Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5813/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə (bundan sonra mətndə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) qarşı “2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə sığorta edən cavabdeh tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi hesabına - Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti
1. İddiaçı cavabdeh 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə sığorta edən cavabdeh tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə sığorta edən cavabdeh tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi hesabına - Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” alt sistemində sığortaedən MKTB tərəfindın təqdim edilmiş 2006-2016-cı illər, 2017-2022-ci illərdə İ-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün fərdi şəxsi hesabında az məbləğdə əks olunmuşdur.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, əvvəllər Birliyin maliyyə vəsaiti çatışmazlıqı səbəbindən iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları onun müvafiq fərdi hesabına köçürülməmişdir. Lakin İddiaçı 2023-cü ildə Bakı İnzibati Məhkəməsinə eyni məzmunlu iddia ilə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırdığı inzibati iş üzrə proses zamanı qeyd olunan dövrlər üçün 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq hesablaşmalar aparılmış və əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına köçürülmüşdür.
ƏSASLANDİRMA HİSSƏSİ
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsi izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Tədqiq edilmiş sənədlər
1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin: - 11/ç nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən – xx.xx.2022-ci ilədək 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 120 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. 2021-ci il (may-dekabr) üzrə əmək haqqı – 2256.00 manat, 2022-ci il (yanvar-sentyabr) üzrə əmək haqqı– 2612.50 manat, son haqq hesab 2207.23 manat. Cəmi: 7075.73 manat təşkil etmişdir - 26/Ç nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 12 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. 2017-ci il üzrə əmək haqqı – 2160.00 manat, 2018-ci il üzrə əmək haqqı – 2190.00 manat, 2019-cü il üzrə - 2852.00 manat, 2020-ci il üzrə əmək haqqı – 3384.00 manat, 2021-ci il (yanvar-may) üzrə əmək haqqı – 1128.00 manat, cəmi: 11712.00 manat təşkil etmişdir. - 42\Ç nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci ilədək 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. 2010-2013-cü illər üzrə əmək haqqı 4049 manat, 3% sosial sığorta haqqı 121.47 manat təşkil etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: - ********* (130) №-li xx.xx.2023-cü il tarixli kredit köçürməsinə dair çıxarışdan görünür ki, 1 saylı Xüsusi Mənzil-Kommunal Təsərrüfatı Biliyi öz hesabından DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına 1200 manat məbləğində pul köçürmüşdür. (ödənişin təyinatı: mdss) - ********* (33) №-li xx.xx.2024-cü il tarixli kredit köçürməsinə dair çıxarışdan görünür ki, 1 saylı Xüsusi Mənzil-Kommunal Təsərrüfatı Biliyi öz hesabından DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına 3500 manat məbləğində pul köçürmüşdür. (ödənişin təyinatı: mdss) - ********* (47) №-li xx.xx.2024-cü il tarixli kredit köçürməsinə dair çıxarışdan görünür ki, 1 saylı Xüsusi Mənzil-Kommunal Təsərrüfatı Biliyi öz hesabından DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına 2396 manat məbləğində pul köçürmüşdür. (ödənişin təyinatı: mdss) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1116/2024 saylı qərarında görünür ki, iddiaçı X1 cavabdeh DSMF-nun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3143/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq qəbul etdiyi qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3143/2023 nömrəli qərarı ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Sözügedən Qərarın 32, 33-cü, 34, və 35-ci bəndlərində göstərilmişdir ki, (32) istinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. (33) Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır; Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. (34) Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Həmçinin iş üzrə materiallardan görünür ki, sığortaçı nəzarət funksiyası çərçivəsində iddiaçının işəgötürəninə, yəni sığortaedən 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsinin təmin olunması məqsədilə məhkəmələrdə iddialar qaldırmış və həmin iddiaların təmin olunması barədə məhkəmə aktları qəbul edilmiş, lakin həmin məhkəmə aktları icra olunmamışdır. (35) Məhkəmə kollegiyası hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edır.
10. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 11.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.-ci maddəsinə əsasən, 1.1.1. sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır; 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 1.1.11. dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu. Həmin Qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır:sosial sığorta haqqını vaxtında ödəmək;sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.
12. Qeyd olunmuş qanunvericilik normalarından göründüyü kimi şəxsə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin müəyyən edilməsi üçün, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, fərdi hesabda toplanması zəruri şərtdir.
13. Cavabdeh 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi sığortaedən kimi iddiaçının (sığortaolunan) 2006-ci ildən 2013-cü ilədək ödədiyi və 2017-ci ildən 2022-ci ilədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarını müvafiq fərdi hesabına köçürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları (pul məbləğləri) köçürülmüşdür. Lakin həmin pul köçürmələrinin iddiaçının adına daxil edilməsi üçün köçürmələr olması müəyyən edilməmişdir və faktiki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının DSMF-dəki hesabına mdss-nin ödənilməsi sübuta yetirilməmişdir.
14. Cavabdeh inzibati orqan olan tərəfindən sığortaedən qismində sosial sığorta sahəsində fəaliyyəti publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
15. Halbuki, cavabdeh tərəfindən uzun müddət ərzində iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını özündə saxlamaqla, müvafiq hesaba köçürməməklə iddiaçının sosial təminat hüququnun pozulmasına, məhdudlaşdırılmasına şərait yaradılmışdır. Belə ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında öz əksini tapmaması iddiaçının pensiyasının yenidən hesablanmasına təsir etmişdir.
16. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə sığorta edən cavabdeh tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan fərdi hesabına ödənilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin üzərinə qoyulmalıdır.
20. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022ci il tarixədək olan dövrlər üzrə sığorta edən- cavabdeh tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan fərdi hesabına ödənilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova