Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5811/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasın-da (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu-nun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni xx.xx.2015-ci il tarixə qədər olan ödənilməmiş fərq məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2- 1(103)-479/19 saylı qərarına əsasən 1973-cü ildən 1995-ci ilə qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən pensiya təyin edilmişdir. Təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsi isə iddiaçıya əmək pensiyası təyin edildiyi tarixdən deyil, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə həyata keçirilir. İddiaçı ona təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı isə pensiya təyin edildiyi tarixdən, yəni xx.xx.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni xx.xx.2015-ci ilədək olan ödənilməmiş fərq məbləğinin ödənilməsi barədə ərizə ilə DSMF-nin X4 İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq iddiaçıya cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ünvanlanmış, məsələnin iddiaçının xeyrinə həlli mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndəril-miş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, **********8 yazılı etirazda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən ona x xxxxxxx 2019-cu il tarixində 200,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-2088/2019 nömrəli qərarına əsasən əmək pensiyası xx xxx 2015-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası keçmiş müddət üçün aşağıdakı qaydada müəyyən edilmişdir: 2015-ci ilin 16 may tarixindən 2015-cı ilin 31 dekabr tarixinədək aylar üzrə - 154,06 manat; 2016-cı ilin 1 yanvar tarixindən 2016-cı ilin 31 yanvar tarixinədək -156,23 manat; 2016-cı ilin 1 fevral tarixindən 2016-cı ilin 31 dekabr tarixinədək aylar üzrə-166,23 manat; 2017-cı ilin hər ayı üzrə -173,22 manat; 2018-ci ilin hər ayı üzrə -183,09 manat; 2019-cu ilin 1 yanvar tarixindən 31 sentyabr tarixinədək aylar üzrə-188,59 manat olmaqla ümumilikdə 9115,72 manat. Keçmiş dövr üçün hesablanmış 9115,72 manat pensiya məbləği cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə aylıq pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməmə-lidir. Belə ki, iddiaçıya aid 000658 nömrəli pensiya işində olan sənədlərdən müəyyən edilir ki, DSMF-nin X4 İdarəsinin “əmək pensiyasının təyin edilməsi haqqında” **********3 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan ötən dövr üzrə pensiya məbləğləri hesablanmışdır. İş materiallarında məlum olur ki, İddiaçı ərizə ilə DSMF-nin X4 İdarəsinə müraciət edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə istinad etməklə ona təyin edilmiş əmək pensiyasının xx.xx.2009-cu il tarixdən yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, məsələ ona münasibətdə öz müsbət həllini tapmamış, cavabdeh orqanın iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən ona x xxxxxxx 2019-cu il tarixində 200,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019cu il tarixli, 2-1(102)-2088/2019 nömrəli Qərarına əsasən əmək pensiyası xx xxx 2015-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası keçmiş müddət üçün aşağıdakı qaydada müəyyən edilmişdir: 2015-ci ilin 16 may tarixindən 2015-cı ilin 31 dekabr tarixinədək aylar üzrə -154,06 manat; 2016-cı ilin 1 yanvar tarixindən 2016-cı ilin 31 yanvar tarixinədək -156,23 manat; 2016-cı ilin 1 fevral tarixindən 2016-cı ilin 31 dekabr tarixinədək aylar üzrə-166,23 manat; 2017-cı ilin hər ayı üzrə -173,22 manat; 2018-ci ilin hər ayı üzrə -183,09 manat; 2019-cu ilin 1 yanvar tarixindən 31 sentyabr tarixinədək aylar üzrə-188,59 manat olmaqla ümumilikdə 9115,72 manat. Keçmiş dövr üçün hesablanmış 9115,72 manat pensiya məbləği cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə aylıq pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin qənaəti belədir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçının əmək pensiyası hüququnun xx.xx.2007-ci il tarixədək yaranması və ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə cavabdeh orqana həmin tarixdən sonra müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5811/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5811/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver