Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-582/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,97 kv. metr olan qeyri-yaşayış sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh- DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı-İddiaçı xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə 25.06.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li ryestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" mənzil tikinti kooperativinin (bundan sonra mətndə MTK) ümumi iclasının 251 saylı protokolundan olan 19 may 2020-ci il tarixli çıxarışa əsasən kooperativə üzv qəbul edilərək, MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,97 kv.metr olan qeyri-yaşayış sahəsi ona verilmişdir. O, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi üçün 18.11.2020-ci il tarixdə ərizə və müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətinə cavabdeh orqan 25.12.2020-ci il tarixli məhktubu ilə imtina verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26 yanvar 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 11.03.2021-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqanın **********34 №li 02 mart 2021-ci il tarixli etirazı daxil olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair təqdim edilmiş ilkin sənədlər əsasında İdarə tərəfindən İddiaçı adına 25.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış hazırlanmış, həmin çıxarışda qeyri-yaşayış sahəsinin ümümi sahəsi 109.6 kv. metr qeyd olunmuşdur. Lakin İddiaçı 18.11.2020-ci il tarixli müraciəti əsasında İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman müəyyən olmuşdur ki, 23.06.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında fərq mövcuddur. Belə ki, ümumi sahədə artım fərqi vardır, hazırda faktiki sahə 133.3 kv.metr təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X3 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında ” 457 №-li 04.11.2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində “13”, “15”, “17”, “19”, “21” ünvanında "xxxx" MTK-nın sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 12 mərtəbəli yaşayış binasının istimarına icazə verilmişdir. "xxxx" MTK-nın üzvlərinin 19.05.2020-ci il tarixli ümumi iclasının 251 №-li protokolundan çıxarışın surətindən görünür ki, iddiaçı-İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsi verilmişdir. 19.05.2020-ci il tarixli 251 №-li maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, daşınmaz əmlakın ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsinin pay dəyəri ödənilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarə tərəfindən 23.06.2021-ci il tarixdə qeyriyaşayış sahəsinin faktiki vəziyyətinə əsasən tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, iddiaçı-İddiaçı məxsus mübahisəli qeyri yaşayış sahəsinin ümumi sahəsi 109,6 kv. metr qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,6 kv. metr olan qeyri-yaşayış sahəsi iddiaçı-İddiaçı adına 25.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır və bu barədə Daşınmaz əmlakın Dövlət Reyestrində 297 nömrəli reyestr kitabının 28232 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********99 №li 25.12.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi təqdim edilmiş ilkin sənədlər əsasında qanuna müvafiq icra edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 16.09.2021-ci il tarixli **********47 №-li cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,6 kv. metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına 25.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə əsas olmuş aşağıdakı sənədlərdən; - "xxxx" MTK-nin üzvlərinin 19.05.2020-ci il tarixli ümumi iclasının 251 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı kooperativin üzvü olaraq verilmiş "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, 1A №-li qeyriyaşayış sahəsinin ümumi sahəsi 140,97 kv. metr təşkil etmişdir. - 19.05.2020-ci il tarixli 251 №-li maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, daşınmaz əmlakın ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsinin pay dəyəri ödənilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində bir hissəsində yerləşir, faktiki olaraq boş istifadəsiz olduğu qeyd olunaraq, ümumi sahədə 7,67 kv.metr azalma fərqi ilə qeyri-yaşayış sahəsinin ümumi sahəsi hüquqmaəyyənedici sənəd üzrə 140,97 kv. metr, faktiki isə 133,3 kv. metr olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli 10/6332 №li ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 25.06.2020-ci il tarixdə iddiaçı-İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki (ümumi) sahəsi 138,6 kv. metr (11,0 x 12,6 m.) təşkil etdiyi müəyyən edilir. İddiaçı hazırda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair özünün xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə 25.06.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li ryestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana təqdin olunmuş sənədlərdə, ümumi sahəsi 140,97 kv. metr təşkil etdiyi, faktiki isə ekspert rəyinə əsasən 138,6 kv. metr olduğu halda, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə səhvən 109,6 kv. metr kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı-İddiaçı xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə 25.06.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li ryestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-582/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-582/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver