Məhkəmə qərarları › İş №2-1(112)-5796/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5796/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5796/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinin onun adına özəlləşdirilərək, xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5796/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzili uzun illərdir ki, onun istifadəsində olmuş, həmin mənzil yataqxana tipli mənzil olduğuna görə o, həmin mənzili özəlləşdirə bilməmiş, lakin Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar yataqxanalar əvəzsiz olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildikdən sonra onun bu hüququ yaranmışdır. Yataqxana Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildikdən sonra o, Departamentin 19 aprel 2019-cu il tarixli 21/6 saylı Sərəncamına əsasən həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanmış, qeyd edilən Sərəncam “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanmışdır. Bundan sonra o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh onun bu müraciətindən imtina edərək, Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 19 aprel 2019-cu il tarixli 21/6 saylı Sərəncamının 19 aprel 2019-cu il tarixdə verilməsini və 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilməsini əsas gətirmişdir. O, cavabdehin bu əsası ilə razı deyil və belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, qeyd edilən mənzil onun istifadəsinə verildiyi zaman hələ yataqxana olmuş, həmin zaman Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilməmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 19 aprel 2019-cu il tarixli 21/6 saylı Sərəncamından da görünür ki, həmin Sərəncam “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanmışdır. Yəni həmin sərəncama əsasən onun qeyd edilən mənzili özəlləşdirmək hüququ yaranmışdır. Sərəncamın 19 aprel 2019-cu il tarixdə qəbul edilməsi isə onu bu hüquqdan məhrum etmir, ondan ötrü ki, onun həmin mənzildə yaşamağa başladığı dövrdən, onun mənzili özəlləşdirmək hüququ yaranmışdır. Yəni cavabdeh hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsini deyil, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməli idi. Ona görə də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında izahatında bildirdi ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 21/6 nömrəli sərəncamının 19.04.2019-cu il tarixdə verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanlanmış 08.12.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 21/6 nömrəli, 19.04.2019-cu il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən 2 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 1 otaqlı 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 587 №-li 05.04.2019-cu il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Rzayeva X2 qəsəbəsi, K.İsmayılov küçəsindəki 2 №-li evin 3 №-li mənzilində 36,0 kv.metr yaşayış sahəsi olan 2 mərtəbəli binada yaşayır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanında yaşayan İddiaçı ünvanlanmış **********15 nömrəli, 07.06.2019-cu il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 21/6 nömrəli sərəncamın 19.04.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 27.09.2021-ci il tarixli 018-15085-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Sadiq qızı 22.12.2017-ci il tarixdən 12.11.2018-ci il tarixədək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 12.11.2018-ci il tarixdən hazıradək ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 21/6 nömrəli, 19.04.2019-cu il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən 2 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 1 otaqlı 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçı qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verildiyini bildirərək, iddia tələbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin Qanunun 8-ci maddəsinə görə Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən ünvan üzrə məhkəmə araşdırması zamanı məhkəmə sorğusuna cavabdeh inzibati orqan tərəfindən daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 2, 3 saylı mənzili X1 xüsusi mülkiyyətindədir. Lakin məhkəmə araşdırması zamanı, həmçinin məhkəmə icraatında cavabdehin nümayəndəsinin verdiyi izahatlardan aydın olmuşdur ki, X1 mülkiyyətində olan mənzil hazırki mübahisə predmetini təşkil edən mənzillə eyni deyildir (mənzillərin ölçüləri və otaq sayları da fərqlidir). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 12.11.2018-ci il tarixdən ünvan 6 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, yəni iddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) qeyd olunan mənzillə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. İddiaçı ilə MKTB arasında kirayə müqaviləsi 19 aprel 2019-cu il tarixdə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlanmışdır. Bu tarixdə bağlanmış kirayə müqaviləsi isə yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 2 saylı evin 3 saylı mənzilinin onun adına özəlləşdirilərək, xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar