Məhkəmə qərarları › İş №2-1(112)-5813/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5813/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5813/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 05Q-2/15 saylı imtinanın əsassız hesab edilərək Cavabdeh tərəfindən onun adına qeydə alınmış xx.xx.1961-ci il tarixli, 163 saylı doğum haqqında akt qeydləri kitabında AZ № 597989 nömrəli X4 qeyd edilmiş qaydada, yəni ad qrafasında adının Rüstəm kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Bu barədə ona Zəngilan rayon Qeydiyyat Bürosu tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı özünə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq istədiyi üçün lazımi sənədləri hazırlayarkən onun X13 adının yanlışlıqla Əhməd olması müəyyən edilmişdir. Digər bütün sənədlərində isə adı Rüstəm yazılmışdır. Ona görə də, iddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək X13 düzəliş edilməklə, Əhməd adının Rüstəm kimi yazılması və X14 düzəliş edilməsini xahiş etmişdir. Lakin Cavabdeh X14 Əhməd adının dəyişdirilərək Rüstəm kimi yazılmaqla düzəliş etməkdən xx.xx.2023-cü il tarixdə 05Q-2/15 saylı məktubla imtina etmişdir. İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə 05Q-2/15 saylı imtinasını əsassız hesab edir. Belə ki, onun bütün sənədlərində şəxsiyyət vəsiqəsində, hərbi biletində və sair sənədlərinin hamısında adı İddiaçı kimi yazılmışdır. X13 adının Əhməd yazılması digər sənədlərində isə adının Rüstəm yazılması hal-hazırda yeni nəsil şəxsiyyət vəsiqəsi almasına mane olmuşdur. Cavabdeh isə həmin düzəlişi aparmaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, tələbi qanuni və əsaslı olduğundan təmin edilərək, cavabdehin imtinası əsassız hesab edilərək Cavabdeh tərəfindən verilmiş xx.xx.191961-ci il tarixli, 163 saylı doğum haqqında akt qeydləri kitabında qeydə alınmış AZ№ 597989 nömrəli X4 “Əhməd” sözü “Rüstəm” kimi yazılmaqla X14 düzəlişin edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 05Q-2/15 saylı imtina əsassız hesab edilərək Cavabdeh tərəfindən onun adına qeydə alınmış xx.xx.1961-ci il tarixli, 163 saylı doğum haqqında akt qeydləri kitabında AZ № 597989 nömrəli X4 qeyd edilmiş qaydada, yəni ad qrafasında Əhməd adının Rüstəm kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, doğum akt qeydinin adı “Əhməd” kimi qeyd edilsə də, eyni akta əsasən verilmiş doğum haqqında şəhadətnaməsində adı “Rüstəm” kimi yazılmışdır. İndiyə qədər əldə etdiyi bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində adı “Rüstəm” kimi yazılmışdır. Ətrafındakı şəxslər də onu Rüstəm kimi tanıyır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında X13 dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci, 161.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsaslanaraq, hazırkı halda ərizəyə əlavə olunan sənədlərdə uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində iddiaçının adının “Əhməd”dən “Rüstəm”ə dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığına görə və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənin təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir. -Cavabdeh tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.1961-ci il tarixli, 163 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, qeydin uşaq haqqında məlumat qrafasında iddiaçının adı “Əhməd” kimi qeyd edilmişdir. Ata-anası haqqında məlumat qrafasına əsasən X1, anası X8r. -Cavabdeh tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AZ597989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1961-ci il tarixdə Zəngilan rayonunun Kəklik kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1961-ci il tarixdə X2 qeydiyyatı kitabında 163 nömrəli qeydiyyat aparılmışdır. X1, anası X8r. -1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Zəngilan şəhərində doğulmuşdur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə iddiaçıya verilmiş ümumvətəndaş pasportunun surətindən görünür ki, iddiaçının adı “Rüstəm” olaraq qeyd edilmişdir (xx.xx.1961-ci il təvəllüdlü, İddiaçı). -Zəngilan rayon Malatkeşin kənd məktəbinin xx.xx.1976-cı il tarixli səkkizillik təhsil haqqında şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətnamə 1961-ci ildə anadan olmuş X3 verilmişdir. -Azərbaycan Kənd Təsərrüfatı İnstitutu tərəfindən iddiaçıya verimmiş xx.xx.1985-ci il tarixli, 963951 №-li diplomun surətindən görünür ki, diplomun sahibi qrafasında X6 (rus dilində yazılışda- Ахмедов Рустам Гидаят оглы) qeyd olunmuşdur. -iddiaçıya məxsus xx.xx.1985-ci il tarixdə verilmiş 235775 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məxsusdur. -İddiaçıya məxsus 045152 №-li hərbi biletin surətindən görünür ki, iddiaçının adı “Rüstəm” olaraq qeyd edilmişdir. -xx.xx.1988-ci il tarixli, 02451276 №-li SSRİ Həmkarlar İttifaqı biletinin surətindən görünür ki, həmin biletdə iddiaçının adı “Rüstəm” kimi qeyd edilmişdir. -İddiaçıya məxsus Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçının adı “Rüstəm” olaraq qeyd edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. -Nəsimi Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023cü il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 2 ünvanına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüd ilə xx.xx.2005-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. -Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Soyadın, adın, ata adının verilməsi və dəyişdirilməsi”nə dair vətəndaş İddiaçı barəsində icraata heç bir sənəd daxil olmadığından sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Zəngilan şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində ad qrafasında adı “Əhməd” kimi yazılmış, həmin akt qeydinə istinad olunmaqla verilmiş doğum haqqında şəhadətnaməsində isə “Rüstəm” kimi göstərilmişdir. İddiaçı bir sıra hüquqmüəyyənedici sənədlərdə adının “Rüstəm” kimi yazıldığına istinad edərək X13 ad qrafasında adının “Rüstəm”ə dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. -26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X2 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik normaları yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını dəyişdirmək hüququ vermişdir. Nazirlər Kabinetinin istinad olunan qərarları isə müvafiq akt qeydlərində bu dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmiş, dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcud olması ilə məhdudlaşdırmışdır. Məhkəmə nəzərə alır ki, hazırkı halda iddiaçının pasportunda, şəxsiyyətini təsdiq edən vəsiqəsində, diplomunda, hərbi biletində və digər sənədlərində “Rüstəm” göstərildiyindən, iddiaçının öz adının dəyişilməsi barədə istəyi olduğundan bu dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçının adına qeydə alınmış xx.xx.1961-ci il tarixli, 163 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında İddiaçı adının “Əhməd” adından dəyişdirilib “Rüstəm” kimi qeyd edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar