Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-580/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X5, X15, X14 və X10) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14 a saylı mənzilə İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında xx.xx.1961-ci il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X10 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X5, X15, X14 və X4 ona məxsus yaşayış evindən pasport qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 065-30400H-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, iddiaçıya ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X5, X15, X14 və X4 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X15, X14 və X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən olunması və pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış, “üçüncü şəxslər X5, X15, X14 və X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzildən pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X5, X15, X14 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması:
8. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili ona mərhum anası X8 sağlığında bağışlamış və ona MA- ******* saylı,xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. O, göstərilən ünvanda daimi olaraq qeydiyyatdadır və ailə üzvləri ilə birgə 2015-ci ilədək orada yaşamışdır. 2015-ci ildə anası dünyasını dəyişəndən sonra həmin mənzili təmir edərək qardaşı oğlu, hazırkı iş üzrə cavabdeh X13 kirayə vermişdir. Hazırkı cavabdehlər həmin dövrədək X15 anası Lyudmila Viktorovnaya məxsus (kupçalı) onlarla eyni həyətdə olan ünvan 2 ünvandakı evdə qeydiyyatda olmuşlar və orada yaşamışlar. 2019-cu ildə Asan xidmət Mərkəzindən arayış alarkən hazırkı cavabdehlərin eyni ünvanın 14a saylı mənzilində qeydiyyatda olmaları aşkar olunmuşdur. Nə o, nə də mərhum anası hazırkı cavabdehlərin mülkiyyətlərində olan mənzilə qeydiyyata alınmalarına dair heç bir razılıq ərizəsi verməmişdir. Aralarında yaranmış mübahisəyə hüquqi qiymət verilməsi üçün 2019-cü ilin may ayından Səbail Rayon Məhkəməsinə müraciət etmiş, eləcə də hazırkı cavabdehlər mərhum anası ilə onun arasında bağlanmış bağışlama müqaviləsinin ləğvinə dair Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırkı cavabdehlərin iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1959/2019 saylı qətnaməsi ilə rədd olunmuşdur. Bakı Apellyasiya və Ali məhkəmələri Səbail Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi həyata keçirilərkən hazırkı cavabdehlər onun ünvanında qeydiyyatda olmamışlar. Cavabdehlərlə faktiki olaraq qohumluq əlaqələri olsa da, qonşuluqda ayrı-ayrı evdə, eyni evin 14 saylı ünvanında qeydiyyatda olmuşlar, o isə 14a ünvandakı mənzilin mülkiyyətçisidir və orada qeydiyyatda olmuşdur. Cavabdehlər qanunsuz yollarla mülkiyyətindəki ünvana qeydiyyata düşmüşlər və hazırda da evindən çıxmaq istəmirlər.
9. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
10. Üçüncü şəxs X15 yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, ünvan 3 mərhum nənəsi X3 adına olmuşdur. Nənəsi X8 xx.xx.2010-cu il tarixində Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda 14a saylı mənzili qızı İddiaçı bağışlamışdır. Həmin bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən mənzil istismar sahəsindən verilmiş saxta arayış təqdim edilmiş və həmin arayışda anası X2 və onun adları yazılmayaraq onların əmlak hüquqları pozulmuşdur. Belə ki, iddianın heç bir hüquqi əsası yoxdur. Qeyd edilən mənzil babasından yadigar qalmışdır və o, orada doğulub, böyüyüb. Həmçinin övladları X14 və X10 da həmin ünvanda doğulmuşlar. Övladları azyaşlıdır və uşaqların normal mühitdə və sağlam şəraitdə böyümələri üçün onların da mənzil hüquqları müdafiə olunmalıdır. ünvan 3 ünvanında yerləşən mənzil onun babası və nənəsindən qalan əmlakdır və o, həmin mənzildə uşaqlıqdan qeydiyyatdadır, həmin mənzildə onun azyaşlı uşaqları da qeydiyyatdadır. Onların üçüncü şəxs qismində qoyulması ümumiyyətlə qanunvericiliyin tələblərinə ziddir. Həmin mənzildən faktiki olaraq istifadə edərək ailə üzvləri ilə birlikdə orada yaşayır. 11.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
16. İddia həm də əsaslıdır. Belə ki, hazırkı məhkəmə qərarının 1-4-cü bəndlərində sadalananlardan görünür ki, iddiaçı mübahisəli 14a saylı mənzilin mülkiyyətçisidir, üçüncü şəxslər isə hazırda həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı həmin şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh ona imtina cavabı vermişdir.
17. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində Cavabdeh və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”
19. Məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5, X15, X14 və X6 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər X5, X15, X14 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin 14A saylı mənzilindən çıxarılmaları və mənzilin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddianın təmin edilməsi, cavabdehlər X5, X15, X14 və X4 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin, 14 A saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...cavabdehlərin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməyərək mənzilə sahiblik hüququnun mövcudluğuna dair heç bir dəlil təqdim etməmişlər. Göründüyü kimi, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən iddiaçının öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmaqla cavabdehlər X5, X15, X14 və X10 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin, 14 A saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir”.
20. İşdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər X5 və X15 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “...Göründüyü kimi hazırki mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlərin həmin mənzilə qeydiyyatları isə formal xarakter daşımaqla, məhdud əşya hüququnu təşkil etmir. Ona görə də cavabdehlərin kompensasiya tələb etməsinin əsası yoxdur. Cavabdehlər mübahisəli mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olurlar. Məhkəmə haqlı olaraq iddiaçının tələbini əsaslı hesab etməklə cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir”.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər X5 və X15 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6294/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh X15 tərəfindən verilmiş kassasıya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6294/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6294/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X15 və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə daxil olmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmişdir.
23. Beləliklə, sadalanan hallardan müəyyən olur ki, hazırkı iş üzrə üçüncü şəxslər olan X5, X15, X14 və X4 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14 a saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
24. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması halı mövcuddur.
25. Buna görə də məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normasına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun mülkiyyətində olan mənzildən çıxarılan üçüncü şəxslərin formal xarakter daşıyan qeydiyyatına xitam verilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh qanunvericiliyə əsasən iddiaçının tələbini təmin etməli olduğu halda bunu etməmiş, iddiaçıya imtina cavabı verərək onun hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur.
26. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və X5, X15, X14 və X10 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzildən qeydiyyatdan çıxarılmalıdır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1984-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova