Məhkəmə qərarları › İş №2-1(112)-581/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-581/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-581/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. xx.xx.2006-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2006-cı ildən 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar əlildir. xx.xx.2022-ci ildə tibb müəssisəsinin göndərişi əsasında təkrar əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci ildə ona əlillik təyinatından imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, fasiləsiz olaraq 15 ildən çox əlildir, bu səbəbdən cavabdeh tərəfindən ona əlillik təyinatından imtina edilməsi ləğv edilməli və 2-ci dərəcə müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar əlaqədar” əlillik təyin edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 6 saylı şəhər polklinikasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90 - G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Dissirkulyator ensefalopatiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı şəhər polklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 - Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Hipertenziv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu. Hipertoniya xəstəliyi İİ mərhələ.Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmə Meyar: 22.2. İkinci dərəcə əlillik => DİGƏR: Hipertenziv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu” səbəbi İlə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinat əsasında əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.4 - Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Hipertenziv ensefalopatiya.Vertebrobazilyar arterial sistem sindromu.Hipertoniya xəstəliyi İİ mərhələ. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmə Meyar: 22.2. İkinci dərəcə əlillik = > DİGƏR: Hipertenziv ensefilopatiya.Vertebrobazilyar arterial sistem sindromu.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı ilk öncə inzibati orqana müraciət etməli imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunuı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1.9-cu bəndində qeyd olunur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda) iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s. də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertizası müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli ı iərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməsi” ilə müəyyən edilmiş həbi-həkim komissiyaları tərəfindən “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 6 saylı şəhər poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli göndərişə əsasən xx.xx.2014-cü il tarixdə təkrar müayinə edilərək “(X3: İV sinif – Sinir sistemi xəstəlikləri => G90-G99 – Sinir sisteminin digər pozğunluqları => G92 – Toksiki ensefalopatiya) Dissirkulyator ensefalopatiya” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən...). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 6 saylı şəhər poliklinikası tərəfindən təqdim edilmiş 0063003AABQR xx.xx.2015-ci il tarixli göndərişə əsasən xx.xx.2015-ci il tarixdə təkrar müayinə edilərək “(X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskutyar xəstəliklər = > İ67.4 - Hipertenziv ensefalopatiya) Hipertenziv ensefalopatiya.Vertebrobazilyar arterial sistem sindromu.Hipertoniya xəstəliyi İİ mərhələ.Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmə” diaqnozu ilə qiymətləndirilmiş və ona hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Meyar – 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Hipertenziv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli göndərişə əsasən xx.xx.2016-cı il tarixdə təkrar müayinə edilərək “(X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskutyar xəstəliklər = > İ67.4 - Hipertenziv ensefalopatiya) Hipertenziv ensefalopatiya.Vertebrobazilyar arterial sistem sindromu.Hipertoniya xəstəliyi İİ mərhələ.Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmə” diaqnozu ilə qiymətləndirilmiş və ona hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Meyar – 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Hipertenziv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayonu 2 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş SER-TSE-01 № 029107 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar İİ (ikinci) dərəcə əlillik xx.xx.2007-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayonu 4 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş SER-TSE-01 № 501330 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar İİ (ikinci) dərəcə əlillik xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən təqdim edilmiş AO seriyalı ******* saylı xx.xx.2000-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə sıravi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissəyə göndərilmişdir. xx.xx.2006-cı il tarixli, 1152 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (travmanm, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarına əsasən vertebro-bazilyar hövzənin xroniki qan dövranı çatmamazhğı nəticəsində İİ (ikinci) mərhələ dissirkulyator ensefalopatiya. Davamlı ağrı, sindromu ilə müşaiyat olunan residiv verən xroniki boyun radikuliti, natamam remissiya mərhələsində. Neyrosirkulyator distoniya. hipertenzi tip, cüzi dərəcədə ifadə olunan vegetativ-damar distoniyası. Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən «Xəstəliklər cədvəlinin 24 «b» ; 26 «C» maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qəran ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən İddiaçı dinc dövrdə hərbi xidmətə yararsiz, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. “Avrasiya” Klinikası tərəfindən İddiaçı dair təqdim edilmiş xx.xx.2021-ci il tarixli müayinə hesabatında qeyd edilmişdir: hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə millimetrik işemik qliotik ocaqlar; beyin sapı və beyincikdə (vertebrobazilyar hövzədə) bir neçə ədəd 12 hiperintens işemik qliotik ocaq. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3308 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının arxivində X2 barədə xx.xx.2006-cı il tarixli 1152 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır. X2 MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirildiyi üçün xx.xx.2006-cı il tarixli 1152 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər həmin tibb müəssisəsində saxlanılır. Bu səbəbdən də qeyd olunan sənədləri əldə etmək üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-2500/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. Bildirilmişdir ki, dövlət səhiyyə müəssisəsinin xx.xx.2022-ci il tarixli 2749003AAFRQ nömrəli göndərişdə qeyd edilən diaqnozla vətəndaşın işlədiyi vəzifə ziddiyyət təşkil etdiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” Altsisteminə daxil olmadan qeydiyyat üzrə dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 931 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2006-cı il tarixli 1152 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin şəhadətnamənin surəti təqdim edilmişdir. 1992-ci ildən 2019-cu ilə qədər Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş vətəndaşların bütün sənədləri Baş Klinik Hospitalın X10 təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı dair xx.xx.2006-cı il tarixli 1152 nömrəli "Xəstəlik haqqında şəhadətnamə"nin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün Baş Klinik Hospitala müraciət olunmalıdır. 12 nömrəli şəhər poliklinikası tərəfindən məhkəmənin 2749003AAFRQ saylı tibbi göndərişin təqdim edilməsi barədə sorğusuna cavab olaraq 247 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyini üçün 11 nömrəli şəhər poliklinikasına göndərilmişdir. Dz: G45.0 Xroniki vertebrobazilyar hövzədə qan dövranının çatışmamazlığı tez-tez təkrarlanan koxleo vestibulyar paroksizmlərlə. Ağırlaşma: İ67.4 Dissimulyator ensefolopatiya İİ mərhələ tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. G46. Tez-tez təkrarlanan koxlear vestublyar paroksizmlərlə. İ67.8 Xroniki baş-beynin qan dövranının çatışmamazlığı ilə. Yanaşı: M50.1 Boyun radikulopatiyası kəskin köksün ağrı sindromu ilə. M54.2 Servikelogiya. İ10 Arterial hipertoniya. F48.0 Kəskin asteno nevrotik sindrom. M42 Boyun fəqərələrinin asteoxandrozu davamlı ağrı sindromu ilə. Tibbi-Sosial Ekspert Komissiyasının cavabından (göndəriş №-si 2749003AAFRQ; TSEK-də müayinə tarixi xx.xx.2022-ci il) görünür ki, İddiaçı anbardar (zirzəmidə) vəzifəsində işləməsi qeyri-mümkün olması səbəbindən əlilliyin təyinatından imtina edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə mülki işçi kimi işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-13027/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3-17-4/2- 5602/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 11 nömrəli Şəhər Poliklinikasının 2749003AAFRQ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 2749003AAFRQ saylı xx.xx.2022-ci il tarixli göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “(X3: Xəstəliklərin Beynəlxalq Vİ Sinif Sinir sistemi xəstəlikləri = > G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar = > G45 - Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və oxşar sindromlar = > G45.0 - Vertebrobazilyar a...) Vertebrobazilyar arterial sistem sindromu, Xroniki vertebrobazilyar hövzədə qan dövranının çatışmamazhgı tez-tez təkrarlanan koxleo vestibulyar paroksizmlərlə” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-1230/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 4160/2023 nömrəli qərardadına və 3-17-4/2-R-604/2024 nömrəli bildirişinə əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 1152 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Vertebro-bazilyar hövzənin xroniki qan dövranı çatmamazlıqı nəticəsində İİ (ikinci) mərhələ dissirkulyator ensefalopatiya. Davamlı aqrı sindromu ilə müşaiyət olunan residiv verən xroniki boyun radikuliti, natamam remissiya mərhələsində. Neyrosirkulyator distoniya. hipertenzi tip, cüzi dərəcədə ifadə olunan veqetativ-damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, başgicəllənmə, boyun ağrısı, bayılma, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlardan “Enap”, “Kardiomagnil” qəbul etdiyini bildrimiş, 10 ildən çox əlillik təyinatı olduğunu, lakin müddətsiz əlillik təyinatı aparılmadığından məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Müayinə zamanı kəllə-beyin sinirləri tərəfindən patologiya müşahidə edilməmiş, ətraflarda əzələ tonusu tam, əzələ gücü 5 bal olaraq dəyərləndirimiş, reflekslər canlı alınmış D=S, Romber vəziyyətində dayanıqlı olmuş, göz qapaqlarında və barmaqlarda tremor izlənilmiş, burun barmaq sınağını normal icra etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə (MRT) nəticəsinə əsasən əlillik təyinatına əsas verə biləcək ocaqlı patologiya aşkarlanmamışdır. Müayinə zamanı arterial təzyiqi 180/100 mm cv. st. olmuş, taxikardiya müşahidə edilmişdir (həyəcanlı olmasından irəli gələn), aşağı ətrafl izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5803 nömrəli çıxarışında diaqnoz “Xroniki vertebro bazilyar hövzədə qan dövranı çatmamazlığı, Dissirkulyator ensefalopatiya, İİ mərhələ. Xroniki boyun radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə. Arterial hipertenziya. Kəskin asteno-nevrotik sindrom” kim i qeyd olunmuşdur. Avrasiya Klinikasının xx.xx.2021ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə millimetrik işemik qliotik ocaqlar. Beyin sapı və beyincikdə (vertebrobazilyar hövzədə) bir neçə ədəd T2 hiperintens işemik qliotik ocaq” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Tibb müəssisəsi tərəfindən göndəriş əsassız rəsmiləşdirilmişdir. (İTS) Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-112-R- 111429/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı təyin edilmiş pensiya ödənişinə dair sənədlərin içərisindən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxsin T 522/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən onda müəyyən edilmiş “G45-xroniki vertebrobazilyar hövzədə qan dövranının çatmamazlığı tez- tez təkrarlama koxleo vestibulyar paroksizmlərlə; İ67.4dissirkulyator ensefalopatiya İİ mərhələ tez-tez təkrarlanan vegetativ damar krizləri ilə, G46-tez-tez təkrarlama koxlear vestibulyar paroksizmlərlə, İ67.8-xroniki baş beyinin qan dövranının çatmamazlığı ilə, M50.1-boyun radikulopatiyası kəskin kökcük ağrı sindromu ilə, M54.2-servikalgiya, İ10-arterial hipertenziya; F48.0-kəskin astenonevrotik sindrom, M42-boyun fəqərələrinin osteoxondrozu davamlı ağrı sindromu ilə” əsas xəstəliyi, ağırlaşmaları və yanaşı xəstəliklərindən əziyyət çəkir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur. Lakin xəstəliklər kəskinləşdiyi halda o, xəstəliyin ağırlığından asılı olaraq, istər ambulator, istərsə də stasionar müalicəyə cəlb oluna bilər. Vətəndaş İddiaçı xəstəlikləri ilə əlaqədar tibbi baxımdan mülki işçi kimi hərbi hissədə mənzil istismar hissəsinin anbar müdiri vəzifəsində işləməsi mümkündür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı dair təqdim edilmiş 3-17-1/2-R-1288/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ona həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən hesablanmaqla “Hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya məbləği 425,46 manat). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş təkrar əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmiş, iddiaçının əlillik vəziyyəti Bakı 11 nömrəli Şəhər Polikliniasının xx.xx.2022-ci il tarixli, 2749003AAFRQ saylı göndərişi əsasında qiymətləndirilmiş, göndərişdə qeyd edilən diaqnozla iddiaçının işlədiyi vəzifə ziddiyyət təşkil etməsi əsası ilə xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş, iddiaçı ötürülmüş müddət də daxil olmaqla xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. xx.xx.2022-ci il tarixli, 2749003AAFRQ saylı tibbi göndərişə əsasən iddiaçı xx.xx.2006-cı il tarixdən tibbi nəzarətə götürülmüşdür, göndəriş üçün əsas: əlillik müddətinin qurtarması, yenidən baxımaq qeyd edilmişdir. İddiaçıda müəyyən edilən xəstəliklər: Dz: G45.0 Xroniki vertebrobazilyar hövzədə qan dövranının çatışmamazlığı tez-tez təkrarlanan koxleo vestibulyar paroksizmlərlə. Ağırlaşma: İ67.4 Dissimulyator ensefolopatiya İİ mərhələ tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. G46. Tez-tez təkrarlanan koxlear vestublyar paroksizmlərlə. İ67.8 Xroniki baş-beynin qan dövranının çatışmamazlığı ilə. Yanaşı: M50.1 Boyun radikulopatiyası kəskin köksün ağrı sindromu ilə. M54.2 Servikelogiya. İ10 Arterial hipertoniya. F48.0 Kəskin asteno nevrotik sindrom. M42 Boyun fəqərələrinin asteoxandrozu davamlı ağrı sindromu ilə. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2749003AAFRQ №-li tibbi göndəriş göndərişdə qeyd edilən diaqnozla İddiaçı işlədiyi vəzifə ziddiyyət təşkil etməsi əsası ilə, əlillik alt-sisteminə daxil edilmədən geri qaytarılmışdır. Məhkəmə tərəfindən iddiaçı TSEK tərəfindən əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə 2749003AAFRQ №-li, xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında müayinə edilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik xx.xx.22006cı il tarixdə 1 il müddətinə təyin edilmişdir, təkrar əlilliklər xx.xx.2007, xx.xx.2008, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016-cı illərdə hər birində müvafiq olaraq 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə 5 illik müddətə (xx.xx.2021-ci ilədək) təkrar hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxsin T 522/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə G45-xroniki vertebrobazilyar hövzədə qan dövranının çatmamazlığı tez- tez təkrarlama koxleo vestibulyar paroksizmlərlə; İ67.4-dissirkulyator ensefalopatiya İİ mərhələ tez-tez təkrarlanan vegetativ damar krizləri ilə, G46-tez-tez təkrarlama koxlear vestibulyar paroksizmlərlə, İ67.8-xroniki baş beyinin qan dövranının çatmamazlığı ilə, M50.1-boyun radikulopatiyası kəskin kökcük ağrı sindromu ilə, M54.2-servikalgiya, İ10-arterial hipertenziya; F48.0-kəskin astenonevrotik sindrom, M42-boyun fəqərələrinin osteoxondrozu davamlı ağrı sindromu ilə” əsas xəstəliyi, ağırlaşmaları və yanaşı xəstəliklərindən əziyyət çəkməsi öz təsdiqini tapmışdır. Həmin rəyə əsasən həmçinin müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur. Lakin xəstəliklər kəskinləşdiyi halda o, xəstəliyin ağırlığından asılı olaraq, istər ambulator, istərsə də stasionar müalicəyə cəlb oluna bilər, xəstəlikləri ilə əlaqədar tibbi baxımdan mülki işçi kimi hərbi hissədə mənzil istismar hissəsinin anbar müdiri vəzifəsində işləməsi mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); xx.xx.2006-cı il tarixli, 1152 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (travmanm, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarına əsasən vertebro-bazilyar hövzənin xroniki qan dövranı çatmamazhğı nəticəsində İİ (ikinci) mərhələ dissirkulyator ensefalopatiya. Davamlı ağrı, sindromu ilə müşaiyat olunan residiv verən xroniki boyun radikuliti, natamam remissiya mərhələsində. Neyrosirkulyator distoniya. hipertenzi tip, cüzi dərəcədə ifadə olunan vegetativ-damar distoniyası. Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən «Xəstəliklər cədvəlinin 24 «b» ; 26 «C» maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qəran ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən İddiaçı dinc dövrdə hərbi xidmətə yararsiz, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə (xx.xx.2022) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.2.9., G45.0 Xroniki vertebrobazilyar hövzədə qan dövranının çatışmamazlığı tez-tez təkrarlanan koxleo vestibulyar paroksizmlərlə; G46-tez-tez təkrarlama koxlear vestibulyar paroksizmlərlə) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi müalicələrdə olmasına, 15 il müddətində hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlil olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar