Məhkəmə qərarları › İş №2-1(112)-5812/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5812/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5812/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya 1991-ci ildən “Azneftkimya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 10-8/4-651 saylı məktubu əsasında verilmişdir. İddiaçı həmin tarixdən sözügedən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı vaxtdan indiyə kimi bütün kommunal xərclər iddiaçı tərəfindən ödənilir. İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-483/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi əsasında həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi bina “Azneftyağ” İstehsalat Birliyinin xx.xx.2002-ci il tarixli, 192 saylı əmri ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin həmin idarənin xx.xx.2020-ci il tarixli, **********46 nömrəli cavab məktubu ilə ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehdən 30 sentyabr 2020-ci il tarixədək iddiaya qarşı öz münasibətini (etirazını) məhkəmə bildirməsi tələb edilmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin **********67 saylı, xx.xx.2020-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********46 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsini cavabdeh qeydiyyat orqanına təqdim etmiş, lakin ondan əlavə olaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilmiş sənədlər tələb edilmişdir. Hesab edir ki, müvafiq qətnamə onun iddia etdiyi mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün kifayətdir. İddiaçı izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı və X1 Xətai rayon polis idarəsinin vəzifəli şəxsinin hərəkətlərindən şikayətə dair ərizəsi təmin edilmiş, Xətai rayon polis idarəsinin imtinası əsassız hesab edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə Bakı şəhəri, A.Novruzov küçəsi, 18 saylı evin 1 saylı mənzili üzrə qeydiyyata alınmaları vəzifəsi Xətai rayon polis idarəsinə həvalə edilmişdir. İşdə olan Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 101 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli forma 2 arayışından müəyyən edilir ki, İddiaçı A.Novruzov küçəsindəki 18 nömrəli 2 mərtəbəli evin 1-ci mərtəbəsində 37.0 kv.metr sahəsi olan 2 otaqlı 1 nömrəli mənzilində yaşayır. Mənzilin qısa təsviri aşağıdakı kimidir: su, kanalizasiya, qaz, işıq, telefon. Bina dövlət balansındadır. Sahibi (kirayəşin) İddiaçıdur. İddiaçı ailəsi 7 (yeddi) nəfərdən ibarətdir: özü (doğulduğu il 1965-ci il), həyat yoldaşı - 1968-ci il təvəllüdlü X3, oğlu - 1991-ci il təvəllüdlü X9, qızı – 1999-cu il təvəllüdlü X7, qızı - 1993-cü il təvəllüdlü X8, nəvəsi – 2015-ci il təvəllüdlü X10 və nəvəsi – 2018-ci il təvəllüdlü X11. Yuxarıda adıçəkilmiş ilk beş nəfər şəxs ünvan 1 ünvanına 2008-ci ildə, sonuncu iki nəfər şəxs isə 2019-cu ildə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İş materiallarına əlavə edilmiş Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən tərtib olunmuş ünvan 1-in planından görünür ki, həmin mənzil birinin sahəsi 21.0 kv.metr, digərinin sahəsi isə 15.0 kv.metr olmaqla iki otaqdan ibarətdir. Mənzilin giriş sahəsi 10.5 kv.metr təşkil edir. İş materiallarında olan notarial qaydada tərtib edilmiş ərizələrdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı yetkinlik yaşına çatmış ailə üzvləri tərəfindən ünvan 1-in İddiaçı adına özəlləşdirilməsinə və şəxsi mülkiyyəti kimi dövlət reyestrindən çıxarışın verilməsinə etiraz edilmədiyi bildirilmişdir. İşdə olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 101 saylı MKİS tərəfindən verilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 saylı mənzilin kirayəşinidir. Mənzilin ümumi sahəsi 37.00 kv.metrdir. İddiaçı ailəsi 7 (yeddi) nəfərdən ibarətdir: özü (doğulduğu il 1965-ci il), həyat yoldaşı - 1968-ci il təvəllüdlü X3, oğlu - 1991-ci il təvəllüdlü X9, qızı – 1999-cu il təvəllüdlü X7, qızı - 1993-cü il təvəllüdlü X8, nəvəsi – 2015-ci il təvəllüdlü X10 və nəvəsi – 2018-ci il təvəllüdlü X11. İşdə olan Dövlət və ictimai mənzil fondu evlərinin kirayəsi haqqında birtipli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 saylı mənzilə dair İddiaçı ilə Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 101 saylı MKİS arasında mənzil kirayə müqaviləsi bağlanmışdır. İşdə olan DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********446 saylı, xx.xx.2020-ci il tarixli məktubda ünvan 1-də dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməli olması bildirilmişdir. Sonda qeyd edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı yaşadığı və kirayəçisi olduğu mənzili öz adına özəlləşdirilməsi üçün ərizə ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və ərizəsinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsini əlavə etmiş, lakin ona ünvanlanmış cavab məktubunda ərizəçidən əsassız olaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin təqdim edilməli olması göstərilmişdir. Göründüyü kimi cavab inzibati orqan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməli olmasına dair mövqeyində haqlı olsa da, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsinin iddiaçıya münasibətdə onun üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 saylı mənzilə dair yaratdığı hüquqi nəticələrə dair mövqeyini bildirməmiş, bununla əlaqədar hərəkətsizlik göstərmiş, nəticədə iddiaçının sözügedən daşınmaz əmlakla bağlı əmlak hüquqları pozulmuşdur. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. İstinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də, məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin bu hüququ qeydə almaq öhdəliyi isə məhkəmə qərarından deyil, bilavasitə qanundan irəli gəlir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsində məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşyaya sahibliklə bağlı mülki münasibətləri tənzimləyən 159-cu maddəsinə, mülkiyyətçi olmayan şəxsin əmlakdan istifadə hüququnu müəyyən edən 158.1-ci və 158.1.2-ci maddələrinə, həmçinin, sahibliyin verilməsi ilə bağlı mülki hüquq münasibətlərini nizamlayan 163.1-ci maddəsinə istinad etmişdir. Bundan başqa, adıçəkilən qətnamədə o da göstərilmişdir ki, İddiaçı “Azərneftkimya” İstehsalat Birliyində işlədiyindən onun mənzil şəraitini nəzərə alan mənzilin qanuni sahibi olan “Azərneftkimya” İstehsalat Birliyi xx.xx.1991-ci il tarixli, 10-8/4-654 saylı məktubu ilə Bakı şəhəri, Matros (indiki A.Novruzov) küçəsi, 18 saylı evin 1 saylı mənzilini ona ayırmış, 1991-ci ildən o, ailə üzvləri, yəni həyat yoldaşı və uşaqları ilə birlikdə bu mənzildə yaşayır. Göründüyü kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2- (011)483/08 saylı qətnaməsində ərizəçilərin müvafiq ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasının əsası İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən mənzilə dair mülki qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə və sahiblik hüququnu əldə etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə, vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 42-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Digər tərəfdən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.11-ci maddələrinə (29 iyun 2012-ci il tarixli 407- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddə yeni redaksiyada verilmişdir) görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə, həmçinin, o halı da qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində qəti olaraq müəyyən edilmişdir ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yuxarıda sadalanmış qanunvericilik normalarının məzmunundan belə nəticəyə gəlmək olur ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmış şəxslərin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində təsbit edilmiş hallar istisna olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq yaşayış sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alına bilər. Yuxarıda şərh edilən qanunvericilik müddəalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmək olur ki, iddiaçının yaşadığı və kirayəçisi olduğu mənzili özəlləşdirmək üçün cavabdeh inzibati orqana müraciəti və bununla bağlı təqdim etdiyi sənədlər (Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsi və s.) mövcud qanunvericiliyin tələblərinə uyğun olduğundan, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanuni və əsaslıdır. Belə ki, İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsi də məhz Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 saylı mənzilə dair iddiaçının istifadə hüququnun yaranmasını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində təsbit edilmiş kateqoriyalara aid olmasına dair hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə müvafiq olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-(011)483/08 saylı qətnaməsi ondan irəli gələn hüquq əsasında Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilən hallar da qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən, dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində isə qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı imtinasını və yuxarıda şərh edilən qanunvericiliyin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaması qanunsuz və əsassız olmuşdur. Beləliklə, işin faktiki və yuxarıda şərh edilən hallarından görünür ki, cavabdeh iddiaçının kirayəçisi olduğu mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan imtina etməklə mövcud qanunvericiliyin tələblərini pozmuş və bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X4rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X2rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 18 ünvanında yerləşən 1 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 5 Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7AYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar