mənzillirin arasında ümumi arakəsmə sökülmüş və həmin yaşayış mənzillərində müəyyən yenidənqurma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi işlənmişdir. Mənzillərin yenidənquraşdırma işlərinin binanın ümumi konstruksiyasına və qonşuların təhlükəsizliyinə xələl gətirmədiyinə əmin olmaq məqsədi ilə, iddiaçı ekspert rəyi almaq üçün qanunla müəyyən olunmuş qaydada Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu ilə 21/2-12 saylı 04.12.2012-ci il tarixli müqavilə bağlamışdır. Adı çəkilən institut göstərilən mənzillərdə yenidənqurma işləri aparılmış hissəyə texniki baxış nəticələri və binanın həmin hissəsinin yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti ilə əlaqədar texniki rəyində görülmüş yenidənqurma işlərinin düzgün aparılması, binanın konstruksiyasına heç bir xələl vurmamasını, təhlükəsizlik normalarına riayət edilməsini göstərmişdir. Bu ekspert rəyindən sonra iddiaçının mülkiyyəti Dövlət Reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq, Dövlət Reyestrindən çıxarışlarda mülkiyyətində olan mənzillər yaşayış sahəsi kimi qeydiyyata alınmış, onların texniki pasportunda heç bir dəyişiklik edilməmiş, mənzillərin sahələri yenidənqurma işlərinin aparılmasına qədər olan dövrdəki qaydada göstərilmişdir. Bu gün mülkiyyətində olan ünvan 3 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 saylı mənzilin bütün rəsmi sənədlərdə göstərilən ümumi sahəsi 73,9 kv.m, həmin ünvanda yerləşən 27 saylı mənzilin ümumi sahəsi 75,3 kv.m göstərildiyi halda, həmin mənzillər birləşdirilərək, faktiki ümumi sahəsi 266 kv.m olan bir qeyri-yaşayış sahəsidir və iddiaçı onları aldığı gündən qeyri-yaşayış sahəsi kimi işlətmişdir. Yuxarıda adı çəkilən mənzillərin yenidən planlaşdırılması və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə etdiyi müraciətə Bakı şəhəri Cavabdeh 19.12.2019-cu il tarixdə əsassız və qanunsuz olaraq rədd cavabı vermişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçının iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərinə dair 2-ci bəndinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 22.1.3-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Lakin qeyd edilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Belə ki, ünvan 4 ünvanında yerləşən 36 və 27-ci mənzillərində əlavələr, dəyişikliklər edilmiş və buna dair heç bir razlılıq sənədi, texniki pasport tərtib edilməmişdir. Dəfələrlə iddiaçının rayon icra hakimiyətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan mənzillərə dair əlavə mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı rayon icra hakimiyətinə qeyd olunan mənzillər barəsində edilmiş dəyişikliklərə dair heç bir razılıq sənədi (texniki pasport) təqdim etməmişdir. Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Lakin iddiaçı öz iddiasında konkret olaraq onun hansı hüququnun və nə dərəcədə pozulmasını bildirməmişdir. Yuxarıdakıları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki iş materiallarında olan: - DƏDRX-nin 19.02.2021-ci il il tarixli **********49 saylı iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda vahid formaya uyğun istismarına icazə sənədi təqdim edilməmişdir. Həmçinin, əlavə inşa edilmiş sahənin yerləşdiyi torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Həmçinin, sözügedən ünvanda yerləşən mənzilə dair idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. - DƏDRX tərəfindən verilmiş çıxarışlardan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 27 və 36 saylı mənzillər üzərində iddiaçı X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02.10.1999-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 4 ünvanında yerləşən 36 saylı mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 74 kv.m, yaşayış sahəsi 54 kv.m, köməkçi sahəsi 20 kv.m-dir. - DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.09.07-ci il tarixli texniki pasportdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 27 saylı mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 75.3 kv.m, yaşayış sahəsi 55.3 kv.m-dir. - Oktyabr rayon X8 İcraiyyə Komitəsinin 8/4 saylı 21.04.1989-cu il tarixli qərarından görünür ki, ünvan 3 saylı evin birinci mərtəbəsində yerləşən 16, 3, 17, 26, 27, 36, 37 və 46-cı mənzillərdə yeni balkonların quraşdırılmasına icazə verilmişdir. - Bakı şəhəri Cavabdeh 19.11.2019-cu il tarixli 7-33162 saylı və 19.12.2019-cu il tarixli 2-33/2-162/2/H1 saylı məktublarından görünür ki, iddiaçıya mülkiyyətində olan Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15A ünvandakı 36 və 27 saylı mənzillərin qeyriyaşayış sahəsinə keçirilməsi üçün təqdim olunmuş sənədlərdən əlavə mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. - Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun 03.10.2012-ci il tarixli texniki rəyindən görünür ki, iddiaçıya məxsus ünvan 5 ünvandakı 36 və 27 saylı mənzillərə texniki baxış keçirilərək sahədə yükdaşıyan konstruksiyaların texniki vəziyyətinin qənaətbəxş sayıla bilməsi qeyd olunmuşdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2775/2020 saylı, 10.09.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2021-ci il tarixli 10/2695 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan İnşaat və Memarlıq İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun 03.10.2012-ci il tarixli texniki rəyinə əsasən, aparılmış təmir və yenidənqurma işləri binanın adı keçən sahədə yükdaşıyan konstruksiyalarına müdaxilə olunmadan, binanın özül konstruksiyalarına ötürülən yüklərin artırılmadan həyata keçirildiyindən ümumilikdə binanın yükdaşıyan konstruksiyalarının işini pozmur. Birmənalı olaraq ünvan 6 ünvanda yerləşən 5 mərtəbəli binanın 27 və 36 saylı mənzillərinin sahəsini əhatə edən qeyri-yaşayış sahəsi istismar və təyinatından asılı olmayaraq təmir-bərpa işlərində nəzərdə tutulan işlər sonradan istismar zamanı yükdaşıyan konstruksiyalara hərhansı müdaxilələr istisna olunmalıdır. Eyni zamanda aparılmış genişləndirmə işləri Bakı şəhəri Oktyabr rayon Sovetinin İcra Komitəsi (hal-hazırda Bakı şəhəri Cavabdeh) 8/4 saylı 21.04.1989-cu il tarixli qərarı ilə ünvan 3 saylı evin birinci mərtəbəsində yerləşən 27-ci və 36-cı mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyini nəzərə alaraq, aparılmış genişləndirmə işləri qeyri- qanuni tikinti işləri aparılmasına yol verilməsi halı olmadığı müəyyən olunur. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin və AzDTN 2.6.1-4,9-cu bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mülkiyyətində olan mənzillərin təyinatını dəyişdirərək həmin mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, işdə olan sənədlərdən görünür ki, iddiaçı mülkiyyətində olan mənzillərin təyinatını dəyişdirərək həmin mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini və imtinanın əsası olacaq halları kifayət qədər aydın göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının preambulasına əsasən bu Qaydalar təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihə-planlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifi (tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. Həmin Qaydalara əsasən: 1.2. Bu Qaydalar: hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin; tikintinin sifarişçisi tərəfindən əsaslı təmir əvəzinə icazəsiz olaraq yenidənqurma və yaxud texniki yeniləşdirmə işlərinin həyata keçirilməsinin; bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının; tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin; yaşayış və ictimai binalarda, piyadaların yeraltı keçidlərində, metropolitenin daxili dəhlizində, xüsusən əhalinin kütləvi toplandığı ərazilərdə neqativ amillərin olmasının, sanitar-gigiyenik, hərəkət təhlükəsizliyinin və ekoloji norma tələblərinin pozulmasına, yanğın, təbii fəlakət, kütləvi əhali qırğınına gətirib çıxara biləcək halların qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. 4.3. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Göründüyü kimi, inzibati orqan mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi ilə bağlı qərar verməkdə tam səlahiyyətlidir və bununla bağlı ona kifayət qədər diskresion səlahiyyətlər verilmişdir. Verilmiş bu geniş səlahiyyətlə birlikdə, imtina edildiyi halda isə, inzibati orqanın bu imtinanın bütün pozuntular göstərilməklə əsaslandırılması vəzifəsi müəyyən edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan mənzillərin yenidən planlaşdırılmasını, onların faktiki vəziyyəti və sahəsinə uygun olaraq mənzillərə aid sənədlərdə müvafiq dəyişdirmələr aparılmasını və adı çəkilən mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi haqqında sərəncam verilməsi barədə müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzillərdə yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri aparılaraq 36 və 27 saylı mənzillər birləşdirilmiş, mövcud çıxarışlarda və texniki pasportlarda mənzillərin ümumi sahəsi 74 kv.m və 75.3 kv.m qeyd olunduğu halda, ümumi sahəsi 266 kv.m-ə genişləndirilərək vahid qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Lakin bu zaman Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələrində nəzərdə tutulmuş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtlərinə riayət olunmamışdır. İddiaçı tələbinin əsası kimi yalnız Oktyabr rayon X8 İcraiyyə Komitəsinin 8/4 saylı 21.04.1989-cu il tarixli qərarına əsaslanaraq, mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyinə istinad etmiş, lakin qanunda nəzərdə tutulan əsas barədə cavabdehə mötəbər sübut, o cümlədən Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədləri təqdim etməmişdir. İşin obyektiv, hərtərəfli araşdırılması və ədalətli qərar qəbul edilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin və AzDTN 2.6.1-4,9-cu bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş həmin ekspertiza rəyi də iddiaçı tərəfindən aparılan yenidənqurma və (və ya) yenidən planlaşdırmanın qanunvericilinin tələblərinə zidd olduğunu təsdiq edir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı mülkiyyətində olan ünvan 2 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin yenidən planlaşdırılmasını, onların faktiki vəziyyəti və sahəsinə uygun olaraq mənzillərə aid sənədlərdə müvafiq dəyişdirmələr aparılmasını və adı çəkilən mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2021-ci il tarixli 10/2695 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə prosessual xərclər iddiaçı X4 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar