Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-582/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh “Azərterminalkompleks”Birliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərterminalkompleks”Birliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birliyin gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidmətinin işinin təşkili şöbəsinin rəisi vəzifəsində gömrük xidməti polkovniki xüsusi rütbəsində əmək fəaliyyətini həyata keçirmişdir. Cavabdehin 13 sentyabr 2022-ci il tarixli əmrinə əsasən direktor müavini H.Məsumov tərəfindən gömrük nəzarəti zonalarında dayancaq xidmət işinin təşkili üzrə “Samur” şöbəsinin terminalında olan əmlakların tanışı Rusiya Federasiyasının vətəndaşı T.Mürsəlovun sərəncamına verilməsi, sonuncu tərəfindən bu əmlaklardan istifadə edilməklə terminal ərazisində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin qurulması, obyektlərin fəaliyyətini təmin etmək məqsədi ilə terminalın elektrik şəbəkəsinə qoşularaq elektrik enerjisiindən istifadə edilməsi barədə verilən qanunsuz göstərişlər barədə məlumatlı və bu halların şahidi olmasına baxmayaraq müvafiq tədbir görülməsi üçün heç bir təşəbbüs göstərmədiyi üçün gömrük orqanlarından xaric edilmiş, görmük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, hər hansı qanunsuz əmələ yol verməmiş, qüsursuz xidmət həyata keçirmiş, bütün öhdəliklərini lazımınca yerinə yetirmiş, intizam tənbehinə məruz qalmamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, ümumiyyətlə Birlik inzibati orqan hesab edilmir. Bu səbəbdən də əmrin ləğv edilməsi barədə hazırkı iddia inzibati mübahisələrlə bağlı olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan əlavə, cavabdeh hesab edir ki, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Əsasnamənin tələbinə əsasən şöbə rəisi həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır. Şöbənin vəzifələrindən biri şöbə əməkdaşı tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə yerinə yetirilməsinə nəzarət etməkdir. İddiaçı şöbənin fəaliyyətində meydana çıxan nöqsanların baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlərin hazırlanması və həyata keçirilməsi vəzifələrini pozmuşdur. İddiaçı əsaslı olaraq gömrük orqanlarından xaric edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 13 sentyabr 2022ci il tarixli 2300/404ş nömrəli əmrinin ona aid hissədə ləğv edilməsini, əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunmasını, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini, məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin hüquqi statusu da mübahisənin inzibati mübahisə olması ilə bağlı vəziyyəti dəyişmir. Belə ki, cavabdeh Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur, onun özünümaliyyələşdirmə prinsipləri əsasında həyata keçirilməsi isə xüsusi rütbəli əməkdaş barəsində qəbul etdiyi əmrin mülki qaydada mübahisələndirilməsi üçün yox, məhz inzibati qaydada mübahisələndirilməsi üçün əsas yaradır. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.2-ci maddəsindən də göründüyü kimi dövlət qulluğunun xüsusi növü kimi xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə hesab edilir ki, məhkəmə hesab edir ki, Birliyin digər əməkdaşlarından fərqli olaraq Komitə sədri tərəfindən vəzifəyə təyin edilmiş iddiaçının xüsusi rütbəli əməkdaş kimi Birlikdə xidmətkeçməsinin, eləcə də xidmətdən xaric edilməsinin inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilməli olan mübahisə olması şübhə doğurmamalıdır. Belə ki, qəbul edilmiş əmr Komitə sədri tərəfindən xüsusi rütbəli vəzifəyə təyin edilmiş dövlət qulluğunun xüsusi növündə xidmət edən şəxsin məhz həmin xidmətdən xaric edilməsi ilə bağlıdır ki, qeyd olunan məsələ hazırkı mübahisəni məhz inzibati məhkəmə mübahisəsi edir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2354/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)- 2177/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-953/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlar iddiaçının xeyrinə nəticələnməsə də, həmin məhkəmə qərarlarından görünür ki, iddiaçıların əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələblərinə bir iddiada baxılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkünlük şərtlərini ödədiyindən, iddia tələbi mümkün sayılmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Mübahisələndirilən əmrdən görünür ki, iddiaçı gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə rəhbərlik etmiş və digər gömrük əməkdaşları direktor müavini H.Məsumov tərəfindən terminalda olan əmlakların tanışı Rusiya Federasiyasının vətəndaşı T.Mürsəlovun sərəncamına verilməsi, sonuncu tərəfindən bu əmlaklardan istifadə edilməklə terminal ərazisində qanunsuz sahikbarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin qurulması, obyektlərin fəaliyyətini təmin etmək məqsədilə terminalın elektrik şəbəkəsinə qoşularaq elektrik enerjisindən istifadə edilməsi barədə verilən qanunsuz göstərişlər barədə bilavasitə məlumatlı və bu halların şahidi olmasına baxmayaraq bununla bağlı tədbirlərin görülməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Qeyd olunan səbəblərdən iddiaçı gömrük orqanlarından xaric edilmişdir. 15 sentyabr 2018-ci il tarixli əmrdən görünür ki, Komitənin sərəncamında olan iddiaçı Birlikdə gömrük brokeri işinin təşkili şöbəsinin müavini vəzifəsinə təyin edilmişdir. 24 sentyabr 2018-ci il tarixli əmrdən görünür ki, iddiaçı şöbə rəisi müavini vəzifəsindən azad edilməklə gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. 30 yanvar 2019-cu il tarixli əmrdən görünür ki, iddiaçı barəsində xidmətdə fərqlənmiş gömrük əməkdaşı kimi həvələnsdirmə tətbiqi tətbiq edilərək ona növbəti xüsusi rütbə vaxtından əvvəl verilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdehin təqdim etdiyi 29 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xidməti araşdırma materialı və raport Birliyin vəzifəsi şəxsləri tərəfindən törədilmiş qanunsuz faktlar üzrə Cinayət Məcəlləsinin 308.2 və 179.3.2-ci maddələri birləşdirilmiş cinayət işinə göndərilmişdir. İş materiallarına surəti əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Gömrük Komitəsi tərəfindən gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə İİ və İİİ dərəcə döş nişanları ilə təltif edilmişdir. Sübutların təqdim edilməsi barədə vəsatətdə cavabdeh qeyd etmişdir ki, Birliyin gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinin terminalında yoxlama aparılmış, eləcə də yoxlama ilə bağlı xidməti araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Birliyin zabtir direktoru məişət şəraitinin yaxşılaşdırılması adı altında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa bilavasitə şərait yaratmaqla M.Mürsəlovla, V.Babayevlə Birliyin adından bu cür səlahiyyəti olmadığı halda icarə müqavilələri bağlamış, bu müqavilələr əsasında T.Mürsəlovun terminal ərazisində yaratdığı qanunsuz sahibkarlıq obyektlərinin terminalın elektrik şəbəkəsinə qoşulması səbəbindən baş vermiş partlayış nəticəsində AVR sistemli qurğunun sıradan çıxması barədə araşdırma aparılmadan həmin qurğunun alınmasına xərclənən 4303,46 manat vəsait israf edilmiş, H.Məsumov Birliyin əmlakların tanışı T.Mürəlovun sərəncamına verilməsi, sonuncu tərəfidən bu əmlaklardan istifadə edilməklə terminal ərazisində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin qurulması, obyektlərin fəaliyyətini təmin etmək məqsədi ilə terminalın elektrik şəbəkəsinə qoşularaq elektrik enerjisindən istifadə edilməsi barədə iddiaçıya qanunsuz göstərişlər vermiş, iddiaçı da bu hallar barədə məlumatlı olmasına baxmayaraq heç bir təşəbbüs göstərməmiş, bununla da iddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq intizam qaydalarını pozmuşdur. X1 06 sentyabr 2022-ci il tarixdə H.Məsumovdan aldığı izahatda suallara cavab olaraq qeyd edilmişdir ki, 2009-cu il tarixdə o, T.Mürsəlovu tanımışdır. Komitənin keçmiş sədi tərəfindən vəzifəyə təyin edildiyini bildirərək qeyd etmişdir ki, “Samur” terminalının ərazisindəki anbarlar qəzalı olduğundan bu anbardakı metal rəflərinin və digər konstruksiyalarının bir qisminin sökülərək poztun ərazisindəki saxlanc yerinin qurulmasına dair Birliyin direktoru qarşısında təşəbbüs irəli sürmüş, həmin təkliflərə razılaşan sabiq direktorun göstərişi ilə T.Mürsəlovu terminala dəvət etmişdir. T.Mürsəlovun nəqliyyat vasitələri olması, etibarlıq şəxs olması, sərfəli qiymətə metal konstruksiyasının sökülüb digər posta aparılmasının təşkil edilməsi müvafiq heasb edildiyindən, görülmüş işlər nəticəsində həmin şəxs tərəfindən metal konstruksiyaların sökülərək “Xanoba” gömrük postuna aparılmışdır. Sökülən metal konstruksiyaların bir qismi “Samur” gömrük postunda saxlanc anbarında istifadə edilmişdir. T.Mürsəlov bu işi əvəzsiz həyata keçirmişdir. 2019cu il tarixdə terminalın ərazisində heç bir obyekt qurulmamışdır. Obyektin qurulmasına göstəriş ona Komitənin sabiq sədri tərəfindən verilmişdir. Göstəriş o idi ki, terminal ərazisində obyektlər qurulsun, bu obyektlərin qurulması burada sahibkarlıqla məşğul olan şəxslərin vəsaiti hesabına reallaşsın, bunun üçün gömrük orqanlarına icarə haqqı ödənilsin və sürücülərin məişət şəraiti ilə əlaqədar narazılıqları aradan qaldırılsın. Həmin işlərin aparılması məruzə olundu ki T.Mürsəlov həyata keçirmək iqtidarındadır. Sabiq direktor buna razılıq vermiş buna dair müqavilə imzalanmasını tapşırmışdır. Lakin, müqavilənin kiminlə bağlanıldığı barədə məlumatı olmamışdır. T.Mürsəlov sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq obyektlərin yaradılması ərəfəsindən zəng edərək bir konteynerdən istifadə edib yeməkxana açmaq istədiyini bildirdi. Bu barədə direktora məruzə edilmiş və razılıq əldə edilmişdir. Sonradan T.Mürsəlov terminaldakı anbarlarda olan metal konstruksiyaları istifadə etməyə icazə istəmiş, bu konstruksiyaları istifadə edərək obyektləri qura biləcəyini bildirmiş, bununla bağlı tərəfindən sabiq direktor və birinci müavinə mərzuə edilmiş, sabiq direktor daha sonra icazənin verildiyini bildirmişdir. Göstərişlərin qanunsuz olub-olmaması barədə həmin şəxs qeyd edir ki, birinci müavinə məlumat verir və müavin ona göstərişlərdən sabiq sədrin məlumatlı olduğunu qeyd edirdi. O, T.Mürsəlova məxsus sahibkarlıq obyektlərinin terminalının elektrik şəbəkəsinə qoşulması və bunun nəticəsində elektrik naqillərində yaranan yüksək gərginlik ucbatından partlayış verməsindən məlumatı şöbə rəisi İddiaçı aldığını bildirmiş, buna dair sonuncuya göstəriş vermiş, daha sonra isə sabiq direktora məruzə etmişdir. Həmin şəxs qeyd edir ki, sahibkarlıq obyektləri qurub fəaliyyətə başlayırsa bu obyektlərin eleketrik enerjisi ilə təmin edilməsi mütləqdir və bu barədə T.Mürsəlov ona zəng edərək demiş, həmin məsələ sabiq direktora məruzə edilmiş və icazə verilmişdir. X1 07 sentyabr 2022-ci il tarixdə E.İsmayılovdan aldığı izahatda suallara cavab olaraq qeyd edilmişdir ki, 2020-ci ilin yanvar ayında sabiq direktor onu xidməti otağına çağıraraq direktor müavini H.Məsimovun xidməti otağına getmək və oun verəcəyi tapşırığı icra etmək barədə göstəriş vermişdir. H.Məsumov ona Tərlan adlı şəxslə əlaqə saxlamağı, terminalda bəzi yerlərin həmin şəxsə verilməsi ilə əlaqədar icarə müqaviləsi hazırlamağı göstəriş vermişdir. Bu barədə keçmiş Komitə sədrinin bu işlə bağlı razılığının alındığı bildirilmişdir. Tərəfindən aidiyyəti şəxslərə belə bir müqavilənin bağlanılması səlahiyyətinin olmadığı bildirilmiş, lakin müqavilənin bağlanılmasının komitə sədrinin göstərişi ilə bağlı olduğu ona deyilmişdir. Komitə sədrinin məlumatlı olması müavin tərəfindən ona deyildiyindən Komitəyə bu barədə məlumat verilməmişdir. 05 sentyabr 2022-ci il tarixli raportun araşdırılmasına dair arayışda qeyd edilmişdir ki, sabiq direktor gömrük zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinin terminalında məişət şəraitinin yaxşılaşdırılması adı altında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa bilavasitə şərait yaratmaqla səlahiyyəti olmadığı halda qanunsuz icarə müqavilələri bağlamış, müqavilə əsasında T.Mürsəlovun terminal ərazisində yaratdığı sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması səbəbindən baş vermiş partlayış nəticəsində AVR sistemli qurğunun sıradan çıxması barədə araşdırma aparılmadan həmin qurğunun Birliyin hesabına alınmasına dair göstəriş vermiş, bu qurğunun alınmasına xərclənən 4303,46 manat vəsait israf edilmişdir. Sabiq direktor müavini terminalda olan əmlakların tanşı T.Müsrəlovun sərəncamına verilməsi, həmin əmlaklardan istifadə ilə terminalda qanunsuz sahibkarlıq obyektlərinin qurulması elektrik şəbəkəsinə qoşularaq enerjidən istifadə edilməsi barədə iddiaçıya və digər vəzifəli şəxslərə qanunsuz göstərişlər vermişdir. İddiaçı və digər şəxslər qeyd olunan qanunsuz əməllər barədə məlumatlı və bu halların şahidi olmasına baxmayaraq müvafiq tədbirlər görülməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Qeyd olunmalıdır ki, işin faktiki hallarından, eləcə də mübahisələndirilən əmrdən də göründüyü kimi iddiaçının gömrük orqanlarından xaric edilməsinin hüquqi əsası Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndi ilə əlaqədardır. Faktiki əsas isə onunla bağlıdır ki, iddiaçı sabiq direktor müavini tərəfindən terminalda olan əmlakların Federasiyasının vətəndaşı T.Mürsəlovun sərəncamına verilməsi, sonuncu tərəfindən bu əmlaklardan istifadə edilməklə terminal ərazisində qanunsuz sahikbarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin qurulması, obyektlərin fəaliyyətini təmin etmək məqsədilə terminalın elektrik şəbəkəsinə qoşularaq elektrik enerjisindən istifadə edilməsi barədə verilən qanunsuz göstərişlər barədə bilavasitə məlumatlı və bu halların şahidi olmasına baxmayaraq bununla bağlı tədbirlərin görülməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə işin faktiki hallarına uyğun olaraq əmrin mübahisələndirilən hissədə qanuni olub-olmamasına münasibət bildirilməsi ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinin nəzərə çatdırılmasını zəruri hesab edir. Belə ki, adıçəkilən Əsasnamənin:
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.
16. Gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur
44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.
64. Gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
66. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə və digər nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə barədə aşağıdakı həvəsləndirmə tədbirləri görülür: 4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi 8) döş nişanı ilə təltif edilmə.
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.
72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər.
73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir.
74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə;
129. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır.
130. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər: 5.1.1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə; 5.1.2.vergitutma obyekti olan əmlakı barədə; 5.1.3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə; 5.1.4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə; 5.1.5.beş min beş yüz manatdan yuxarı olan borcu barədə; 5.1.6.min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə. 5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər 9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir. 9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır: 9.2.1.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi; 9.2.2.xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi; 9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi; 9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi; 9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi. 9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: 9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq; 9.3.2.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək; 9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq; 9.3.4.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək; 9.3.5.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək; 9.3.6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək; 9.3.7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək; 9.3.8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək; 9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək; 9.3.10.dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək; 9.3.11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək; 9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq; 9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək. Yuxarıda qeyd olunan normativ hüquqi aktın tələbləri əsasında məhkəmə hesab edir ki, qəbul edilmiş əmr iddiaçıya aid olan hissədə istər maddi baxımından, istərsə də prosessual baxımından onun hüquqlarının pozulması ilə qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt kimi iddiaçıya aid hissədə ləğv edilməli və ləğv etmə nəticəsində hüquqi nəticələri aradan qaldırılmalıdır. Mahiyyəti üzrə qəbul edilmiş əmrin qanunsuz və əsassız olması ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmrin iddiaçıya münasibətdə faktiki qəbul əsası onunla bağlıdır ki, iddiaçı sabiq direktor müavini tərəfindən terminalda olan əmlakların Rusiya Federasiyasının vətəndaşı T.Mürsəlovun sərəncamına verilməsi, sonuncu tərəfindən bu əmlaklardan istifadə edilməklə terminal ərazisində qanunsuz sahikbarlıq fəaliyyəti ilə məşğul olan obyektlərin qurulması, obyektlərin fəaliyyətini təmin etmək məqsədilə terminalın elektrik şəbəkəsinə qoşularaq elektrik enerjisindən istifadə edilməsi barədə verilən qanunsuz göstərişlər barədə bilavasitə məlumatlı və bu halların şahidi olmasına baxmayaraq bununla bağlı tədbirlərin görülməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi iddiaçı barəsində tətbiq edilmiş intizam tənbeh tədbiri onun aktiv hüquqpozması ilə bağlı olmayıb, baş vermiş hüquqpozma barədə məlumat verilməmə, hüquqpozmanın aradan qaldırılmaması ilə bağlıdır. Hüquqpozma isə onunla bağlıdır ki, iddiaçıdan vəzifəcə yüksək olan rəhbər vəzifəli şəxslərin göstərişinə uyğun olaraq T.Mürsəlov adlı şəxsin sərəncamına əmlak verilmiş, sonuncu tərəfindən bu əmlakdan istifadə edilmiş, istifadə ilə bağlı obyektlər elektrik şəbəkəsinə qoşulmuşdur. Lakin, cavabdeh əmr qəbul edilərkən iş materiallarında olan sənədlərdən də göründüyü kimi nəzərə almamışdır ki, T.Mürsəlovun Birlik adından bağlanılmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş, onun fəaliyyəti barədə fəaliyyət göstərdiyi müddət ərzində rəhbərlik məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, icarə müqaviləsi Birliyin həmin müqaviləni bağlamağa səlahiyyətinin olmaması baxımından etibarsız hesab edilsə belə, həmin müqavilənin və müqavilənin icrası gedişində həyata keçirilmiş işlərin etibarsızlığını müəyyən etmək iddiaçının səlahiyyət sferasından kənardır. Həmin müqavilənin qanunsuz olmasını, həmin müqavilə çərçivəsində əmlakın hər hansı şəxsin balansına verilməsi, elektrik şəbəkəsinə qoşulma kimi qanunsuzluğunu istisna edilməyən əməllərin həyata keçirilməsini məhkəmə hesab edir ki, hər bir halda ehtimal olunan qanunsuzluğa şahid olan şəxsin əməlinin qanunsuz olması anlamına gəlmir. Bu zaman şahid olmuş şəxsin də qanunsuzluğun,səlahiyyətləri pozmanın tərəfi qismində çıxış etməsi üçün ağlabatan əsaslar mövcud olmalıdır ki, məhkəmə hesab edir ki, nə qədər ki Birlik adından mülki qaydada etibarsız hesab edilmədən müqavilə bağlanılmış və işlər görülmüşdür, həmin işlərə münasibətdə qanunsuz olsa belə rəhbər vəzifəli şəxslər tərəfindən verilmiş göstərişlərin icra olunması, eləcə də işlərin görülməsinə şahid olunması iddiaçı barəsində hazırkı tənbeh tədbirinin tətbiqi üçün əsas qismində çıxış edə bilməz. Belə ki, iddiaçı hüquqşunas ixtisası üzrə əmək fəaliyyətini həyata keçirməmiş, ümumiyyətlə ehtimal olunan pozuntunun baş verdiyi terminal onun bilavasitə işinin icra edildiyi yer olmamış, müqavilə əsasında görülən işlərin qanunsuz olduğunu müəyyən etmək imkanından məhrum olmuşdur ki, məhkəmə hesab edir ki, həmin işlərin görülməsinin şahidi olması səbəbindən işlərin görülməsinə maneə törətdiyi halda əslində gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək kimi öhdəliyinin pozuntusu görüntüsü həmin vaxt üçün yaranmış olardı. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının rəisi olduğu şöbənin rəis kimi vəzifə dairəsindən görünür ki, həmin şəxs şöbəyə ümumi rəhbərliyi həyata keçirən, şöbə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək, birlik rəhbərliyinin göstərişlərinin şöbədə yerinə yetirilməsi üzərində də nəzarət etmək kimi vəzifələr daşıyır ki, cavabdehin vurğuladığının əksinə iddiaçı qanunvericiliyin tərkib hissəsi kimi Birliyin adından bağlanılmış müqavilə çərçivəsində elə rəhbərliyin göstərişinə əməl etmiş, ehtimal olunan qanunsuz müqavilənin qanunsuz olmasından məlumatlı olmamış və ya olmaq öhdəliyini daşımalı olan şəxs olmamışdır. Odur ki, baş vermiş ehtimal olunan qanun pozuntuları törədən şəxslərlə birlikdə həmin hallara şahid olma və məlumat verməmə kimi hala istinad edilməklə məhkəmə hesab edir ki, xüsusi rütbəli əməkdaş kimi iş materiallarında başqa intizam tənbeh tədbiri mövcud olmayan, dəfələrlə həvələnsdirmə tətbirləri tətbiq edilmiş şəxsin gömrük orqanından xidmətdən xaric edilməsi onun əmək hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd olunmalıdır ki, iş materiallarında olan arayışlarda müxtəlif şəxslərin izahatlarında göstərilir ki, qeyd olunan hallarla bağlı sabiq komitə sədri, sabiq direktor, müavin və aidiyyəti digər şəxslər məlumatlı olmuşdur, məlumatlı olub-olmama hazırkı iddianın predmeti qismində təşkil etmədiyindən əlavə araşdırma aparılması zəruri hesab edilməsə belə, qeyd olunmalıdır ki, ümumiyyətlə iddiaçının göstərilən vəziyyətdə kimə nəyi məruzə etməsi, hansı tədbirlər görməli olması, həmin tədbirlərin görülməsi üçün kimə müraciət edilməsi aydın deyildir. Göründüyü kimi iddiaçı baş vermiş ehtimal olunan pozuntunu müəyyən etməli olsa belə həmin pozuntuya dair görməli olduğu yeganə tədbir öz təşəbbüsü ilə xidmətinə xitam verilmə ola bilər ki, cavabdeh halların şahidi olmasına baxmayaraq tədbir görülməli olmasına əmrdə istinad etsə də, həmin tədbirin nədən ibarət olması, həmin tədbirin görülməsi üçün iddiaçıdan çox daha yuxarı vəzifəli şəxslərin adları sadalandığı mühitdə kimə məlumat verilməli olması müəyyən edilmir. Lakin, məhkəmə hesab edir ki, qanunsuz göstərişlər barədə bilavasitə məlumatlı olunsa belə, bu halların şahidi olunsa belə müvafiq tədbirlərin görülməməsi iddiaçıya gömrük orqanından xaric edilmə formasında ən sərt intizam tənbeh tədbirinin tətbiqinə əsas vermir. Belə ki, yuxarıda adııçəkilən Əsasnamənin tələbindən də göründüyü kim intizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçıdan intizam tənbeh tədbiri verilməmişdən əvvəl hər hansı izahatın alınması iş materiallarından görünmür. Bunun barəsində intizam tənbeh tədbiri verilməzdən əvvəl hər hansı izahatın mövcudluğu iş materiallarına əlavə edilməmişdir. Məhkəmə, həmçinin də hesab edir ki, iddiaçıya ilk intizam tənbeh tədbiri verilərkən qeyd olunan hallar, eləcə də iddiaçının gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə İİ və İİİ dərəcə döş nişanları ilə təltif edilməsi, eləcə də vaxtından əvvəl rütbə verilməsi nəzərə alınmamış, xətanın yuxarıda qeyd edildiyi kimi törədildiuyi zaman mövcud olan hallar da nəzərə alınmadan gömrük orqanlarından xaric edilmə kimi qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə istinsa edilməklə digər 8 intizam tənbeh tədbirinin ən ağırı tətbiq edilmişdir. Halbuki, intizam tənbeh tədbirlərinin tətbiqi üçün əsas mövcud olsa belə irad, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s kimi intizam tənbeh tədbirlərinin seçilməsi də cavabdehin səlahiyyət daxilində olmuşdur ki, birbaşa olaraq gömrük orqanlarından xaric edilmə üçün məhkəmə hesab edir ki, hər hansı əsas mövcud olmamışdır. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. AR İPM-nin: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Mövcud qanunvericiliyin tələbindən də göründüyü kimi diskresion səlahiyyət inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir ki, ən azından əməllər qanunsuz hesab edilərsə, iddiaçının davranışında qanun pozuntusu aşkar edilərsə belə ən azından həmin qanunsuzluğa uyğun olaraq cavabdehin diskresion səlahiyyətlərindən yaranmış seçim imkanının mövcudluğu məsələsinə qiymət verilə bilər. Lakin, qanunvericiliyin tərkib hissəsi olan yuxarıda göstərilən müddəalardan da göründüyü kimi Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eləcə də, inzibati məhkəmə icraatı üzrə hüquqi dəyərləndirmə aparan məhkəməyə də səlahiyyət verilmişdir ki, diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı yoxlanıla bilsin. Məhkəmə də iddia tələbi həddində diskresion səlahiyyətlərin məqsədə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul olunub-olunmaması istiqamətində də yoxlama aparmış və müəyyən etmişdir ki, hətta iddiaçının hərəkətlərində qanunsuzluq aşkar edilsə belə hər bir halda cavabdeh tərəfindən intizam tənbeh tədbiri seçilərkən əsassız məhdudlaşdırma həyata keçirilmiş, iddiaçının şəxsiyyətini xarakterizə edən hallar, uzun müddət qüsursuz xidməti, onun barəsində həvəsləndirmə tədbirlərinin olması, ehtimal olunan ilk dəfə pozuntu törətməsi kimi hallar nəzərə alınmamış, hüquq və azadlığı intizam tənbeh tədbiri seçilərkən əsassız məhdudlaşdırılmışdır. Əmrin iddiaçıya aid hissədə hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmiş digər hissələrinə (işə bərpa, əmək haqqının ödənilməsi və s) münasibətdə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Belə ki, İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (əmrin) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni işdən azad olunması barədə əmrin icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Bundan əlavə, Əsasnamənin 128-130 bəndlərindən də göründüyü kimi Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə iddiaçıya aid hissədə qəbul edilmiş əmr qanunsuz inzibati aktdır və onun xidmətdən xaric edilməsinə yönəldiyindən əlverişsiz inzibati aktdır. Odur ki, iddiaçıya aid hissədə ləğv edildiyindən həmin hissədə qüvvəyə mindiyi andan yaranmış bütün hüquqi nəticələr aradan qalxmalıdır. Hüquqi nəticələr isə dedikdə, iddiaçının ərizəsində qeyd etdiyi kimi əmrin ləğvindən sonra əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini, məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi də çıxış edir ki, həmin hüquqi nəticələrin bitkin siyahısı olmamaqla istər tələb göstərilən hissədə təmin edilməli, eləcə də digər əmrin göstərilən hissədə ləğvinə əsasən başqa hüquqi nəticələr də aradan cavabdeh tərəfindən qaldırılmalıdır. Məhkəmə, hesab edir ki, hazırkı tələbə bir yerdə baxılması həm prosessual qənaət, həmçinin də yeni məhkəmə mübahisələrinin yaranmaması baxımından da vacibdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh 13 sentyabr 2022-ci il tarixli, 2300/404ş №-li əmri İddiaçı Zakir oğluna aid hissədə ləğv edilsin. İddiaçı Zakir oğlunun əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi və məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov