Məhkəmə qərarları › İş №2-1(112)-5794/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5794/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5794/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkilli X4 (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə 0,5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun İddiaçı adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı Sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə ofis binasının lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Qeyd edilən sərəncamda torpaq sahəsinin ölçüsü yalnış qeyd edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2015-ci il tarixli, 38 saylı sərəncamı ilə yanlışlıq düzəldilmiş və torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə 0,5485 ha kimi qeyd edilmişdir. İddiaçı tərəfindən istifadəsinə ayrılmış torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyr-yaşayış sahəsi sərəncamda qeyd edilən tələb və şərtlərə riayət edilməklə inşa edilmiş və mövcud vəziyyətdə eskiz-layihəsi hazırlanmışdır. Qeyri-yaşayış sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatına alınaraq Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciət cavablandırılmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun hüquqları əsassız olaraq pozulmaqdadır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri- yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı inzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydiyyata alınmış mənzillərdən ibarət olan 2 mərtəbəli tikili sökülərək yerində hündürlüyü 12 metrdən artıq olan fərdi yaşayış evi inşa edilmişdir. Qeyd edilən fərdi yaşayış evində təmir-tikinti işləri tam başa çatdırılmamışdır, zirzəmi mərtəbəsində invertarlaşdırma və ölçü işləri aparmaq mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərin ərizəçinin adına özgəninkiləşdirilməsinə dair hüquqmüəyyənedici sənəd və sözügedən mənzillərin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi, fərdi yaşayış evinə dair eskiz layihənin lisenziyası təqdim edilməmişdir. Təqdim edilən icarə müqaviləsində qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi qeyd edilsə də, faktiki olaraq fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Bundan əlavə, sözügedən məsələ ilə əlaqədar iddiaçıya 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********20 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkilli X6 iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “ofis binasının layihələşdirilməsi haqqında” 27 aprel 2005-ci il tarixli, 107 saylı Sərəncamından görünür ki, İddiaçı müraciətinə əsasən ünvan 6 Məhəllədə ofis binasının layihələndirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi icarə əsasında vətəndaş İddiaçı istifadəsinə ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2015-ci il tarixli, 38№li Sərəncamına əsasən İddiaçı adına ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 0,5485 ha müəyyən edilmişdir. -Ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 27 aprel 2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz (keçmiş T.Əliyev küçəsi) 907 saylı Məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0.5485 ha torpaq sahəsi vətəndaş İddiaçı yrılmışdır. Ayrıc aktlarının qeydiyyat kitabında xx.xx.2015-ci il tarixdə 15/26 sayla qeydiyyata alınmış və 20 may 2015-ci il tarixli, 18/03- 8/1212 saylı məktub əsasında iddiaçının müraciəti əsasında xx.xx.2015-ci il tarixli, 38 saylı sərəncamı və dəqiqləşdirilmiş xx.xx.2015-ci il tarixli, 15/26 saylı Ayrıc Aktı göndərilərək, 12007 saylı inşaat pasportundakı xx.xx.2006-cı il tarixli, 08/88 saylı Ayrıc Aktı öz qüvvəsini itirmiş hesab olunduğu bildirilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz (keçmiş T.Əliyev küçəsi) 907 ünvanda yerləşən daşınmaz əmlaka xx.xx.2015-ci il tarixli, 20404 saylı müsbət ekspertiza rəyi vermişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 03 iyun 2015-ci il tarixli 18/04-236 saylı məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamının 47-ci bəndi, xx.xx.2015-ci il tarixli, 38 saylı sərəncamı, 12007 saylı inşaat pasportu və dəqiqləşdirilmiş xx.xx.2015-cü il tarixli, 15/26 saylı Ayrıc aktı əsasında Nərimanov rayonu, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsi, 907-ci məhəllədə tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin təqdim olunmuş memarlıq-planlaşdırmasının yeni eskiz həllinə baxılaraq (4 mərtəbəli + mansard,-4.50m səviyyəsində - zirzəmi mərəbəsi; "xxxx" MMC-nin işi, LBM F.Əhmədova) razılaşdırılmışdır. - ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsinin surətindən görünür ki, İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri yaşayış obyektinin eskiz layihəsi xx.xx.2015-ci il tarixdə 18/04-236 nömrə ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. -İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 16 fevral 2022-ci il tarixli, 1321 №li icarə müqaviləsindən görünür ki, ünvan 7 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 5485.0 kv.metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İşin hallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə ərizəyə cavab verilməməsini faktiki olaraq imtina kimi qəbul etmişdir. -Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə 0,5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun onun adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və əmlakın tikintisinin təşkilinin razılaşdırılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi tikintiyə icazə sərəncamının olmamasına dair dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintiyə icazə sərəncamının deyil, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03 iyun 2015-ci il tarixli 18/04-236 saylı nömrəli məktubu və xx.xx.2015-ci il tarixdə 18/04-236 nömrə ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən layihənin razılaşdırılması tikintiyə icazə verilməsinə dair inzibati akt kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin məhv edilən daşınmaz əmlakların qeydiyyatlarının ləğv olunması barədə məhz iddiaçının ərizəsi əsasında qeydiyyat orqanının mülkiyyət hüququnun qeydiyyatını ləğv edilməli olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikas Prezidentinin 2015-ci il 04 may tarixli 516 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.16-cı bəndinə əsasən məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək Xidmətin vəzifəsi olaraq müəyyən edildiyindən, o cümlədən bunun cavabdeh inzibati orqanın pozitiv öhdəliklərindən irəli gəldiyindən, sözügedən məhv olunan əmlakların qeydiyyatının ləğv olunmasında iddiaçının təqsirli bilinməsi yolverilməzdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh inzibati orqan arasında müvafiq torpaq icarə müqaviləsinin bağlanaraq Bakı şəhəri, ünvan 8 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 5485.0 kv.metr torpaq sahəsinin iddiaçının icarəsinə verməsi onu deməyə əsas verir ki, cavabdeh özü-özlüyündə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşqul olmasını qəbul edərək onun fəaliyyəti üçün zəmin yaratmışdır. Məhkəmə həmçinin qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikas Prezidentinin 2015-ci il 04 may tarixli 516 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.16-cı bəndinə əsasən məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək Xidmətin vəzifələrindən biridir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.11 -ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Beləliklə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı Sərəncamına əsasən ünvan 6 Məhəllədə ofis binasının layihələndirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi icarə əsasında vətəndaş İddiaçı istifadəsinə ayrılmış, sonradan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2015-ci il tarixli, 38№li Sərəncamına əsasən iddiaçının adına ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 0,5485 ha müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 20404 saylı müsbət ekspert rəyinə əsasən əmlakın işçi layihəsi razılaşdırılmışdır. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamının 47-ci bəndi, xx.xx.2015-ci il tarixli, 38 saylı sərəncamı, 12007 saylı inşaat pasportu və dəqiqləşdirilmiş xx.xx.2015-cü il tarixli, 15/26 saylı Ayrıc aktı əsasında Nərimanov rayonu, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsi, 907ci məhəllədə tikintisi nəzərdə tutulan əmlakın təqdim olunmuş memarlıq-planlaşdırmasının yeni eskiz həllinə baxılaraq (4 mərtəbəli + mansard,-4.50m səviyyəsində - zirzəmi mərəbəsi; "xxxx" MMC-nin işi, LBM F.Əhmədova) razılaşdırılmışdır. Həmçinin İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 16 fevral 2022-ci il tarixli, 1321 №li icarə müqaviləsinə əsasən qeyri-yaşayış binasının yerləşdiyi 5485.0 kv.metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə 0,5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun İddiaçı adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Nərimanov rayonu, T.Əliyev küçəsi, 907 saylı məhəllədə 0,5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun İddiaçı adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.5485 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar