Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5806/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının qəyyumu X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-2524/2013 nömrəli, 22 avqust 2013-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 50 saylı mənzilin 4/6 hissəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li çıxarışa əsasən ünvan 1, mənzil 50 paylı mülkiyyət hüququ üzrə X1 1/6 hissə, İddiaçı 4/6 hissə və X2 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-114/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə mənzilin İddiaçı məxsus 4/6 hissəsinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 (satıcı) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65 kv/m, yaşayış sahəsi 49 kv.m, yardımçı sahəsi 16 kv/m olan 2 otaqlı 50 nömrəli mənzilində paylı mülkiyyət hüququ üzrə özünə məxsus 1/6 hissə payını İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. İddiaçı alqı-satqı yolu ilə aldığı 1/6 hissəyə də mülkiyyət hüququnu qeydə alınması üçün ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Nəsimi Rayon Məhkəməsinin 8(006)114/11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı əsasında qeyd olunan ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən 50 saylı mənzilin 1/6 hissəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, qəyyumu olduğu İddiaçı fəaliyyət qabiliyyəti olmayan 2 qrup əlil, Mərdanov qardaşları 15,50 saylı mənzilin 4/6 hissənin mülkiyyətçisidir. Mənzilin digər 1/6 hissənin payçısı Əfəndiyev Təyyar 2023-cü ilin avqust ayında mülkiyyətində olan 1/6 hissə payını satmaq qərarına gəlmişdir. İddiaçı bu payı almaqda üstünlük hüququ olduqda həmin pay ona təklif edilmişdir. O, İddiaçı əvəzinə 26 avqust 2023-cü il tarixdə 14 saylı notariat ofisində Əfəndiyev Təyarın qanunu nümayəndəsi X8 ilə alqı-satqı etmişlər və AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. Aldığı 1/6 hissə İddiaçı xüsusi mülkiyyətidir və mülkiyyət Kostitusiya və qanunla qorunur. 2013-cü ildə İddiaçı eyni problemi eyni cavabdehlə yaşayıb. Mülkiyyətində olan 4/6 hissəyə mülkiyyətini təstiq edən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə ona çıxarış verməkdən imtina etmiş və imtinanı da onunla əsaslandırmışlar ki, onun mənzilinin üzərinə həbs qoyulmuşdur. İddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldı. Artıq qanunu qüvvəsini almış 2inz(81)2524/13 saylı qərarla Fuadın iddiası təmin edimişdir. Yalnız bundan sonra İddiaçı mülkiyyətini təsdiq edən ******* saylı çıxarışı ala bilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak X3 1/6 hissə, İddiaçı 4/6 hissə, X6 1/6 hissə olmaqla paylı mülkiyyətdədir. Həmçinin, İddiaçı 4/6 hissəsinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-114/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Lakin, müvafiq həbsin götürülməsi ilə bağlı qərardad İdarəyə rəsmi daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının qəyyumu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən ünvan 1, mənzil 50 paylı mülkiyyət hüququ üzrə X1 1/6 hissə, İddiaçı 4/6 hissə və X2 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətçilərdən T.Əfəndyev öz payını iddiaçıya satmışdır. İddiaçı həmin aldığı 1/6 hissəyə də mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-114/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə mənzilin üzərində həbs qoyulmasını əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki. iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; İstinad edilən normadan göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Cavabdehin hüququn qeydə alınmasında imtina ilə bağlı yeganə dəlili ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-114/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə mənzilin üzərində həbs qoyulmuşdur. Məhkəmə imtina ilə bağlı qeyd edir ki, əvvəla istinad edilən məhkəmə qərarı ilə mənzilə bütövlükdə deyil, iddiaçının paylı mülkiyyətində olan 4/6 hissəsinə həbs qoyulmuşdur. İşin mübahisələndirilməyən halıdır ki, mənzil paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. 219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. İstinad edilən normalardan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payı barəsində sərəncam verə bilər. Hazırda paylı mülkiyyətin mülkiyyətçiləri arasında mübahisələndirilməyən alqı-satqı müqaviləsinə əsasən T.Əfəndiyev özünə məxsus 1/6 hissəni iddiaçıya satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus 4/6 hissənin üzərində həbsin olması, onun əldə etdiyi 1/6 hissənin üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Çünki alqı-satqının predmeti olmuş 1/6 hissənin üzərində hər hansı bir məhdudiyyət mövcud deyildir. Digər tərəfdən Mülki Məcəllənin 224.1 cə 224.2-ci maddələrinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus 4/6 hissənin üzərinə həbs, iddiaçının mülki mübahisə üzrə borcuna görə icra məmurunun təqdimatı əsasında məhkəmə qərardadı ilə qoyulmuşdur. İstinad edilən normalardan göründüyü kimi, kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Göründüyü kimi, iddiaçının alqı-satqı ilə aldığı hissənin də mülkiyyət hüququnun qeydə alınması, kreditorun hüquqlarını məhdudlaşırmır. Həmçinin iddiaçının alqı-satqının predmeti olmuş 1/6 hissəyə mülkiyyət hüququnun qeydə alınması, üzərinə həbs qoyulmuş 4/6 hissənin yüklülüyünə təsir etmir. Bundan başqa iddiaçının qəyyumu məhkəmə iclasında yazılı ərizə verərək alqı-satqı ilə aldığı 1/6 hissəyə də həbs qoyulmasına etiraz etmədiyini bildirdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 50 saylı mənzilin 1/6 hissəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5806/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5806/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver