Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5808/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa, məcburi iş buraxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin 17 fevral 2021-ci il tarixli, 215 ş/h-038-21 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi, 17.02.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfər sürücü - polis baş serjantı vəzifəsində işləyirdi. O, Azərbaycan Respublikası DİO-da əmək fəaliyyətinə 01.11.1994-cü ildən etibarən başlamışdır. O, Azərbaycan Respublikası DİO-da işlədiyi 29 il 15 gün müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq olunmamış, o, daima işində məsuliyyətli olmuş və verilən tapşırıqları vaxtında icra etmiş, hər zaman xidmət etdiyi orqanın şərəfli adını yüksək tutmağa səy göstərmişdir. Dəfələrlə nümunəvi əmək fəaliyyətinə görə iş yerindən təşəkkür almışdır. Nümunəvi ailə başçısı olmaqla, hazırda iki övlad sahibidir. 14 fevral 2021-ci il tarixdə işə gələn zaman idarədə şəxsi heyətin səhər təlimatında iştirak etmiş və səhər təlimatının sonuna yaxın idarənin rəis müavini Sahib Cəfərli mülki geyimdə sıra düzülüşünə yaxınlaşmışdır. Sahib Cəfərli gəldikdən sonra Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsində polis baş serjantı Şəfahət Osmanova niyə məhz onun deyil, səhər təlimatının iştirakçılarının yanında dayanmağına irad tutdu. İdarənin rəis müavini Sahib Cəfərli kollektiv içində hər zaman qeyri-etik ifadələrə yol verdiyinə, özündən aşağı heyətə qarşı nəlayiq söyüşlər söydüyünə görə digər əməkdaşlar kimi, o, da onunla həmişə məsafəli davranır və onunla ünsiyyətdən qaçırdı. X9 Cəfərlinin sözündən sonra dərhal ona yaxınlaşdı və onunla birlikdə dayandı. Bundan sonra X10 Osmanova danış dedi. Şəfahət Osmanov da ona “nəyi danışım?” deyə sual verdi. Sahib Cəfərli yenə də, Şəfahət Osmanova təkrarən danış dediyi zaman dili topuq vurdu. Sahib Cəfərli bu dəfə də, Şəfahət Osmanova dilinin topuq vurmasını irad tutaraq nəlayiq ifadələr işlətdi və onu təhqir etdi. X9 Cəfərliyə “bu da keçən dəfəki söyüşləriniz və təhqirləriniz deyil, hərəkətlərinizə və ifadələrinizə fikir verin” deyərək ona xəbərdarlıq etdi. Lakin, Sahib Cəfərli yenə də, Şəfahət Osmanovun sözlərinə əhəmiyyət verməyərək, onu təhqir etməkdə davam etdi. Bu dəfə də, Şəfahət Osmanov özünü saxlaya bilmədi və onun cavabını qaytardı. Onların arasındakı mübahisə böyüdüyündən, Sahib Cəfərlinin əlaltıları olan bir qrup əməkdaş da, Sahib Cəfərli ilə birlikdə Şəfahət Osmanovu təhqir edib ünvanına nəlayiq ifadələr işlətdilər. Onların arasındakı mübahisə böyüdüyündən X10 Osmanovu xidməti otağına apardı və bundan sonra tutucu qrupun səhər təlimatı başladı. O, da həmin tutucu qrupun səhər təlimatının üzvü olduğundan həmin təlimatda iştirak etməyə başlamışdır. Bir qədər sonra Sahib Cəfərli otağından çıxıb növbətçi hissə tərəfdə dayanmış, Şəfahət Osmanov da, gəlib həyətin başqa bir kənarında dayanmışdır. Şəfahət Osmanov gəldikdən sonra idarənin bölük komandiri Xalyəddin Budaqov gəlib ona yaxınlaşmışdır. Lakin, o, uzaqda olduğundan onların arasındakı söhbəti eşitmirdi. Həmin vaxt rəis müavini X10 Osmanovun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. İdarənin polis nəfəri Sənan Yusifov da, X6 Osmanovun ünvanına işlətdiyi nəlayiq ifadələrə dəstək olduğuna dair sözlər işlətdiyindən, o, ona sakit durub qarışmaması barədə iradını bildirdi. Bu zaman rəis müavini Sahib Cəfərli onun qabağında duraraq “indi get Sənanın cavabını ver, əgər verə bilsən” deməyə başladı. O, Sahib Cəfərlinin sözündən əsəbləşərək "sənin razvodunda dayananın ağlı yoxdur” deyərək səhər təlimatından çıxmışdır. Bundan sonra isə idarənin rəis köməkçisi Elxan Muradov da ona “görərsən, Şəfahəti gətirdib burda ağladıb üzr istədəcəyik” dedi. O, da onun bu sözünə görə ona öz iradını bildirib, polis polkovniki olmasını, işlətdiyi ifadələrə fikir verməli olmalı olduğunu bildirmişdir. Həmin gün axşam saat 23 radələrinə qədər rəis Məmməd Məmmədovu gözləmişlər və o, gəldikdən sonra hadisəni ona danışsalarda, o, rəis müavinini haqlı hesab etdiyini və onları işdən çıxartdığını bildirdi. Bu hadisədən sonra ona nə işdən çıxarılması barədə əmr, nə əmək kitabçası və nə də, son haqq-hesab təqdim edilmədiyindən, o, bir həftə ərzində idarəyə gedib gəlmişdir. Lakin, sonra ona işə gəlməməyi bildirilmişdir və o, buna görə bir daha idarəyə getmədi. Sonra idarədən ona yaxınlaşıb əmək kitabçasını götürməyini bildirildi. Təxminən mart ayının 15-i mən idarəyə yaxınlaşıb əmək kitabçamı əldə etdim. Lakin, o, nə qədər yazılı və şifahi müraciətlər, ərizə və teleqramlar ünvanlasa da, ona işdən çıxarılmağı ilə bağlı müvafiq əmrin surəti təqdim edilmədi və hazırki vaxtadək də, təqdim edilməmişdir. Ona təqdim edilmiş əmək kitabçasına əlavə edilmiş qeyddən isə görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin 17 fevral 2021-ci il tarixli, 215 ş/h- 038-21 nömrəli əmri ilə işdən azad edilmişdir. Bundan əlavə, işlədiyi orqan tərəfindən ona təqdim edilmiş 69 saylı pul attestatından görünür ki, o, işlədiyi orqan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 135-ci maddəsinin 9-cu bəndi ilə, yəni daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə işdən xaric etmişdir. Bildirir ki, tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hər-hansı bir hərəkət edilməmiş, əksinə haqqsızlığa məruz qalmış digər əməkdaş Şəfahət Osmanovu müdafiə etmiş, digər əməkdaşların da, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsinə maneə olmaq istəmiş və onları qaydalara riayət etməyə dəvət etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi 17 fevral 2021-ci il tarixli, 215 ş/h-038-21 saylı əmri ilə onunla bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, tamamilə qanunsuz və əsassız əmr tərtib edərək onu işdən çıxarmışdır. Bundan əlavə, cavabdeh onda olan məlumata görə öz əmrində onun tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hansı konkret əmək vəzifələrinin kobud şəkildə pozulmasını əsaslandıra bilməmişdir. Bu hallara görə də, işəgötürən tərəfindən onun işdən azad edilmləsi barədə 17 fevral 2021-ci il tarixli, 215 ş/h-038-21 saylı əmri tam əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, Ş.Osmanov daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq əmrlə xidmətdən xaric edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, 14.02.2021-ci il tarixdə, saat 09:00 radələrinə şəxsi heyətin səhər təlimatında İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli “Tutucu qrupları xidmətə göndərmək üçün onlara tapşırıq verən zaman polis baş serjantı Ş.Osmanov kənarda dayanıb, söyüş söyməkdə davam edərkən “Tutucu qrup”unda xidmət aparan digər polis nəfəri Sənani Yusifov da, polis nəfəri Ş.Osmanova irad bildirərək sakitliyə dəvət etdikdə sırada duran polis baş serjantı İddiaçı S.Yusifova “sənin işin olmasın” deyərək, rəis müavininə tərəf dönmüş və ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Daha sonra orada olan əməkdaşların və rəis müavininin təkidinə baxmayaraq, polis nəfəri İddiaçı Ş.Osmanovla birlikdə nalayıq ifadələr işlətmişdir. Qeyd olunan xüsusatlara əsasən polis nəfərləri İddiaçı və Ş.Osmanovun polisə yaraşmayan, polisin nüfuzuna xələl gətirən hərəkətləri ilə bağlı müvafiq akt tərtib olunmuşdur. Həmçinin, rəis köməkçisi Elxan Muradov polis nəfəri İddiaçı intizamlı olmağı, hərəkətlərinə diqqət yetirməyi tövsiyə edərək, heç kəsi təhqir etməməsini aşılamışdır. Ona irad bildirərkən sonuncu polis polkovnik-leytenantı E.Muradovu da, təhqir etməkdə davam etmişdir. İddiaçı aqressiv hərəkətlərinin və təhqirlərinin səbəbi araşdırılarkən müəyyən olunmuşdur ki, “Tutucu qrup”ların xidməti günün tələbləri səviyyəsində qurulmamışdır, xidmətin effektliyinin artırılması məqsədilə xidmətdə edilmiş dəyişikliklər isə Ş.Osmanovu və İddiaçı qane etməmişdir. Belə ki, İddiaçı 2005-ci ildən Nəsimi RMİ-də “Tutucu qrup”da xidmət aparıb, lakin xidmətini günün tələblərinə uyğun qurmamış, Azərbaycan Respublikasının qanunvericiliyində, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməmiş, rəislərin, komandirlərin, yaşda və rütbədə özündən böyük həmkarlarının irad və tənqidlərini səmimi qəbul etməmiş, idarə rəhbərliyinə və komandir heyətinə qarşı kobudluğa, onları təhqir edərək nalayıq ifadələr işlətməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, həmkarlarına qarşı aşkar hörmətsizlik ifadə edərək təlimatın gedişatını pozmuş, yol verdiyi intizamsızlığın məsuliyyətindən yayınmaq məqsədilə qeyri-səmimilik göstərərək hərəktlərinə haqq qazandırmağa çalışmış, bununla da, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci maddəsinin, DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq olunmuş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 9, 17 və 22-ci maddələrinin, DİN-in 16.06.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.1,3.2, 3.8 və 3.9-cu bəndinin tələblərini pozmuşdur. 15 fevral 2021-ci il tarixdə Nəsimi rayon Mühafizə İdarəsində keçirilmiş Nəsimi rayon Mühafizə İdarəsinin “Sıravi və kiçik rəis heyətinin ümumi yığıncağı”nda İddiaçı çıxış etmək üçün söz verilməsinə baxmayaraq, yığıncağın gedişatını kobud şəkildə pozaraq tutulmuş iradlardan nəticə çıxarmaq əvəzinə yığıncağa dəvət olunmuş polis polkovnik-leytenantı Elxan Muradova qarşı nəlayiq ifadələr işlədərək, şəxsi heyət arasında aşkar hörmətsizlik ifadə etmişdir. Qeyd olunmalıdır ki, polis nəfəri İddiaçı 01.09.1996-cı il tarixdən DİO-da, 03.10.1997-ci ildən Nəsimi RMİ-də xidmət aparıb. Son iş günü olan tarixə qüvvədə olan intizam tənbehi olmasa da, Nəsimi Rayon Mühafizə İdarəsinin 23.03.1998-ci il tarixli 53 nömrəli əmri ilə, xidmət postunu özbaşına tərk etdiyinə görə “töhmət 05.11.1999-cu il tarixli, 192 nömrəli əmri ilə üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “töhmət”, 28.12.1999-cu il tarixli 210 nömrəli əmri ilə ximdəti postu özbaşına tərk etdiyinə görə “şiddətli töhmət”, 11.10.2002-ci il tarixli 116 nömrəli əmri ilə etik davranış qaydalrını pozduğuna görə “şiddətli töhmət”, 08.06.2010-cu il tarixli 237 nömrəli əmri ilə xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə "töhmət”, 07.06.2018ci il tarixli 416 nömrəli əmri ilə funksional vəzifəsinin icrasına etinasız yanaşaraq. “Tutucu qrup”un işini tənzimləyərək ona rəhbərlik etmək, eləcə də, hadisə yerinə getmək üçün daim hazır olmaq əvəzinə, xidməti avtomaşını lüzumsuz olaraq tərk etdiyinə bununla da, daxil olmuş “həyəcan” siqnalı zamanı polis naryadının xüsusi vəzifələri üzrə Təlimatın tələblərini pozduğuna görə, “Nəsimi” RMİ-nin “Sıravi və kiçik rəis heyətinin yığıncağı”nın 07.06.2018-ci il tarixli qərarına əsasən “töhmət” intizam tənbehinə cəlb olunmuşdur. Nəticədə Nəsimi rayon Mühafizə İdarəsinin “Sıravi və kiçik rəis heyətinin yığıncağı”nın polis nəfəri, polis baş serjantı İddiaçı barəsində çıxarılmış qərar qüvvəsində saxlanılmış və o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Göründüyü kmi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 17.02.2021-ci il tarixli, Ə215ş/h- 0338-21 nömrəli əmri qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli ,Ə215ş/h-038-21 saylı əmr və əmrin verilməsinə əsas olmuş sənədlərdən görünür ki: - 13.02.2021-ci il tarixli xidməti xasiyyətnaməyə əsasən, xx.xx.1972-ci ildə anadan olmuş, azərbaycanlı, orta təhsilli, Silahlı Qüvvələrdə 21.01.1992-ci ildən 20.08.1996-cı ilədək qulluq etmiş, 01.09.1996-cı ildən daxili işlər orqanlarında, 03.10.1997-cii ldən isə Nizami rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət edən polis baş serjantı İddiaçı – 01.09.1996-cı ildən daxili işlər orqanlarında, 03.10.1997-ci ildən isə Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində xidmət edir. Polis baş serjantı İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi müddətdə özünü müsbət cəhətdən göstərə bilməmişdir. 2007-ci ildən “tutucu qrup”un heyət başçısı olmasına baxmayaraq, obyektlərin mühafizəyə qəbulunda, xidmət apardığı ərazidə ictimai qaydaların pozulmasında, cinayətkarlığa qarşı mübarizədə tam fəaliyyətsiz olmuşdur. Funksional vəzifəsini yerinə yetirərkən etdiyi nöqsanlara görə idarə rəhbərliyi tərəfindən ona edilmiş iradlardan heç bir nəticə çıxartmadığına, DİN-in 30.05.2001-ci il tarixli, 212 nömrəli əmri ilə təsdiq edilmiş “Polisin postpatrul xidməti Nizamnaməsi”nin və 08.04.2005-ci il tarixli, 130 nömrəli “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin təsdiq edilməsinə dair əmrlərinin müvafiq bəndlərinin tələblərinin pozulması hallarına yol verdiyinə görə dəfələrlə intizam tənbehlərinə cəlb edilmişdir. Belə ki, Nəsimi rayon Mühafizə İdarəsinin 23.03.1998-ci il tarixli, 53 nömrəli əmri ilə, xidməti postu özbaşına tərk etdiyinə görə “töhmət”, 05.11.1999-cu il tarixli, 192 nömrəli əmri ilə üzrsüz səbəbdən xidmətə çıxmadığında görə “töhmət”, 28.12.1999-cu il tarixli, 210 nömrəli əmri ilə xidməti postu özbaşına tərk etdiyinə görə “şiddətli töhmət”, 11.10.2002-ci il tarixli, 116 nömrəli əmri ilə etik davranış qaydalarını pozduğuna göər “şiddətli töhmət”, 08.06.2010-cu il tarixli, 237 nömrəli əmri ilə xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə “məzəmmət”, 25.08.2011-ci il tarixli, 363 nömrəli əmri ilə yenə də, xidmdəti vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə “töhmət”, 07.06.2018-ci il tarixli, 416 nömrəli əmri ilə isə funksional vəzifəsinin icrasına etinasız yanaşaraq, “Tutucu qrupu”un işini tənzimləyərək ona rəhbərlik etmək, eləcə də, hadisə yerinə getmək üçün daim hazır olmaq əvəzinə, xidməti avtomaşını lüzumsuz olaraq tərk etdiyinə, bununla da, MMM-də daxil olmuş “həyəcan” siqnalı zamanı polis naryadının xüsusi vəzifələri üzrə Təlimatın tələblərini pozduğuna görə, Nəsimi RMİ-nin “Sıravi və kiçik rəis heyətinin yığıncağı”nın 07.06.2018-ci il tarixli qərarına əsasən “töhmət” intizam tənbehinə cəlb olunmuşdur. Polis baş serjantı İddiaçı etdiyi hərəkətlərlə daxili işlər orqanlarına qəbul edilmiş gənc əməkdaşların mənəvi-psixoloji durumuna mənfi təsir göstərir, tərəfindən bir qayda olaraq Azərbaycan Respublikası DİN-in 30.05.2001-ci il tarixli, 212 nömrəli əmri ilə təsdiq edilmiş “Polisin postpatrul xidməti Nizamnaməsi”nin və 08.04.2005-ci il tarixli 130 nömrəli “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərinin pozulması hallarına yol verir. Halhazırda qüvvədə olan intizam tənbehi yoxdur. Xidməti xasiyyətnamə Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinə təqdim edilməsi üçün verilmişdir. - 14.02.2021-ci il tarixli akta əsasən Nəsimi Rayon Mühafizə İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Sahib Cəfərli, Nəsimi RMİ-nin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı Elxan Muradov, bölük komandirləri polis baş leytenantları Xalyəddin Budaqov, Asim Mahmudlu, baş mühafizə inspektorları polis mayorları Nazim Hüseynov və Cavidan Rəhmanovun, taqım komandiri polis baş leytenantı Şirzad Kərimov, manqa komandiri polis baş serjantı Nürəddin Abbasov, polis serjantı Aydın Əliyev, eləcə də, təlimatda iştirak edən Nəsimi RMİ-nin şəxsi heyətinin iştirakı ilə aktı tərtib etmişlər ondan ötrü ki, 14.02.2021-ci il tarixdə, saat 09.00 radələrində Nəsimi RMİ-nin inzibati binasının qarşısında keçirilən təlimat zamanı S.Cəfərli tərəfindən avtopatrulda xidmətə təyin edilmiş şəxsi heyətin davamiyyəti yoxlanılan zaman polis baş serjantı X4 aqressiv formada, tabelik münasibətlərinə zidd qaydada, subordinasiya qaydalarını pozaraq S.Cəfərli və təlimatda iştirak edən şəxsi heyətə qarşı hörmətsizlikdə ifadə olunan hərəkətlər etməyə başlamışlar. Bu zaman S.Cəfərli və təlimatda iştirak edən komandir heyəti onu sakitliyə dəvət etmək istəsə də, Ş.Osmanov öz hərəkətlərinə davam edərək qərəzli şəkildə mübahisə etməyə, nalayiq küçə söyüşləri ilə onu və komandir heyətini söyüb təhqir etməyə başlamışdır. Sonradan isə S.Cəfərlinin üzərinə hücum edərək əlbəyaxa mübahisəyə zəmin yaradacaq əl-qol hərəkətləri etməyə başlamışdır. Ş.Osmanov rəis müavini, komandir heyəti, eləcə də, təlimatda iştirak edən şəxsi heyət tərəfindən təxminən 10 dəqiqə müddətində sakitləşdirilərək, həmin yerdən uzaqlaşdırılmışdır. Sonradan S.Cəfərli onu sakitləşdirmək və hansı səbəbdən bu kimi hərəkətlərə yol verdiyi barədə fərdi söhbətlər aparmaq üçün otağına dəvət etmişdir. Bu zaman Ş.Osmanov RMİ-nin növbətçi hissəsinin, həmçinin S.Cəfərlinin xidməti otağının qapısına təpiklə zərbələr endirərək nalayiq tərzdə, polis adına yaraşmayan formada küçə söyüşləri ilə onu və komandir heyətini təhqir etmişdir. Bölük komandiri Xalyəddin Budaqov ona etdiyi hərəkətlərini sonlandırması barədə xəbərdarlıq etsə də, Ş.Osmanov edilən xəbərdarlıqlara məhəl qoymayaraq, yenidən öz qərəzli hərəkətlərinə davam edərək, əlbəyaxa mübahisə etmək üçün X.Budaqovun üzərinə hücum etmişdir. Daha sonra Ş.Osmanov sakitləşdirilərək xidməti otaqların birinə aparılmasına baxmayaraq yenidən komandir heyəti tərəfindən verilən qanuni əmr və göstərişləri özünəməxsus şəkildə müzakirə edərək xidməti tabesizlik göstərmişdir. Daha sonra avtopatrulda xidmətə təyin edilmiş şəxsi heyətin xidmətə yola salınması barədə S.Cəfərli tərəfindən keçirilən təlimat zamanı Ş.Osmanov kənardan müzakirələrinə davam etmiş, həmin zaman təlimatda iştirak edən polis serjantı X2 ona kənardan iradlarını bildirsə də, polis baş serjantı İddiaçı da, tabesizlik göstərərək aqressiv formada S.Yusifova cavab verərək nalayiq küçə söyüşləri ilə S.Cəfərlini mühakimə etmişdir. Təlimatda iştirak edən S.Yusifov və digər şəxsi heyət ona iradlarını bildirsə də, İddiaçı aqressiv formada subordinasiya qaydalarını pozaraq Ş.Osmanovun hərəkətlərinə haqq qazandıraraq öz hərəkətlərinə davam edərək onları nalayiq formada küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Baş vermiş hadisə nəticəsində keçirilən təlimat 30 dəqiqə müddətində pozulmuş, şəxsi heyətin mənəvi-psixoloji durumuna mənfi təsir göstərmişdir. Tərtib olunan akt iştirakçılar tərəfindən imzalanmış, irad və əlavələr olmadığından tərəfindən imzalanmışdır. - 14.02.2021-ci il tarixli akta əsasən Nəsimi Rayon Mühafizə İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Sahib Cəfərli, Nəsimi RMİ-nin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı Elxan (Muradov, bölük komandirləri polis baş leytenantları Xalyəddin Budaqov, Asim Mahmudlu, baş mühafizə inspektorları polis mayorları Nazim Hüseynov və Cavidan Rəhmanov, taqım komandiri polis baş leytenantı Şirzad Kərimov, polis serjantı Aydın Əliyevin iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, 14.02.2021-ci il tarixdə saat 09.00 radələrində polis baş serjantı X4 ona verilən qanuni əmr və göstərişlərə etiraz əlaməti olaraq tabesizlik göstərərək aqressiv formada, nalayiq küçə söyüşləri ilə rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli və digər komandir heyətini söyüb təhqir edərək, mübahisə etmiş, təlimatın gedişatını pozmuş və RMİ-nin Nizami Hissəsinin inzibati binasının giriş qapısına təpiklə zərbələr endirərək əmlaka ziyan vurmuşdur. Faktla bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən yer RMİ-nin Nizami Hissəsinin inzibati binasının giriş qapısıdır. Giriş qapısı ağ rəngli plastik materialdan hazırlanmış, 195x140 ölçülərdə olmaqla 2 hissədən ibarətdir. Giriş qapısının yuxarıdan aşağıya doğru 130 sm ölçüdə plastik çərçivə ilə əhatələnmiş pəncərə hissəsi, 65 sm hissəsi plastik materialdandır, dəmir barmaqlıqlı çərçivə ilə əhatələnmişdir. Baxış zamanı qeyd olunan plastik hissənin təxminən 17x25 sm ölçüdə qırıldığı, həmin qırılmış hissələrin dağınıq halda qapının ətrafına (içəri və bayır tərəfə) səpələndiyi aşkar edilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş akta əlavə olunmuşdur. Tərtib olunan akt iştirakçılar tərəfindən irad və əlavələr olmadığından imzalanmışdır. - 14.02.2021-ci il tarixli, Nəsimi rayon Mühafizə İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Sahib Cəfərli tərəfindən Nəsimi RMİ-nin rəisi polis polkovnik-leytenantı Məmməd Məmmədova ünvanlanmış raporta əsasən, 14 fevral 2021-ci il, saat 08:40 radələrində şəxsi heyətin səhər təlimatında tutucu qrupların xidmətində olan yerdəyişmə barədə məlumat verərkən, 1 saylı avtomarşutda xidmət aparan polis nəfəri, polis baş serjantı X4 heç bir mətləbə aidiyyəti olmayan formada sıradan ona qarşı qeyri-etik sözlər işlətmişdir. O, ona təmkinli olmağı və nəyə görə belə edirsən deyə bildirdikdə, o, küçə söyüşləri ilə onu təhqir etməkdə davam etmiş və hətta onun üstünə hücum çəkərək onu vurmaqla hədələmişdir. Zabit heyəti və bir neçə polis nəfərləri tərəfindən onu sakitləşdirmək istəsələrdə, o, öz təhqiramiz sözlərini davam etdirmişdir. O, onun özündə olmadığını psixi problemi olduğunu düşünərək, öz iş otağına gəlmişdir. Lakin, o, yenə öz hərəkətlərindən əl çəkməyərək, zabitlərin təkidinə baxmayaraq, yenə söyüşlərini davam etdirmişdir. Nəhayət onu bir təhər idarənin çölünə çıxarda bilmişlər. Təxminən 20 dəqiqə sonra o, çölə çıxıb tutucu qrupların əməkdaşlarını xidmətə göndərmək üçün onlara tapşırıq verəndə Ş.Osmanov kənarda durub yenə söyməkdə davam edirdi. Bu vaxt tutucu qruplarda xidmət aparan polis nəfəri, polis serjantı X2 Ş.Osmanova irad bildirərək, onu sakit olmağa dəvət edəndə polis nəfəri, polis baş serjantı İddiaçı, S.Yusifova “sənin işin olmasın” deyərək ona tərəf döndü və ona təhqiramiz ifadələr işlətdi. Daha sonra orda olan əməkdaşların və ounn təkidinə baxmayaraq, o, Ş.Osmanova qoşularaq söyüş söyməyə başlamışdır. ŞHİÜRK polis polkovnik-leytenantı Elxan Muradov İddiaçı irad bildirərkən, sonuncu E Muradovu da, təhqir etməyə başlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, baş vermiş bu hadisəyə Ş.Osmanovun və İddiaçı bu hərəkətlərinə hüquqi qiymət verilərək, tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Din Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru N.Məmmədxanlı tərəfindən təsdiq edilmiş “Nəsimi rayon Mühafizə İdarəsinin 15.02.2021-ci il tarixli, 178 nömrəli məktubu əsasında aparılmış xidməti apaşdırmanın nəticəsinə dair” Rəyə əsasən, daxil olmuş materialda göstərilmişdir ki, cari ilin fevral ayının 14-də, saat 08:40 radələrində şəxsi heyətin səhər təlimatında «tutucu qrup»da xidmət aparan əməkdaşların yerdəyişməsi barədə məlumat verilərkən, 1 saylı avtomrşrutda xidmət aparan polis nəfəri, polis baş serjantı Şəfayət Osmanov aqressivlik nümayiş etdirərək, heç bir səbəb olmadan sıradan çıxaraq idarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərliyə qarşı qeyri-etik sözlər işlətmişdir. Rəis müavini əməkdaşı nizam-intizama, təmkinli və səbrli olmağa dəvət etsə də, polis nəfəri Ş.Osmanov deyilənlərə məhəl qoymayaraq, küçə söyüşləri ilə şəxsi heyətin qarşısında S.Cəfərlini təhqir etməkdə davam etmişdir. S.Cəfərli təlimatı tərk edib öz xidməti otağına qayıtdıqdan sonra polis nəfəri Ş.Osmanov intizamsız hərəkətlərini davam etdirərək, onun arxasınca otağa getmək istərkən, orada olan əməkdaşların səyi nəticəsində oradan uzaqlaşdırılmışdır. Rəis müavini S.Cəfərli təxminən 20 dəqiqədən sonra «tutucu qrup»larda xidmət aparan polis nəfərlərinə müvafiq tapşırıq və göstərişlərini verərkən, Ş.Osmanov kənarda durub S.Cəfərlinin ünvanına söyüşlər söyərkən «tutucu qrup»-un polis nəfəri Sənan Yusifov da, onu sakitliyə və nizam intizama dəvət edərkən «tutucu qrup»un polis nəfəri İddiaçı S.Yusifova iradını bildirərək «sənin işin olmasın» deyərək polis nəfəri Ş.Osmanovu müdafiə etmiş və şəxsi heyətin qarşısında S.Cəfərlini, X8 İş üzrə Rəisinin köməkçisi, polis polkovnik-leytenantı Elxan Muradovu və bölük komandiri, polis baş leytenantı Xaliyyəddin Budaqovu təhqir etmişlər. Polis nəfəri Ş.Osmanov intizamsız hərəkətlərini və aqressiv davranışlarını davam etdirərək idarənin inzibati binasının qapısını təpiklə vurub sındırmışdır. Qeyd olunanlar müvafiq qaydada aktlaşdırılmışdır (aktlar və foto şəkil əlavə olunur). Daxil olmuş materiallara baxış keçirilərkən o da, məlum olmuşdur ki, Suraxanı rayonu, Əmircan qəsəbə sakini vətəndaş Bəhrəm Rəhimov 13.02.2021-ci il tarixdə Nəsimi RMİ-nin rəhbərliyinə şikayət xarakterli müraciət edərək, İdarənin polis nəfəri vəzifəsində işləyən oğlu Vüqar Rəhimovun polis nəfəri Şəfahət Osmanovla aralarında baş vermiş mübahisə nəticəsində boğaz nahiyyəsindən tutaraq boğduğu və onu nalayiq sözlərlə təhqir etdiyi məlum olmuşdur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Nəsimi RMİ-nin polis nəfərləri Ş.Osmanov və İddiaçı qüvvədə olan normativ aktların tələblərini kobud surətdə pozaraq cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli olduqları, rəhbərliyin, komandir heyətinin, yaşda və rütbəcə özündən böyük olan həmkarlannın irad və tənqidlərini səmimi qəbul etməli olduqları halda, onlara qarşı kobudluğa, şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, həmkarlarına qarşı açıq-aşkar hörmətsizlik göstərərək təlimatın gedişatını pozmuş, yol verdikləri intizamsızlığın məsuliyyətindən bilərəkdən yayınmaq məqsədilə qeyri-səmimilik göstərərək hərəkətlərinə haqq qazındırmağa çalışmışlar. Polis nəfəri, polis baş serjantı X5 29.11.1995-ci ildən DİOda, 1998-ci ildən Nəsimi RMİ-də xidmət edir. Xidmət etdiyi müddət ərzində 3 dəfə intizam tənbehinə cəlb olunmuş, 4 dəfə mükafatlandırılmışdır. Qüvvədə intizam tənbehi yoxdur. Xidmətdə mənfi xaraterizə olunur. Polis nəfəri-sürücü, polis baş serjantı İddiaçı 01.09.1996cı ildən DİO-da, 1997-ci ildən Nəsimi RMİ-də xidmət edir. Xidmət etdiyi müddət ərzində 7 dəfə intizam tənbehinə cəlb olunmuş, 10 dəfə mükafatlandırılmışdır. Qüvvədə intizam tənbehi yoxdur. Xidmətdə mənfi xaraterizə olunur. Xidmətdə mənfi xaraterizə olunan polis nəfərləri, polis baş serjantları Şəfahət Osmanovun və İddiaçı hərəkətləri idarənin «Sıravi və kiçik rəis heyətinin yığıncağı»ında şəxsi heyətin iştirakı ilə geniş müzakirə edilmiş, DİN-in 08.04.2005-ci il tarixli (130) «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 9, 17 və 22, 16.06.2009-cu il (330) «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi»nin 3.1, 3.2, 3.8 və 3.9-cu bəndlərini kobud surətdə pozduqları nəzərə alınmaqla onların daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Təklif edilmişdir ki, Nəsimi rayon Mühafizə İdarəsinin “Sıravi və kiçik rəis heyətinin yığıncağı”nın polis nəfləri, polis baş serjantları X5 və İddiaçı barəsində çıxardığı qərar qüvvədə saxlanılsın, İnzibati Qanunvericiliyin, «Polis haqqında» Qanunun 29-cu, DİN-in 08.04.2005-ci il tarixli (130) «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 9, 17 və 22 və 16.06.2009-cu il (330) «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1, 3.2, 3.8 və 3.9-cu bəndlərinin və qüvvədə olan digər normativ aktların tələblərini kobud surətdə pozaraq cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli olduqları, rəhbərliyin, komandir heyətinin, yaşda və rütbəcə özündən böyük olan həmkarlarının irad və tənqidlərini səmimi qəbul etməli olduqları halda onlara qarşı kobudluğa yol verdiklərinə, şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə, həmkarlarına qarşı aşkar hörmətsizlik edərək, təlimatın gedişatını pozduqlarına, yol verdikləri intizamsızlığın məsuliyyətindən bilərəkdən yayınmaq məqsədilə qeyri-səmimilik göstərərək hərəkətlərinə haqq qazındırmağa çalışdıqlarına, polis nəfəri Şəfahət Osmanovun idarənin inzibati binasının qapısını təpiklə vurub sındırarkən polis nəfəri İddiaçı tərəfindən ona bəraət qazandırmaqla şəxsi heyətinin mənəvi psixoloji durumuna mənfi təsir göstərdiyinə və bu hərəkətləri ilə polisin adına və nüfuzuna ləkə gətirdiklərinə görə idarənin «Sıravi və kiçik rəis heyətinin yığıncağı»nın da, qərarı nəzərə alınaraq, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı X5 və polis nəfəri-sürücü, polis baş serjantı İddiaçı daxili işlər orqanlanda xidmətdən xaric olunanadək ciddi intizam tənbehinə cəlb olunmağa layiqdir. Nəsimi RMİ-nin rəhbərliyindən (M.Məmmədov və S.Cəfərli) şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, təlim-tərbiyənin yüksəldilməsi, xidmətin təşkili və apanlmasına nəzarətin artırılması istiqamətində konkret tədbirlərin görülməsi tələb olunmuş, əmr layihəsinin hazırlanması və toplanmış materialın Katiblikdə işə alınması məqsədəmüvafiq hesab olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 16.02.2021ci il tarixli, Ə-58-038-21 nömrəli “Nəsimi RMİ-nin polis nəfərləri Ş.Osmanovun və İ.Məmmədovun DİO-da xidmətdən xaric olunmaları barədə” əmrinə əsasən, Baş İdarədə aparılan təhlildən məlum olmuşdur ki, Nəsimi RMİ-nin polis nəfərləri Ş.Osmanov və İddiaçı qüvvədə olan normativ aktların tələblərini kobud surətdə pozaraq cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, rəhbərliyin, komandir heyətinin, yaşda və rütbəcə özlərindən böyük olan həmkarlarının irad və tənqidlərini səmimi qəbul etməli olduqları halda, onlara qarşı kobudluğa yol vermiş, eyni zamanda şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətməklə polisin nüfuzuna xələl gətirən hərəkətlər etmiş, həmkarlarına qarşı açıq-aşkar hörmətsizlik göstərərək təlimatın gedişatını pozmuş, yol verdikləri intizamsızlığın məsuliyyətindən bilərəkdən yayınmaq məqsədilə qeyri-səmimilik göstərərək hərəkətlərinə haqq qazandırmağa çalışmışlar. DİN-in 2014-cü il 14 may tarixli, Q10-001-14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Nəsimi Rayon Mühafizə İdarəsinin «Sıravi və kiçik rəis heyətinin polis nəfəri, polis baş serjant X5 və polis nəfəri-sürücü, polis baş serjantı İddiaçı barəsində çıxardığı qərar qüvvədə saxlanılmış, İnzibati Qanunvericiliyin, «Polis haqqında» Qanunun 29-cu, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 9, 17, 22, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1, 3.2, 3.8 və 3.9-cu bəndlərinin və qüvvədə olan digər normativ aktların tələblərini kobud surətdə pozaraq cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli olduqları, yaşda və rütbəcə özlərindən böyük olan həmkarlarının irad və tənqidlərini səmimi qəbul etməli olduqlan halda onlara qarşı kobudluğa, eyni zamanda şəxsi heyətin qarşısında nalayiq ifadələr işlətməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə, həmkarlarına qarşı açıq-aşkar hörmətsizlik göstərərək təlimatın gedişatını pozduqlarna, intizamsızlığın məsuliyyətindən bilərəkdən yayınmaq məqsədilə qeyri-səmimilik göstərərək hərəkətlərinə haqq qazandırmağa çalışdıqlarına, həmçinin idarənin inzibati binasının qapısının sındırılmasının qarşısını almaq əvəzinə ona bəraət qazandırmaqla şəxsi heyətin mənəvi-psixoloji durumuna mənfi təsir göstərdiyinə, bu hərəkətləri ilə polisin adına və nüfuzuna ləkə gətirdiklərinə görə idarənin «Sıravi və kiçik rəis heyətinin yığıncağı»nın da qərarı nəzərə alınaraq, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı X5 və polis nəfəri-sürücü, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 17.02.2021ci il tarixli, Ə215ş/h-038-21 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsini 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən polis baş serjantı İddiaçı 17 fevral 2021-ci il tarixdən təqvimi hesablama ilə - 29 il, 00 ay, 15 gün, imtiyazlı hesablama ilə - 31 il, 06 ay, 15 gün təşkil etməklə daxili işlər orqanlarından xaric edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən 17 fevral 2021-ci il tarixli, Ə215ş/h-038-21 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (16.02.2021-ci il tarixli əmrdə, rəydə, aktlarda, raportda, xidməti xasiyyətnamədə), əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Eləcə də, İddiaçı tərəfindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5808/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5808/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver