Məhkəmə qərarları › İş №2-1(112)-5817/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5817/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5817/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X1 (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (Bərdə rayonu Qarddəmirçi kəndində ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və texniki pasportların verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında, baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Arif oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınması, həmin çoxmənzilli yaşayış binasına mövcud vəziyyətdə layihəyə uyğun texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilmiş layihədə göstərilən müstəqil yaşayış sahələrinin ayrıca mənzillər kimi qeydiyyata alınmaqla çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində layihəyə uyğun olaraq 4 mərtəbəli və mansardlı yeni ev inşa edib müvafiq sənədləri sənədləri cavabdeh təşkilata təqdim edərək RX seriyalı ******* nömrəli Çıxarış və texniki pasport əldə etmişdir. Lakin, naməlum səbəblərdən inşa etdiyi evin mansardı çıxarışda öz əksini tapmamışdır. Qeyd edir ki, mülkiyyətçi hüququndan istifadə edərək həmin fərdi yaşayış evini çoxmənzilli yaşayış binasına keçirilməsi və əlavə sahələrin (layihədə təsdiq olunmuş mansar mərtəbəsini) texniki pasport və çıxarışda qeydə alınmasını xahiş etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli məktubu ilə istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və sərəncamların təqdim edilməməsini əsas gətirərək ərizəmizin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası tam əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hhququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətəinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınması, həmin çoxmənzilli yaşayış binasına mövcud vəziyyətdə layihəyə uyğun texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi üzrə iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı sözügedən məsələ ilə bağlı müraciəti İdarəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş“ Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 nömrəli, xx.xx.2019 tarixli Fərmanı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən edilmişdir. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının ən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, - ASAN 3 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanda pasport qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı, **********21-10301 reyestr nömrəli Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq qeyd olunan çıxarışın verilməsinə əsas olmuş sənəhlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən sorğu əsasında təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 20 iyul 2018-ci il tarixli M-152-151 saylı iddiaçıya və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəisinə ünvanladığı məktubdan müəyyən edilir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı 02309741 №li Çıxarışa əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 409 A saylı sahədə mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim edilmiş memarlıq-planlaşdırma həlli layihəsində baxılaraq razılaşdırılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 1393.5 kv.metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********21-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04/1652 inventar nömrəli 13 mart 2019-cu il tarixli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin 0,3 ha tikintialtı sahənin 0.03267, digər sahələr olmaqla faktiki sahənin 0.03267 ha olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********96 saylı məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə edilmiş sahələrin qeydiyyata alınaraq çoxmənzilli yaşayış binasına keçirilməsi və bu barədə dövlət reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı iddiaçının ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmış, fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına keçirilməsinə dair sərəncam, əlavə sahələrin tikintisinə icazə sərəncamı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi təqdim edilmədiyi, qeyd olunan səbəblərdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ərazi hüdudlarına daxil olan müstəqil yaşayış sahələrinin (təqdim edilmiş layihədə göstərilən) ayrıca mənzillər kimi istismarı təhlükəsizlik normalarının tələblərinə uyğunluq təşkil edib-etməməsi, layihədə təqdim olunmuş müstəqil yaşayış sahələrinin mənzil kimi naturada bölgüsünün və istismarının mümkün olub-olmaması, qeyd olunan müstəqil yaşayış sahələrinin mövcud faktiki vəziyyətinin layihəyə uyğun olub-olmaması, qeyd olunan daşınmaz əmlakın neçə ayrıca müstəqil yaşayış sahəsindən (mənzildən) ibarət olması, daşınmaz əmlakın (binanın) ümumi hündürlüyünün neçə metrdən ibarət olmasının müəyyənləşdirilməsi üçün məhkəmənin öz təşəbbüsü əsasında məhkəmə tikinti-teniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 577 nömrəli 18 noyabr 2020-ci il tarixli rəyinin tədqiqat hissəsində də göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ərazi hüdüdlarına daxil olan müstəqil yaşayış sahələrinin (təqdim edilmiş iayihədə göstərilən) ayrıca mənzillər kimi istismarı «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un, təhlükəsiz istismarı baxımından «İnşaat Norma və Qaydaları» 2.04.09-84*-un və 2.08.02-85*-nin, təbii işıqlandırma-günəş işığının təchiz olunması baxımından CHmİİ 23-05-95*-nin tələblərinə uyğun olduğu, «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un “Yaşayış binaları’nda tələb edilən normaya uyğun olaraq, döşəmədən tavana kimi hündürlük 2.75 metrdir, hər mərtəbədə müstəqil mənzillərin olması, hər otaqda layihəyə uyğun sahələrin normaya uyğun inşa edildiyi, hər mərtəbədə yanğına qarşı şitlər qoyulduğu və içərisində hər ləvazimatların yerləşdirildiyi, otaqlara normaya uyğun təbii işıqlandırma - günəş işığı CHmİİ 23-05-95* tələblərinə uyğun olduğu, havalandırmanın normaya uyğun olduğu, layihədə təqdim olunmuş müstəqil yaşayış sahələrinin mənzil kimi naturada bölgüsü və istismarı layihəyə uyğun olaraq inşa edilmişdir və «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə uyğun olduğu, qeyd olunan müstəqil yaşayış sahələrinin mövcud faktiki vəziyyəti layihəyə uyğundur. Qeyd olunan daşınmaz əmlak birinci mərtəbədə 5 ədəd 2-3-4-5-ci mərtəbələrdə 4 ədəd mənzil olmaqla ümumilikdə 21 (iyirmi bir) ayrıca müstəqil yaşayış sahəsindən (mənzildən) ibarətdir. Daşınmaz əmlakın (binanın) ümumi hündürlüyü layihədə göstərildiyi kimi ± 0.000 səviyyəsindən en son mərtəbənin monalit örtüyünün üstünə qədər olan məsafə 12.0 metr müəyyən edilmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı məhkəmə ekspert rəyində göstərilənlərin işin halları ilə uyğunluq təşkil etdiyindən əsaslı hesab edir. Beləliklə işin faktiki hallarından və iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, İddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə edilmiş sahələrin qeydiyyata alınaraq çoxmənzilli yaşayış binasına keçirilməsi və bu barədə dövlət reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin sonuncu fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına keçirilməsinə dair sərəncam, əlavə sahələrin tikintisinə icazə sərəncamı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinin təqdim edilmədiyinə əsaslanaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, göstərilən ünvanda yerləşən mənzil vahid əmlak kimi qeydə alınsa da, lakin hər bir sahə təcrid mənzillər şəkilində olduğundan, ayrıca giriş-çıxışı olmaqla istifadə olunduğundan, təqdim edilmiş layihəyə uyğun olaraq inşa edilməklə, müstəqil yaşayış sahələri kimi istismarı mümkün olduğundan, iddiaçı sözügedən fərdi yaşayış evinin naturada ayrılaraq, müstəqil yaşayış sahələri olmaqla ayrıca mənzillər kimi qeydiyyata alınmaqla çıxarışların və texniki pasportların verilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunan xüsusatlara əsasən Məhkəmə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilmiş layihədə göstərilən müstəqil yaşayış sahələrinin ayrıca mənzillər kimi İddiaçı adına qeydiyyata alınmaqla çıxarışların və texniki pasportların verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilmiş layihədə göstərilən müstəqil yaşayış sahələrinin ayrıca mənzillər kimi İddiaçı adına qeydiyyata alınmaqla çıxarışların və texniki pasportların verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar