Məhkəmə qərarları › İş №2-1(112)-5814/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5814/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5814/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (X10 üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı1 İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə2 Üçüncü şəxs X6 Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (X10) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzilə dair analığı X6 adına 18.05.22-ci il tarixli 115 saylı sərəncamın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X27 07 mart 2022-ci il tarixdə rəhmətə getmişdir. İddiaçılar atasının birinci evliliyindən olan qızlarıdır. Ataları ikinci dəfə hazırki iş üzrə 3-cü şəxs X11 ilə ailə qurmuş və bu nikahdan övladları olmamışdır. Beləliklə iddiaçıların mərhum atasının qanun üzrə üç vərəsəsi var. Miras qalan əmlak kimi Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzili iddiaçıların atasına Çernobl əlili kimi 05 oktyabr 2015-ci ildə 96 saylı sərəncamla verilmişdir. Vərəsəlik sənədləri rəsmiləşdirilən zaman iddiaçılara məlum olmuşdur ki, miras əmlak olan həmin mənzilə dair vərəsələrdən birinin adına kirayə müqaviləsinin bağlanması haqda qanunsuz sərəncam verilmişdir. İddiaçılar bunu inzibati orqanın qərəzli hərəkəti kimi hesab edirlər ki, məhkəmə tərəfindən həmin sərəncam ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı1, onun vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin xx.xx.2023-cü il tarixli 5-20/2-429/2023 nörməli etirazında göstərilmişdir ki, iş üzrə 3-cü şəxs X1 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14B saylı evin, 8 saylı mənzilinin kirayə müqaviləsinin mərhum ərinin adından öz adına dəyişdirilməsini xahiş etmişdir. RİHə təqdim edilmiş müvafiq sənədlərdən müəyyən edilmişdir ki, mənzilin keçmiş kirayəçisi X28 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X6 həmin mənzildə 1 nəfər (özü) ailə tərkibi ilə 2015-ci ildən qeydiyyatda olduğu nəzərə alınaraq Suraxanı RİHB-nin xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Suraxanı RİHB-nin xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı qanunamüvafiqdir və RİH-ə qarşı iddia əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs, onun vəkili və nümayəndəsi ayrı-ayrılıqda etirazlarına uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxsin etirazında göstərilmişdir ki, iş üzrə iddia ərizəsində qeyd olunur ki, iddiaçıların tələbi tamamilə əsassızdır. Belə ki, sözügedən mənzil dövlətin mülkiyyətindədir. Həmin mənzil Çernobil əlili olduğu üçün xx.xx.2004-cü ildə mənzil növbəsinə götürülmüş mərhum X25 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamı əsasında sosial təyinatlı mənzil kimi verilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan bir qrup vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara sosial təyinatlı mənzil fondundan yaşayış sahələri verilir. Bu zaman vətəndaşla dövlət arasında yaranmış münasibət ümumiyyətlə mülki hüquq münasibəti deyil, dövlətin vətəndaşa qarşı sosial öhdəliyindən irəli gələn münasibətdir. Dövlətlə vətəndaş arasında yaranmış həmin münasibət də xüsusi olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənir (Mənzil Məcəlləsinin 6.1-ci maddəsi). Mənzil Məcəlləsi sosial təyinatlı yaşayış sahəsi verilmiş şəxsin vəfat etməsi halında həmin mənzilin aqibətinin necə olacağını tənzimləmişdir. Buradan bir daha görünür ki sözügedən yaşayış sahələri və onlara olan hüquqlar vərəsəlik hüququnun predmeti ola bilməz. Eyni zamanda yuxarıda sadalanan müddəaların məzmunundan o da aydın olur ki, sosial təyinatlı mənzil verilmiş şəxs vəfat etdikdə, onunla birgə yaşayan ailə üzvlərinin həmin mənzilə dair kirayə müqaviləsinin öz adına dəyişdirilməsini tələb etmək hüququ mövcuddur. Sözügedən mənzil mərhum Elman Əskərova verilən zaman onunla birgə yaşayan yeganə ailə üzvü cavabdeh Əskərova Lyudmila olmuşdur. Bu da mənzil qanunvericiliyinə uyğun olaraq həm Suraxanı Rayon İcra Hakimiyyətinin mənzilin verilməsinə dair xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamında, həm də xx.xx.2015-ci il tarixli kirayə müqaviləsində öz əksini tapmışdır. X30 vəfatından sonra Ludmila Əskərova Mənzil Məcəlləsinin 81.2-ci maddəsinin ona verdiyi hüquqdan istifadə etmiş və sözügedən mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi üçün müraciət etmişdir. Bundan sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısı qanunvericiliyə uyğun olaraq mənzilə dair kirayə müqaviləsinin Əskərova Lyudmilanın adına dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncam vermişdir. Bütün yuxarıda qeyd olunanlar nəzərə alındıqda görünür ki, xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamın verilməsində icra hakimiyyəti tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. İcra hakimiyyəti başçısının belə sərəncam vermək səlahiyyəti də olmuşdur. Belə ki, yerli icra hakimiyyətləri dövlət mənzil fondunun yaşayış sahələrinin idarə olunmasını təşkil edir, həmçinin onları Mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndində göstərilir ki, dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək yerli ica hakimiyyəti başçısının vəzifələrinə aiddir. Həmin Əsasnamənin 4.9.8-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli ica hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Bütün bunlardan əlavə qeyd olunmalıdır ki, iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqları mövcud deyil. Belə ki, iddiaçılar mərhum Elman Əskərova mənzil verilməzdən çox əvvəl ailə həyatı qurmuş, təsərrüfatları dəyişmişdir və artıq başqa ailənin ailə üzvləridirlər. Onlar mənzil qanunvericiliyi baxımından (Mənzil Məcəllənin 68.1-ci maddəsi) X30 ailə üzvü hesab edilmirlər. Təbii olaraq mənzilin mərhum Elman Əskərova verilməsinə dair xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncam və kirayə müqaviləsində də ailə üzvü kimi göstərilməmişlər. Həmin mənzildə yaşamamış, yaşamaq hüququ əldə etməmişlər. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, sözügedən yaşayış sahələrinin miras əmlak kimi qiymətləndirilməsi və ona olan hüquqların vərəsəlik əsasında ötürülməsi qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin Mənzil Məcəlləsinin sosial təyinatlı yaşayış sahəsi verilmiş şəxsin vəfat etməsi halında həmin mənzilin aqibətinin necə olacağını konkret tənzimlədiyindən iddiaçıların həmin mənzil üzərində hər hansı formada hüquq əldə etmələri qeyri-mümkündür. Göründüyü kimi, hazırda ləğv edilməsi tələb olunan xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncam iddiaçının heç bir hüququna toxunmur və onların heç bir hüququnu pozmur. Odur ki, onların həmin sərəncamın ləğvi barədə müraciət etmələri üçün subyektiv hüquqları yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 və cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZ-İ 603457 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 atası X27, anası X17 olmaqla xx.xx.1987-ci il tarixdə doğulmuşdur. - Vİİİ–JQ seriyalı 320455 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X14 atası X27, anası X17 olmaqla xx.xx.1981-ci il tarixdə doğulmuşdur. - AZ-İİ seriyalı 235580 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli X-179 №-li ,xx.xx.2022ci il tarixli X-437 №-li məktublarından görünür ki, vərəsəlik işi ilə əlaqədar xx.xx.2022-ci ildə vəfat etmiş X18 vərəsələri qızları - İddiaçı1 və İddiaçı2 vərəsə kimi tanınmışlar. - Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş inzibati icraat materiallarından: - Bakı Şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 96 №-li xx.xx.2015-ci tarixli sərəncamından görünür ki, Çernobil əlili X5 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 119 №-li sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, Azərbaycan Respublikası ƏƏSMN nazirliyinin komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, ümumi sahəsi 87,53 kv.m, yaşayış sahəsi 42,00 kv.m olan, 2 otaqlı, 8 №-li mənzili ona ayrılmışdır. Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, ümumi sahəsi 87,53 kv.m, yaşayış sahəsi 42,00 kv.m olan, 2 otaqlı, 8 №-li mənzili aşağıdakı ailə tərkibi X19 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanılmaq şərti ilə) rəsmıləşdirilsin. 1. X29 – özü, 2. X10 – arvadı. X29 mənzil növbəsindən çıxarılsın. - X10 tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il 96 №-li sərəncama əsasən mərhum yoldaşı X20 Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, bina 14 b, mənzil 8 ünvanında verilmiş mənzilin adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 B saylı evin, 8 saylı mənzilinin keçmiş kirayəçisi X19 vəfatı ilə əlaqədar mərhumun arvadı X6 ərizəsi əsasında kirayə müqaviləsinin sonuncunun adına dəyişdirilməsi və mənzilin kirayəçisi hesab edilməsi barədə sərəncam verilmişdir. - X2 və X31 oglunun notariat qaydada təsdiq edilmiş ərizələri ilə qonşuları X6 əri X28 2013-cü ilin oktyabr ayından 07 mart 2022-ci il tarixdə vəfat edən günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 b saylı evin 8 nömrəli mənzilində birgə yaşadıqlarını təsdiq etmişlər. - DİN-nin ******* №-li arayışından görünür ki, üçüncü şəxs X6 ünvan 4 ünvanında qeydiyyatdadır. - 103 saylı mənzil – kommunal İstismarı sahəsinin 318 №-li xx.xx.2022-ci il tarixli arayışından görünür ki, üçüncü şəxs ünvan 4 ünvanında 2015-ci ildən qeydiyyatdadır. - AZ-İ seriyalı, 488747 nömrəli, 26 noyabr 2009-cu il tarixli Nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X4 Lyudmila Zöhrab qızı ilə nikahlarını 26 noyabr 2009-cu il tarixdə bağlamışlar. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində inşa olunmuş 9 mərtəbəli 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 27 noyabr 2012-ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış komissiyanın 21 dekabr 2012-ci il tarixli iclaslarının qərarından çıxarışa əsasən siyahıda 15-ci sırada qeyd edilmiş X28 – Hövsan qəsəbəsi, ev 15, mənzil 71, əlillik səbəbi və qrupu İİ qrup ÇAES, ailə tərkibi, növbəyə dayanma tarixi 1 nəfər xx.xx.2004-cü il tarixdə, ailə tərkibi 2 nəfər (özü, həyat yoldaşı) Hövsan qəsəbəsində qeydiyyatda olmaqla kirayəşin yaşayır. Həyat yoldaşı Ağsu rayonunda qeydiyyatdadır. Ayrılan otaqların sayı və sahəsi – 2 otaqlı, ümumi sahəsi 87.53 kv.m., faydalı sahəsi 42.00 kv.m., mərtəbəsi və mənzilin nömrəsi – İİİ mərtəbə, mənzil № 8. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-16400/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki, iddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasinin Mənzil Məcəlləsi: Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Maddə 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Maddə 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. 69.3. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Maddə 70. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin hallarından görünür ki, iddiaçıların mərhum atası X3 Bakı Şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 96 №-li xx.xx.2015-ci tarixli sərəncamına əsasən Çernobl əlili kimi Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8ci mənzili verilmişdir. X27 07 mart 2022-ci il tarixdə vəfat etdikdən sonra atalarının ikinci evliliyindən olan mərhumla birgə yaşamış arvadı olan hazırki iş üzrə 3-cü şəxs X7 ərizəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi sonuncunun adına rəsmiləşdirilmişdir. İddiaçılar həmin evdə yaşamasalar da, mərhumun vərəsələridirlər. İddiaçılar hazırki iddialarında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamını mübahisələndirmişlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mənzilin 3-cü şəxsin adına rəsmiləşdirilməsi barədə mübahisələndirilən sərəncam qəbul edilərkən inzibati qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu baxımdan, iddiaçıların həmin sənədin ləgvi tələbini irəli sürməsi qanuni və əsaslıdır. Belə ki, cavabdeh tərəfindən sərəncam verilərkən “İnzibati icraat haqqında” Qanunun müddəalarına əməl edilməyərək iddiaçılar icraata cəlb edilməmiş, onların iştirakı təmin edilməmiş, icraat barədə onlara məlumat verilməmiş, dinlənilməmiş, sübutlar obyektiv araşdırılmamış, mübahisəyə münasibətləri öyrənilməmişdir, başqa sözlə inzibati orqana etimad hüququnun gözlənilib-gözlənilmədiyi işdən müəyyən olunmur. Halbuki İİQ-nin 21-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat barədə maraqlı şəxs kimi iddiaçılara (vərəsə olduqlarından) məlumat verməli və işdə onların iştirakını təmin etməli, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçılara məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Bu halda İİQ-nin 24.2.-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməzdi. Çünki İİQ-nin 24.3.-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan sonra isə İİQ-nin 25.1.-ci maddəsinin tələbinə görə iddiaçıların həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququ təmin edilməli idi. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı qəbul etdiyini, bunun əsaslarını və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İnzibati orqan inzibati araşdırma zamanı müəyyən etməli idi ki, iddiaçılar uzun müddət ailə üzvləri ilə birlikdə mənzildə yaşayıb-yaşamamışlar və kommunal xidmətlərdən istifadə etmişlərmi, işin faktiki hallarına fərdi yanaşmaqla iddiaçıların həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığı (əlaqəsi) olmuşdurmu. Məhkəmə xüsusi olaraq vurgulayır ki, iddiaçıların cavabdeh tərəfindən inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamla bağlı inzibati icraatın aparılmadığı, sərəncamda inzibati orqanın gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçıların hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçıların hüquqlarını pozan sərəncam İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalı idi ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçıların öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən sərəncamın inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür. İİQ-nin 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işdəki hüquqi mövqeyinə görə Bakı ŞİH 2004-cü il 14 may tarixli sərəncamının mətninə nəzər salaraq qeyd etmişdir ki, “bu sənədin hüquqi qüvvəsi icarə müqaviləsi əsasında özəl podratçıya torpaq sahəsi ayırmaq və podratçıya inkişaf layihəsinin dizaynını hazırlamağa icazə verməklə məhdudlaşırdı. Yuxarıda qeyd edildiyi kimi bu sərəncam barədə həmin ərazinin sakini kimi ərizəçiyə evinin faktiki sökülməsindən qabaq formal məlumat verilməmişdir. Sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsini nəzərdə tutan və ya həmin ərazidə özəl və ya dövlət fondu mənzillərində yaşayan sakinlərin başqa yerə köçürülməsi ilə bağlı qərara istinad edən hər hansı müddəa olmamışdır. Əslində, sərəncamda açıq şəkildə qeyd edilirdi ki, “o, yalnız layihə dizaynının hazırlanması” və layihənin podratçısı tərəfindən müvafiq sənədlərin əldə edilməsi üçün əsas kimi çıxış edirdi. Belə olan halda və müvafiq özəlləşdirilmiş evlərin özgəninkiləşdirilməsi ilə bağlı sonradan BŞİH və ya hər hansı digər dövlət orqanı tərəfindən formal qərarlar qəbul edilmədiyindən, Məhkəmə hesab etmişdir ki, sərəncam öz-özlüyündə sözü gedən ərazidə yerləşmiş xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsinə açıq şəkildə icazə verən hüquqi sənədə bərabər tutula bilməz... Belə olan halda ərizəçinin əmlakına müdaxilə əmlakdan de facto məhrumetmə formasında həyata keçirilmişdir.” Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçıların hüquqlarının pozulması öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdeh tərəfindən qanunsuz inzibati akt qəbul edildiyi üçün həmin mübahisələndirilən sənədin ləgvi ilə bağlı iddia əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar