Məhkəmə qərarları › İş №2-1(112)-5811/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5811/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5811/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək Bakı şəhəri 2 saylı TT-də olan dövrün iş stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən (xx.xx.2023) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qalan pensiya məbləğinin hesablayaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək Bakı şəhəri 2 saylı TT-də olan dövrün iş stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən (xx.xx.2023) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qalan pensiya məbləğinin hesablayaraq ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Ermənistanda anadan olmuş, 1976-cı ildə əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildən 1989-cu ilədək təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 30 il 11 gün hesablanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli 3-17-1/2-ə251406/2023 saylı imtina cavabından görünür ki, xx.xx.2006- cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesab sığorta hisssəsində pensiya kapital qeydə alınmadığı üçün xx.xx.1993- cü il tarixdən xx.xx.2006- cı il tarixinədək Bakı şəhəri 2 saylı TT-də olan dövrün sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən sığorta stajına qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmiş və xx.xx.2023- cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh orqanın bu qənaətə gəlməsi tam əsassızdır. İddiaçıya məxsus əmək kitabçasında hansı illərdə hansı müəssisələrdə işləməyi öz əksini tapmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair yazılı şəkildə münasibət bildirmiş və göstərmişdir ki, iş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq “İnzibati icraat haqqında” Azerbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsine uyğun olaraq inzibati icraat aparılmış və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən 14 il 2 ay təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sosial sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndirilməyən sosial sığorta stajı: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 14 il 2 ay müəyyən edilmişdir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək 12 il 2 ay sosial sığorta stajına uyğun olaraq 11,268,28 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2,091,21 manat olmaqla, ümumilikdə 13,359,49 manat pensiya kapitalı qeydə alınmışdır ki, bu məbləğ də onun pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40,320 manat pensiya kapitalından az olmuşdur. Mübahisələndirilən sosial sığorta stajı: Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün əmək kitabçasının saylı TT-də olan dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tərəfindən sözügedən dövrləri təsdiq edəcək əmək kitabçasından başqa hər hansısa bir əlavə sənəd (əmək haqqı cədvəlləri və ya əmr kitablarından çıxarışlar) Mərkəzi Filiala təqdim edilməmişdir. Sonradan cavadbeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında işçinin soyadı, adı, atasının adı X1 qeyd olunmuşdur, lakin iddiaçının soyadı və adı İddiaçıdur. İddiaçının xx.xx.2006-ci il tarixdə işdən azad edilməsi barədə qeyddə direktor V.Qəmbərov olduğu qeyd edilmişdir, lakin müəssisəyə məxsus hesabat məlumatlarında həmin tarixdə direktorun V.Qəmbərov deyil, S.H.Şirinov olduğu aşkar edilmişdir. İddiaçının “Bakı şəhəri 2 saylı Təmir-Tikinti İdarəsi”ndə işə daxil olduğu tarix xx.xx.1993-cü il olmasına baxmayaraq həmin əmək kitabçasının sözügedən işəgötürən tərəfindən xx.xx.1993-cü il tarixdə, yəni 7 ay əvvəl doldurulduğu müəyyən olunur. İddiaçının xx.xx.2006-ci il tarixdə işdən azad edilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin b bəndi qeyd olunmuşdur. Lakin həmin Məcəllənin 36-cı maddəsi “Kollektiv sazişin tərəfləri” adlanır. Həmçinin onu da qeyd edək ki, müvafiq qeydddə iddiaçının işdən azad edilməsinin əsası kimi Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsi nəzərdə tutulmuş olsa belə həmin tarixdə Əmək Qanunları Məcəlləsi qüvvədə deyildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 4.1-ci bəndinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatların həqiqiliyini müəyyən etmək üçün tərəfimizdən Fondun Sosial sığota və fərdi uçot üzrə mərkəzi filialına ünvanlanan xidməti məktuba xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-21462/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, 2 Saylı Təmir Tikinti İdarəsi (SUN: **********6) tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı məlumatları əks olunmamışdır Qeyd olunanlar əmək kitabçasının əsassız olmasına dəlalət edir. İİ. İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5.Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin iddiaya dair münasibətini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının hazırki iddiası mümkünlük şərtlərinə cavab vermir.

6.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən:

1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. 2.1. mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən:

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...

İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli əmək kitabçası X3 məxsusdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçası işçinin əmək fəaliyyətini və sosial təminatını izləmək üçün hüquqi və praktiki baxımdan çox əhəmiyyətlidir. Əmək kitabçası pensiya hüququ və pensiyaya çıxma prosesi haqqında məlumatları özündə əks etdirən və şəxslə işə götürən arasında təhlükəsizlik prosedurları kimi işə aid məlumatları ehtiva edən sənəddir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun adı və soyadı deyil, fərqli ad və soyad . göstərilmişdir.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin qeyd edilmiş normaları nəzərə alaraq,məhkəmə iclası zamanı iddiaçıya hüquqi yardım göstərmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmişdir. İddiaçıya, əmək kitabçasında göstərilmiş şəxs ilə iddiaçı eyni şəxs olması, yəni sözügedən sənədin iddiaçıya məxsus olması barədə müvafiq hüquqi faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmidir. Lakin iddiaçı iddia tələbini müdafiə edərək, iş materiallarında mövcud olan sənədlər əsasında iddiaya mahiyyəti üzrə inzibati məhkəmə icraatında baxılmasını məhkəmədən tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. Belə ki, iddiaçı barədə təqdim edilmiş məlumatlar natamamdır: iddiaçı yaşa görə əmək pensiyanın təyin edilməsi üçün əsas olan əmək stajını təsdiq edən əmək kitabçasını cavabdehə təqdim etməmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Beləliklə məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması əsaslandırılmamışdır. 10.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək Bakı şəhəri 2 saylı TT-də olan dövrün iş stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən (xx.xx.2023) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qalan pensiya məbləğinin hesablayaraq ödənilməsi barədə iddiası mümkün sayılmamalıdır. 11.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

13. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

14. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar