Məhkəmə qərarları › İş №2-1(112)-58/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-58/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-58/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili Süleymanov Mərdəli Binəli oğlunun (Saatlı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiaçı Mehdiyev İlqar İsmayıl oğlunun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mehdiyev İlqar İsmayıl oğlu məhkəmədə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia qaldıraraq Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahəsinin hər sotu üçün 12480 manat məbləğində olmaqla 0,12 ha ölçüdə torpaq sahəsi üçün 149760 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 1200 kv m olan 384n nömrəli bağ sahəsi ona Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin X2 və İstismarı Birliyi ilə bağlanmış müqaviləyə əsasən ayrılmışdır. Həmin bağ sahəsinə dair xx.xx.2012-ci il tarixdə DT və XK tərəfindən onun adına Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi ilə əlaqədar yolun tikintisi altına düşmüşdür, lakin qeyd edilən torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar iddiaçıya bu günə qədər kompensasiya ödənilməmişdir. Cavabdehə edilmiş müraciətlər də müsbət nəticə verməmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçıya məxsus olmuş torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından kompensasiya torpağın hər sotu üçün 10400 manat məbləğində kompensasiya hesablanmaqla müəyyən edilməlidir.Bundan əlavə bu növ işlərdə qanunun analogiyasını tətbiq edərək iddiaçının torpaq sahəsinin bazar qiymətinin 20 faiz miqdarında satılma qiyməti də ödənilməlidir. Yəni həmin torpaq sahəsinin hər sotu üçün kompensasiya 20% əlavəsi ilə birlikdə 12480 manat məbləğində qiymətləndirilməlidir. Cavabdehin onu xəbərdar etmədən və müvafiq qanuni əsaslar olmadan ona məxsus torpaq sahəsini zəbt etməsi, həmçinin cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçı əsəb sarsıntılarına, iztirablara məruz qalmış və bununla da ona 30000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən qaldırılmış məsələni araşdırmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Azərbaycan Dövlət Agentliyi tərəfindən həyata keçirilən Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi layihəsinin həyata keçirildiyi ərazidə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı İdarəsi ilə bağlanmış 34161 nömrəli müqaviləyə əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 384m nömrəli bağ iddiaçının istifadəsinə verilmiş və müqavilə 10 il müddətində bağlanmışdır. Lakin iddiaçının istifadəsinə verilmiş bağ sahəsi üzərində istifadə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınmamışdır. İddiaçı müqaviləyə əsasən sözügedən bağ sahəsindən istifadə hüquqlarını xx.xx.2015-ci il tarixində itirdiyindən, həmin bağ sahəsi dövlət torpağı hesab edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Süleymanov Mərdəli Binəli oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh və 3-cü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı İsmayıl oğlu arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 384n nömrəli bağ sahəsi 10 il müddətinə xx.xx.2015-ci il tarixə qədər iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 384 n nömrəli bağ sahəsinin ölçüsü 1200 kv metr təşkil etmişdir, bağ sahəsi Binəqədi rayonu Goradil massivində yerləşmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının torpaq sahəsinə dəymiş ziyanla bağlı müraciətinə cavab olaraq torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə çıxarışın notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 3754/2018 saylı məktubu əsasında "xxxx" MMC-nin verdiyi xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olmuş Bakı şəhəri, Goradil bağ massivində avtomobil yolunun kənarında yerləşən 384n saylı sahəsi 0,12 ha olan bağ torpaq sahəsinin bazar qiymətlərinə uyğun gələn dəyəri təqribən (12,0 sot x 6000 manat) 72000 manat məbləğində müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 384n saylı bağ sahəsinə torpaq sahəsinin planı tərtib edilərkən bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv metr, faktiki sahəsi isə 1746 kv metr olmuşdur. ”Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolu çəkilərkən vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 621 kv metr hissəsi avtomobil yolu keçən hissəyə düşdüyü üçün faktiki 1125,0 kv metr torpaq sahəsi qalmışdır.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 384n saylı bağ sahəsinə dair koordinatlar üzrə yerləşən 0.12 ha torpaq sahəsinin 354,7 kv metr hissəsi, iş materiallarının 6-cı və 7-ci səhifələrinə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “Novxanı-Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park- Bağ Təsərrüfatının İnkişafı Departamentinin X2 və İstismarı Birliyi ilə bağladığı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 384n nömrəli bağ sahəsi iddiaçının istifadəsində olmuşdur, bağ sahəsinin yerləşdiyi 1200 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları ilə alınması ilə bağlı(“Novxanı-Pirşağı” avtomobil yolunun altına düşdüyünə görə) kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasənhər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Qanunun 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. İstinad edilən Qanunun mənasından bəlli olur ki, kompensasiyanın verilməsi barədə tələblər yalnız mülkiyyət hüququna malik olan şəxslərə münasibətdə tətbiq edilməsini nəzərdə tutmur. Çünki "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 7.1-ci maddəsində müəyyən olunmuşdur ki, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasmın məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir; Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən, bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Həmin Qanunun 7.3.5-ci maddəsinə əsasən, yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, torpaqdan (və ya onunla bağlı daşınmaz əmlakdan) hətta belə qanuni hüquqları olmayan şəxslərin yalnız faktiki sahiblik hüququnun mövcud olması kifayət edir ki, onlar alınmanın təsirinə məruz qalan şəxs hesab edilsinlər. Odur ki, İddiaçı qanuni istifadəsində olmuş torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması barədə cavabdehin bildirdikləri iddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməsi üçün əsas deyildir.Eyni zamanda qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsində olmaması, onun istifadəsindən geri götürülməsi işə baxılan zaman müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi ollmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafıə olunur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; Həmin Qanunun 14-cu maddəsinə əsasən vvtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Məhkəmə araşdırma zamanı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu torpaq sahəsinin yalnız bir hissəsi (354,7 kv.metr hissəsi) cavabdeh tərəfindən çəkilmiş avtomobil yolu və piyada səki yolu ilə üst-üstə düşmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı həmin torpaqdan(354,7 kv.metr hissəsi) istifadə hüququndan məhrum olduğu üçün qeyd edilən torpaqla bağlı kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati işin materiallarından (mütəxəssis rəyindən) göründüyü kimi, iddiaçının istifadəsində olan Goradil bağ massivində yerləşən torpaq sahəsinin 1sotun bazar qiyməti 6000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda iddiaçının iddia tələbi maddi ziyanın ödənilməsi (354,7 kv.metr x 6000 manat) 21282 manat hissəsində əsaslıdır. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə cavabdehin kompensasiyanın ödənilməməsi ilə ifadə olunan hərəkətləri (hərəkətizliyi) nəticəsində iddiaçının mənəvi zərər alması halı təsdiq edilmədiyi üçün məhkəmə iddianı mənəvi zərərə görə 30000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasənməhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Mehdiyev İlqar İsmayıl oğlunun iddiası qismən təmin edilərək Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı Mehdiyev İlqar İsmayıl oğluna Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar