Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5806/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə qarşı «icra işi üzrə borclunun axtarılması və tapılması vəzifəsinin cavabdehə həvalə edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə və üçüncü şəxslər AR Daxili İşlər Nazirliyinə, Bakı ŞBPİ-ə, Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsinə qarşı «icra işi üzrə borclunun axtarılması və tapılması vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)- 7113/2016 saylı xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu X2 22.400 manat, həmçinin 3.360 manat pul vəsaitinin tutulub hazırkı iddiaçıya ödənilməsi qeyd olunmuşdur. Sözügedən qətnamə üzrə borclu qeydiyyatda olduğu yerdə yaşamadığı üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə axtarılması üçün gpndərilmiş və məlum olmuşdur ki, xx xxxxxx 2016-cı il tarixdən Bakı şəhəri Yasamal RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən borclu X3 barəsində axtarış işi açılmışdır. 3 ildən artıqdır ki, borclu X9 ölkə daxilində rahat yaşayır, aidiyyəti qurumlar bir sıra vətəndaşların pul vəsaitini mənimsəyən şəxsi hansısa səbəbdən axtarmır və ya axtarmaqda da maraqlı deyil. O (iddiaçı), dəfələrlə dövlət qurumlarına müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Belə nəticə yaranır ki, bir neçə şəxsin pul vəsaitini mənimsəyən şəxs dövlət adından çıxarılmış və qanuni qüvvəyə minmiş bir neçə məhkəmə aktının icrasından boyun qaçırır və heç bir məsuliyyətə cəlb olunmur. Bütün dövlət qurumları onun ərizələrini Bakı şəhəri Yasamal RPİ-yə göndərir, RPİ-nin əməkdaşları isə şablon cavablar verir ki, axtarış davam edir və heç bir addım atılmır. Göstərilənlərə və İPM-in 2.2.5, 33.1, 33.2, 36.1-ci maddələrinə əsaslanaraq, botclu X3 tez zaman daxilində axtarılması və tapılması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6696/13 saylı xx xxxxxxx 2013cü il tarixli icra vərəqəsinə əsasən Yasamal rayonu, R.Behbudov küçəsi, ev 59, mənzil 45də qeydiyyatda olan kreditor X8 ilə bağlanmış kredit müqaviləsinə əsasən X2 51.250 manat məbləğində pul vəsaitinin tutularaq X4 ödənilməsi nəzərdə tutulmuşdur. Həmin icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinin x xxxxxxxx 2015ci il tarixli xx/xx-6571/14-22567 nömrəli məktubuna və həmin tarixli qərarına əsasən x xxxx 1961-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 həmin ünvanda olmadığından, onun barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsindən Nəsimi RPİ-yə daxil olmuş materiallar əsasında X3 barəsində Nəsimi RPİ Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən xx xxxxxx 2016cı il tarixdə 70109 nömrəli axtarış işi açılmışdır. DİN-in BPQMİ-nin 018-5796-1216 nömrəli xx xxxx 2016-cı il tarixli məktubuna əsasən 70109 nömrəli axtarış işinin icrası Baakı şəhəri Yasamal RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(103)-7113/2016 saylı icra vərəqəsinə görə cavabdeh X2 22.400 manat, 3.360 manat və dövlət rüsumu 30 manat pul vəsaitinin alınıb İddiaçı ödənilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin x xxxxxx 2018-ci il tarixli xx/xx-247620/10-221 nömrəli məktubuna və həmin tarixli borclunun axtarılması haqqında qərarına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(004)-5536/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin x xxxxx 2019-cu il tarixli xx/xx-325406-xx/xx-9465 nömrəli məktubuna və həmin tarixli borclunun axtarılması haqqında qərarı ilə X2 x xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borc qismində 15.000 manat, nümayəndəyə çəkilmiş xərcin əvəzi qismində 500 manat və iş üzrə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 15.530 manat məbləğində pul vəsaitinin Şəmkir rayonu, Düyərli kənd sakini x xxxxxx 1955-ci il tarixdə doğulmuş X1 xeyrinə ödənilməsi ilə əlaqədər X5 barəsində axtarış elan edilmişdir. Yasamal RPİ-də X5 barəsində 70109 nömrəli axtarış işi açıldığından, DİN-in müvafiq Təlimatının tələblərinə X6 axtarış işi açılmamışdır. Yasamal RPİ-də X5 tapılaraq aidiyyəti üzrə təhvil verilməsi ilə əlaqədar tədbirlər planı tərtib olunmuş, keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, X10 barəsində xx xxxxxx 2014-cü il tarixdə AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Bakı şəhəri Xəzər RPİ-də cinayət işi qaldırılmış, sonradan AR Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. X5 qeydiyyatda olduğu Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 33 və Yasamal rayonu, M.Muxtarov küçəsi ev 188, mənzil 34 ünvanları yoxlanılmış və məlum olmuşdur ki, X5 həmin mənzilləri satılmışdır. O, hazırda həmin ünvanlarda yaşamır. X5 tapılması məqsədilə ona məxsus “Hyunday Sonata” **-XJ-*** dövlət nömrə nişanlı avtomaşınının saxlanılması ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-ə istiqamətləndirici məktub göndərilmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində X5 şəxsi istifadəsində olan ***-***- **-** möbil nömrəsinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. X5 tapılması ilə əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən zəruri axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə məhkəməyə məlumat veriləcəkdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 27-ci maddəsinə icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının tələbinin mahiyyəti digər şəxs üçün əlverişsiz sayılan hərəkətlərin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını istəyir. Lakin nəzərə alınmalıdır ki, İPM-in normaları icraatda iddiaçı qismində çıxış edən şəxslərə yalnız özlərinə aid əlverişli hərəkətlərin edilməsi və əlvetişsiz hərəkətlərin dayandırılması və ya qadağan olunması ilə bağlı iddiaları nəzərdə tutur. Bundan başqa, məhkəmə vurğulayır ki, müvafiq icra işi üzrə borclunun axtarılması barədə icra məmurunun qəbul olunduğu və aidiyyəti orqana göndərildiyi halda, borclunun axtarılması üzrə tədbirlərin həyata keçirilməsi həmin orqanın mübahisə olunmayan vəzifəsidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbində göstərilən öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması heç bir halda mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5806/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5806/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver