Məhkəmə qərarları › İş №2-1(112)-582/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-582/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-582/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X7 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 17 fevral 2018-ci ildə 57 yaşı tamam olmuşdur. Bu səbəbdən də onun həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, əmək kitabçasına, hərbi biletinə, Bakı Neft Texnikomunun təsdiq edilmiş diplomunun surətlərindən və SOCAR-ın 12 may 2019-cu il tarixli və 04 oktyabr 2019-cu il tarixli arayışına görə 01 yanvar 2006-cı ilədək ümumi sığorta stajı 26 il 02 ay 28 gün təşkil edir ki, onun da 13 il 7 ay 28 günü güzəştli şərtlərlə staj hesab edilir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İdarəyə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdeh idida ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zaman ididaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bu əsasdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Kürdəmir rayonunda doğulmuşdur. - İddiaçı məxsus DT-İ 778839 №-li Diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1979-cu ildən xx.xx.1983-cü ilə qədər Bakı Neft Texnikumunda təhsil almışdır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər «Azneft» Birliyinin Carlı KQİN/q quyularının istismar və kəşfiyyat qazmasında qazmaçı köməkçisi, qazmaçı, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilə qədər «Əzizbəyov neft» NQÇİ-də qazmaçı, qazma ustası, quyuların yeraltı təmirinin operatoru, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər Qala Dərin istismar ekspedisiyasında qazmaçı, buruq ustası, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər X11 İdarəsində qazma ustası, xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə qədər 2 №-li RMTX-də rəis, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər RMTX-3-də qazma ustası, xx.xx.2007-ciildən xx.xx.2009-cuiləqədərsahərəisi, xx.xx.2009-cuildən xx.xx.2012-ci ilə qədər qazma ustası, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər usta, xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilə qədər X1ma ustası vəzifəsində işləmiş, xx.xx.2019-cu ildən hazırki vaxta qədər isə X6 Pirallahı sahəsində qazma ustası vəzifəsində işləyir. - «X10» Trestinin xx.xx.2019-cu il tarixli, SOCAR **********81200598X00020 №-li arayışından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №li Siyahısı üzrə güzəştli əmək stajı 16 il 10 ay 21 gündür. - «Azneft» İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən verilmiş SOCAR **********81200601B00052 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi qazmaçı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının Xİİ Bölməsinin 1-ci yarımbölməsinin 2130100a-11297 şifrinə, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər işlədiyi qazma ustası vəzifəsi 2130100b-23196 şifrinə, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər işlədiyi quyuların yeraltı təmiri üzrə operator vəzifəsi isə 2130100a-15870 şifrinə uyğundur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının xx.xx.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********8 №-li məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi qazmaçı vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının Xİİ Bölməsinin 1ci yarımbölməsinin 2130100a-11297 şifrinə, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər işlədiyi qazma ustası vəzifəsi 2130100b-23196 şifrinə, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər işlədiyi quyuların yeraltı təmiri üzrə operator vəzifəsi isə 2130100a-15870 şifrinə uyğun olması barədə işlədiyi müəssisə tərəfindən Arayış verilmişdir. Həmin Arayış əsasında iddiaçının 6 il 7 ay 26 gün güzəştli iş stajının olması müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx/xx-3402 №-li məktubundan görünür ki, Güzəştli Siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn qazmaçı- qazmaçı köməkçisi, mexanik – mexanik köməkçisi, usta – usta köməkçisi və s. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər «Azneft» Birliyinin Carlı KQİN/q quyularının istismar və kəşfiyyat qazmasında qazmaçı köməkçisi, qazmaçı, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər Qala Dərin istismar ekspedisiyasında qazmaçı, buruq ustası, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər X11 İdarəsində qazma ustası vəzifələrində işləmişdir. Həmin peşələrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının Xİİ Bölməsinin 1-ci yarımbölməsinin 2130100a-11297 (qazmaçı), 2130100b-23196 (qazma ustası) şifrlərinə uyğunlaşdırılmalıdır. Həmin uyğunlaşdırma nəticəsində ididaçının ümumilikdə xx.xx.2006-cı il tarixə qədər 13 il 5 ay 2 gün güzəştli iş stajı mövcud olur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 26 il 2 ay 19 gün ümumi və 13 il 5 ay 2 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar