Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-58/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ona məxsus olan tikinti sahəsi 18.0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə 6 saylı binanın həyətində olan qarajın sökülməsinə görə 15 000 (on beş min) manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın alqısatqısı”na dair otuz sentyabr iki min doqquzuncu il tarixli müqaviləyə görə satıcı X4, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinet yanında Daşınmaz Əmlakın Reyster Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixli 11/19908 saylı arayış əsasında tikinti sahəsi 18,0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr-ti, 518-ci məhəllə 6 saylı binanın həyətində olan qarajı satmışdır. Cavabdeh Yasamal Rayonu İcra hakimiyətinin vermiş olduğu sorğuya 20 noyabr 2020-ci il tarixli iş №2135/d saylı cavaba görə "ərazidə abadlıq işləri aparılmaqla əlaqədar özbaşına tikililər ərazidən götürülmüş və abadlıq işləri aparılmışdır. Bundan başqa cavabdeh Yasamal Rayonu İcra Hakimiyyəti məsuliyyətdən yayınmaq üçün İddiaçı istifadəsində olan qaraja görə onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd təqdim etmədiyini əsas gətirərək yeni qaraj yeri verməkdən və vurmuş olduğu zərəri ödəməkdən imtina etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsi cavabdeh Yasamal Rayonu İcra Hakimiyəti tərəfindən sökülən Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli 11/19908 saylı arayış əsasında tikinti sahəsi 18,0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr-ti 518-ci məhəllə 6 saylı binanın həyətində olan qarajın İddiaçı mülkiyyətində olmasını təsdiq edir.
3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus tikinti sahəsi 18.0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, 6 saylı binanın həyətində yerləşmiş, 2018-ci ilin may ayına bazar dəyəri 30937.70 manat təşkil edən qarajın sökülməsinə görə ona 309.37.70 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, həmin sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, satıcı X4 İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli 11/19908 saylı arayışa əsasında tikinti sahəsi 18,0 kv.m olan Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospektində 518-ci məhəllə, 6 saylı binanın həyətində olan qarajı satmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəratinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, H.Cavid prospektində 518-ci məhəllədə abadlıq işləri aparılmış, kompensasiya ödənilmədən qeyd olunan qaraj sökülmüşdür.İddia ərizəsinə əsasən kompensasiya ödənilmədən qeyd olunan qaraj sökülməsinə görə Cavabdehndən maddi və mənəvi ziyan tələb edir. Hesab edirlər ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndalarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Odur ki, Ölkə Prezidenti cənab İlham Əlyevin müvafiq tapşırıq əsasında yerli İcra Hakimiyyətləri tərəfindən vaxtaşırı olaraq şəhər və rayonlarda abadlıqquruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəratinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, H.Cavid prospektində 518-ci məhəllədə abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən park ətraf binaların sakinləri tərəfindən rəğbətlə qarşılanmış və bəyənilmişdir. Qeyd edilən ünvanda yerləşən iddiaçının istifadəsində olan qaraja mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər mövcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür. Azərbaycan Respubliası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bakı şəhəri, H.Cavid prospektində 518-ci məhəllədə yerləşən iddiaçıya məxsus olması barədə qeyd olunan qaraj Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeydiyyatdan keçməmiş və mülkiyyət hüquqları barədə sənəd verilməmişdir. Hesab edirlər ki, qarajlar üçün verilmiş texniki pasport qeyri-yaşayış sahələri üçün mülkiyyəti təsdiq edən sənəd hesab olunmamalıdır. Belə ki, texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Odur ki, qeyd edilən qarajların götürülməsi, ərazinin təmizlənməsi rayon İcra Hakimiyyətinə əlavə maddi yük gətirməməlidir. Həmçinin qarajın texniki pasportunu mülkiyyət sənədi kimi qəbul edərək rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirmək istəyirlər ki, iş üzrə qarajın qiymətinə dair verilmiş mütəxəssis rəyi həddindən artıq şişirdilmişdir. Çünki, iş üzrə mütəxəssis kimi rəy vermiş Vüsal Həsənov mütəxəssis hesab edilsə onun fikri ekspertiza rəyini əvəz edə bilməz. Digər tərəfdən yuxarıda qeyd edildiyi qarajın həqiqi qiymətini müəyyən etmək üçün ekspert rəyinə ehtiyac olmuşdur. Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu səbəbdən ekspertiza təyin edilməsi qarajın real qiymətinin göstərilməsi vacibdir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iş üzrə ekspertiza təyin edilməli və iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 2135/d nömrəli 20 noyabr 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, Ölkə Prezidenti cənab İlham Əlyevin müvafiq tapşırıq əsasında yerli İcra Hakimiyyətləri tərəfindən mütəmadi olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəratinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin may ayında qeyd olunan ərazidə abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən ünvanda yerləşən nümayəndəsi və vəkili olduğunuz vətəndaş İddiaçı istifadəsində olan qaraja mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər mövcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür.
8. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X4 Azərbaycan Respublikası Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli 11/19908 saylı arayışa əsasən tikinti sahəsi 18.0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhələ, 6 saylı binanın həyətində yerləşən qarajını alıcı İddiaçı satmışdır.
9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh başçısının 290/d nömrəli 09 mart 2021-ci il tarixli məktubu ilə bildirilmşdir ki, Bakı şəhəri, Yasmal rayonu, Hüseyn Cavid prospekti 518-ci məhəllə, 6 saylı binanın həyətində olan qaraja dair hər hansı bir məlumat rayon İcra Hakimiyyətində aşkar edilməmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********28 nömrəli məktubla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə, 6 saylı binanın həyətində yerləşən X3 məxsus qarajla bağlı bütün icraat materiallarının (Bakı şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportu və s.) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx/xx-2073/11 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri 19 saylı dövlət notariat ofisində 30 sentyabr 2009-cu il tarixdə 4Ə/337 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin müraciətinə əsasən Əmlak Ekspert Mərkəzi tərəfindən ƏEM/N26-1031/21 nömrəli 05 noyabr 2021-ci il tarixli məktubla mütəxəsis rəyi təqdim edilmiş, təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus tikinti sahəsi 18.0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518ci məhəllə, 6 saylı binanın həyətində yerləşmiş qarajın 2018-ci ilin may ayına olan bazar qiyməti 46700.00 (qırx altı min yeddi yüz) manat təşkil edir.
13. Məhkəmənin müraciətinə əsasən X5 və Ekspertiza Mərkəzi MMC tərəfindən 92 nömrəli 10 may 2024-cü il tarixli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, 6 saylı binanın həyətində yerləşən qarajın 2018-ci ilin may ayına bazar dəyəri 30937.7 (otuz min doqquz yüz otuz yeddi manat yetmiş qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə, 6 saylı binanın həyətində yerləşən qaraj sahəsi X2 mülkiyyətində olmuşdur. Sonuncu tərəfindən həmin qaraj sahəsi Bakı şəhəri 19 saylı dövlət notariat ofisində 30 sentyabr 2009-cu il tarixdə 4Ə/337 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. İddiaçıya məxsus həmin qaraj sahəsi cavabdeh tərəfindən abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, park salınması məqsədilə sökülmüşdür (bu hal cavabdeh tərəfindən də, inkar olunmamışdır). İddiaçı ona məxsus qaraj sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən iddiaçı tərəfindən qaraj sahəsinə dair hüququnu təsdiq edən sənədin mövcud olmamasına istinad edilməklə imtina edilmişdir. Cavabdehin məhkəməyə təqdim edilmiş etirazının əsasları da, imtina ilə eynilik təşkil etmişdir.
21. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
23. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.
25. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
26. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
27. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş ziyanın (maddi və mənəvi) ödənilməsi ilə bağlıdır.
28. Bu Qərarın 22-23-cü bəndlərində istinad olunan normalara görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər
29. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
31. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
32. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.
33. Lakin, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.
34. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna onun qanuni istifadəsində olan qeyriyaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı yuxarıda qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. İşin hallarından göründüyü kimi, sözügedən qarajı iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmiş, qaraj onun qanuni istifadəsində və sahibliyində olmuşdur, onun həmin qaraj sahəsi üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir.
36. Məhkəmə qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.
37. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara və qeyd olunan səbəblərə əsasən hesab edir ki, cavabdehin imtinasının və etirazının dəlilləri əsassız sayılmalıdır. İddiaçı ona məxsus qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini tələb etməkdə haqlı hesab edilməlidir.
38. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iki dəfə mübahisəli qaraj sahəsinin ədalətli bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi əldə edilmiş, sonuncu əldə edilmiş mütəxəssis rəyini məhkəmə, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən, həmçinin mütəxəssis gəldiyi nəticəni rəydə göstərilən sübutlarla əsaslandırdığından həmin rəyi iş üzrə mötəbər sübut qismində qiymətləndirir.
39. Həmçinin işin hallarından göründüyü kimi, iddiaçı da, sözügedən mütəxəssis rəyi ilə razılaşaraq, iddia tələbini sonuncu dəfə dəqiqləşdirərək həmin mütəxəssis rəyində göstərilən rəqəmə uyğunlaşdırmışdır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus tikinti sahəsi 18.0 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, 6 saylı binanın həyətində yerləşmiş, 2018-ci ilin may ayına bazar dəyəri 30937.70 manat təşkil edən qarajın sökülməsinə görə 30937.70 manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva