Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5803/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam oldugu dövrə 31 il 5 ay ümumi və istehsalatda ağır işlərdə iş icraçısı, usta vəzifələrində çalışdıgından 17 il 8 ay güzəştli iş stajları toplanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yarandıgından cavabdehə müraciət etmiş, lakin onun 2006-cı il tarixədək iş stajı nəzərə alınmadıgından pensiya təyin edilməsindən imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən iddiaçının güzəştli is stajının qanunvericiliklə tələb olunan müddətdən az təşkil etdiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı iddia ərizəsinin əsasları kimi onun xx.xx.2022-ci il tarixədək - 60 yaşının tamam olduğu tarixədək 31 il 05 ay ümumi stajı, 17 il 08 ay güzəştli iş stajı olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinə (AZE № ********; FİN xxxxxxx) əsasən o, xx.xx.1962-ci il tarixli təvəllüdlüdür. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli xx/xx-2022 № arayışa əsasən onun xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 24A-22 № arayışa əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Sənaye və Mülki Tikinti Departamentində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 72 № arayışa əsasən onun xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “MTK-REAL" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 №li arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixdən hazırki tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi İddiaçı güzəştli is stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 № arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixdən hazırki tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.2-ci bəndinin “B” yarımbəndinə istinad edilmişdir. Həmin bənddə aşağıdakılar qeyd edilmişdir: 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) duru yanacaqla işləyən gəmi ocaqçıları, bütün adlarda maşinistlər, bütün adlarda motorçular mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Hazırki isin hallarından məlumdur ki, iddiaçının sözügedən arayışla iddia etdiyi islədiyi vəzifə siyahı üzrə müvafiq vəzifələr üzrə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Belə ki: 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, is icraçıları. Həmin bənddə mühəndis vəzifəsi güzəştli şərtlərlə vasa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis kimi islədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrlər onun güzəştli is staiına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, iddiaçıya verilən imtina qanuni və əsaslı oldugundan İddiaçı oglunun iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q5634/2023 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009 xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - İddiaçıya məxsus NB № 000053 saylı diplomdan görünür ki, iddiaçı 1981-ci ildən xx.xx.1986-cı il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. - İddiaçıya məxsus НB seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" MTK tərəfindən verilmiş xx/xx-2022 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005 ci il tarxindən xx.xx.2008 ci il tarixinədək olan dövr ərzində "xxxx" MTK -da iş icraçısı işləmişdir. - "xxxx" MTK tərəfindən verilmiş xx/xx-2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il - xx.xx.2008-ci il tarixinədək olan dövr ərzində "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 29-cu bəndin "B" yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24A-22 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Sənaye və Mülki Tikinti departamentində iş icraçısı vəzifəsində çalışmışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08A-23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı (tikintidə) vəzifəsində 1.03.2009-cu il tarixindən xx.xx.2009-cü il tarixədək çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 9 ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, gələrin, vəzifələrin və göstəricilərin siyahısı” 29-cu bəndinin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir.” - "xxxx" Mənzil Tikinti Kooperativinin 72 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı 21 iyul 2011-ci il tarixdən 01 iyul 2014-cü il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi”nin 24 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativində 12 yanvar 2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövrdə tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixindən hal hazırki günə isə iş icraçısı vəzifəsində işləyir. Təqdim olunan təsdiqlənmiş əmək kitabçasının əslində olan mövcud qeydlərə əsasən onun ümumi əmək stajı 32 ildir. Ondan güzəştli iş stajı 18 il 10 gün (iş icraçısı, sahə ustası və usta), digər vəzifələrdə əmək stajı 13 il 11 ay 20 gündür. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.2 bəndinin “B” yarımbəndinə və həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahısının tələblərinə uyğun olaraq iş icraçısı vəzifəsində hazırda işləyən X2 güzəştli şərtlərlə təqaüd təyin edilməsinə müvafiq qərar verməyi xahiş edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi”nin 070 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı “Monparnas" Mənzil Tikintisi Kooperativində 02 mart 2018-ci il tarixindən 14 may 2022-ci il tarixinə kimi olan dövrdə tikinti sahəsində iş icraçısı vəzifəsində işləmişdir. Təqdim olunan əmrlərdən göründüyü kimi İddiaçı 02 mart 2018-ci il tarixdən 14 may 2022-ci il tarixinə kimi olan dövrdə tikintidə iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı"nın 29-cu bəndinin "B" yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə edilmişdir. Arayışa əlavə edilmiş: - "xxxx" Mənzil Tikinti Kooperativi”nin 2 mart 2018-ci il tarixli 04/k saylı əmrindən görünür ki, iddiaçı həmin tarixdən iş icraçısı vəzifəsinə təyin edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi”nin 14 may 2022-ci il tarixli 12/k saylı əmrindən görünür ki, iddiaçı işdən azad edilmişdir. - "xxxx" MTK-nın 008/23 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən 11,08.2022-ci il tarixinədək olan dövr ərzində "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bəndin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2- 762/2023 saylı məktubu ilə bildirilmişdir ki, sorğuda qeyd olunan “Bakımənziltikinti” İdarəsinin (vətəndaşın əmək kitabçasına əsasən “Bakıaqrarmənziltikinti” İdarəsinin) arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-2402/2023 saylı məktubu ilə bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakımənziltikinti idarəsinə aid arxiv sənədləri aşkar edilməmişdir. - İddiaçıya məxsus xx.xx.1986-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitunda sənaye və mülki tikinti ixtiası üzrə təhsil almış, xx.xx.1986-2910.1986-cı illərdə SMU-da mülki obyektə sahə ustası, xx.xx.1988-xx.xx.1989-cu illərdə MPMK-24 trestində Aqropromstroy mühəndis, xx.xx.1989-31.0.1990-ci illərdə 2 №-li Selsstroyda usta, xx.xx.1990-xx.xx.1990-cı illərdə Abşeron rayon ƏMXUU-nəzdində “Rahatlıq” kooperativində iş icraçısı, xx.xx.1990-xx.xx.1990-cı illərdə Korlar Cəmiyyətində iş icraçısı, xx.xx.1990-xx.xx.1998-ci illərdə Bakıaqrojinstroyda iş icraçısı, xx.xx.2000-xx.xx.2000-ci illərdə Bakı Mənzil İstismar Sahəsində iqtisadçı, xx.xx.2001-xx.xx.2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində usta, xx.xx.2003-xx.xx.2003-ci illərdə Heydər Əliyev məktəbində, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MTK-da iş icraçısı, xx.xx.2008xx.xx.2008-ci illərdə "xxxx" ASC-də iş icraçısı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mülki Tikinti Departamentində iş icraçısı, xx.xx.2010-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2010-xx.xx.2011-ci illərdə "xxxx" MMC-də sahə rəisi, xx.xx.2011-xx.xx.2014cü illərdə iş icraçısı, xx.xx.2015-xx.xx.2018-ci illərdə „Monparnas” Mənzil Tikinti Kooperativi”ndə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018xx.xx.2023-cü illərdə iş icraçısı vəzifələrində işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasındakı dəlillərinə görə idddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018- xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin normalarına görə iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, həmin tarixədək azı 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b b) rəhbərlər və mütəxəssislər yarım bölməsində 2290000b -24441 kodla iş icraçıları vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndin "B" yarimbəndinə əsasən iş icraçısı olan vəzifə kodunda təsbit edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı: xx.xx.1990-xx.xx.1990-cı illərdə Abşeron rayon ƏMXUU nəzdində “Rahatlıq” kooperativində iş icraçısı – 5 ay 10 gün, xx.xx.1990-xx.xx.1990-cı illərdə Korlar Cəmiyyətində iş icraçısı – 2 ay 2 gün, xx.xx.1990-xx.xx.1998-ci illərdə Bakıaqrojinstroyda iş icraçısı – 7 il 4 ay 10 gün, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MTK-də iş icraçısı – 2 il 9 ay, xx.xx.2008-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də iş icraçısı – 14 gün, xx.xx.2009-xx.xx.2009-cü illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mülki Tikinti Departamentində iş icraçısı – 9 ay 6 gün, xx.xx.2010-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı – 4 ay 3 gün, xx.xx.2011-xx.xx.2014-ci illərdə "xxxx" MTK-da iş icraçısı – 2 il 11 ay 11 gün, xx.xx.2018-xx.xx.2022-ci illərdə "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı – 4 il 7 ay 13 gün, ümumilikdə iş icraçısı vəzifələrində 19 il 5 ay 12 gün işləmişdir. Beləliklə də iddiaçı göstərilən vəzifələrdə 19 il 5 ay 12 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını toplamışdır. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim etməmiş, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə ümumilikdə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, imtinada göstərilən hallar iddiaçının təqsiri hesab edilə bilməz, bu halların aradan qaldırılması birbaşa cavabdehin səlahiyyətindədir və formal olmaqla imtina üçün əsas deyildir. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.2011-xx.xx.2014-ci illərdə "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi 2 il 11 ay 11 günün yalnız 5 aylıq dövrünün nəzərə alınması da qanunsuz və əsassız olmuşdur. Həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsirindən baş vermiş, yaxud da ondan asılı olan hal olmadığından onun ziyanına şərh edilməməlidir Belə ki, iş materialarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, müvafiq sorgular toplamadan ərizəsini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Bu baxımdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva