Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5799/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanası) “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sağlamlıq imkanları məhdud olması səbəbindən xx xxxxx 2007-ci ildə anadan olmuş İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2007-ci ildə anadan olmuşdur. O, anadangəlmə "İxtioz" xəstəsidir. Saatlı Rayon Mərkəzi Xəstəxanasında Ambulator, Stasionar xəstənin Tibbi Kartasından çıxarışda göstərilir ki, İddiaçı 31 avqust 2008-ci ildən xəstəxanada qeydiyyatdadır. Ümumi vəziyyəti ağırdır. 2008-ci ildən bu günə kimi Xanımgül mütəmadi olaraq müalicə alır. Onun müalicəsi və xəstəlikləri barədə müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı Bakı şəhəri 1 saylı Dəri Zöhrəvi xəstəxanasında "İshtyosis" diaqnozu ilə disponser qeydiyyatdadır. Sözügedən xəstəxana tərəfindən İddiaçı verilmiş xəstəliklər barədə arayışlar iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Dəfələrlə xəstəxanalarda müalicə kursu keçmişdir. Lakin onun səhhətində heç bir irəliləyiş yoxdur. Xanımgül 2009-cu il tarixdən pensiya alırdı. Lakin 2020-ci ilin may ayında Xanımgülün TSEK-də təkrar komissiya vaxtı çatdığı üçün pensiyası dayandırılmışdır. 2020-ci və 2021ci illərdə İddiaçı 4 dəfə Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Hər dəfə ona imtina cavabı gəlir. "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0309003AAM0D saylı göndərişi əsasında 08 aprel 2021-ci il tarixdə TSERA üzərindən qiymətləndirilmiş və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam olduğu səbəbindən imtina qərarı verilmişdir. Bütün prosedur qaydalar barədə İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsində məlumatlar var. Həkimlərin göndərişi natamam doldurmasının günahı iddiaçıda deyildir. Həkim səhlənkarlığı nəticəsində İddiaçı pensiyası dayandırılır. Cavabdeh inzibati orqanın hərəkətləri ciddi qanun pozuntusudur. Sənədlər ilə sübut olunur ki, Xanımgül müalicəsi mümkün olmayan xəstədir və əmək qabiliyyəti məhduddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-5799/2021 nömrəli, 19.04.2021-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-5799/2021 nömrəli, 04.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının 30.03.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80...Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Anadangəlmə ixtioz” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 14.04.2015-ci il tarixli 0309003AACİX saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80...; Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Anadangəlmə ixtioz” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 19.04.2017-ci ildə sözügedən poliklinikanın saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; “X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80... Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 03.09.2020-ci ildə sözügedən poliklinikanın 0309003AALYY saylı göndərişi əsasında baxılmış və “X2: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L80-L99 - Dəri və dərialtı toxumanın digər xəstəlikləri => L85 - Digər epidermal qalınlaşmalar => L85.0 - Qazanılmış ixtioz; Diaqnozun mətni: Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin so stasionar müalicəsi 2009-cu il göstərilib ixtisaslaşmış rəy məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 25.02.2021-ci il tarixli 0309003AAM0D saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L80-L99 - Dəri və dərialtı toxumanın digər xəstəlikləri => L85 - Digər epidermal qalınlaşmalar => L85.0 - Qazanılmış ixtioz; Diaqnozun mətni: L85.0 Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.28. maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri (K90.0,E70.0-E88.9)” səbəbi ilə 18 yaşınadək əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 25.02.2021-ci ildə sözügedən poliklinikanın 0309003AAM0D saylı göndərişi əsasında baxılmış və “X2: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L80-L99 - Dəri və dərialtı toxumanın digər xəstəlikləri => L85 - Digər epidermal qalınlaşmalar => L85.0 - Qazanılmış ixtioz; Diaqnozun mətni: L85.0 Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma. L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə 24.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 16 aprel 2020-ci il tarixdən əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddianı müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı anadangəlmə istixoz xəstəsi olmuş, ona hələ 2009-cu ildən sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş, sonuncu dəfə 16 aprel 2020-ci il tarixdən əlillik vaxtı bitdiyindən verilən müavinət də kəsilmişdir. Müddət bitdikdən sonra tibb müəssisəsi tərəfindən tibbi göndərişlər göndərilsə də cavabdeh orqan göndərişlərin natamam doldurulması səbəbi ilə imtinalar etmişdir. Halbuki, göndərişlərin natamam doldurulması onların təqsiri üzündən baş verməmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunduqda komissiya üzvləri onun xəstə olduğunu təsdiq etmiş və ona sağlamlıq imkanlarının məhdudluğunu təyin etmişlər. Əlillik təyinatının vaxtında aparılmaması cavabdehin təqsiridir. Odur ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu elə müddətin bitdiyi 16.04.2020-ci il tarixdən təyin edilməlidir. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının sağlamlıq vəziyyəti səhiyyə müəssisəsinin sonuncu dəfə verdiyi 25.02.2021-ci il tarixli, 0309003AAM0D nömrəli göndərişi əsasında məhkəmə icraatı gedişində Komissiyanın iclasında əyani müəyinə olunmaqla yoxlanılmış və ona təyinat tarixi 05.03.2021-ci il tarixi olmaqla 07.04.2025-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi barədə qərar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliklə əlilliyin təyin olunma tarixi məhz TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ 911015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Saatlı rayonu, Bəylik kəndində anadan olmuş, atası Qanuni nümayəndə, anası X1r. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının 30.03.2009-cu il tarixli, Forma 088 göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 30.03.2009-cu il tarixdə qiymətləndirilmiş, Səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar; Müddəti: 2 il; X2: XVİİ sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80...; Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 2. İki il müddətində: => DİGƏR: Anadangəlmə ixtioz səbəbi ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 14.04.2015-ci il tarixli, 0309003AACİX nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 16.04.2015-ci il tarixdə qiymətləndirilmiş, Səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar; Müddəti: 2 il; X2: XVİİ sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80...; Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 2. İki il müddətində: => DİGƏR: Anadangəlmə ixtioz səbəbi ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Elektron təyinatla 19.04.2017-ci il tarixli, Forma 088 göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 19.04.2017-ci il tarixdə qiymətləndirilmiş, Səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar; Müddəti: 3 il; X2: XVİİ sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q80 - Anadangəlmə ixtioz => Q80...; Diaqnozun mətni: Anadangəlmə ixtioz, yayılmış formada; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiy... səbəbi ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 03.09.2020-ci il tarixli, 0309003AALYY nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 11.09.2020-ci il tarixdə qiymətləndirilmiş, X2: XVİİ sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L80-L99 - Dəri və dərialtı toxumanın digər xəstəlikləri => L85 - Digər epidermal qalınlaşmalar => L85.0 - Qazanılmış ixtioz; Diaqnozun mətni: Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin son stasionar müalicəsi 2009-cu il göstərilib ixtisaslaşmış rəy məsləhət görülür. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 25.02.2021-ci il tarixli, 0309003AAM0D nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti 05.03.2021-ci il tarixdə qiymətləndirilmiş, Müvəqqəti əmək qabiliyyətinin itirilməsi: Xeyr; X2: XVİİ sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L80-L99 - Dəri və dərialtı toxumanın digər xəstəlikləri => L85 - Digər epidermal qalınlaşmalar => L85.0 - Qazanılmış ixtioz; Diaqnozun mətni: L85.0 Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 X9 Sistemi vasitəsilə Qanuni nümayəndə ünvanlanmış 12.02.2021-ci il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı sağlamlıq imkanlarının məhdudluğu vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AALYY nömrəli göndərişi əsasında 11.09.2020-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: xəstənin so stasionar müalicəsi 2009-cu il göstərilib ixtisaslaşmış rəy məsləhət görülür) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, İddiaçı tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə olunub, sağlamlıq vəziyyətini tam əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, sağlamlıq imkanlarının məhdudluğu vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair müayinə barədə məlumatdan görünür ki, İddiaçı 05.03.2021-ci il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş, əlil və ya sağlamlıq imkanları məhdudluğu müəyyən edilməsi barədə məlumat: sağlamlıq imkanları məhdud uşaq; Forma 88 nömrəsi: 0309003AAM0D; Diaqnoz: L85.0 Qazanılmış ixtioz; Anadangəlmə ixtioz. Yayılmış forma, Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar: əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: 07.04.2025. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. İddiaçıya elektron təyinatla 19.04.2017-ci il tarixdə Anadangəlmə ixtioz, yayılmış formada diaqnozu üzrə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının sağlamlıq imkanları Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında cavabdeh inzibati orqanda qiymətləndirilmiş, göndərişin natamam doldurulması əsası ilə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir. İddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə köməklik edilməsi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tibb müəssisəsi tərəfindən ətraflı müayinə edilməklə sağlamlıq vəziyyətini tam əks etdirən göndəriş təqdim ediləcəyi təqdirdə sağlamlıq imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndiriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində iddiaçı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və onun 05.03.2021-ci il tarixdən 07.04.2025-ci ilədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək ona sonuncu dəfə əlillik dərəcəsinin bitdiyi vaxtdan, yəni 16.04.2020-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -3.1-ci maddəsinə görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Qanunla edilmiş 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: -1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir. -1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İİİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İV Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: -1.2-ci bəndinə görə əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.3-cü bəndinə görə tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.4-cü bəndinə görə bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının təhlilindən görünür ki, sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və məhdudluğun təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda qeyd edilməlidir ki, əlillik (sağlamlıq imkanlarının məhdudluğu) müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddətinin bitdiyi tarixdən rəsmiləşir. Yəni şəxsin əlillik müddəti bitidiyi tarixdən 06 ay keçənədək əlilik təyin olunarsa, ortada ötürülmüş müddət üçün də şəxs əlil hesab edilir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı barəsində 17.04.2017-ci il tarixdə təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğunun müddəti aprel 2020-ci il tarixdə bitmişdir. Yenidən sağlamlıq imkanlarının təyin edillməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 03.09.2020-ci il tarixdə 0309003AALYY nömrəli Forma 88 tərtib olunaraq Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilmiş, TSEK tərəfindən göndərişin natamam doldurulması əsası ilə sağlamlıq imkanlarının məhdudluğu təyinatından imtina edilmişdir. Daha sonra 25.02.2021-ci il tarixli, 0309003AAM0D nömrəli tibbi göndəriş Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilmiş, TSEK-in xxxxxxx0004 aktı ilə 05.03.2021-ci il tarixdə göndərişin natamam doldurulması əsası ilə sağlamlıq imkalarının məhdudluğu təyinatından imtina edilmişdir. Daha sonra məhkəmə icraatı dövründə cavabdeh orqanın keçirdiyi əyani müayinənin nəticəsində eyni 0309003AAM0D nömrəli Forma 88-də göstərilmiş L85.0 Qazanılmış ixtioz, Anadangəlmə ixtioz. Yayılmış forma Ağırlaşma L85.8 Digər dəqiqləşdirilmiş epidermal qalınlaşmalar, Epidermal qalınlaşmalar diaqnozu üzrə iddiaçının sağlamlıq imkanları yenidən qiymətləndirilmiş, xxxxxxx0005 nömrəli aktla 05.03.2021-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Göründüyü kimi TSEK-in iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun müəyəyn edilməsi barədə qərarı 05.03.2021-ci il tarixlidir. Yuxarıda da qeyd edildiyi kimi əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından iddiaçının əlillik təyinatının həmin qərardan əvvəlki tarixə təyin edilməsi qanuni hesab edilə bilməz. Eyni zamanda iddiaçının əlillik müddəti aprel 2020-ci il tarixdə bitmiş, növbəti dəfə sağlamlıq imkanlarının məhdudluğu isə mart 2021-ci il tarixdə təyin edilmişdir. Göründüyü kimi iddiaçının növbəti sağlamlıq imkanlarının məhdudluğu müddəti əvvəlki sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdən 6 ay ərzində deyil, 11 ay keçdikdən sonra təyin edildiyindən təkrar təyin olunan sağlamlıq imkanlarının məhdudluğu əvvəlki müddətin bitdiyi aprel 2020-ci il tarixdən müəyyən edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edilən normaya istinadən iddiaçının əlillik vəziyyətinin 16.04.2021-ci il tarixdən təyin edilməsi tələbini iddiaçı yetkinlik yaşına çatmayan şəxs olduğundan sağlamlıq imkanlarının məhdudluğunun 16.04.2021-ci il tarixdən müəyyən olunması şəklində qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “16 aprel 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5799/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5799/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver