Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5797/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzildə yenidənqurmanın işlərinin aparılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 1 saylı evin 212 saylı (Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, məhəllə 2436, m.60A, Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 28, M17, 4 saylı) mənzilinin yenidən qurulması və əlavə qapı açılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 1 saylı evin 4 otaqdan ibarət 212 saylı mənzilini almış və həmin mənzil hazırda mülkiyyətindədir. Sonradan yaşadığı evin hüquqi ünvanında dəyişik olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın reyestr nömrəsi **********53-05301-093090, Qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın reyestr nömrəsi **********53-05301-093090 Texniki Pasport verilmişdir. Hər iki sənəddə iddiaçının yaşadığı evin ünvanı ilkin olaraq, ünvan 1nzili, daha sonra, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, məhəllə 2436, m.60A, Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 28 ,M 17, m 4 kimi göstərilmişdir. Qeyd edilir ki, iddiaçı ilkin olaraq mənzilini alanda mənzilin giriş qapısı, yəni əsas qapı blokun girişindən olmuşdur. O zaman iddiaçının xahişi üzrə mənzilin girişindən olan əsas qapı bağlanmış və mənzilə giriş qapı başqa yerdən açılmışdır. Mənzilin bağlanan qapısı və sonradan mənzilə başqa yerdən açılan qapı binanın heç bir konstruksiya dəyişikliyi olmadan həyata keçirilmişdir. İddiaçının iki övladı vardır və onalrın hər ikisi yetkinlik yaşına çatmışdır. Hazırda övladalarının hər biri mənzildə sərbəst yaşamaqları üçün mənzilin iki hissəyə ayırmaqla yenidən qurulması və mənzilə əlavə qapının açılması zəruridir. Ona görə, iddiaçı ilkin olaraq xx.xx.2023-cü ildə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir və İcra Hakimiyyətinin 5-16/1-Z-6162/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. İddiaçı sonradan AR Fövqəladi Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət X2 Layihə İnstutu “Azərdövlətsənayelayihə” arasında “mənzilində yenidənqurma işlərinin görülməsinin mümkünlüyü barəsində texniki baxış keçirilməsi və müvafiq rəy verilməsi”nə dair 23/54 №li 2023-cü il tarixli müqavilə bağlamışdır. Eyni zamanda, 2023cü il tarixində bağlanmış müqavilənin qiymətinin razılaşdırılması protokolu imzalamışlar və bununla əlaqədar iddiaçı 590 manat ödəniş etmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət X2 Layihə İnstutu “Azərdövlətsənayelayihə” mənzilin yenidən qurulması, iki ayrı hissəyə bölünməsi barədə “Eskiz-layihəsini” hazırlamış və 14 avqust 2023-cü ildə Rəy vermişdir. "xxxx" MMC-nin rəhbəri xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının yaşadığı “Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1, mənzil 212 (Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, məhəllə 2436, m.60A, Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 28, M17, m 4) də yaşayan İddiaçı ərizəsini nəzərə alaraq, binanın daşıyıcı divarlarına zədə vurmadığına görə, onun mənzilinin ikiyə ayrılmasına və yeni qapı açılmasına heç bir etiraz etmirəm və razılığımı bildirirəm.” İddiaçı təkrar olaraq xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edərək mənzilinin iki yerə ayrılması və iki ayrı kupça alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh maraqlarına toxuna biləcək digər şəxslərin (qonşuların) notariat qaydada təsdiq olunmuş razılıq ərizələrinin Rayon İcra Hakimyyətinə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacağını bildirmişdir. İddiaçı bildirir ki, qonşularının və övladlarının yenidənqurmanın aparılmasına heç bir etirazı yoxdur. Sonradan, yəni xx.xx.2023-cü ildə iddiaçı təkrar olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyıtinə müraciət etmişdir. Cavabdeh 5-16/1-Z-15-091/23 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, müxtəlif səbəblərdən bölünmənin mümkün olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasızdır. Belə ki, mənzildə yuxarıda göstərilən yenidən qurma işlərinin aparılması mümkündür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, müraciətlərlə əlaqədar İddiaçı yenidən planlaşdırılması və yenidən qurulması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri, həmçinin yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilmiş yenidən planlaşdırılması layihəsini və tikintinin yükdaşıyan konstruksiyalarının etibarlığı (dayanaqlığı və möhkəmliyi) barədə aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəyi təqdim etməsi barədə 26 may 2023-cü il tarixli, 5-16/1-Z-6-162/2023 nömrəli (surəti əlavə olunur), yenidən planlaşdırılması və yenidən qurulması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən ailə üzvlərinin və maraqlarına toxuna biləcək digər şəxslərin (qonşuların) notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini təqdim etməsi barədə 25 sentyabr 2023-cü il tarixli, 5-16/1-Z-13- 091/2023 nömrəli (surəti əlavə olunur) məktublar göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mənzildə yenidənqurma işlərinin aparılmasının mümkünlüyü barədə 21 noyabr 2023-cü il tarixli, 5-16/1-Z-15-091/2023 nömrəli məktubla sorğu ünvanlanmışdır. İddiaçı 26 may 2023-cü il tarixli, 5-16/1-Z-6-162/2023 nömrəli məktubumuza cavab olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun 14 avqust 2023-cü il tarixli rəyini təqdim etsə də, rəydə göstərilmişdir ki, həmin mənzildə aparılacaq yenidənqurma işləri binanın əsas yükdaşıyan konstruksiyaları zədələndirilmədən və binanın ümumi konstruksiya şaxtalarına müdaxilə etmədən, müvafiq orqanlar ilə razılaşdırmaqla aparılmalıdır. Lakin, İddiaçı həmin orqanlarla razılaşdırma sənədlərini Rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. Bundan başqa, İddiaçı yenidən planlaşdırılması və yenidən qurulması nəzərdə tutulan yaşayış sahəsindən maraqlarına toxuna biləcək digər şəxslərin (qonşuların) notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini təqdim etməsi tələb edilsə də, yalnız həmin binanın komendantının razılıq məktubunu təqdim etmişdir. Bu isə Mənzil Məcəlləsinin 25.1.4-cü maddəsinin tələblərinin yerinə yetirilməməsini özündə əks etdirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mənzildə yenidən qurma işlərinin aparılmasının mümkünlüyü barədə 21 noyabr 2023-cü il tarixli, 5-16/1-Z-15-091/2023 nömrəli məktuba isə qurum tərəfindən bildirilmişdir ki, sözügedən mənzil ilkin özəlləşmə anında vətəndaş tərəfindən təqdim edilmiş sənədlər əsasında (müqavilə və maliyyə arayışı) xx.xx.2020-ci il tarixli, 04/5220 inventar nömrəlitexniki pasport qanunamüvafiq qaydada icra olunmuşdur. Texniki pasporta və texniki vəziyyətə əsasən mənzilin bir giriş-çıxışı olduğundan, həmçinin bölünməsi nəzərdə tutulan hissənin ayrıca kommunal şəraiti olmadığından bölünməsi mümkün deyil. Qeyd edilən cavabla bağlı vətəndaşa 25 yanvar 2024- cü il tarixli, 5-16/1-Z-091/2024 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və iddiaçı tərəfin fikri dinlənilərək, zəruri hüquqi təkliflər verilmişdir. İddiaçı məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı mənzilinin yenidən planlaşdırma-qurulması və əlavə qapının açılması barədə bir neçə dəfə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. O zaman İcra Hakimiyyəti hər dəfə bir adla müəyyən sənədlərin hazırlanmasını tələb etmişdir. İddiaçı İcra Hakimiyyətinin bütün tələblərini yerinə yetirmişdir. Sonuncu dəfə cavabdeh 5-16/1-Z-15-091/23 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, mənzilin bir giriş-çıxışı olduğundan, həmçinin bölünməsi nəzərdə tutulan hissənin ayrıca kommunal şəraiti olmadığından bölünməsi mümkün deyildir, lakin o zaman İcra Hakimiyyətinin əməkdaşları bir qədər gözləməyi bildirmişdir. Ona görə də, qanunla müəyyən edilmiş müddətdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Sonradan İcra Hakimiyətinin əməkdaşı bildirmişdir ki, mənzilə ikinci qapının açılması yalnız məhkəmənin qərarı ilə mümkündür. Ona görə, iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə prosesində müddət məsələsinin aydınlaşdırılması müzakirə olunduğu üçün, bildirilir ki, iddiaçının qanunla müəyyən edilmiş vaxtda məhkəməyə müraciət etməməsinin səbəbi, bilavasitə cavabdehin əməkdaşlarnın gözləməyini bildirməsi ilə bağlıdır. Ona görə, hesab edir ki, iddia ərizəsi ilə məhkəmə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü hesab edilməlidir. Yuxanda göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 1 saylı evin 212 saylı (Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, məhəllə 2436, m. 60A, Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 28, M17, 4 saylı) mənzilin yenidən planlaşdırılması-qurulması və əlavə qapı açılması barədə iddia tələbi üzrə müraciət edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və iddia tələbinin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanları müdafiə edərək, həmçinin ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). X4 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. İddiaçının hazırkı tələbi üzrə hüquqi marağı və məqsədi mülkiyyətində olan mənzildə yenidənqurma və yenidənplanlaşdırma işlərinin görülməsi ilə bağlı cavabdeh yerli icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, İPM-in: -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş üzrə sənədlərdən müəyyən edilmişdir ki, hazırkı tələbi ilə bağlı cavabdehə sonuncu müraciətinə verilmiş cavab məktubu iddiaçıya xx.xx.2024-cü ildə şəxsən təqdim edilmişdir. İddiaçı tərəf özü də məhkəmə iclası zamanı bu halı təkzib etməmişdir. Buna baxmayaraq, iddiaçı indiki iddia tələbi ilə bağlı məhkəməyə təxminən 11 ay sonra müraciət etmişdir. İPM-in 38.2-ci maddəsi isə şəxsə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə müddətin bərpası barədə təqdim edilmiş ərizə ilə bağlı qeyd edir ki, İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, ərizədə bildirilmiş faktiki hallar isə müddətin bərpası üçün yetərli sayılmadığından, cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina edilməsi barədə məlumatın mövcudluğu iddiaçıya ən geci xx.xx.2024-cü il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5797/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5797/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver