Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-58/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Cavabdehin X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ”434532,40 manat vergi hesablanması barədə cavabdehin 30 iyul 2018-ci il tarixli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ”30 iyul 2018-ci il tarixli, **********714100 nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin borcun silinməsi” barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 30 iyul 2018-ci il tarixli, **********714100 nömrəli qərarla heç bir qanuni əsas olmadan, vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozmaqla 434.532.40 manat vergi hesablanmışdır. Halbuki onlar vergiləri və icbari ödənişləri vaxtı-vaxtında və qanunvericiliyə uyğun olaraq ödəmiş və cəmiyyətin dövlət büdcəsinə vergi borcu mövcud deyil. İddaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə mübahisələndirilən 2018-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə iddiaçı xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, ödəniləcək vergi məbləğini azaltmış, təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2021-ci il tarixli **********698100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2018-ci il tarixli **********714100 saylı qərarı ləğv edilmişdir. Məhkəmədən mübahisənin olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 16 fevral 2021-ci il tarixli, **********698100 nömrəli qərardan görünür ki, xx.xx.2018-ci il tarixli, **********714100 nömrəli qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ”434532,40 manat vergi hesablanması barədə cavabdehin 30 iyul 2018-ci il tarixli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin borcun silinməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-58/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-58/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver