Məhkəmə qərarları › İş №2-1(112)-579/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-579/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-579/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (aparıcı mütəxəssis, Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Saatlı 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, iş zamanı aldığı xəsarət nəticəsində səhhətinin və sağlamlığının pozulması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Saatlı rayon 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(120)-1625/2020 saylı Qərardadı əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Saatlı 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(120)-1625/2020 saylı Qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 2-1(112)-3672/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı əsasında İddiaçı kontrakturanın dərəcəsinin müəyyənləşdirilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, İddiaçı müayinə olunaraq hal-hazırki vəziyyətinin (kontrakturanın olub olmaması və dərəcəsi) həkim-travmatoloqun iştirakı ilə əyani müayinə olunmaqla müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə 30 (otuz) gün müddət təyin edilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosesssual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 29 mart 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı X9 xx xxxxx 1968-ci ildə Saatlı şəhərində anadan olmuşdur. Hal-hazırda Saatlı rayounu Sancalar kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. 2007-ci il tarixdə Saatlı rayonu X8 iş zamanı sexdə ağır travma almışdır. Aldığı travma nəticəsində sağ əlinin ll-lll-İV-V barmaqlarını itirmişdir. 30 aprel 2014-cü il tarixlərdə Bakı şəhərində yerləşən AR Səhiyyə Nazirliyi Ak. M.Ə.Mirqasımov adına RKX-da müainə və müalicə olunmuşdur. Sonuncu dəfə o Saatlı Rayon Mərkəzi X4 şəxsinin xüsusi göndərişi əsasında 17.02.2020-ci il tarixdə AR ETTOİda müainə olunmuşam və X5 X11 tərəfindən ona 1688/1556 nömrəli arayış verilmiş, onun sağ əlinin ll-lll-İV-V barmaqlarının dırnaq falanqalarının amputasiyasından sonrakı vəziyyət-güdüldə ağrılar qeyd olunması müəyyən olunmuşdur. Həmçinin onda daimi ağrı, ağrılı nevroma, daimi ağrı sindromu, əmək qabiliyyətinin azalamsı və ya itirlməsi ilə əlaqədar fəaliyyətinin məhdudlaşdırılması, əlin tutma funksiyasının kəskin pozulması, oynaqların və barmaqların kontrakturası xəstəliyi müəyyən olunmuşdur. Bu diaqnoz isə hazırki qanunvericilikdə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015ci il tarixli 413 saylı qərarına əsasən Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.1 maddəsinin tələblərinə əsasən ona əlillik dərəcəsi qeyri-şərtsiz təyin edilməli idi. Xəstəlik sənədlərini Saatlı rayon X6- Məsləhət Komissiyasına təqdim etmişdir... Azərbaycan Respublikası İcbari tibbi Sığorta Üzrə Dövlət Agentliyi özünün 10.04.2020-ci il tarixli 07-02-1198/M-140/20 saylı məktubla ona əlillik dərəcəsinin təyin edilməsi üçün sənədlərinin 21.02.2020-ci il tarixdə Tibbi- Sosial Ekspertiza Komissiyasına göndərildiyi və göndərişlər reyestrinə daxil edildiyini bildirmişlər. Bu məktubdan göründüyü kimi ona əlillik dərəcəsinin təyinatı Koronovirus (COVİD -19) pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejmindən əvvəl olmuş və qanunverigiliyin tələblərinə görə əlillik dərəcəsinin təyinatı ilə bağlı mənə ən geci 15 iş günü müddətində məlumat verilməli idi. Lakin Cavabdeh ona əlillik təyinatı aparmamış, HMK-sı tərəfindən reyestrinə daxil olmuş xəstəlik sənədlərinə (Forma 88) ümumiyyətlə təyinat aparmamışdır. Bununla bağlı tərəfindən 15.07.2020-ci il tarixdə cavabdeh Saatlı rayon 34 saylı TSEK-na ərizə ilə müraciət olunsa da, ona heç bir cavab verilməmişdir. Həmçinin AR İnsan Hüquqları Üzrə Müvəkkilinin (OMBUDSMAN) APARATİ-nın rəsmisinin 03.04.2020-ci il tarixli , 2/6621-20 saylı məktubuna belə cavabdeh heç bir cavab verməmişdir. Sonuncu dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının HMK-nın 0309003AALJH saylı göndərişlə cavabdeh Saatlı rayon 34 saylı TSEK-na müraciət olunmuş,cavabdeh Saatlı rayon 34 saylı TSEK-nın 16.09.2020-ci il tarixli müainəyə dair məlumat vərəqəsinə əsasən ona, dövlət səhiyyə müəssiəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, xəstənin hal-hazırdakı vəziyyətinin həkim-travmatoloq tərəfindən dəqiqləşdirilməsi kimi absurd və əsassız səbəblər göstərməklə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Xəstəlik sənədlərindən göründüyü kimi onun sağ əlinin 4 barmaqları cərrahiyyə əməliyyatı ilə amputasiya olunmuşdur. Amputasiya ümumiyyətlə müalicə olunmur. Faktiki vəziyyətinin nə dərəcədə olmasını AR Səhiyyə Nazirliyinin X5 və Ordopediya İnstitutunun ixtisaslaşmış və peşəkar həkimləri verdikləri arayışlarda tam və ətraflı qeyd aparmaqla müəyyən və təsdiq etmişlər. Ona görə də cavabdehin ona əlillik dərəcəsinin təyinatı ilə bağlı imtina verməsini əsassız və qanunsuz hesab edir. İddiaçı qeyd olunanlara əsasən iş zamanı aldığı xəsarət nəticəsində səhhətinin və sağlamlığının pozulması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, müəyyən olunmuşdur ki, X3 əlillik vəziyyəti Saatlı Mərkəzi Rayon Xəstəxanasının 27.07.2020-cı il tarixli 0309003AALJH saylı göndərişi əsasında qiymətləndirilmiş və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S68 - Bilək və əlin travmatik amputasiyası => S68.1 - Əlin hər hans..., Diaqnozun mətniıƏlin ıkı və daha çox barmağının travmatik (tam) (hissəvi), Sağ əlin ll-lll-İV-V barmaqların dırnaq falanqa səviyyəsində amputasion ağrılı güdülü, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hal-hazırki vəziyyəti(kontrakturanın olub olmaması və dərəcəsi) həkimtravmatoloq tərəfindən dəqiqləşdirilsin” əsası ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan başqa yuxarıdan göründüyü kimi, iddiaçı barəsində qərar 2020-ci ilin iyulunda verilmişdir. Müraciət isə sentyabrda olmuşdur. Belə ki, İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçı lığ ın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən сavabdehin nümayəndəsi X10 etirazda göstərilənlərə uyğun məzmunda izahat verərərk iddia tələbinin rədd edliməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1968-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat Travmatologiya X11 tərəfindən verikmiş 17.02.2020-ci il tarixli 1688/1566 saylı Arayışdan görünür ki, iddiaçının sağ əlinin ll-lll-İV-V barmaqlarının dırnaq falanqalarının amputasion ağrılı güdül, ağrılı nevroma, daimi, barmaqların kontrakturası, əlin tutma funksiyasının kəskin pozulması, daimi ağrı sindromu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 21 yanvar 2021-ci il tarixli **********7 saylı məktubundan görünür ki, iddiaçının onun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları” haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. O səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Saatlı rayon Mərkəzi Xəstəxanasının 0309003AALJH №li TQS№ Forma 88 arayışı əsasında qiymətləndirilmiş və ona əsas diaqnoz olaraq əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), sağ əlin ll-lll-İV-V barmaqlarının dırnaq falanqa səviyyəsində amputasion ağrılı-güdülü xəstəliyi diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən qiymətləndirilmə aparılarkən, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu qeyd olunaraq, xəstənin hal-hazırki vəziyyətinin (kontrakturanın olub-olmaması və dərəcəsi) həkimtravmatoloq tərəfindən dəqiqləşdirilməsi səbəbilə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Məhkəmə imtanada qeyd olunan halların araşdırılması məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, İddiaçı müayinə olunaraq hal-hazırki vəziyyətinin (kontrakturanın olub olmaması və dərəcəsi) həkim-travmatoloqun iştirakı ilə əyani müayinənin nəticəsini sorğu əsasında cavabehdən tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən daxil olan 24 fevral 2022-ci il tarixli məktubda İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 21.02.2022-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə nəzarət qaydasında komissiyada əyani müayinə olunduğu, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarının qəbul edildiyi, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ əlin ll-lll-İV-V barmaqların dırnaq falanqa səviyyəsində amputasion ağrılı güdülü” diaqnozu - əlilliyin təyininə əsas vermədiyi, bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarının 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilməsi nəzərdə tutulur. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); İstinad olunan Qərarın 2.5-ci bəndinə sasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması (Q71.3,); 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6); Beləliklə məhkəmə tərəfindən araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, 21.02.2022-ci il tarixli əyani müayinə zamanı İddiaçı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ əlin ll-lll-İV-V barmaqların dırnaq falanqa səviyyəsində amputasion ağrılı güdülü” diaqnozunun əlilliyin təyininə əsas vermədiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1.11-ci və 2.5.1, 2.5.2, 2.5.3-cü bəndlərinə və ya hər hansı digər bəndə uyğun olaraq əlilliyin təyinatına əsas verən hal aşkar edilmədiyindən İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin gəldiyi qərar əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar